Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-522/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 28 yanvar 2019-cu il İş № 2(102)-522/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8418/2018 nömrəli iş üzrə 08 avqust 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müə yyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Gülsarə İmanova) 2(010)-2574/2018 saylı, 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 4989,41 ABŞ dolları əsas, 1005,37 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6194,78 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Fuad Talışiski) 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi iddia tələbinin zaminlər – Cavabdeh2 və Cavabdeh5 qarşı təmin edilməsi hissədə ləğv edilmiş və iddia tələbləri cavabdehlər Cavabdeh2 və Cavabdeh5 aid hissədə rədd edilmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 4989,41 ABŞ dolları əsas, 1005,37 ABŞ dolları faiz, 498,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6493,72 ABŞ dolları borcun və 20 manat dövlət rüsmunun tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 iyun 2016-cı il tarixdə 2(010)-6918/2016 saylı m əhkəmə əmri ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ASC-nin xeyrinə 4989,41 ABŞ dolları əsas, 1005,37 ABŞ dolları faiz, 498,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6493,72 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını əmr edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-6918/2016 saylı 21 fevral 2018-ci il tarixli qərardadı ilə qeyd olunan məhkəmə əmrindən Cavabdeh1 etiraz verdiyindən həmin məhkəmə əmrinin ləğv edilməsi və mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09.07.2008-ci il tarixli 02L000003034 saylı kredi müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğinə kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit xətti razılaşması ilə müəyyən olunmuşdur. Cavabdeh1 iddiaçı ilə bağladığı 20.02.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcsi 2,25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 6000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 20.04.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh razılaşmanın 1.2-ci bən dinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit üzrə yaranmış 20.08.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcunu və faizi borcundan ibarət vəsaiti qaytarmamışdır. Borcu qaytarmadığı üçün cavabdehin 25.05.2016-cı il tarixə 279 gün üçün hesablanmış faiz borcu 1005,37 ABŞ dolları təşkil edir. Həmçinin kredit xətt müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə zaminlik müqavilələri bağlanmış və zaminlər kreditin qaytarılması ilə bağlı üzərlərinə öhdəliklər götürmüşlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası nın 08 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin cavabdeh-zaminlərə aid olan hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, "... zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavil ələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.” Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcminin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını tələb edir. Hazırkı işin faktiki hallarından görünür ki, bank tərəfindən borclu Cavabdeh1 20.02.2015-ci il tarixli kredit razılaşması ilə aylıq 2,25 % olmaqla 18 ay müddətinə 6000 ABŞ dol ları məbləğində kredit verilməklə, həmin razılaşma ilə nəzərdə tutulan öhdəliyin konkret həcmi tərəflər arasında bağlanmış 09.07.2008-ci il tarixli kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (20000 ABŞ dolları) və müddət (120 ay) həddində olmuşdur. Həmçinin, 20.02.2015-ci il tarixli kredit razılaşması ilə verilmiş kredit 20.04.2015-ci il tarixli sazişlə restrukturizasiya edildikdən sonra belə, yeni ödəniş planına əsasən ödənilməli əsas və faiz məbləği yenə də 09.07.2008-ci il tarixli kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləği və müddəti aşmamışdır. Tərəflərin izahatları: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəki lsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh5 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya baxışının həddləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin zaminlər – Cavabdeh2 və Cavabdeh5 qarşı rədd edilməsi hissədə yoxlanılması təşkil edir. Çünki kassasiya şikayətinin məzmunundan göründüyü kimi, iddiaçı qətnaməni yalnız həmin h issədə mübahisələndirmişdir. Cavabehlər isə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09.07.2008-ci il tarixli 02L000003034 saylı kredi xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğinə kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit xətti razılaşması ilə müəyyən olunmuşdur. Cavabdehin iddiaçı ilə bağladığı 20.02.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılm az hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə - hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Kreditin təminatı kimi digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə müxtəlif vaxtlarda kredit xətti müqaviləsi üzrə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər Cavabdeh3 02.05.2014-cü il tarixdə ürək çatışmamazlığından Bakı şəhərində, Cavabdeh4 isə 28.10.2015-ci il tarixdə ağciyər ürək çatışmamazlığından Bakı şəhərində vəfat etmiş, onlara münasibətdə işin icraatına xitam verilmişdir. Bu barədə olan məhkəmə qərardadından şikayət veril məmişdir. İddia tələbini zaminlər Cavabdeh2 və Cavabdeh5 münasibətdə rədd edən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 20.02.2015-ci il tarixli 002R********** saylı kredit razılaşmasından sonra bank ilə kredit alan arasında 09 iyul 2008-ci il tarixli uzunmüddətli kr edit müqaviləsi üzrə 20 fevral 2015-ci il tarixdə bağlanmış kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 22.03.2016-cı il tarixdən aylıq 2,1667 faiz, 22.08.2016-cı il tarixdən aylıq 0 faiz dərəcəsi ilə faizlər hesablanmış və kredit razılaşmasının ayrılmaz hissəsi olan 20 fevral 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 20 aprel 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Bu yeni müqavilənin bağlanması zamanı zaminlərə zaminlik müqavilələrinin bağlanması ilə bağlı müraciət edilməmiş və zaminlərin həmin müqaviləyə dəyişikliyin edilməsi barədə razılıqlarının olub-olmaması halı müəyyən edilməmişdir. Göründüyü kimi, kredit razılaşmasına və ödəniş planına dəyişikliyin edilməsinə dair ye ni müqavilə bağlanarkən zaminlər yeni müqavilənin bağlanmasına razılıq verməmişlər. Belə olan halda zaminlərin kredit razılaşmasında nəzərdə tutulan bu dəyişiklik barəsində xəbərdar edilməklə kredit verən ilə yeni müqavilə bağlanılmalı idi. Belə ki, həmin öhdəlik üzrə olan dəyişiklik zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlaverişsiz nəticələrə səbəb olur. Lakin zaminlər, həmin öhdəlikdə dəyişiklikləri qəbul etməmişlər və bununla bağlı yeni zaminlik müqaviləsini imzalamamaqla üzərlərinə yeni müqavilədən irəli gələn məsuliyyəti götürməmişlər. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Ape llyasiya Məhkəməsi mülki kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumun qeyd edilən qərarına istinad etməkdə haqlı olsa da, həmin qərarı düzgün tədbiq etməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmə maddi hüquq normasının tələblərini pozmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələ ri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zamini n razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələr inin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Hazırkı işin faktiki hallarından görünür ki, bank tərəfindən borclu Cavabdeh1 20.02.2015-ci il tarixli kredit razılaşması ilə aylıq 2,25 % olmaqla 18 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit verilməklə, həmin razılaşma ilə nəzərdə tutulan öhdəliyin konkret həcmi tərəflər arasında bağlanmış 09.07.2008-ci il tarixli kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (20000 ABŞ dolları) və müddət (120 ay) həddində olmuşdur. Həmçinin, 20.02.2015-ci il tarixli kredit razılaşması ilə verilmiş kredit 20.04.2015-ci il tarixli sazişlə restrukturizasiya edildikdən sonra belə, yeni ödəniş planına əsasən ödənilməli əsas və faiz məbləği yenə də 09.07.2008-ci il tarixli kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləği və müddəti aşmamışdır. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığının alınmasını, belə razılığın olmamasının zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli olmasını qeyd edir. Hazırkı işin hallarına əsasən borcluya həm xətt çərçivəsində 6000 ABŞ dolları məbləğində kreditin verilməsinə dair və müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, həm də kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi çıxış edən zamin Cavabdeh2 ilə bağlanmış 002S**********01 saylı zaminlik müqaviləsi eyni gündə - 20.02.2015-ci il tarixdə bağlanmışdır, belə olan halda zamin Cavabdeh2 istər açılan kredit xəttinin, istərsə də verilən konkret kreditin məbləği və faizi barədə məlumatlı ola bilməsinə məhkəmə qiymət verməmişdir. Habelə, nəzərə alınsa ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında söhbət bağlanmış kredit müqavilələrində yalnız faiz dərəcəsi barədə zaminin razılığının alınmasından gedir və hesab edilsə ki, hazırkı işdə məhkəmənin qeyd etdiyi kimi zaminlərdən həmin razılıq alınmamışdır, onda belə olan halda məhkəmə zaminlərə münasibətdə iddianı ancaq faiz borcu tələbinə dair hissədə təmin etməyə bilərdi. Məhkəmə isə əsas borc tələbinə dair hissədə də iddianı zaminlərə münasibətdə rədd etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-cı il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “Zaminin məsuliyyatinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən hamin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya asasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyatini artırmalı va ya onun üçün başqa əlverişsiz naticələrə səbəb olmalıdır. Zaminliya xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dayişdirilmənin onu n məsuliyyətinin artmasına və ya onun üçün əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, har bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticəyə səbəb olma” məhkəmələr tarafindən qiymətləndirilərkən işin konkret halları, şikayətin dəlilləri nəzərə alınmalı və bunun ücündə həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.” Mulki Məcəllənin 477.0.1-ci maddəsinin tələbinə əsasən zamiliyə o hallarda xitam verilir ki zaminliyin təmin etdiyi öhdəliyə xitam verilsin; b) zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirilsin v ə bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsun. Göründüyü kimi, burada aydınlaşdırılmalı olan əsas məsələ odur ki, 20.04.2015-ci il tarixli sazişə əsasən 20.02.2015-ci il tarixdə verilmiş kreditin restrukturizasiyası nəticəsində öhdəliyin dəyişdirilməsi zaminin 09.07.2008-ci il tarixli kredit xətt müqaviləsi ilə müəyyən edilmiş məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdurmu? Bankla cavabdeh Əliməmmədov Malik oğlu arasında 09.07.2008-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehlər Cavabdeh5 ilə 10.08.2011-ci il, Cavabdeh2 ilə 20.02.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi bankla kredit alan Cava bdeh1 arasında sonradan bağlanmış 20.02.2015-cü il tarixli kredit razılaşması və həmin razılaşmaya və ödəniş cədvəlinə 20.04.2015-ci il tarixdə edilmiş dəyişikliyin zaminlərin vəziyyətini ağırlaşdırmasını nəzərə alaraq zaminliyə xitam verilməsi qənaətinə gələrkən zaminlərin kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı verilmiş əsas borcu qaytarmasına məsuliyyət daşımalarını diqqətdən qaçırmışdır. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, məhkəmə hazırkı iş üzrə mübahisəyə Mülki Məcəllənin 477.0.1-ci maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarını tətbiq edib iddianı zaminlər Cavabdeh2 və Cavabdeh5 münasibətdə rədd etməkdə haqlı düzgün nəticəyə gəlməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları norma larının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiiddia tələbinin zaminlər Cavabdeh2 və Cavabdeh5 qarşı rədd edilməsi hissədə qanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8418/2018 nömrəli iş üzrə 08 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin zaminlər – Cavabdeh2 və Cavabdeh5 qarşı rədd edilməsi hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-522/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-522/2019
28.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver