Məhkəmə qərarları › İş №2(102)-5230/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5230/2019

20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5230/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı ASC “Xalq” Bankın vəkili X3, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2(105)-142/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, X kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 09 yanvar 2018-ci il tarixli, 2(060)-605/2018 saylı qətnamə si ilə (sədrlik edən, hakim İ.M.Mahmudov) iddiaçı ASC “Xalq” Bank cavabdehlər X Hüseyn qızı, Cavabdeh2 qarşı “kredit borcunun, faizlərin ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və mənzildən çıxarılma” barədə iddiası qismən təmin edilərək, tutmanın 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X2ya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı binanın 51-ci mənzilinə yönəldilməsi, 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 35.615,23 manat əsas borcunun, 2.668,22 manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 23 avqust 2016-cı il tarixədək keçmiş əsas borc məbləğinə hesablanmış 262,14 manat cərimə faizlərinin, cəmi 38.545,59 ma nat pulun Cavabdeh2 tutularaq ASC “Xalq” Bankına ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə cavabdeh X2ya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı binanın 51-ci mənzilinin hərracda satılması, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Tərəflər qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2(105)-142/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) iddiaçı ASC “Xalq” Bank apellyasiy a şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi əsas və faiz borclarının tutulması hissəsində dəyişdirilərək, 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 35.273,05 manat əsas, 10.253,19 manat faiz borcunun tutulub iddiaçı ASC “Xalq” Banka ödənilməsi qət edilib, qalan hissədə qətnamə dəyişdirilmədən, cavabdehlər X2 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Cavabdehlər qətnamədən kassasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun, faizlərin ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və mənzildən çıxarılma” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 42.000 manat kredit verilib. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən digər cavabdeh X2ya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı binanın 51-ci mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İddia ərizəsində 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 əsas borca görə 35.273,05 manat, hesablanmış faizə görə 10.482,14 manat, 08 yanvar 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinin illik 15 faiz dərəcəsi ilə hesablanmış 3.262,14 manat cərimə faizlərinin, cəmi 49.017,33 manat, 08 yanvar 2018-ci il tarixdən başlayaraq iddiaçı təşkilatın tə ləblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 17 faiz dərəcəsi ilə hesablanın faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə digər cavabdeh X2ya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı binanın 51-ci mənzilinə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh2 nümayəndəsi X4 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı ASC “Xalq” Bankın vəkili X5 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xa hiş etdi. Cavabdeh X2, vəkili X6 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxalmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Resp ublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsas və faiz borclarının tutulması hissəsində dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borclarının düzgün hesablanmamasına, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17 faiz ödəmək şərti il ə 42.000 manat kredit verilib. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən digər cavabdeh X2ya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı binanın 51-ci mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2019-cu il tarixli rəyinə görə, Cavabdeh2 09 yanvar 2018-ci il tarixə iddiaçı təşkilata 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 45.823,20 manat kredit borcu vardır və həmin məbləğin 35.570,02 manat hissəsini əsas, 10.253,19 manat hissəsini isə faiz borcu təşkil edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsas və faiz borcunun tutuması hissəsində gəldiyi nəticə ilə razılaşmayıb, 27 noyabr 2017-ci il və 05 fevral 2019-cu il tarixli ekspert rəyləri arasında dəyərləndirmə apararaq haqlı olaraq qeyd edib ki, sözügedən kredit borcu üzrə faiz borcu 10.253,19 manat müəyyən edilməlidir. Eyni zamanda 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün iddiaçı təşkilat tərəfindən 3.262,14 manat penya (cərimə) müəyyən edilib. Birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə tələb edilən 3.262,14 manat cərimə məbləği azaldılaraq 262,14 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmu nu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. HəminMəcəllənin 445.2.1.maddəsinəəsasənisə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilm əməsiborclununicranıgecikdirməsisayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, faiz borclarının olması, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün ə sasların olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspert və qiymətləndiricinin rəyləri ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borclarının tutulması hissəsində dəyişdirilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmamasını, iddiaçı təşkilata bütövlü kdə ödənilməmiş 2.400 manat əsas, 800 manat faiz borcunun olmasını, cərimə borcunun isə ümumiyyətlə olmamasını və sair göstərsələr də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normala rının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibə tləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416- 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2, X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2(105)-142/2019 saylı qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar