Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5218/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-80/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov, iş № 2(028)-513/2018) iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələ binə dair iddiası qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada 010R**********0 saylı kredit razılaşması üzrə 55.668,35 ABŞ dolları kredit borcu, 20.095, 74 ABŞ dolları faiz borcu, 258,08 ABŞ dolları cərimə borcu, cəmi 76.022,17 ABŞ dolları məbləğində borc, ödəniləcək gönə manatla məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı məbləğdə pul vəsaitinin “xxxx” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutma N saylı evin 9 saylı mənzilnə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 49.111,92 manat müəyyən edilməklə, açıq hərracdan satılması və həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin “xxxx” QSC-yə olan borclarının ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından artıq qalan pul vəsaitinin Cavabdeh5 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova, S.A.Qafari və F.Ə.Məmmədov) iddiaçı “xxxx” QSC və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən, ipoteka predmetinin ilkin satış qiymətinin və ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək, ipoteka predmeti olan N saylı evin 9 saylı mənzilinin il kin satış qiyməti 64.000 manat müəyyən edilərək, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin mənzildən çıxarılaraq, boşaldılıb iddiaçıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: “xxxx” QSC ilə Cavabdeh1 Məhəmmədli oğlu arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2008-ci il tarixli sazişlə kredit xəttinin məbləği artırılaraq 2.000.000 ABŞ dolları, müddəti isə 120 ay müəyyənləşdirilmişdir. xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 35 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 % olmaqla 120.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh3, X3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış, həmçinin xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh5 mülkiyyətində olan N saylı evin 9 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. 2018-ci ilin sentyabr ayında “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka yaranmış cəmi 128.022,17 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın, 20 manat xidmət haqqının ondan və digər cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstə rilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndəilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit razılaşmasını bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit razılaşması üzrə öhdəliyini icra edərək razılaşmada nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit razılaşması üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 23 saylı evin 9 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq o lunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1.) Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədik də, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlər inə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5218/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5218/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver