Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5214/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1103/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2014cü il tarixli Kredit müqaviləsi üzrə 7 452,06 ABŞ dolları əsas borc, 5613,93 ABŞ dolları faiz borcu və 510,12 ABŞ dolları cərimə olmaqla, cəmi 13576,11 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı X1 ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 7452 (yeddi min dörd yüz əlli iki) ABŞ dolları 06 (altı) sent məbləğində əsas borc, 5613 (beş min altı yüz on üç) dollar 93 (doxsan üç) sent məbləğində faiz borcu və 10 (on) ABŞ dolları məbləğində cərimə olmaqla - ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 13075 (on üç min yetmiş beş) dollar 99 (doxsan doqquz) sent məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1103/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(012)-4007/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)1103 /2020 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh Yusifov X2 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmiş və həmin qətnamə ona münasibətdə yoxlanılmamış, qətnamə yalnız Cavabdeh1 münasibətdə yoxlanılmışdır. Belə olan halda Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Hesab edirəm ki, Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 130, 405, 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Cavabdeh2 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5214/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5214/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver