Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5215/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 və vəkili oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-337/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pulun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AF-A/081 saylı mənzilin alqı-satqısı müqaviləsinə (91,4 kv.m əvəzinə 76 kv.m sahəsi olan mənzil verdiyinə) görə artıq ödədiyi 7700 (yeddi min yeddi yüz) manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AF-A/081 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən Ax 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzili 36 aylıq kreditlə hər kv.metri 5 00 manat, aylıq ödəniş 625 (altı yüz iyirmi beş) manat olmaqla, ümumi qiyməti 45700 (qırx beş min yeddi yüz) manata ona satılmışdır. Lakin, xx xxxxxx 2014-cü il tarixli AF-A/081 saylı mənzilin alqı-satqısı müqaviləsində mənzilin sahəsi 91,4 kv.m olması qeyd edilsə də, faktiki olaraq mənzilin sahəsi 76 kv.metrdir. Belə olan halda, onun tərəfindən “xxxx” MMC-nə 7700 (yeddi min yeddi yüz) manat artıq pul ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 1xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 7700 manat məbləğində pulun ziyan kimi və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 7730 manatın alınaraq İddiaçı ödənilməsi, məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı 200 manat məbləğində pulun “xxxx” Məhdud Məsu liyyətli Cəmiyyətindən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə X1 xəzinədarlığı Agentliyi 210005, AZ 41NABZO**********000003944 saylı müxbir hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Gülnarə Tağızadə- sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) xx xxxx 2020-ci il tarixli, 2(105)337/2020 nömrəli qətnaməsi ilə cavabdehin nümayəndəsi S.Heydərovun apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(012)62/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC və vəkili oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməs inə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə etirazın dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hüquqi qənaətinə görə, "xxxx” MMC-nə Abşeron rayonu. M.Hüseynzadə küçəsində inşa edilmiş 11 saylı 12 mərtəbəli yaşayış binası, ümumi sahəsi 91.4 kv.m.olan 2 otaqdan ibarət 20 nömrəli mənzilə dair 75.69 kv.m. artıq hesablanmış pul yəni hər kv.m.500 manat müəyyən olunmaqla 15.71 kv.m.üçün 7855 manat məbləği Cəmiyyətdən alınaraq İddiaçı ödənilməlidir. Bu da maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və işin faktiki hallarının düzgün aydınlaşdırılmaması ilə nəticələnmişdir. Mülki iş üzrə keçirilmiş əlavə və təkrar məhkəmə tikinti-texniki ekspertizalarımın nəticə olan Ədliyyə N azirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 29446 nömrəli, 25.01,2019-cu il tarixli 28557 nömrəli, xx.xx.2019-cu il tarixli 10604 nömrəli, xx.xx.2020-ci il tarixli 30710 nömrəli Ekspert rəyləri ilə tədqiqat obyekti olan Abşeron rayonu. M.Hüseynzadə küçəsində inşa edilmiş 11 saylı 12 mərtəbəli yaşayış binasının 2 otaqdan ibarət 20 nömrəli mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı Qərarının tələbləri üzrə ümumi sahəsi 75.69 kv.metr və ümumi tikinti altı sahəsi 91.4 kv.metr müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Mənzilin alqı- satqısı haqqında AF-A/081 nömrəli xx xxxxxx 2014-cü il tarixli Müqaviləsinin 1.1. 1.2-ci b əndlərinə əsasən, Cəmiyyət tikinti işləri başa çatdıqdan sonra Abşeron rayonu. M.Hüseynzadə küçəsində inşa edilmiş 11 saylı yaşayış binasının, 2 otaqdan ibarət ümumi sahəsi 91.4 kv.metr 20 nömrəli mənzilin təhvil verilməsini öhdəsinə götürmüş və icra etmişdir. Bu iş üzrə alınmış Ekspertiza rəyləri ilə təsdiqini tapmışdır. Müqavilədə ümumi sahə” anlayışına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı Qərarının 2 və 3.8-ci bəndlərinin tələblərinə müvafiq qiymətləndirilməsi düzgün yanaşma deyildir. Belə ki, mübahisəli mənzilin ümumi sahəsi yaşayış deyil, podrat münasibətlərindən irəli gələrək tikinti altı ümumi sahə nəzərdə tutulmuşdur. Azərb aycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012ci il tarixli 07 saylı Qərarının 3.8-ci bəndinə görə, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0.3; şüşəbənd və lociyalar-0.5; eyvanlar (verandalar) -1.0 azaltma əmsallarına vurulmaqla hesablanır. Hazırki müddəa mənzilin ümumi hesablanma qaydasını göstərir. Lakin cavabdeh Cəmiyyət mübahisəli mənzilin ümumi sahəsinin sadalanan normaları əsasında hesablanmasını mübahisələndirmədən, müqavilə öhdəlikləri üzrə həmin mənzili tikinti-inşaat işlərinin yekunundan sonra tikinti altı ümumi sahə üzrə təhvil verdiyini bildirir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı Qərarının 3.7-ci bəndinə görə, tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər. terraslar. eyvanlar, havalandırılan döşəmə altılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə görə, binanın ümumi sahəsi bütün yerüstü və yeraltı mərtəbələrin (texniki, mansard a. kürsü mərtəbələri də daxil olmaqla) sahələrinin cəmi kimi müəyyən edilir. Maddi hüquq norması podrat və alqı-satqı münasibətlərinin tikinti altı sahə üzrə aparılmasına hər hansı bir qadağa qoymur. Mülki iş üzrə keçirilmiş məhkəmə tikinti- texniki ekspertizalarının mübahisəli mənzilə dair Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbinə uyğun olaraq ümumi (yaşayış) sahəsi xx.xx.2018-ci il tarixli 29446 nömrəli Ekspert rəyində (ekspert Şükür Hüseynov) 83.5 kv.m.; 25.01,2019-cu il tarixli 28557 nömrəli Ekspert rəyində (ekspert Xəyyam İsgəndərov) 83.3 kv.m.; xx.xx.2019-cu il tarixli 10604 nömrəli Ekspert rəyində (ekspert Teymur Məmmədov) 75.69 kv.m. müəyyən edilmişdir. Ədalət mühakiməsini həyata keçirən Məhkəmə kollegiyası mübahisəli mənzilin ümumi (yaşayış) sahəsinin ekspert rə ylərindən ən minimal ölçüləri üzrə tələbin yekunlaşdırılması ədalətli və obyektiv hesab oluna bilməz. Belə ki, MK ekspert rəylərindəki ölçü ziddiyyətini araşdırmamışdır. Halbuki bütün ekspert rəyləri üzrə tikinti altı ümumi sahə vahid, müqavilədə qeyd olunan 91.4 kv.m. göstərilmişdir. MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosess ual hüquq normalarına riayət etməsini yoxlayır “xxxx’' MMC ilə İddiaçı arasında bağlanmış AF- A/081 nömrəli xx xxxxxx 2014-cü il tarixli Müqavilə podrat və alqı-satqı münasibətlərini özündə cəmləşdirir. Həmin Müqavilənin 1.1-ci bəndi ilə "Satıcı" “xxxx” MMC 20 nömrəli mənzili "Alıcı” İddiaçı satmağı, "Alıcı” razılaşdırılmış dəyəri ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Satıcı” mənzil tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi. "Alıcı isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podrat üzrə tərəflərin qarşılıqlı münasibətlərinin başlıca prinsipi mövcud hüquqi əsaslar çərçivəsində müstəqillikdir. Maddi hüquq normalarından, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752, 756, 762, 763, 770, 773-cü maddələrindən göründüyü kimi, müqavilə üzrə işlər podratçı tərəfindən yerinə yetirilmiş, yəni mənzil inşa edilərək təhvil verilmiş, sifarişçi isə həmin mənzilin təhvil alaraq işləri qəbul etmişdir. Bu əsasdan sifarişçi, görülmüş işləri qəbul etmiş sayılmalı və müqavilə üzrə ödənilməli olan pul məbləğini icra edilmiş hesab olunmalıdır. Tərəflər arasında bağlanmış AF-A/081 nömrəli xx xxxxxx 2014-cü il tarixli Müqaviləsi ləğv edilməmiş və qanuni qüvvədədir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinin birinci hissəsindən görünür ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi kifayətdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən isə əqdlər şifahi formada da bağlana bilər. Həmin Məcəllənin 390.4-cü maddəsinin tələbində isə göstərilir ki, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 428.1-ci maddəsinə uyğun olaraq əgər sifarişçi podratın nəticəsini almaqdan üzrlü səbəbə görə imtina etməzsə, podratçı öhdəliyi vaxtından əvvəl icra edə bilər. MMnin 428.2-ci maddəsinə görə isə öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Podrat müqaviləsinin qeyd edilən anlayışı mülki müqavilələr üçün ənənəvi xarakteristika baxımdan onun konsensual, ikitərəfli və əvəzli olmasını s öyləməyə əsas verir. Konsensual müqavilə kimi podrat müqaviləsi üzrə öhdəliklər tərəflər arasında razılaşmanın bağlanma anından etibarən əmələ gəlir və alqı-satqı müqaviləsi ilə eynilik təşkil edir. Məhz bu səbəbdən də Ali Məhkəmənin Mülki Kollegiyasının Qərarında mövqeyi düzgün və ədalətlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(012)-5537/2019 nömrəli qərarında Kassasiya Kollegiyası hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi, Mülki Məcəllənin 425-ci maddəsinin tətbiqinə səhvə yol vermiş, Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir. Kollegiya maddi hüquq nor malarının tələbləri baxımından qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda, habelə işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı formalaşmış işgüzar adətləri nəzərə almamışdır. Məhkəmə kollegiyası işə baxarkən Azərbaycan Respublikası MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini də pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14-cü, 88, 1 89-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə müəyyən olunan ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Sumqayıt Apellyasiya Məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nətic əyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə etirazda qeyd edilmişdir ki, cavabdeh X3 ilə aralarında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınması məqsədi ilə ona 24 ay müddətində, yəni xx xxxxxxxx 2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3960 manat məbləğində kredit verilmişdir. Bu barədə şəxsən özü qəbz yazaraq imzalamışdır. Cavabdeh X3 xx xxxxxxxx 2015-ci il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 230 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Cavabdehin qeyd edilən kredit üzrə ona borclu olması tərəfindən işə əlavə olunmuş mötəbər sübutlarla tam təsdiqini tapmışdır, cavabdehin a pelyasiya şikayətinin dəlillərinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin birinci instansiyası məhkəməsinin qətnaməsindən vermiş olduğu apelyasiya şikayətinin heç bir hüquqi əsasları olmamışdır və yoxdur. Bütün sadalanan hallar işə baxmış birinci instansiya məhkəməsində tam və obyektiv araşdırılmış, işə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası haqlı olaraq apelyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etməklə maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. İşə baxan məhkəmə kollegiyası hazırki iş üzrə qətnamə qəbul edərkən heç bir maddi və prosessual hüquq normalarının və digər qanunve ricilik aktlarının tələblərini pozmamışdır. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X4 və vəkili oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqı̇ məsələlər Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halına görə xx xxxxxx 2014-cü il tarixli AF-A/081 nömrəli alqı-satqı müqaviləsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfind ən İddiaçı Ax 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzili 36 aylıq kreditlə aylıq ödəniş 625 (altı yüz iyirmi beş) manat olmaqla, ümumi qiyməti 45700 (qırx beş min yeddi yüz) manata satılmışdır. “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı tərəfindən Ax 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilin dəyəri 45700 manat pul ödənilmişdir. İddiaçı xx xxxxxx 2014-cü il tarixli AF-A/081 saylı mənzilin alqı-satqısı müqaviləsində mənzilin sahəsi 91,4 kv.m olması qeyd edilsə də, faktiki olaraq mənzilin sahəsinin 76 kv.metr olduğuna görə onun tərəfindən “xxxx” MMC-nə 7700 (yeddi min yeddi yüz) manat artıq ödənilmiş pulun tutulması ilə bağlı iddia qaldırm ışdır. Cavabdeh tərəfin iddiaya olan etirazın əsasını mənzillərin sahəsinin hesablanma qaydası tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən edilməsi təşkil edir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 29446 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan x 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilinin ölçüləri həmin mənzilə dair xx xxxxxx 2014-cü il tarixli AF-A/081 nömrəli alqı-satqı müqaviləsində göstərilmədiyi, lakin müqavilədə həmin mənzilin ümumi sahəsi 91.4 kv.metr qeyd olunmuşdur. Tədqiq olunan həmin mənzilin ölçüləri AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış, mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsini n 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 83,5 kv.m, mənzilin tikintialtı ümumi sahəsi isə 91.4 kv.metrdir. Qeyd olunanları nəzərə alaraq mənzilin daxili ölçüləri əsasında müqavilədə müəyyən edilmiş ümumi sahəsinin mənzilin tikintialtı ümumi sahəsinə 91.4 kv.metrə uyğun olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilin daxili ölçüləri AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış plan-sxemdə ətraflı göstərilmişdir. İşə əlavə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 28557 saylı təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan Ax 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzil inin ölçüləri həmin mənzilə dair xx xxxxxx 2014-cü il tarixli AF-A/081 nömrəli alqı-satqı müqaviləsində göstərilmədiyi, lakin müqavilədə həmin mənzilin ümumi sahəsi 91.4 kv.metr qeyd olunmuş və tədqiq olunan Ax 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq 83,3 kv.m müəyyən olunur. Tədqiq olunan mənzilin ümumi sahəsinin konkret olaraq hansı şərtlər daxilində hesablanması qaydaları göstərilmədiyinə görə “xxxx” MMC tərəfindən müqaviləyə əsasən İddiaçı təhvil veriləcək sahə ilə real vəziyyətdə təhvil verilmiş sahə arasında uyğunsuzluq mövcud olub-olmamasını müəyyən edilməsinə dair tədqiqat aparılmadı və məsələ son nəticədə məhkə mə tərəfindən qiymətləndirilə bilər. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 10604 saylı əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyində müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Ax 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilinin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı xx xxxxxx 2012-ci il tarixli 2-ci və 3.8ci bəndi nəzərə alınmaqla, 75,69 kv.m müəyyən olunur. İş üzrə apellyasiya məhkəməsinin qərardadı əsasında keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 30710 saylı təkrar məhkəmə tikintitexniki ekspertizası rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Ax 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilinin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı xx xxxxxx 2012-ci il tarixli 2-ci və 3.8-ci bəndi nəzərə alınmaqla 75,69 kv.m müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Ax 12 mərtəbəli yaşayış binasından, ümumi sahəsi 91,4 kv.m olan, 2 otaqdan ibarət 20 nömrəli mənzilə dair 75,69 kv.metrindən artıq hesablanmış pul “xx xx” MMC-dən alınaraq İddiaçı ödənilməli olmasına dair qənaətini işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 10604 saylı və xx xxxx 2020-ci il tarixli 30710 saylı rəyləri və Mülki Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 578.1, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-337/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Əvvəla kollegiyanın qənaətinə görə müvafiq araşdırma və əsaslandırma olmadığı üçün ap elyasiya instansiyasının mənzillərin ölçüsünün nəyə görə müqavilə ilə deyil, ekspert rəyi ilə müəyyən edilməli olması nəticəsinə gəlməsi qətnamədən görünmür. Halbuki Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Bundan əlavə, cavabdeh apelyasiya şikayətində də mənzillərin ölçüsünün tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edilməli olmasına istinad etsə də, apelyasiya məhkəməsinin şikayətin həmin dəlillərinə qiymət verməməsi, mənzillərin ölçüsü ilə bağlı mübahisəni Mülki Məcəllənin 390.1 və 405.1-cı maddələri kontekstində araşdırmamışdır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəl lənin 404cü maddəsinin tələblərini də nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhd əsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı xx xxxxxx 2012-ci il tarixli qərarının 3.8 bəndinə görə mənzilin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3, şüşəbənd və losiyalar-0,5, eyvanlar (verandalar)-1,0 azalma əmsalına vurulmaqla hesablanır. Kassasiya kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda, habelə işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşa yış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə almamışdır. Həmçinin iş üzrə keçirilmiş 4 ekspertiza rəyinin mövcud olduğunu, ilk iki ekspert rəyinin tədqiqat hissəsində mənzilin tikintialtı sahəsinin( daxili arakəsmə divarları, yardımçı və köməkçi tikililər daxil olmaqla) 91,4 kv.m olan, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı xx xxxxxx 2012-ci il tarixli qərarının 3.8 bəndinə görə 83,3 kv.m müəyyən olunduğunu, son iki ekspert rəyində isə Şəhərsalma və Tikinti Məcəllə sinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı xx xxxxxx 2012-ci il tarixli qərarının 3.8 bəndinə görə mənzilin sahəsinin 75, 69 kv.m müəyyən olunduğunu nəzərə alarsaq, apellyasiya məhkəməsi ekspert rəyləri arasında bu fərqlərin nədən qaynaqlandığını aydınlaşdırmamış, digər ekspert rəyləri ilə razılaşmamasının səbəblərini qətnamədə göstərməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən mülki qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kass asiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şi kayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)337/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5215/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5215/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver