Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-523/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1873/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4567.50 ABŞ dolları - bundan 1024.42 ABŞ dolları əsas, 534.05 ABŞ dolları faiz, 2862.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 97.65 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1486/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev) iddia qismən təmin edilərək, Cavabdeh 1024.42 ABŞ dolları əsas, 534.05 ABŞ dolları faiz, 30 ABŞ d olları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1735.05 ABŞ dollarının milli manata məzənnədə, iş üzrə ödənilmiş 43.35 manat dövlət rüsumunun alınaraq Banka ödənilməsi və cavabdeh Zamin münasibətdə iddianın rədd olunması qət edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1873/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) iddiaçı tərəfin dən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun şəkildə tərtib olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
6. Azərbaycan Respublikası MPM-in hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi ş əxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; -şikayətə əlavə edilən sənədlərin siyahısı.
7. Bundan başqa, apellyasiya şikayətinin formasını tənzimləyən Azərbaycan Respublikası MPM-in 2 saylı əlavəsində təsbit olunmuşdur ki, apelly asiya şikayətində apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası olmalı, şikayət hüquqi şəxs tərəfindən verildikdə apellyasiya şikayəti onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.
8. Məhkəmə kollegiyası, apellyasiya şikayətini tədqiq edərək qeyd etmişdir ki, İddiaçı ASC-nin şikayətində apellyasiya şikayətinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətində qətnamənin hansı hissədə ləğv edilməsini konkret olaraq qeyd etməmişdir.
9. Eyni zamanda şikayət ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi adından verildiyi halda, ləğ v prosesində olan İddiaçı ASC-nin elektron imzası ilə imzalanmış, şikayətə şikayət vermək hüququna malik olan hüquqi şəxsin möhürü vurulmamışdır.
10. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1 maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
12. Məhkəmə kollegiyas ı öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.1, 361.1.1-1, 363.1.5, 402.2-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası öz qərardadında qeyd etmişdir ki, İddiaçı ASC-nin şikayətində apellyasiya şikayətinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və həmin hissədə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətində qətnamənin hansı hissədə ləğv edilməsini konkret olaraq qeyd etməmişdir. Eyni zamanda şikayət ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi adından verildiyi halda, ləğv prosesində olan İddiaçı ASC-nin elektron imzası ilə imzalanmış, şikayətə şikayət vermək hüququna malik olan hüquqi şəxsin möhürü vurulmamışdır. İddiaçı Bank tərəfindən tərtib edilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə tam riayət edilməklə, eyni zamanda MPM-in 2 saylı əlavəsində göstərilən formaya tam uyğun olaraq tərtib edilmiş və elektron qaydada elektron kabinetə yerləşdirilmişdir. Belə ki, tərtib edilmiş apellyasiya şikayətinin “işin halları” hissəsində qətnamənin hansı hissədə tam təmin, hansı hissədə qismən təmin edildiyi hissə göstərilmişdir, qismən təmin edilən hissə isə cərimə məbləğidir Məlumdur ki, iddiaçı Bankın qətnamədən narazı qaldığı hissə qismən təmin edilən hissədir ki, həmin hissə də tərəfindən mübahisələndirilmişdir. Mübahisələndirilən hissə həmçinin tərtib olunan cədvəldə də qeyd edilmişdir. Belə ki, qətnamə çıxarılarkən iddiaçı Bank tərəfindən pozulduğu iddia olunan norma, yəni hazırda mülki iş üzrə mübahisələndirdiyimiz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi cədvəldə qeyd edilmiş və qarşısında pozuntunun nədən ibarət olduğu, bu halın bankın maraqlarına nə dərəcədə toxunacağı aydın şəkildə ifadə edilmişdir, məhkəmə kollegiyası isə qeyd olunan hallara diqqət yetirməmişdir. Eyni za manda kassator bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən İddiaçı ASC-nin lisenziyası ləğv edilmişdir. Qeyd olunan qərar ilə hüquqi şəxs kimi İddiaçı ASC deyil, yalnız onun bank fəaliyyəti ilə məşğul olmaq üçün verilən müvafiq lisenziyası ləğv edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC öz hüquqi mövcudluğunu saxlayır və ləğv prosesi başa çatanadək, müvafiq icra hakimiyyəti orqanında buna dair qeyd aparılanadək qanunvericiliyə uyğun olaraq məhkəmədə tərəf olmaq, öz adından şikayət vermək hüququna malikdir. Həmçinin bildirilmişdir ki, bu günə kimi ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv etmədə olan LPO İddiaçı ASC-nin tələblərinə görə yüzlərlə iddialar qaldır ılmış, müvafiq şikayətlər verilmiş, bütün instansiya məhkəmələrində onlara baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Yəni formalaşmış məhkəmə təcrübəsinə əsasən tərtib olunmuş şikayətlərə hazırki qaydada baxılması məqsədəmüvafıq hesab edilmişdir. Kassator bildirmişdir ki, yuxarıda sadalananlardan göründüyü kimi, məhkəmə kollegiyası iddiaçı Bank tərəfindən əsaslı, Azərbaycan Respublikası MPM-nin tələblərinə tam uyğun tərtib olunmuş apellyasiya şikayətini əsassız olaraq geri qaytarmaqla Bankın maraqlarına toxunan qərardad qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
18. Maddə 363.1.1-1Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblər inə riayət edilmədən verilmişdirsə geri qaytarılır.
19. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apell yasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən mülki prosessual normaların tələblərini pozduğunu, apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsas ların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
27. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin digər hüquqi əsaslandırması ilə razılaşmasa da, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsində nəzərdə tutulan əsaslar olmuşdur.
28. Belə ki, həmin maddənin mənasına görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
29. Həmin Məcəllənin 361.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində a şağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı.
30. Bunda n başqa, Azərbaycan Respublikası MPM-in 2 saylı əlavəsində apellyasiya şikayətinin forması nəzərdə tutulmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb qeyd etmişdir ki, İddiaçı ASC-in şikayətinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunsa da, şikayətdə qətnamənin hansı hissədə ləğv edilməli olması konkret olaraq qeyd edilməmişdir.
32. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
33. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilmədiyindən, habelə şikayətdə qətnamənin hansı hissədə ləğv edilməli olması konkret olaraq qeyd edilmədiyindən, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiyanı qeyrimümkün hesab etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası Q ə r a r a aldı: İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(106)-1873/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.