Məhkəmə qərarları › İş №2(102)-5232/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5232/2020

10.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5232/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1068/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər M əhkəməsinin 10 yanvar 2020-ci il tаrixli, 2(051)-109/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim M.K.Kərimova) İddiaçı ASC-nin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1068/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və E.Ş.Hüseynov) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tаrixli, 2(051)-109/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə birinc i instansiya məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 21.05.2007-ci il tarixli, 90 saylı kredit müqaviləsinə əsasən bank 5 il müddətinə 7% hesablamaq şərti ilə 150.000 manat məbləğində kredit verməyi, MMC isə kredit müqaviləsinə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Həmin kredit müqaviləsinin təminatı üçün İddiaçı ASC ilə “xxxx” MMC arasında 30.05.2017-ci il tarixdə mülkiyyətində olan “Avadanlığa dair girov müqaviləsi” bağlanmışdır. Bundan əlavə göstərilən kredit müqaviləsinin təminatı üçün İddiaçı ASC ilə Cavabdeh2 mərhum həyat yoldaşı X4 arasında 30.05.2017-ci il tarixdə sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.40 kv.m. olan yaşayış sahəsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə X6 arasında ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 45.64 kv.m. yaşayış sahəsinə dair ipoteka müqaviləsi bağlanmşdır. Cavabdeh “xxxx” MMC 150.000 manat məbləğində krediti götürsə də bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Ona görə də bank cavabdehlər “xxxx” MMC, X6 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 nömrəli, 09.12.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər bildirmişlər ki, həmin vəsait “xxxx” MMC-yə verilməmişdir. Məhkəmə də İddiaçı A SC-nin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları İddiaçı ASC ilə “xxxx” MMC arasında 21.05.2007-ci il tarixli, 90 saylı kredit müqaviləsi üzrə ödəniş qəbzini, 18.09.2013-cü il tarixədək olan cari, ssuda, faiz, cərimə hesabları göstərməklə cari hesabdan çıxarışı məhkəməyə təqdim etmədiyinə görə iddianı təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə 21.05.2007-ci il tarixli, 90 saylı kredit müqaviləsi üzrə kredit verilməsi, ümumiyyətlə müqavilədə nəzərdə tutulan kreditin tam və yaxud qismən verilməsi, kimə verilməsi, həqiqətən kredit müqaviləsi üzrə ödənilmiş 73.977 manat 15 qəpik məbləğinə borcun qalması öz təsdiqini tapmır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı, 09.12.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank müvafiq orqanlara və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət edəndən sonra aşağıda qeyd olunan itirilmiş sənədləri əldə etmişdir: 1.“xxxx” MMC-nin direktoru və baş mühasibinin 01.06.2007-ci il tarixli, 103016 №li AĞİ seriyalı kassa mədaxil orderinin qəbzi ilə “İddiaçı ASC-dən alınmış 119387 manat məbləğində pulun MMC-nin kassasına mədaxil edilməsinə dair imzaladıqları sənəd. 2.“xxxx” MMC-nin direktoru və baş mühasibinin 04.07.2007-ci il tarixli 103015 №li AĞİ seriyalı Kassa mədaxil orderinin qəbzi ilə “İddiaçı ASC-dən alınmış 29.852 manat məbləğində pulun MMC-nin kassasına mədaxil edilməsinə dair imzaladıqları sənəd. 3.“xxxx” MMC-nin möhürü və ştampı ilə təsdiq edilən 10.10.2007-ci il ta rixli, 6 saylı məktubla İddiaçı ASC-nin Mingəçevir şəhər filialının müdirinə təqdim edilən arayış. X1 Milli Fondunun xətti ilə 22 may 2007-ci il tarixdə 150.000 manat kredit alınmasını, vəsaitdən 119387 manatı 01.06.2007-ci il tarixdə nağd olaraq alındığı və həmin tarixli 103015 saylı kassa mədaxil orderi ilə müəssisənin xəzinəsinə mədaxil edildiyi, kreditin qalan məbləğinin 29852 manat 04.07.2007-ci il tarixdə nağd olaraq alındığı və həmin tarixli 103016 saylı kassa mədaxil orderi ilə Cəmiyyətinin xəzinəsinə mədaxil edildiyi göstərilməklə yanaşı, göstərilən vəsaitin haralara xərclənməsi və sərf olunması qeyd olunmuşdur. Cavabdeh “xxxx” MMC Azərbaycan Respulikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 150.000 manat məbləğində kredit götürmüş və həmin kred it üzrə sənədlərin əslinin yoxa çıxması nəticəsində krediti götürmədikləri barədə yanlış məlumat verməklə banka zərər vurmuşlar. Hesab etmişdir ki, cavabdeh “xxxx” MMC 150 000 manat məbləğində banka vurduğu zərərin ödəmədiyi hissəsini qaytarmalıdır. İddianın təmin olunmasını, cavabdehlər “xxxx” MMC və Cavabdeh2 74.000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahi ş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ASC və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəl məmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Mingəçevir Şəhər Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2(051)-15/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X5, X3 qarşı kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, giro v əmlakların açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiası sübutların- İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 90 saylı, 21.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qəbzini, borcun kassadan nağd şəkildə alınmasını təsdiq edən ciddi hesabat sənədin, cari hesabdan çıxarışın, kredit müqaviləsi üzrə ödənilməmiş 73.977,15 manat məbləğində borcun qalmasını təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsi əsası ilə təmin olunmamışdır. -Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.02.2017-ci il tarixli, 2(107)- 284/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin e dilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2(051)-15/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Apelyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 22.05.2020-ci il tarixli məktubundan görünür ki, məlumat uçot bazasına əsasən “xxxx” MMC hüquqi şəxs kimi qeydiyyatdadır. “xxxx” MMC-nin fəaliyyəti təqdim etdiyi arayışa əsasən 02.04.2018-ci il tarixdən dayandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qızndan 74.000 manat məbləğində zərərin ödənilməsini tələb etmiş və iddiasını “xxxx” MMC ilə aralarında bağlanmış 90 nömrəli, 21.05.2007-ci il tarixli kredit müqaviləsi əsasında 150.000 manat məbləğində kredit verilməsi, ancaq cavabdehin kred it borcunu qaytarmaması ilə əsaslandırmışdır. Lakin iş materiallarına əlavə olunmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə 90 saylı, 21.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə kredit verilməsi, hansı məbləğdə kredit verilməsi, 73.997,15 manat kredit borcunun qalması sübut edilməmiş, bu əsasdan da bankın iddiası təmin olunmamışdır. Kreditin verilməsi, hansı məbləğdə kredit verilməsi sübut olunmadığı halda, kredit borcunun olması, həmin borcun qaytarılmamasına görə dəymiş zərərin hansı əsasla hesablanması isə müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin həmin halı ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması mötəbər sübut larla təsdiq olunmadığına görə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsində qeyd edilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifə si zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli qərarına əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzər də tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması mötəbər sübutlarla təsdiq olunmadığına görə iddia təmin olunmamalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üz rə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiy a şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1068/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar