Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5231/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-1001/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(012)-515/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.M.Quliyeva) iddiaçı “xxxx” BOKT ASC Cavabdeh Fərha d oğluna qarşı “kredit borcunun tutuması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddiası qismən təmin edilərək,cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 12 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 27.329,38 ABŞ dolları, ona hesablanmış faiz borcuna görə 7.389,21 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dollar, cəmi 34.818,59 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 saylı evin, 38-ci mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi, qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti ve rib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)1001/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit borcunun tutuması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddi qaldıraraq, cavabdehdən əsas borca görə 27.329,38 ABŞ dolları, ona hesablanmış faiz borcuna görə 9.958,10 ABŞ dolları, cəriməyə görə 9.324 ABŞ dolları, cəmi 46.611,48 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 saylı evin 38-ci mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Sonradan iddiaçı iddia tələbini artıraraq cavabdehdən əsas borca görə 27.329,38 ABŞ dolları, ona hesablanmış faiz borcuna görə 13.976,70 ABŞ dolları, cəriməyə görə 18.088 ABŞ dolları, cəmi 59.394,08 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış 12 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı təşkilat tərəfind ən 60 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 28.000 ABŞ dolları kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 12 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 saylı evin, 38-ci mənzili ipoteka hüququ ilə yüklü edilib. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada məlumat verilsə də, öhdəliklərin icra edilməsindən qərəzli olaraq yayınır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkə məsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” BOKT ASC, Cavabdeh və vəkili X məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə bax ılmasını mümkün hesab edib. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəfl ər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, sonuncunun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirind ə səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 12 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 60 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 28.000 ABŞ dolları kredit verilib. 25 aprel 2015-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16-saylı evin, 38-ci mənzili mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 12 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan sözügedən mənzil iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2017-ci il tarixli ekspert rəyinə görə, sözügedən kredit müqaviləsi üzrə cavabdehin iddiaçı təşkilata 16 noyabr 2016-cı il tarixə ödənilməmiş 27.558,85 ABŞ dolları əsas, 7.389,21 ABŞ dolları faiz, 5,824 ABŞ dolları cərimə olmaqla, cəmi 40,772,06 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil ol an öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə cavabdehin iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmi ş kredit borcunun olması və sair, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını, ekspert rəyinin həqiqəti əks etdirməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun p ozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, cavabdehin kassasiya şikayətinin dəlilləri işə əlavə edilmiş sübutlarla, o cümlədən 21 iyul 2017-ci il tarixli ekspert rəyi il də tam təkzib olunur. Belə ki, həmin rəydən görünür ki, cavabdehin sözügedən kredit müqaviləsi üzrə 16 noyabr 2016-cı il tarixə iddiaçı təşkilata ödənilməmiş 27.558,85 ABŞ dolları əsas, 7.389,21 ABŞ dolları faiz, 5,824 ABŞ dolları cərimə olmaqla, cəmi 40,772,06 ABŞ dolları kre dit borcu vardır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Fərhad oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-1001/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5231/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5231/2019
20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver