Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5232/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinov Eldar Şirinağa oğlunun, İddiaçı və vəkili Nağıyev Nicat Kamil oğlunun, Cavabdeh1 və vəkili X4, cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinin vəkili Rəhimov Babək Zahid oğlunun iştirakı ilə, cavabdehlər Cavabdeh1 və Abşeron rayon Novxanı Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-1029/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Abşeron rayon Məhkəməsinin 09 mart 20 18-ci il tarixli 2(012)-610/2018 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayonu Novxanı bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi və həmin Mərkəzin 5 saylı torpaq müsabiqə və hərrac Komissiyasına qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh1 İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması, İddiaçı 10 manat dövlət rüsumu tutulub Cavabdeh1 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli, 2(103)-1029/2019 saylı q ətnaməsi ilə (hakimlər S.Qafari, E.Rəhimov, L.Məmmədova) Abşeron rayon Məhkəməsinin 09.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 19 noyabr 2018-ci il tarixli, 2(102)-7615/2018 saylı qərarı ilə (hakimlər: M.Əhmədova, Ə.Rüstəmov və Ə.Nurməmmədov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2018-ci il tarixli, 2(103)-1029/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-1029/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Abasov, A.Abbasov və T.Məmmədov) Abşeron rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(012)-610/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbi təmin edilərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi və həmin Mərkəzin 5 saylı Torpaq Müsabiqə və Hərrac Komissiyasının 05.05.2016-cı il tarixli, 3161 nömrə ilə qeydə alınmış hərracın nəticələri, Abşeron rayon Novxanı bələdiyyəsi ilə Cavabdeh1 arasında Sumqayıt “Asan Xidməti” mərkəzində bağlanmış 10.05.2016-ci il tarixli, AN-İ, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş seriya RX, ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməməsi, 20 manat dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət edilmşidir. Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-1029/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)1029/2019 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayonu Novxanı bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi və həmin Mərkəzin 5 saylı torpaq müsabiqə və hərrac Komissiyasına qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair id dia ərizəsi ilə 17.11.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsi ilə Cavabdeh1 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş 24.05.2016-cı il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 05 saylı torpaq müsabiqə və hərrac komissiyasının 05.05.2016-cı il tarixli 361 nömrə ilə qeydə alınmış hərracın nəticəl ərinin, Abşeron rayon Novxanı bələdiyyəsi ilə Cavabdeh1 arasında Sumqayıt “Asan Xidmət” mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 24.05.2016-cı il tarixli RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı kəndində 0,20 ha torpaq sahəsi 20 ildən çoxdur ki, onun istifadəsindədir. Həmin torpaq sahəsində o, tikililər tikməklə, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh Novxanı Bələdiyyəsi ona torpaq sahəsinin bütünlüklə dövlət reyestrində qeydə aldırmağın mümkün olmadığını bildirərək, ilk növbədə 0,08 ha hissəsini, sonra isə 0,12 ha hissəsini özəlləşdirməyi təklif etmişdir. 2017-ci ilin iyun ayında ona məlum olmuşdur ki, Novxanı Bələdiyyəsi onun xəbəri və razılığı olmadan qalan 0,12 ha torpaq sahəsini qanunsuz olaraq Cavabdeh1 satmışdır. Cavabdeh1 qanunsuz olaraq Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyasının 05.05.2016-cı il tarixli müsabiqəsinin qalibi olmuşdur. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığ ı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb olunur. Belə olan halda, torpaq sahəsi onun mülkiyyətinə verilməli idi. Cavabdeh1 İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən zəbt edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin boşaldılması və onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbini qəbul etmir, iddia tam əsassız və qanunsuzdur. İşin həqiqi halları bundan ibarətdir ki, o, iddiaçı ilə uzun illərdir ki, tanışdır, mübahisəli torpaq sahəsini iddiaçı özü ona satmışdır, o, əvəzində “Passat-SS” markalı avtomaşın, 31.000 ABŞ dolları və 20.000 manat pul vermişdir. Sonra onunla birlikdə Novxanı Bələdiyyəsinə və hərrac Mərkəzinə getmişdir. Hərrac qanuni qaydada keçirilmiş, sonra alqı-satqı müqaviləsi bağlanmış, Abşeron rayonu Novxanı kəndində 0,12 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 2017-ci ilin noyabr ayında torpaq sahəsinə getmək istəyərkən, iddiaçı onu torpaq sahəsinə buraxmamışdır. Qeyd edir ki, iddiaçı özününkü hesab etdiyi torpaq sahəsi, əslində zəbt olunmuş bir sahə olmuşdur ki, bu da qanunla qadağan olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-1029/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-1029/2019 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştira kçılarının izahatları: Cavabdeh1 və vəkili X5, cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinin vəkili Rəhimov Babək Zahid oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili Nağıyev Nicat Kamil oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni ap elyasiya baxışına göndərilməli, kassasiya şikayətləri qismən təmin edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-1029/2019 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(012)-610/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbi təmin edilərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi və həmin Mərkəzin 5 saylı Torpaq Müsabiqə və Hərrac Komissiyasının 05.05.2016-cı il tarixli, 3161 nömrə ilə qeydə alınmış hərracın nəticələri, Abşeron rayon Novxanı bələdiyyəsi ilə Cavabdeh1 arasında Sumqayıt “Asan Xidməti” mərkəzində bağlanmış 10.05.2016-ci il tarixli, AN-İ, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əmla k Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş seriya RX, ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməməsi, 20 manat dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət edilmşidir. Aşağıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamədə həm maddi, həm də prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin tələbi səhv tətbiq və təfsir olunmuşdur. Ona görə də qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Qətnaməni ləğv etməklə iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul etmiş apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyasının gəldiyi nəticə ilə razılaşmaq olmaz. Apellyasiya məhkəməsi müsabiqə yolu ilə Cavabd eh1 satılmış torpaq sahəsinin iddiaçının qeyri-qanuni sahibliyindən geri qaytarılmasının mümkün olmamasını onunla əsaslandırmışdır ki, həmin torpaqda iddiaçıya məxsus tikililər mövcuddur, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən ümumi yola çıxış satılan 12 sot torpaq sahəsindən keçir. Lakin, bu nəticəyə gələn məhkəmə qeyd olunan halların hansı sübutlarla təsdiq olunmasını göstərməmişdir. Hansı ki, bu məsələni araşdırılması üçün satılan 12 sot torpaq sahəsinin və iddiaçının mülkiyyətində olan 8 sot torpaq sahəsinin hüdudları müəyyən müəyyənləşdirilməli, iddiaçıya məxsus tikililərin, yaxud gediş-gəliş yolunun həmin torpaq sahəsinə düşüb-düşməməsi aydınlaşdırılmalı idi. Bu məsələnin araşdırılması üçün müvafiq ekspertiza keçirilməli idi ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş və nəticədə prosessual normanın tələbləri pozulmuşdur. Çünki “bələdiyyə torpaqlarının geri qaytarılmasının qeyri-mümkün olması” halı, mübahisənin nəzəri tərəfi deyil, hüquq normasının müəyyən sübutetmə vasitələri ilə müəyyən olunan tərəfidir. Bu isə torpaqşünaslıq sahəsində xüsusi biliyə malik olan ekspertlər və ya mütəxəssislər tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə uyğun olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin apellyasiya instansiya məhkəməsi bunu öz mülahizəsi ilə, yəni yalnız birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxışın nəticəsinə əsaslanmaqla həll etmişdir ki, bu iş üzrə mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. İş materiallarından göründüyü kimi İddiaçı torpaq sahəsinə gedən yeganə yolun Cavabdeh1 torpaq sahəsindən keçməsi yerli baxış zamanı da müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticə iş materiallarından irəli gəlmir. Cavabdeh1 kassasiya şikayətinə əlavə etdiyi sənədlərdən göründüyü kimi iddiaçıya məxsus 8 sot torpaq sahəsi və üzərindəki tikililər borc münasibətinə görə çıxarılmış qətnamənin icrası qaydasında 31 may 2019-cu ildə Cavabdeh1 mülkiyyətinə verilmişdir. İşə yenidən baxılarkən göstərilən hallar ətraflı araşdırılmalı, həmin hallar nəzərə alınmaqla iddia və qarşılıqlı iddia tələbinə qiymət verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə qətnamə qəbul ed ərkən, maddi və prosessual hüquq normaları pozulduğundan iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Res publikası MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-nin 386-ci maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-nin 418.3-cü maddəsi nə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, mübahisənin həlli ilə əlaqədar mütəxəssis və ya ekspert rəyinin alınması təmin edilməli, mübahisəli torpaq sahələrinin hüdudları müəyyən edilməklə onun geri alınmasının mümkünlüyü məsələsi müzakirə olunmalı, eləcə də iddiaçının hazırkı tələblə müraciət etməyə subyektiv hüququnun olub-olmamasına qiymət verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və Abşeron rayon Novxanı Bələdiyyəsini n kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)-1029/2019 saylı qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-5232/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5232/2019
22.08.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver