Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5223/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil Şərəf oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-946/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 26 noy abr 2019-cu il tarixli, 2(067)-3105/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.B.Sadıqov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-946/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və Z.İ.Məmmədov) Cavabdeh apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 26 noyabr 2019-cu il tarixli 2(067)-3105/2019 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 5.000 manat məbləğində pulun və ö dənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun qohumudur. Cavabdehin oğlu ilə onun qızı rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Cavabdehlə yaxşı münasibətləri olmuş, qohum kimi bir-birinin evinə gedib gəlmişlər. 2019-cu ilin yanvar ayının əvvəllərində Şamil idarə etdiyi avtomaşınla avtoqəza törətmiş, avtomaşını yararsız vəziyyətə düşmüşdür. Həmin avtomaşını çox ucuz qiymətə verərək əlavə pulla özünə Tofaş markalı avtomaşın almışdır. Avtomaşını alakən cavabdeh ondan 1.500 manat borca pul istəmişdir. O da qohum olduğu üçün həmin pulu cavabdehə borc vermişdir. Həmin vaxtlarda cavabdeh əlavə olaraq 3.500 manat da borc pul istəmişdir. Ona söz vermişdir ki, aldığı 5.000 manat bor c pulu bu ilin yay aylarında qaytaracaq. Deməsinə görə hansısa bankdan kredit götürməlidir, krediti götürüb onun pulunu qaytaracaqdır. Lakin bu vaxta qədər borcu qaytarmamışdır. Hazırda cavabdehin oğlu ilə onun qızı arasında narazılıqlar yaranmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil Şərəf oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qayd asında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil Şərəf oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Vəkil Şərəf oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. -740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə yazılı və şifahi formada bağlanır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər quda olmuşlar, iddiaçının qızı Gülçəmənlə cavabdehin oğlu İlqar 30 avqust 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, birgə nikahdan 20 iyun 2019-cu il tarixdə Amir adlı uşaqları anadan olmuşdur və tərəflər arasında olan nikah pozulmuşdur. İşdə olan 23 avqust 2019-cu il tarixli qəbzin surətindən görünür ki, iddiaçının qızı G.İddiaçı Xaçmaz rayon Ləcət kəndindən yerləşən Şövkət Kuberova məxsus olan evdən ona məxsus olan cehiz əmlakları Cavabdeh tam şəkildə təhvil alınması, bu gün və gələcəkdə İ.Kuberova qarşı cehiz əmlakla bağlı heç bir şikayət və tələbinin olmamasını bild irmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən dəvət olunmuş yaxın qohumları olan şahidlərin ifadəsində ziddiyətlər mövcuddur ki, bu da şahidlərin ifadələrinin həqiqətə uygun olmadığına dəlalət edir. Belə ki, iddiaçı ərizəsində cavabdehin xahişi ilə əvvəl ona 1.500 manat pul borc verdiyini və həmin vaxtlarda cavabdehin xahişi ilə 3.500 manat məbləğində ona yenidən bilavasitə borc verdiyini bildirdiyi halda, şahid D.M.Babayev ifadə verərək bildirmişdir ki, 3.500 manat pul ondan alınaraq cavabdehə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı əvvəl 1.500 manat və sonra həmin vaxtlarda yenidən 3.500 manat cavabdehə verdiyini yazdığı halda, iddiaçının qızı G.İddiaçı ifadə verərkən bildirmişdir ki, «öz evlərində atası onun yanında 1.500 manat pulu Şamilə vermişdir. Qəzanın səhəri günü də o atasının evində olmuş, cavabdehin oğlu ilə toylarından sonra Şamil bankdan aldığı krediti qaytara bilmədiyi üçün Dilqət adlı şəxsin yanında atasından 3500 manat borc almışdır». İş materiallarından görünür ki, iddiaçı törətdiyi qəzadan sonra 1.500 manat və sonra həmin vaxtlarda 3.500 manat ona borc verdiyini bildirdiyi halda şahid Gülçəmən qəzadan əvvəl 1.500 manat və qəzanın ertəsi günü atasının ona 3.500 manat borc verdiyini bildirmişdir. Göründüyü kimi, şahidlərin ifadələri iddiaçının dediklərinə tamamilə uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanuna uyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kol legiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-946/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5223/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5223/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver