Məhkəmə qərarları › İş №2(102)-5231/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5231/2020

02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5231/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1 və cavabdehin vəkili n oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərə görə pul vəsaitinin ödənilməsi”tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-1256/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia çı Oğuz Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, 2015 - 2019-cu illər üçün vurulmuş zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin birdəfəlik və Oğuz rayon X3 xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə hər ay üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında birgə fəaliyyət haqqında xx xxxx 2010-cu il tarixli təsis müqaviləsi bağlanmış və Oğuz rayon X3 təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən birgə balıqçılıq təsərrüfatının yaradılması razılaşdırılmışdır. Təsərrüfatdan gəlir əldə edilməyə başlanandan sonra cavabdeh həmin müqa vilənin şərtlərini pozaraq, ona ziyan vurmuş və əldə edəcəyi gəlirdən onu məhrum etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə birgə fəaliyyət haqqında xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinə uyğun olaraq həmin müqavilənin şərtlərinin pozulmasına görə 2010-cu ilin 5 ayı və 2011-2014-cü illər üçün 132.500 (bir yüz otuz iki min beş yüz) manat maddi zərər məbləği müəyyən edilmişdir. Qeyd olunan təsis müqaviləsi hazırda da qüvvədədir. Bu səbəbdən 2015 - 2019-cu illər üçün cavabdehdən hər ay üçün 2500 (iki min beş yüz) manat olmaqla, cəmi 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Bundan əlavə, xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə də hər ay üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Əliyev - sədrlik edən və məruzəçi A.Eyvazov və İ.Şükürov) 2(107)-1256/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə etirazın dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Oğuz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 204 saylı Sərəncamı əsasında Oğuz rayon Xalxal kəndi ərazisindəki dövlət ehtiyatı fondu torpaqlarından 1.2 hektar torpaq sahəsini icarəyə götürülməsi, bu məqsədlə icarə müqaviləsinin bağlanması, balıqçılıq təsərrüfatı yaratmaq və bu məqsədlə yardımçı tikililərin tikilməsinə icazə verilmişdir. İddiaçı ilə Cavabdeh arasında Oğuz rayon X3 xx xxxx 2010cu il tarixdə “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh icarəsində olan torpaq sahəsində yenidənqurma və ya qurulacaq balıqçılıq təsərrüfatı üçün lazımı işlərin aparılmasından ötrü (ziyan və xeyir daxil olmaqla) 50% pulunu alıb iddiaçını özünə şərik etmişdir. Eyni zamanda Oğuz rayon Mollalı kənd ərazisindən keçən çayın ətrafındakı icarəyə götürülən torpaq sahəsində yaradılacaq balıqçılıq təsərrüfatına ortaqlığa davam ediləcəyi icarə müddətinin sonunda müddətin artırılması, torpaqların özəlləşdirilməsi və ya dəyişdirilmə yolu ilə özəlləşdirilməsi halında da ortaqlığın davam edəcəyi, tərəflərdən birinin vəfat edəcəyi halda ortaqlığın onun vərəsələrinə təhvil veriləcəyi, tərəflərdən birinin digər tərəfin razılığı olmadan öz payını başqa bir şəxsə sata və bağışlaya bilməyəcəyi qeyd edilmişdir. Təsərrüfatda gəlir əldə etməyə başlanandan sonra Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq iddiaçıya ziyan vurmuş və onu əld ə edəcəyi gəlirlərdən məhrum etmişdir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən, birgə fəaliyyət qaydaları pozulduğundan iddiaçı tərəfindən cavabdehə qarşı "vurulmuş ziyana görə pul tələbi” iddiası ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən təsis müqaviləsinin etibarsızlığı və s. tələblə məhkəməyə müraciət edilmişdir. Həmin məhkəmə mübahisələrinin son aktı Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsidir. Qanuni qüvvəsini almış Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə (aylıq 2500 manat olmaqla 2010-cu ilin 5 ayı və 2011-2014-cü illərə görə) 132,500 manat məbləğində vəsaitin tutulması qət edilmişdi r. Cavabdeh tərəfindən iddiaçıya qarşı Oğuz Rayon Məhkəməsində “xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinin etibarsızlığı və s. tələblə” bağlı iddia qaldırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə qüvvədə saxlanılan Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbi təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya qarşı Qax Rayon Məhkəməsində “xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinin ləğv edilməsi tələbi ilə” iddia qaldırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə qüvvədə saxlanılan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası təmin edilməmişdir. Göründüyü kimi xx xxxx 2010-cu il tarixli təsis müqaviləsi hal- hazırda da qüvvədədir. Bundan başqa tərəflər arasında əvvəllər baş tutmuş, hal-hazırda qanuni qüvvədə olan və dəymiş zərəri müəyyən edən Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(107)304/2018 saylı qətnaməsi mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsi ilə təkcə 2010-2014-cü illərdə deyil, həmdə məhkəmə araşdırması dövründə də təsərrüfatın faktiki olaraq fəaliyyət göstərdiyi əks olunmuşdur. Məhkəmə əsassız olaraq “təsərrüfatın faktiki olaraq idarə edilmədiyi və ya təsərrüfat subyektinin dəyişdiyi hallarda, həmin miqdarda gəlir əldə ediləcəyinə dair mütləq fikir söyləməyə əsas vermədiyini bildirmək lə” iddianı təmin etməmişdir. Halbuki yuxarıda qeyd edilən preyudisal faktlar əsasında təsərrüfatın 2018-ci ildə də faktiki olaraq fəaliyyət göstərdiyi və həmin təsərrüfata cavabdehin rəhbərlik etdiyi tam olaraq sübut olunmuşdur. Digər tərəfdən məhkəmə mövcud qətnaməyə istinad edilərək təsərrüfatdan əldə edilən gəlirin müəyyən olunması yanaşmasını düzgün hesab etməmişdir. Halbuki həmin hesablama məhkəmə araşdırması dövründə, yəni 2018-ci ildə aparılmışdır və bu hesablamanın 2018-ci ildə aparıldığı və fəaliyyətin məhkəmə qərarı qəbul edilən tarixədək davam etdiyi müəyyən edilsə də, lakin iddia tələbi 2014-cü ilədək qoyulduğundan (iddia qaldırıldığı tarixədək-lakin məhkəmə prosesləri uzun zaman davam etdiyindən qətnamə 2018-ci ildə qəbul edilmişdir) məhkəmə tərəfindən məhz iddia tələbi üzrə dəymiş zərərin tutulması barədə həmin illər üzrə qətnamə qəbul edilmişdir. Göründüyü kimi məhkəmə fəaliyyətin 2018-ci ilədək davam etdiyi qənaətinə gəlmişdir. Birinci iddia üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə mindikdən sonra sonrakı illərə görə tələb hüququ məhdudlaşdırıla bilməz. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş qətnamədə aylıq gəlir 2673 manat müəyyən edilməsinə baxmayaraq, iddia ərizəsində aylıq 2500 manat tələb edildiyindən həmin məbləğ üzrə dəymiş zərər müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə mövcud qanunvericilik normasını tətbiq etməməsi nəticəsində yanlış nəticəyə gəlmişdir. Halbuki pr ediyusiallıq barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarları mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3~cü maddəsini və Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin qərarlarını tətbiq etməli olduğu halda tətbiq etməmiş, tərəflər arasındakı faktiki hallan yenidən sübut etməyə çalışmışdır. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı yalnız iş materiallarında mövcud olan xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinə (hal-hazırda qüvvədədir) və Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsinə (prediyusal qüvvəyə malikdir) istinad edir və heç bir əlavə sübut təqdim etməmişdir. Halbuki həmin sübutlar iddianın təmin edilməsi üçün kifayət qədər yetərlidir, (bu barədə yuxarıda geniş məlumat verilmişdir). Buna baxmayaraq iddiaçı tərəfindən iddianın sübut olunması məq sədi ilə iş materiallarına əlavə olaraq Oğuz rayon Xalxal kənd İcra Nümayəndəliyinin və Xalxal Bələdiyyəsinin müvafiq arayışları (təsərrüfatın hal-hazırda faktiki olaraq cavabdeh tərəfindən idarə olunmasını əks etdirir) və internet resurslarından əldə edilmiş məlumatları, o cümlədən səs yazılarını (cavabdeh özünün faktiki idarəçi olması və təsərrüfatın hal-hazırda fəaliyyət göstərməsi barədə etirafları) əlavə edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməmişdir. Halbuki preyudisal qüvvəyə malik olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(107)304/2018 saylı qətnaməsi də eynilə xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinə, Oğuz rayon Xalxal kənd İcra Nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışa, video görüntülərə və s. sübutlara istinad edərək i ddianı təmin etmişdir. Hal-hazırda iddiaçı tərəfindən təqdim edilən əlavə sübutlar sadəcə olaraq təsərrüfatın 2019-ci ildə cavabdeh tərəfindən idarə olunduğunu göstərmək üçün olmuşdur. Çünki yuxarıda qeyd edildiyi kimi preyudisal qüvvəyə malik olan qətnamə ilə təsərrüfatın 2018-ci ilə qədər faktiki olaraq idarə olunduğu sübut olunur. Əvvəlki illər ərzində gəlir əldə edərək təsərrüfatı böyüdən şəxsin bu gəlirdən imtina etməsi absurd olardı. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində öz təsdiqini tapan faktlardan da aydın olur ki, cavabdeh süni şəkildə özünün həmin təsərrüfatdan ayrıldığını formalaşdırmağa çalışır. Məhkəmənin həmin sübutlara hüquqi qiymət verməməsi anlaşılan deyildir. Cavabdeh məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq etirazda qeyd etmişdir ki, apelyasiya instansiya sı məhkəməsi iş üzrə müəyyən olunmuş hallar və sübutlar əsasında mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün təfsir və tətbiq edərək qanuni, əsaslı və ədalətli qətnamə qəbul etmişdir. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-1256/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər: İddiaçı və vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili n oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, məhkəm ə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdehin Oğuz Rayon İcra Hakimiyyətinə müraciəti əsasında Oğuz rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2008-ci il tarixli 204 saylı sərəncamına əsasən Oğuz rayon Xalxal kəndinin ərazisindəki dövlət ehtiyatı fondu torpaqlarından 1,2 hektar torpaq sahəsi balıqçılığın inkişafı üçün 15 (on beş) il müddətinə onun icarəsinə verilmişdir. Oğuz rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında cavabdehə icarəyə götürdüyü torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq üçün yardımçı binaların tikintisinə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsində balıqçılıq təsərrüfatı yaradılmış və 2009-2010-cu illərdə cavabdeh iddiaçı ilə həmin təsərrüfatda birgə fəaliyyət göstərmişdir. Tərəflər arasında xx xxxx 2010-cu il tarixdə Oğuz rayon X3 təsis müqaviləsi adı ilə bağlanmış müqavilədə cavabdehin icarəsində olan torpaq sahəsində yenidənqurma və ya qurulacaq balıqçılıq təsərrüfatı üçün lazımi işlərin aparılmasından ötrü (ziyan və xeyir daxil olmaqla) 50 % pulunu alıb iddiaçını özünə şərik qəbul etdiyi, həmçinin, Oğuz rayonu Moll alı kəndi ərazisindən keçən çayın ətrafında icarəyə götürürlən torpaq sahəsində yaradılacaq balıqçılıq təsərrüfatına ortaqlığa davam ediləcəyi qeyd edilmişdir. Müqavilə bağlandıqdan qısa müddət sonra tərəflər arasında narazılıq yaranmış və hər iki tərəf müxtəlif tələblərlə məhkəməyə müraciət etmişlər. Bundan sonra onların təsərrüfatdakı birgə fəaliyyətinə faktiki olaraq son qoyulmuşdur. Tərəflərin müxtəlif məzmunlu tələbləri ilə əlaqədar müvafiq məhkəmə qərarları qəbul edilmiş və bu məhkəmə qərarları qanuni qüvvəyə minmişdir. Həmçinin cavabdehin vəkili Nizami Abbasovun sorğusu əsasında məhkəməyə təqdim edilmiş Oğuz RİH başçısının və Oğuz rayon Xalxal ərazi nümayəndəliyinin məktubu, Oğuz RİH başçısının xx xxxxx 2013-cü il tarixli 42 nömrəli və xx xxxx 2014-cü il tarixli 73 nömrəli sərəncaml arından çıxarışlar, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, X1 ilə Oğuz rayon Qumlaq bələdiyyəsi arasında bağlanmış xx xxxx 2014-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi, Qumlaq və Xalxal bələdiyyələrinin 18 və xx xxxxxx 2019-cu il tarixli aktlarından, habelə cavabdehin məhkəmə kollegiyasında verdiyi izahatından görünür ki, Oğuz rayonunun Xalxal kəndində 2008-ci ildə Oğuz RİH başçısının xx xxxxxxxx 2008-ci il tarixli 204 saylı sərəncamı ilə icra hakimiyyətinin mülkiyyətinə aid olan 1,2 ha torpaq sahəsində icarə müqaviləsi əsasında Qəbələ rayonunun Həmzəli kənd sakini Cavabdeh balıqçılıq təsərrüfatı yaratmış və o 2013-cü ilə qədər həmin müqavilə əsasında təsərrüfat fəaliyyət göstərmiş v ə həmin təsərrüfata Cavabdeh şəxsən rəhbərlik etmişdir. Lakin Oğuz RİH başçısının xx xxxxx 2013-cü il tarixli 42 nömrəli sərəncamına əsasən, təsərrüfatın əvvəlki sahibi Cavabdeh ilə Oğuz RİH arasında olan icarə müqaviləsinə xitam verilmişdir. 2014-cü ildə Oğuz rayonunun Xalxal kəndində balıqçılıq və turizm mərkəzi yaratmaq məqsədi ilə Qumlaq bələdiyyəsinə aid olan 3 ha torpaq sahəsini Qəbələ rayon sakini X1 xx.xx.2014-cü il tarixli müqavilə əsasında uzunmüddətli icarəyə götürmüşdür. Oğuz RİH başçısının xx xxxx 2014-cü il tarixli 73 nömrəli sərəncamı ilə “Xalxal kəndi ərazisində Xalxal farel balıqçılıq və şəlalə istirahət mərkəzi” kompleksinin layihələndirilməsinə icazə verilmiş, yeni hüquqi şəxs yaradılmış və indiyədək təsərrüfat fəaliyyət göstərir. Həmin təsərrüfata X1 rəhbərlik edir. İdd iaçı cavabdeh tərəfindən onun təsərrüfata girişinə maneçilik törədilməsəydi, bu gün də həmin təsərrüfatda işləyib gəlir əldə edə biləcəyini, cavabdehin onu bu gəlirdən məhrum etdiyini bildirərək hazırda cavabdehdən 2015 - 2019-cu illər üçün vurulmuş zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin birdəfəlik və Oğuz Rayon X3 xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə hər ay üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi onunla cavabdeh arasında bağlanmış və Oğuz Rayon X3 təsdiq edilmiş xx xxxx 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” təsis müqaviləsinə və Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni q üvvəyə minmiş qətnaməsinə istinad edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq qeyd edir ki, mübahisə predmeti olan təsərrüfat 2013-cü ilin aprel ayından onun sahibliyindən çıxmış və torpaq sahəsi də ondan geri alınaraq icarə müqaviləsinə xitam verilmişdir. Onun adına olan VÖEN də 2014-cü ildə bağlanmışdır və hazırda həmin təsərrüfatın sahibi başqa bir şəxsdir. İddiaçı 2013-cü ildə öz təşəbbüsü ilə təsərrüfatdakı əmlaklarını götürərək həmin təsərrüfatı tərk etmişdir. Onun hazırda iddiaçının qarşısında hər hansı öhdəliyi olmadığına görə onun maddi zərər məbləği kimi pul tələbinə dair hazırki iddiasını əsassız hesab edir. İş üzrə birinci instansiya məhkəməsi iddianın məhkəmə araşdırması zamanı sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmiş, apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlilləri əsasında qətnaməni yoxlayaraq, apelyasiya şikayətini təmin etməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia tələbinin əsası kimi yalnız onunla cavabdeh arasında bağlanmış və Oğuz Rayon X3 təsdiq edilmiş xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinə və Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə istinad etmişdir. Həqiqətən də, tərəflərin xx xxxx 2010-cu il tarixli təsis müqaviləsi bağladıqları və bu müqavilənin hazırda da ləğv edilmədiyi, iddiaçının 2010-2014-cü illər ərzində təsərrüfatdan əldə edə biləcəyi gəlirin miqdarının hər ay üçün 2500 manat miqda rında olması Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş hal olmaqla, məhkəmə həmin halları hazırda da sübuta ehtiyacı olmayan və hazırki məhkəmə iclasında mübahisələndirilə bilməyəcək faktlar kimi qəbul edir. Ancaq iddiaçının mübahisələndirilən təsərrüfatdan 2010-2014-cü illər ərzində hər hansı miqdarda gəlir əldə edə biləcəyinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməsi, həmin qətnamə ilə müəyyən olunmuş halın sonrakı dövrlərdə də illər boyu davamlı olaraq, hətta təsərrüfat faktiki olaraq fəaliyyət göstərmədiyi və ya təsərrüfatın subyekti dəyişdiyi halda da, həmin miqdarda gəlirin əldə ediləcəyini mütləq fikir kimi deməyə əsas vermir. Bundan başqa, hər bir sahibkarlıq obyektinin fəaliyyəti davam edən münas ibətlərdən yaranan bir proses olub həmin fəaliyyətlə əlaqədar əldə oluna biləcək gəlirin və ya təsərrüfat subyektlərinin məruz qala biləcəyi zərərin miqdarının davamlı olaraq hər zaman dəyişməsi mümkündür. Təsərrüfatdan əldə edilə biləcək gəlir təsərrüfat subyektlərinin dəyişməsi, iqtisadi böhran, təsərrüfatın fəaliyyətinin təşkili və ya tərəflərin iradəsindən asılı olmayan digər səbəblərdən hər zaman dəyişə bilər və bu halda əldə edilən gəlirin də artıb-azalması labüddür. Tərəflər arasında olan ortaqlıq münasibətləri sənəd üzərində davam etmiş olduğu halda belə, bu hal həmin münasibətlərin təsərrüfatdan gəlir əldə edilməsi istiqamətində də əvvəlki qaydada, eyni tərzdə və stabil şəkildə davamlı olaraq qalması kimi qiymətləndirilə bilməz. Məhz bu səbəbdən də hazırki vəziyyətdə iddiaçının də lillərinə hüquqi qiymət verərkən hazırda qüvvədə olan xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinə və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad edilməklə, qətnamənin əhatə etdiyi dövrdən sonrakı müddət üçün də təsərrüfatdan əldə edilə biləcək gəlirin miqdarına yenidən qiymətləndirilməyə və sübut edilməyə ehtiyacı olmayan fakt kimi yanaşmaq düzgün deyildir. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təsərrüfatdan əldə edilə biləcək gəlirin əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarı hazırki iş üçün preyudisial qüvvəyə malik olan fakt kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində nəzərdə tutulan, bir məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yenidən sübuta ehtiyacı olmayan hal kimi qəbul edilə bilməz. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli ü çün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 82.3-cü maddə sinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən görünür ki, iddiaçı 2010-2014-cü illər üzrə təsərrüfatın aylıq gəlirinin 2500 manat olmasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və təkrar sübuta ehtiyacı olmayan fakt olduğuna istinad edərək, eyni məbləğlə hesablama aparılmaqla 2015 və ondan sonrakı illər üçün onun xeyrinə cavabdehdən vurulmuş maddi zərərin tutulmasını tələb edir və onun kassasiya şikayətinin də əsas dəlili Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinin pozulması və bu faktın preyudisial fakt kimi tanınmaması barədədir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası ilk növbədə preyudisiya institutu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda Plenumun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunması nın əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərini n məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Bu baxımdan iddiaçının istinad etdiyi Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının iddia tələbləri xx xxxx 2010-cu il tarixli təsis müqaviləsi əsasında cavabdehdən 132.500 manat payın məbləği, 2010-2014-cü illər üzrə əldən çıxmış faydanın tutulması və digər maddi ziyan tələbləri olmuşdur. Həmin qətnamə ilə 132.500 manat pul iddiaçının payının məbləği kimi tutulsa da, qətnamənin əsaslandırıcı hissəsində bu məbləğ balıqçılıq təsərrüfatının iddiaçı və cavabdehin birgə fəaliyyət göstərdikləri dövrdə inşa etdirdikləri cəmi 4 ədəd dəmir konstruksiyalı hovuzlarda yetişdi rilən forel cinsli balıqlardan 20102014-cü illərdə əldə edilən gəlirə münasibətdə araşdırılmaqla, bir il üçün ümumi mənfəət məbləğini 32070 manat, 2010-2014-cü illər ərzində 4 il 5 ay üçün isə 141642 manat müəyyən edilmiş və iddia tələbi həddində, 132.500 manat həddində iddia təmin edilmişdir. Göründüyü kimi, mübahisənin subyekt tərkibi eyni olsa da, həmin qətnamədə iddianın predmetini qoyulmuş payın dəyəri, 2010-2014-cü illər ərzində əldə edilmiş gəlirin ödənilməsi təşkil etdiyindən, həmin iddia tələbi həddində məhkəmə tərəfindən araşdırma aparılaraq həmin illər üzrə müəyyən edilmiş gəlir məbləği, hazırki iddianın predmetini təşkil edən 2015 və sonrakı illər üzrə təsərrüfatdan əldə edilmiş gəlir tələbi üzrə preyudisial fakt kimi qəbul edilə bilməz. Buna görə də, məhkəmə kollegiyası iddi açının kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinin pozulması barədə dəlilərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin əsaslı olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunv ericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)1256/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar