Məhkəmə qərarları › İş №2(102)-5216/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5216/2019

24.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5216/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, vəkili EBnun və Cavabdeh3 in iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 aprel 2019-cu il tarixli qəraradından iddiaçı ”Atabank” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-395/2019 saylı mülki iş) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 03 dekabr 2015-ci il tarixli 6309F saylı kredit müqaviləsi üzrə ödənilmiş 1361 manat əsas borc, 148 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 5% bank uçot dərəcəsi nəzərə alınmaqla 77,5 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və notariat xərcinin əvəzi kimi 12 manat, cəmi 1628,5 (bir min altı yüz iyirmi səkkiz manat əlli qəpik) manat məbləğində pulun tutulması qət eilmişdir. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər: N.Cəfərov (sədrlik edən, məruzəçi), Ş.Məmmədova və V.Həsənov, 2(103)4707/2019 saylı mülki iş) hazırki iş üzrə İddiaçı ASC-nin apel lyasiya şikayəti rədd olunmuş, Səbail Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ölmüş şəxsə- Cavabdeh1 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən 1361 manat əss borcun, 177 manat faiz borcun, ümumilikdə 1538 manat pulun, 30 manat dövlət rüsumunun və 12 manat notarial xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 və vəkili EB kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatları dinlənilmədi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşdə olan sənədləri tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölüb: ölüm 12.11.2017-ci il tarixində baş verib, iddia ərizəsi isə 1 il sonra - 13.11.2018-ci il tarixində məhkəməyə verilib. Ölmüş şəxs iddia ərizəsində cavabdeh kimi göstərilib. İnsan öldükdən sonra fiziki şəxs hesab olunmur. Cavabdeh1 iddia ərizəsinin verilməsindən əvvəl öldüyünə görə prosessual hüquq varisliyi nə yol verilmir. Qanunvericiliyə görə cavabdeh fiziki şəxs olmalıdır (MPM, maddə 50.3). Ölmüş şəxs cavabdeh hesab olunmadığından ona qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 261.0.1 -ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. İş üzrə icraata bu əsasla xitam verilməlidir, lakin 1 -ci instansiya məhkəməsi ölmüş şəxsə qarşı olan iddiaya baxaraq rədd etmişdir, yəni iddianı həll etmişdir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən ölən şəxs sağlığında prosessual hüquqi statusa (cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status başqasına keçə bilməz Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ “İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 17 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar