Məhkəmə qərarları › İş №2(102)-5217/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5217/2019

29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5217/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızından və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Aminə Cəfərlinin, iddiaçı “xxxx” ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(001)10256/2016 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh2 MMC- dən 30 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 65355.25 avro məbləğində əsas borc, 21875.87 avro məbləğində faiz borcu və 1000 avro məbləğində cərimə borcu olmaqla, ümumilikdə 88231.12 avro məbləğində (manatın ödəniş gününə olan məzənnəsi ilə) borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan AZ-10-D721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli «Katarpillar 330D» markalı ekskavatora (kapitallar № 00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli «Katapillar 330D» markalı ekskavatora (kapitallar № 00982), AZ-10D-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı, sarı rəngli «Katapillar D8N» markalı buldozerə (kapitallar№ 9TC04473) və Cavabdeh1 mülkiyyətində ki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı, sarı rəngli «Katapillar D8L» markalı buldozerə (kapitallar№ 53Y3901) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlakların satışından əldə olunan vəsaitdən iddiaçıya olan borcun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 15 yanvar 2019-cu il tarixli, 2(103)232/2019 saylı qərardadı ilə (hakimlər: R.Eyvazov, Z.Əliyev və F.Talışinski) Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(001)-10256/2016 sayl ı qətnaməsi qismən - «tutma Cavabdeh2 MMC-nin mülkiyyətində olan AZ-10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katapillar 330D” markalı ekskavatora (kapitallar № 00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli “Katapillar 330D” markalı ekskavatora (kapitallar № 00982), AZ-10-D-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı, sarı rəngli “Katapillar D8N” markalı buldozerə (kapitallar№ 9TC04473) yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın.» hissələrində ləğv edilmiş, iddia ərizəsi qeyd edilən tələblərlə bağlı hissədə baxılmamış saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 15 yanvar 2019-cu il tarixli, 2(103)232/2019 saylı qətnaməsi ilə (hakimlər: R.Eyvazov, Z.Əliyev və F.Talışinski) Bakı şəhəri Binəqədi Rayon Məhk əməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(001)-10256/2016 saylı qətnaməsi faizlərin tutulması hissəsində qismən ləğv edilərək, iddianın həmin hissədə qismən təmin olunması, Cavabdeh2 MMC-dən iddiaçı «xxxx» ASC-nin xeyrinə faizlərə görə 14482,65 Avro pul vəsaitinin tutulması, məhkəmə xərcinin Cavabdeh2 MMC-yə aid edilməsi, cavabdehdən 145 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, qətnaməninyoxlanılan qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MKnın 15 yanvar 2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» ASC Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə 30 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 65355.25 avro məbləğində əsas borc, 21875.87 avro məbləğində faiz borcu və 11174.99 avro məbləğində cərimə borcu olmaqla, ümumilikdə 98406.11 avro məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 MMC-nin mülkiyyətində olan AZ10-D-721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli «Katapillar 330D» markalı ekskavatorun (kapitallar № 00487), AZ-10-D-722 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sarı rəngli «Katapillar 330D» markalı ekskavatorun (kapitallar № 00982), AZ 10 D-726 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı, sarı rəngli «Katapillar D8N» markalı buldozerin (kapitallar№ 9TC04473) və Cavabdeh1 mülkiyyətindəki AZ-26-T-039 dövlət qeydiyyat nişanlı, 1999-cu il buraxılışlı, sarı rəngli «Katapillar D8L» markalı buldozerin (kapitallar№ 53Y3901) açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 15 yanvar 2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı “xxxx” ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh2 MMC arasında 30 yanvar 2013-cü il tarixli, 02/0-AYİB nömrəli kredit müqaviləsinin bağlanmış, sonuncuya illik 19%-lə, 36 ay müddətinə 171000 avro məbləğində kredit verilmiş, cavabdeh tərəfindən öhdəlik lazımınca icra olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə qismən razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcunun tutulması hissəsində səhvə yol vermişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 25 oktyabr 2018-ci il tarixli, 32473 saylı ekspert rəyi ilə müəyyən olunur ki, 30 yanvar 2013-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin 30 yanvar 2016-cı il tarixə borcu 83777,61 avro, o cümlədən əsas borc üzrə 69294,96 avro, faiz borcü üzrə 14482,65 avro təşkil etmişdir. Göründüyü kimi, kreditin qaytarılması müddətinin bitdiyi tarixə faiz borcu 14482,65 avro olmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçının xeyrinə tutulmalı olan faiz məbləğini 14482, 65 avro həddində müəyyən etmiş apelyasiya instansiyası məhkəməsinin qəldiyi nəticə əsaslıdır. Həmçinin, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş cərimənin məbləğini azaldaraq 1000 avro həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca (65355.25 avro) münasibətdə tənasübsüz deyildir. Həmçinin, digər cavabdeh (Cavabdeh1) fiziki şəxs olmaqla, hazırki iş üzrə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi mülkiyyətində olan əmlakı ipoteka qoymuşdur. Yəni, həmin şəxsin fərdi sahibkar olub-olmamasından asılı olmayaraq, hazırki mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən (hətta fərdi sahibkar olsa belə) irəli gəlmir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 145 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də Cavabdeh2 MMCyə aid edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu madd əsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)-232/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar