Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5235/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinov Eldar Şirinağa oğlunun, iddiaçının vəkili X4 iştirakı ilə, iddiaçı “xxxx”-nin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(105)-11146/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(059)-607/2018 saylı qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 iddiaçı “xxxx” qapalı səhmdar cəmiyyətinin xeyrinə 1 9 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 3834,36 manat əsas, 1461,91 manat faiz, 1150,31 manat cərimə olmaqla, cəmi 6446,58 manat borcun və 30 manat dövlət rüsumunun 75%-nin, yəni 22,50 manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1146/2010 saylı, 07 mart 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov, Ş.Abasov və A.Abbasov) Siyəzən Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(059)-607/2018 saylı qətnaməsi iddiaçının apelyasiya şikayətinə və cərimə borcuna aid hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1146/2010 saylı, 07 mart 2019-ci il tarixli qətnaməsinin qismən – bank ın iddia tələbinin Cavabdeh2 aid hissədə təmin olunmamış, həmçinin cərimə borcunun təmin edilməmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmə iclasında baxılan zaman iddiaçı “xxxx” məhkəməyə ərizə verərək iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İşdən göründüyü kimi iddiaçının iddiadan imtina etməsi yazılı ərizədə aydın surətdə şərh oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası tərəfin ərizəsini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək belə nəticəyə gəlir ki, iddiadan imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı ndan qəbul edilməli, Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu madd əsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx”-nin iddiadan imtinası qəbul edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(105)-11146/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5235/2019
Ali Məhkəmə Qərardad — İş №2(102)-5235/2019
22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver