Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5233/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov, iş № 2(060)-xx/17) iddiaçı “xxxx» BOKT ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ip oteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsindən irəli gələn ödənilməmiş 28703,18 ABŞdolları əsas borc, 8314,07 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 37037.25 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçı “xxxx» BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, ev2 yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı “xxxx» BOKT ASC-yə28703,18 ABŞ dollarıABŞ dolları əsas borc, 8314,07 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 37037.25 ABŞ dolları məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət r üsumunun ödənilməsi, Sumqayıt şəhəri, 11 mikrorayon, 30 nömrəli evin 20 saylı mənzilinə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması və Cavabdeh 50 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qətedilmiş və iddia tələbi qalan hissədə təmin olunmamışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, A.Hüseynov və G.Tağızadə, iş № 2(105)-xx/18) apellyasiya şikayəti təmin edilməmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(060)-xx/2017 saylı qətnaməsi Cavabdehmünasibətdə– Cavabdeh kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8314,07 ABŞ dolları faiz borcunun iddiaçı “xxxx” BOKT ASC-nin xeyrinə tutulsun hissəsindədəyişdirilmişvə faiz borcu 6008,01 (altıminsəkkizdollarbirsent) ABŞdollarıməbləğində müəyyən edilmişdir, qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev-sədrlik edən və məruzəçi, A.Kalbalıyev və Ə.Əliyev, iş № 2(102)-xx/18) Cavabdeh kassasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov-sədrlik edən və məruzəçi, A.Abbasov və T.Məmmədov, iş № 2(105)-xx/19) Cavabdeh məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 30 nömrəli evin 20 saylı mənzilin ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrəxx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı “xxxx» BOKT ASC-nin xeyrinə 28703,18 ABŞ dolları əsas borc, 2342,95 ABŞ dolları faiz borcu, 5910 ABŞ doll arı dəbbə borcu, cəmi 36956,13 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan Sumqayıt şəhəri, ev1 yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan məbləğdən kredit müqaviləsi üzrə 28703,18 ABŞ dolları əsas borc, 2342,95 ABŞ dolları faiz borcu, 5910 ABŞ dolları dəbbə borcu, cəmi 36956,13 ABŞ dolları məbləğində kredit borcu və 31 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx» BOKT ASC-nin xeyrinə ödənilməsi və cavabdehin əşyaları ilə birlikdə Sumqayıt şəhəri, ev1 çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 22.06.2015-ci il tarixli, 2015/00053-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 24 faiz hesablanmaqla 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh məxsus Sumqayıt şəhəri,ev1 22.06.2015-ci il tarixli, 3M-606 nömrəli ipoteka müqaviləsinə əsasən iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdehə yaranmış borc məbləğinin ödənilməsi üçün dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcun ödənilməsi üçün hər hansı təşəbbüs göstərməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrəxx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh olunan göstərişlərin icrası qaydasında müəyyən etmişdir ki, cavabdeh tərəfindən kredit borcu icra edilmədiyindən kredit təşkilatı məhkəmədə iddia qaldırmış, iddia qismən təmin olunmaqla kredit borcunun ipoteka predmeti olan əmlaka yönəldilməsi qət edilsə də, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən də Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, qətnamə həmin hissədə ləğv olunmuş və təkrar baxışa qaytarılmışdır. Göründüyü kimi, hazırkı mərhələdə əsas məsələ ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması barədədir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yalnız ipoteka predmeti olan Sumqayıt şəhəri, ev1 ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin iş üzrə qərarında şərh olunan göstərişləri nəzərə alaraq və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 30 nömrəli evin 20 saylı mənzilinin ilkin satış qiyməti müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında görünür ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, ev1 bazar dəyəri tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 40.000 manat məbləğində müəyyən edilmişdir. Mənzilin ilkin satış qiyməti qətnamədə əksini tapmadığından bu halın aradan qaldırılması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 05.02.2019-cu il tarixli, A-04/210 saylı qiymətləndirmə hesabat ına əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, ev1 bazar dəyərinin 75.000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mübahisəli mənzil açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq 75.000 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xx/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsini yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edərək təkrar baxışa qaytarmışdır. Başqa sözlə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xx/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarix li, 2(060)-xx/2017 saylı qətnaməsinin Cavabdehmünasibətdə– Cavabdeh kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8314,07 ABŞ dolları faiz borcunun iddiaçı “xxxx” BOKT ASC-nin xeyrinə tutulması hissəsindədəyişdirilməsivə faiz borcunun 6008,01 (altıminsəkkizdollarbirsent) ABŞdollarıməbləğində müəyyən edilməsi, həmin qətnaməninCavabdeh kredit müqaviləsindən irəli gələn ödənilməmiş 28703,18 ABŞdolları əsas borc, 20 ABŞ dolları dəbbə borcu, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçı “xxxx» BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, ev1 yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı “xxxx» BOKT ASC-yəcəmi borc və iddia qaldırılması üçün ödənilmiş 31 mana t dövlət rüsumunun ödənilməsi, Sumqayıt şəhəri, ev2 tutmanın yönəldilməsi və o satıldıqda Cavabdeh mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, Cavabdeh 50 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsivə iddia tələbinin rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılması, aparılmışekspertizatədqiqatının 120 (biryüziyirmi) manat dəyərininCavabdehalınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi hissəsində artıq qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəm ə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsas landıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrəxx xxx 2019-cu il tarixli, 2(105)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5233/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5233/2019
20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver