Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-523/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı İKB ASC-nin vəkili Abdullayev Fərid Kazım oğlunun, Cavabdeh1 iştirakları ilə, Cavabdeh1 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnamə sindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi,əmlakın açıq hərracda satılması və boşaldılması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən C.Səfiyeva, iş 2(012)-238/2018) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 13866,55 ABŞ dolları məbləğində əsas borc, 6580,18 ABŞ dolları məbləğində faiz borcu, 21 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 20467,73 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, 12 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 107,1 kv.m ümumi, 34,6 kv.m yaşayış, 72,5 kv.m yardımçı sahəsən ibarət 5A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ilkin satış qiyməti 61.000 manat müəyyən olunmaqla həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə olan 20467,73 ABŞ dolları məbləğində borcunun ödənilməsinin təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödən ilmiş pul vəsaitinin əvəzi qismində 5 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov(sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov, iş № 2(105)-190/2019) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(012)-238/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və boşaldılması tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2014-cü il tarixli, 27-G-1-0-48614 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 13866,55 (on üç min səkkiz yüz altmış altı dollar 55 sent) ABŞ dolları məbləğində əsas borc, 6467,12 (altı min dörd yüz altmış yeddi dollar 12 sent) ABŞ dolları məbləğində faiz borcu, 21(iyirmi bir) ABŞ dolları cərimə borcu, cəmi 20354,67 (iyirmi min üç yüz əlli dörd dollar 67 sent) ABŞ dollarının ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 10 7,1 kv.m ümumi, 34,6 kv.m yaşayış, 72,5 kv.m yardımçı sahəsən ibarət 5A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 61.000 (altmış bir min) manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə olan borcunun ödənilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzinin Cavabdeh1 İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ek spertizasının dəyəri olan 120 (bir yüz iyirmi) manatın Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyas ı məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı İKB ASC-nin vəkili Abdullayev Fərid Kazım oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi mə sələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə bağlanmış 12 dekabr 2014-cü il tarixli, 27-G-1-0-486-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 25 fa iz olmaqla 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 məxsus Abşeron rayonu, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 107,1 kv.m ümumi, 34,6 kv.m yaşayış, 72,5 kv.m yardımçı sahədən ibarət 5A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, ev 38.000 manat qiymətləndirilmişdir. Maliyyə arayışına görə, Cavabdeh1 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19 sentyabr 2017-ci il tarixə olan əsas borcu 13866,55 ABŞ dolları, faiz borcu 3 6580,18 ABŞ dolları, cərimə borcu 214,95 ABŞ dolları, cəmi borcu 20661,68 ABŞ dolları təşkil edir. “X6” məhdud məsuliyyətli cəmiyyətinin 027/LBC saylı, 19 yanvar 2018-ci il tarixli rəyinə görə, Cavabdeh1 məxsus Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov ünvan1 ünvanında yerləşən 5A nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 6100 0 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 18964 saylı, 04 iyun 2019-cu il tarixli rəyinə görə, hesabdan çıxarışlardan və 12 dekabr 2014-cü il tarixli, 27-G-1-0-486-14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 19 sentyabr 2017-ci il tarixə banka olan əsas borcu 13866,68 ABŞ dolları, faiz borcu 6610,88 ABŞ dolları müəyyən edilir. İddiaçı İnvestisiya Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2014-cü il tarixli, 27-G-1-0-486-14 saylı kredit müqaviləsinə əsasən 19 sentyabr 2017-ci il tarixdən sonra borclu tərəfindən 143,76 ABŞ dolları məbləğində ödənişlər olması müəyyən olunur. Həmin ödənişlər çıxıldıqda Cavabdeh1 banka olan əsas borcu 13866,68 ABŞ dolları, faiz borcu 6467,12 ABŞ dolları təşkil edir. Apelyasiya instan siyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 739.2, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 269.1, 269.2, 269.4, 270.1, 295, 317.1, 421, 462.1, 467, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 33, 34.1, 34.1.1, 34.1.2, 59.3-cü maddələrini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-523/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-523/2020
24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver