Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-522/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan tələbi, torpaq sahəsindən çıxarılma) 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan tələbi və torpaq sahəsindən çıxarıla» tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1966/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərtər Rayon İcra Hakimiyyəti başçısının i/M №09 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə Tərtər rayonu Moxtaraq kəndində yerləşən 47,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 il müddətində, İddiaçı icarəsinə verilmiş, bu barədə xx.xx.2019cu il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılaraq adına çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan torpaq sahəsindən çıxarılmasını və dəymiş maddi ziyan olaraq cavabdehdən 273.000 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsini iclasında iddiaçı iddia t ələblərinin bir hissəsinin, yəni 273.000 manat pul tələbi hissənin baxılmamış saxlanılmasını, yəni cavabdehin torpağı zəbt etməsi mütəxəssislər tərəfindən yenidən təsdiq ediləcəyi təqdirdə yenidən həmin tələbinə baxılmasını xahiş edəcəyi barədə ərizə vermiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-04/2022 saylı qərardadı ilə ərizə həmin hissəsi baxılmamış saxlanılmışdır.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon İcra Hakimiyyəti Başçısının 30 aprel 2007-ci il tarixli, 60 saylı sərəncamı ilə Tərtər Rayon İƏD-nin Moxrataq kənd ərazisindən 20 il müddətinə icarəyə götürdüyü 47.25 hektar torpaq sahəsinin bir hissəsini Cavabdeh 2007-ci ildən bəri əkib-biçir. Bununla bağlı Tərtər Rayon Polis Şöbəsinə müraciət etmiş, Cavabdeh qarşı CM-nin torpaq zəbt etmə maddəs i ilə cinayət işi açılmışdır. Tərtər Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinib 8000 /səkkiz/ min manat cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, yəni o, 10.32 ha torpaq sahəsini zəbt etməkdə təqsirli bilinmişdir. Buna baxmayaraq hal-hazırda da Cavabdeh orada arpa və taxıl əkib becərir. Bir neçə dəfə Üzeyirə icarəyə götürdüyü torpaq sahəsindən çıxması barədə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Bu barədə müxtəlif dövlət orqanlarına şikayətlər edilmişdir. İcarəyə götürdüyü torpaq sahəsinin bir hissəsinin Üzeyirin istifadə etməsinə ba xmayaraq hər il 50 hektar torpaq sahəsinə görə 200 manat vergini "xxxx" ASC- nin Tərtər Filialına özü ödəmişdir. Bir neçə dəfə Üzeyirə icarayə götürdüyü torpaq sahəsində pambıq əkəcəyini, buna görə də onun sahəsindən istifadə etməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. 2019-cu ilin sentyabr ayında Tərtər Rayon PŞ-nin əməkdaşları Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə Ərazi Şöbəsinin, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Xidmətinin Mingəçevir LTİ-nin əməkdaşlarının, onun və qonşu icarədar Yusif Salayevin iştirakı ilə onun torpağının sərhədləri müəyyənləşdirilərkən icarəyə götürdüyü torpaq s ahəsinin bir hissəsinin Üzeyir tərəfindən zəbt olunaraq arpa əkildiyi məlum olmuşdur. Üzeyir onun torpaq sahəsindən çıxmayacağını və həmin sahəni əkib becərəcəyini bildirmiş, heç kimin torpağını zəbt etmədiyini göstərmişdir. Məhkəmələrin cinayət işləri üzrə hökmlərindən sonra da belə vəziyyət davam etməkdədir. Vəziyyətin belə davam etməsi onun mülkiyyət hüquqlarını pozur.
5. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh bildirmişdir ki, CM-nin 188.1 və 322.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilinsə də hesab edir ki, heç kimin torpaq sahəsini zəbt etməmişdir. İddiaçını tanıyır, hətta qohumluq münasibətləri də var. 2003-cü ildən Tərtər rayonunun Moxrataq kəndinin ərazisindən 15 il müddətinə 30 hektar torpaq sahəsini icarəyə götürüb taxıl əkib becərir. Göl oğlan da 2009cu ildən həmin kəndin ərazisindən torpaq sahəsini icarəyə götürüb heyvan saxlayır. Göloğlanla onun torpaq sahəsini icarəyə götürüb heyvan saxlayır. Güloğlanla onun torpaq sahəsinin arasında qardaşı Yusifin də 20 hektar torpaq sahəsi var və taxıl əkib-becərir. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ekspertiza təyin edilib və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri "Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti" X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 mart 2022-ci il tarixli RƏYİ alınıb. Həmin Rəydə qeyd olunur ki, icarə hüquqları əsasında Güloğlana məxsus olan 47.25 ha torpaq sahəsinin 10.32 ha hissəsini Cavabdeh zəbt edib. Lakin bu Rəy ilə razı deyil, yenidən mütəxəssislərə müraciət edib, yenidən ölçü işləri aparılacaq. İddiaçının maddi ziyan tələblərini də qəbul etmir. Bir daha bildirir ki, Güloğlana məxsus torpaq sahəsini zəbt etməyib.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri "Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı verilmiş 47.25 ha torpaq sahəsinin 10.32 ha hissəsini hazırkı Cavabdeh zəbt etmişdir.
7. Tərtər Rayon Məhkəməsinin (hakim E.Bayramov) 29 aprel 2022-ci il tarixli, 2(061)-04/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Cavabdeh iddia tələblərini etiraf etməsə də və İddiaçı məxsus olan 47.25 hektar torpaq sahəsinin heç bir hissəsini zəbt etmədiyini göstərsə də, onun həmin torpaq sahəsinin bir hissəsini zəbt etməsi iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 1(061)-15/2020 saylı, 01 dekabr 2020-ci il tarixli hökmü, Gəncə Apellyasiya Məhkəməsinin 18 aprel 2022ci il tarixli qərarı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri “Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti” X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 mart 2022-ci il tarixli, rəyi ilə sübut olunur, həmin rəy ilə müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin 10.32 ha hissəsini Cavabdeh tərəfindən zəbt edilib.
9. Məhkəmə nəticəsini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Mülki Məcəllənin 152, Torpaq Məcəlləsinin 111-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14, 77 və 78-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – R.Z.Mamedov (sədrlik edən və məruzəçi), S.B.Hüseynov və Ə.G.Abdullayev) 2(104)-1966/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin e dilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-12/2022 saylı qərarından görünür ki, cavabdehin Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinməsinə Tərtər Rayon Məhkəməsinin hökmündən şikayəti təmin edilməmiş, həmin maddə ilə təqsirliliyi təsdiq edilmişdir. Həmin Məhkəmənin hökmündən şikayəti təmin edilməmiş, həmin maddə ilə təqsirliliyi təsdiq edilmişdir. Həmin Məhkəmənin hökmündən görünür ki, iş üzrə ekspertiza təyin edilib və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri “Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli rəyi alınıb, rəydə qeyd olunur ki, 47.25 ha torpaq sahəsinin 10.32 ha hissəsini hazırkı Cavabdeh zəbt edib.
14. İş üzrə verilmiş ekspert rəyindən də müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin 10.32 ha hissəsini Cavabdeh tərəfindən zəbt edilib. Bu isə Tərtər Rayon Məhkəməsinin 1(061)-15/2020 saylı, 01 dekabr 2020-ci il tarixli hökmü ilə tam təsdiq olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, Torpaq Məcəlləsinin 84, 111-ci maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77 və 82-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin əsası kimi qeyd olunmuşdur ki, iddiaçının tələblərinin əsası olan hallar araşdırılmadan iddia təmin edilmişdir. Tərəfindən təqdim edilmiş sübutlar iş üçün əhəmiyyətli olsa da, məhkəmə bu hallar hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə teleqram ünvanlanaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəyi səbəbindən məhkəmə iclasının təxirə salınması istənilsə də məhkəmə teleqramı nəzərə almamış, birinci iclasda qətnamə çıxarmışdır. Bununla da cavabdehin müdafiə hüququ p ozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllə
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Torpaq Məcəlləsi
21. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
22. Maddə 111. 1-ci hissə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
23. Maddə 111. 2-ci hissə Özbaşına tutulmu ş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1966/2022 nömrə li, 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.