Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5217/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə1 iştirakları ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1146/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şika yətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Şabran rayonu, Ağalıq sahə baytarlıq məntəqəsinin müdiri X4 tərəfindən verilmiş rəyə əsasən xxx kənd sakini İddiaçı şəxsi qoyunçuluq təsərrüfatında, taxıl sahəsində otlayan vaxt qoyunlar arasında mədə önlüklərində iti timpaniyası baş vermişdir. Sahə həkimi tərəfindən müalicə aparılmasına baxmayaraq 15 (on beş) baş ana qoyunlar arasında yoluxmayan xəstəlikdən, iti timpaniyadan ölmüşdür. 27 baş qoyun ağır ölümcül vəziyyətdə olmuşdur. İti timpaniya nəticəsində ölmüş 15 baş ana qoyunların cəsədləri örüş sahəsindən müəyyən qədər kənar sahədə basdırılaraq, həmin sahə 5%-li formalin məhlulu ilə dezinfeksiya edilmişdir. Qalan 27 baş ağır ölümcül vəziyyətdə ol an qoyunlar uzun müddət müalicə olunmuş, lakin uzun müddət intensiv müalicəyə baxmayaraq, həmin qoyunların bir çoxu tam sağalmamış və zəifləmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərara əsasən Cavabdeh xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində yaşadığı xxx kəndinə yerləşən əkin sahəsində həmkəndlisi X3 ilə mübahisə etdiyi zaman sonuncunun kürək nahiyəsinə bel ilə vuraraq sağlamlığına zərərvurmayan bədən xəsarəti yetirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində idd iaçıya vurulmuş 9750 manat məbləğində zərərin, həmçinin rüsum kimi ödədiyi 30 manat və hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə saat 17:00 radələrində yaşadıqları xxx kəndi ərazisində, biçilmiş zəmidə qoyunlarını otaran X1 at belində hücum edərək heç bir səbəb göstərmədən bel sapı ilə sonuncunu döymüşdür. Cavabdehin bu hücumundan müdafiə olunması üçün X3 qaçaraq kol-kosa girərək gizlənmişdir. Cavabdeh qoyunları qabağına qatıb döyə-döyə uzağa, çöllərə səpələmiş və biçilməmiş sahələrə buraxmışdır. Bu zaman cavabdeh qoyunları bel sapı ilə vuraraq, yaralamış və biçilməmiş sahələrə buraxmaqla qəsdən qoyunların ölməsinə səbəb o lan əməl törətmişdir. Biçilməmiş sahəyə buraxılan heyvanlar həddindən artıq buğda sünbülünü yeyib ölmüşlər. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının təsərrüfatına ağır zərər vurulmuş və təsərrüfatı dağılmışdır. Belə ki, ölmüş və ölümcül heyvanlar təsərrüfatının əsas gəlir gətirən hissəsi olmuşdur. Həm də xəstə qoyunların müalicəsi üçün 1000 manat xərcləmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı gəlirlərdən məhrum olmuş, təsərrüfatı dağılmışdır. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(031)-813/2019 nömrəli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddia qismən təmin edilmiş, Cavabdeh vurduğu zərərə görə 3750 manat məbləğində pulun və 50 manat hüquqi yardıma görə ödənilmiş pulun alınıb İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissəsinin əsassız olduğund an təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh X2 iddiaçının təsərrüfatında olan qoyunları otaran ərazidə döymüş, sonra qoyunları qabağına qatıb, başqa istiqamətə yönəltmiş və həmin hərəkətləri nəticəsində qoyunlar nəzarətsiz qalmış, biçilməmiş taxıl sahəsinə girib, həddən artıq sünbül saçaqlarını yeyərək köpmüş, nəticədə 15 baş ikiyaşlı damazlıq qoyun ölmüş, ölən qoyunların hər biri 250 manat qiymətləndirilməklə, iddiaçıya 3750 manat dəyərində zərər vurulmuşdur. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(031)-813/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə, İddiaçı isə apelyasiya şikayəti verərək, apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin dəyişərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1146/2020 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və T.O.Quliyevdən ibarət tərkibdə) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apelyasiya şikayəti isə təmin edilmiş və Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(031)-813/2019 nömrəli qətnaməsi ləğv edilməklə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən digər sübutlarla yanaşı şahid ifadələrinə də i stinad etmişdir. Halbuki birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrindən görünür ki, onların heç biri cavabdehin iddiaçıya məxsus heyvanlarını əkilməmiş taxıl sahəsinə salmasını şəxsən görməmişlər. Onlar yalnız şahid, yəni iddiaçıya məxsus heyvanları otaran çoban xxxin ifadəsinə istinadən həmin heyvanların cavabdeh tərəfindən taxıl sahəsinə salındığını bildirmişlər. Bundan başqa cavabdehin barəsində olan inzibati xəta haqqında protokollardan görünür ki, şahid (həmin iş üzrə zərərçəkmiş şəxs) xxx ifadəsində bildirmişdir ki, Cavabdeh qoyunları xxx adlı şəxsin taxıl sahəsinə saldığına görə ona irad bildirmiş və onu vurmuşdur. Eləcə də, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir münasibət, razılaşma olmamışdır. İddiaçı özünə məxsus heyvanla rını saxlamaq üçün xxxə vermiş və ondan da tələb etməli idi. Apelyasiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, iddiaçı ona məxsus heyvanların cavabdeh tərəfindən əkilməmiş taxıl sahəsinə salması və bunun nəticəsində heyvanların məhv olmasını bildirsə də, bunu əsaslandıracaq hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər cavabdehin heyvanları taxıl sahəsinə saldığını görmədiklərini bildirmiş, yalnız xxxin bu barədə dediyini göstərmişlər. X3 ifadəsinə göstərmişdir ki, o, qoyunları otararkən xxx atla gələrək qoyunları niyə xxxin biçilmiş sahəsinə buraxdığını deyərək, əlində olan bel ilə onu döymüşdür. O, da qorxaraq qaçıb qamışlığa girib orada gizlənmişdir. Hava qaralandan sonra gizləndiyi yerdən çıxaraq kəndə gəlmiş, xxxın qoyunları əkin sahəsinə aparıb saldığını xxxa xəbər vermişdir. xxx da gedib xxxı tapıb onunla birlikdə qoyunları əkin sahəsindən tapmış, 15 baş qoyunu tapa bilməmişlər. Həmin ifadədən məlum olur ki, cavabdeh xxx qoyunları əkin sahəsinə saldığına görə ona irad bildirərək vurmuşdur. Qeyd edilən şahid cavabdehin heyvanları qovaraq əkin sahəsinə saldığını bildirsə də, buna dair hər hansı bir dəlil iş materiallarında yoxdur. Apelyasiya məhkəməsi hesab etmişdir ki, şahid xxxin həmin ifadəsi özünümüdafiə xarakterlidir. Beləliklə apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı öz iddiasını əsaslandırmaq üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Belə olduqda isə iddianı qismən təmin edən məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1146/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin iddiaçıya məxsus olan 15 baş qoyunun ölməsində və 27 baş qoyunların ölümcül vəziyyətə düşmələrində təqsiri tam sübuta yetirilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi formal mülahizələrlə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianı rədd etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Nümayəndə1 kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tam rədd olunmuş və sonuncu kasasiya şikayətində ap elyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən hazırki kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyy ə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vi deo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı m addəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən his sədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia tələbinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməsini cavabdehdən tələb etmişdir. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan apelyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərək, onları iddianı n təmin olunması üçün əsaslı hesab etməmişdir. Belə ki, təqdim olunmuş sübutlarla tələb olunan zərərin cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olması sübut olunmamışdır. Kasasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kasasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin fak tiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1146/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5217/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5217/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver