Məhkəmə qərarları › İş №2(102)-5236/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5236/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5236/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə, müstəqil tələb irəli sürən üçüncü şəxs ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia – özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlakın olmadığı təqdirdə pulun tutulması, qarşılıqlı iddia – maddi və mənəvi ziyanın tutulması, əmək müqaviləsinə xitam v erilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılma ilə bağlı son haqq-hesabın ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası - əmlak tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili X4, cavabdehin və 3-cü şəxsin vəkili X10 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1977/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən 3-cü şəx s tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC tərəfindən Cavabdeh və üçüncü şəxs ünvanlanmış 28.12.2016-cı il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh və üçüncü şəxs 09.04.2016-cı il tarixdə "xxxx" MMC-yə məxsus əmlakları təhvil alaraq təhvil-təslim haqqında müqaviləni imzaladıqları və həmin əmlakların 166 yük daşıma xidməti vasitəsilə 17 avqust 2016-cı il tarixdə Cavabdeh məxsus bağ evinə aparılmışdır. 2016-cı ilin oktyabr ayında "xxxx" MMCnin direktorunun və baş həkimin dəyişməsi ilə əlaqədar olaraq Cəmiyyətin əmlakı 21 oktyabr 2016-cı il tarixdə MMC tərəfindən reviziya olunmuşdur. Reviziya zamanı siyahıda göstərilmiş əmlakın bir hissəsinin Cavabdeh məxsus bağ evinə aparıldığı aşkar olunmuş, digər siyahıda göstərilmiş əmlak isə "xxxx" MMC-nin klinikasında baş həkim işlədiyi dövrdə 203 A nömrəli otaqda aşkar edilməmişdir. Odur ki, əmlakların geri qaytarılması xahiş olunmuşdur. İddiaçı MMC-nin direktoru XXX imzaladığı 111 ədəd Cavabdeh tələb edilən əmlak siyahısında onların dəyəri göstərilməmişdir. İddiaçı MMC-nin direktoru XXX imzaladığı 110 ədəd Cavabdeh tələb edilən əmlak siyahısında onların dəyəri ümumilikdə 22436 manat olması göstərilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X15 13.10.2016-cı il tarixdə "xxxx" MMC-nin qanuni təmsilçisi kimi dövlət qeydiyyatına alınmışdır. Əvvəl ki qanuni təmsilçinin üçüncü şəxs olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 20.12.2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC (əvvəlki "xxxx" MMC) 04.10.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 20.12.2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC-də 18,5%-ni İran İslam Respublikası vətəndaşı X1 adına, 5%-ni X16 (İran İslam Respublikası vətəndaşı) adına, 8,5%-ni X5 (İran İslam Respublikası vətəndaşı) adına, 2%-ni X7 (İran İslam Respublikası vətəndaşı) adına, 3%-ni X9 (İran İslam Respublikası vətəndaşı) adına, 13%-ni X6 (İran İslam Respublikası vətəndaşı) adına, 50%-ni isə X12 adına paylar müəyyən edilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 01.02.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, o, 2013-cü ildən 2016-cı ilədək "xxxx" MMC-də həkim vəzifəsində çalışmışdır. 2016-cı ilin fevral ayında "xxxx" MMC-nin, Klinikanın və X1 borcu çox olduğuna görə həmin vəziyyətdən çıxmaq üçün 2016-cı ilin fevral ayında "xxxx" MMCnin təsisçisi və direktoru X1 göstərişi ilə o, “XXX” Klinikasına baş həkim təyin edilmişdir. O, Klinikaya kömək məqsədilə baş həkim təyin edilməsinə razılıq vermişdir. O, 2016-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayının 20-dək Klinikada baş həkim vəzifəsində çalışmışdır. Onun dövründə Klinika daha rentabelli işləməyə başlamış, onun peşəkarlığı, səriştəsi, işə vicdanla yanaşması nəticəsində Klinikanın borcunun çox hissəsi qaytarılmışdır. O, X3 ilə hər ay 2500 manat əmək haqqı barədə razılığa gəlmişlər. X3 özünün və MMC-nin külli miqdarda borclarına görə zərərə düşmüşdür. Klinikaya fəaliyyət göstərmək üçün qeyri-yaşayış sahəsini icarəyə verən icarədarlar XXX, XXX və XXX adlı şəxslər MMC-dən icarə haqqı üzrə yaranmış borclarını tələb edirdilər. İcarədarlardan XXX məhkəməyə müraciət etmiş və Klinikanın icarəyə götürülmüş sahəsinin boşaldılması barədə qətnamə çıxarılmışdır. 2016-cı ilin iyul ayının əvvəlində X3 "XXX” MMC-yə üçüncü şəxs direktor təyin etmiş, 2016-cı il iyul ayının sonu avqustun əvvəlində MMC-nin borclu olduğu şəxslərin, xüsusilə də icarədarların təzyiqi artmışdır. Üçüncü şəxs həmin vaxt icarədarlarla dəfələrlə görüşmələrinə baxmayar aq onlar icarə haqqının məbləğinin (hər birinə 4000 manat) endirilməsinə razılıq verməmişlər və təcili ərazinin boşaldılmasını tələb etmişlər. üçüncü şəxs vəziyyətin ağır olduğunu anlayaraq 2016-cı ilin avqustun əvvəlində X2 məsləhətləşib qərara almışlar ki, 15 gün müddət ərzində icarə sahəsinin bir hissəsini boşaltsınlar. Bununla da Klinikanın 1-ci mərtəbədə 3 icarədara məxsus icarə sahəsi boşaldılmışdır. Həmin icarə sahəsində yerləşən şöbələr əvvəllər mətbəx və anbar kimi istifadə olunmuş zirzəmiyə köçürülmüşdür. 1 ay Klinikada gecə-gündüz təmir işləri aparılmışdır. MMC-nin təsisçisi X3 və direktoru üçüncü şəxs ilə onun arasında belə bir razılaşma olmuşdur ki, həmin təmirə sərf olunan vəsaitlər onun tərəfindən ödənilsin və sonradan həmin vəsait MMC tərəfindən ona qaytarılmalı idi. Bu bar ədə Klinikanın mühasibi XXX də məlumatı olmuşdur. Həmin MMC-nin mətbəxində olan köhnə əşyalar Klinikanın təsərrüfat işləri üzrə direktor müavini XXX, mühasib XXX iştirakı və şahidliyi ilə 166 yük daşıma xidməti vasitəsilə qablaşdırılaraq saxlanc yerinə daşınmışdır. Saxlanc yeri aylıq 300 manat anbar kirayələnmiş və həmin yerə daşınmışdır. Hətta bunu işçilər və ustalar da təsdiq edə bilər. Bundan sonra o, öz vəsaiti hesabına 2016-cı ilin avqustsentyabr aylarında Klinikanı təmir etdirmiş, ustaların əmək haqqlarını, metarialların dəyərini ödəmiş, Klinikanın zəruri gündəlik xərclərini də öz vəsaiti hesabına ödəmişdir. İşlədiyi müddətdə Vergilər Nazirliyinin Vergi Cinayətləri üzrə Araşdırma İdarəsinin əməkdaşları dəfələrlə Klinikaya gəlmiş, 2015-ci ildən qalıq borclarının ödənilməsini tələb etm işdir. Əks təqdirdə Klinikanın bağlanacağını və çəkiliş qrupunun gətirilməsini bildirmişlər. Hətta Klinikada bir çox avadanlıqları qadağa lenti ilə lentləmişlər. Vəziyyətin belə olduğunu görən o, öz şəxsi vəsaitindən 11.000 manat vergi borcunu ödəmişdir. O, 2016-cı ilin fevral ayından işdən qanunsuz və əsassız olaraq azad olunduğu vaxtadək, yəni 20 oktyabr 2016-cı ilədək pasient-müştərilərə görə həkim bonusların "xxxx" MMC-dən dəfələrlə tələb etsə də, əldə edə bilməmişdir. Bu barədə sisoft klinika proqramında qeyd olunmuş və mühasib bundan məlumatlıdır. Ümumilikdə onun tərəfindən "xxxx" MMC-yə (indiki İddiaçı MMC) məxsus "xxxx" Klinikasına, MMC-yə, MMC-nin vergiləri, dövlət sosial sığorta haqqları və digər xərclərə görə ödədiyi pullar, çəkdiyi xərclər, düşdüyü ziyan aşağıdakılardan ibarətd ir: - klinikada baş həkim işlədiyi müddətdə (2016-cı ilin fevraloktyabr aylarında) almadığı həkim bonusları təxminən 10.000 manat, plastik qapı-pəncərə ustasına ödənilən xidmət haqqı - 1800 manat (təmir üçün), plastik qapı-pəncərə ustasına ödənilən əlavə pul - 300 manat (təmir üçün), klinikanın bayır giriş qapısının dəyişdirilməsi üçün- 200 manat (təmir üçün), klinikada elektrik işlərinin aparılması üçün - 1000 manat (təmir üçün), klinikada təmirlə bağlı kafel ustasına ödənilən pul - 1000 manat (təmir üçün), rəngsaza ödənilən məbləğ - 2000 manat (təmir üçün), mebel ustası - 500 manat (təmir üçün), söküntü işinə ödənilən pul - 500 manat (təmir üçün), kərpic, qum, sement alınması üçün - 300 manat (təmir üçün), fəhlələrə ödənilən gündəlik əl haqqının cəmisi - 1000 manat (təmir üçün), 166 daşı ma xidməti və fəhləsinə ödənilən pul - 500 manat (təmir üçün), server sisteminin yerdəyişməsi üçün - 1500 manat (təmir üçün), kondisionerlərin sökülməsi və yenidən frionlaşdırılması və bərpası üçün - 400 manat (təmir üçün), klinikadan daşınan əşyaların yerləşdiyi ünvanın icarə haqqı (aylıq 300 manat) - 1800 manat (təmir üçün), vergi borcunun ödənilməsi (öz şəxsi məbləği) - 9700 manat, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün - 1000 manat, həkim bonusu üçün öncədən verilən məbləğ - 3000 ABŞ dolları, həkimlər üçün öncədən ödənilən marketinq - 2000 manat, 8 aylıq həkim əmək haqqı (aylıq 2500 manat) - 20000 manat, cəmisi 60900 manat müəyyən edilmişdir. O, işlədiyi müddətdə "xxxx" MMC ilə bağlı MMC-nin təsisçisi XXX və direktoru üçüncü şəxs xahişi ilə ödənişlər etmiş, xeyli vəsa it xərcləmişdir ki, hazırda həmin xərclərin əvəzini tələb edir. Klinikaya bu qədər xeyir verməsinə, MMC-yə külli miqdarda pul xərcləməsinə baxmayaraq XXX və Klinikanın yerləşdiyi sahənin icarədarı X15 2016-cı ilin oktyabrın 20-si heç bir xəbərdarlıq etmədən, bir neçə nəfərlə, həmçinin ərazinin polis sahə müvəkkili XXX adlı şəxslə "xxxx" Klinikasına gəlmiş, onu dərhal Klinikanın baş həkimliyini XXX təhvil verməsini bildirmişdir. O, vəziyyətin bu məcraya gələcəyini görərək, artıq bu cür qeyri-qanuni direktorla və haqqında saysız-hesabsız cinayət işləri olan XXX rəhbərliyi ilə işləməkdən imtina etmişdir. İddiaçı MMC-nin direktoru onu işdən azad edərkən əmri təqdim etməmiş, onun əmək hüquqlarını pozmuşdur. Bundan sonra o, dəfələrlə İddiaçı MMC-dən, XXX çəkdiyi xərcləri, ödədiyi pulları, işdən azad olunması barədə əmri, əmək kitabçasını tələb etsə də, onlar bundan imtina etmişlər, əksinə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onu oğurluqda, ağır cinayətdə ittiham etmişlər. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə oğurluq faktı öz təsdiqini tapmamış, şər-böhtan olduğu sübut olunmuş, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin icraçı direktoru XXX tərəfindən ona və üçüncü şəxsyə pretenziya məktubu göndərilmişdir. Məktubda bildirilmişdir ki, “Cavabdeh və üçüncü şəxs 09.04.2016-cı il tarixdə İddiaçı MMC-yə məxsus əmlakları təhvil-təslim haqqında müqaviləyə əlavəni imzalamışdır. Sonra yuxarıda qeyd olunan əmlaklar “166 yük daşıma xidməti” ilə 17 avqust 2016-cı il tarixdə ona məxsus bağ evinə aparılmışdır. 2016-cı ilin oktyabr ayında İddiaçı MMC-nin direktorunun və baş həkimin dəyişməsi ilə əlaqədar olaraq MMC-nin əmlakı 21 oktyabr 2016-cı il tarixdə MMC reviziya olunmuşdur. Reviziya zamanı bu məktuba əlavə olunmuş siyahılarda göstərilmiş əmlakın bir hissəsi ona məxsus bağ evinə aparıldığı aşkar olunmuş, digər siyahıda göstərilən əmlak isə İddiaçı MMC-nin Klinikasında baş həkim işlədiyi dövrdə "xxxx" saylı xidməti otağında aşkar olunmamışdır. Odur ki, MMC tərəfindən bu məktuba əlavə edilmiş siyahıda göstərilən əmlakları 07 gün ərzində İddiaçı MMC-yə (hazırki İddiaçı MMC) geri qaytarmağı tələb edilmişdir. Onun tərəfindən İddiaçı MMC-yə 01.02.2017-ci il tarixli pretenziya yazılaraq bildirilmişdir ki, saxlanc yerinə aparılan əşyalar hal-hazırda da o rada yerləşir. Hətta həmin qablaşdırmalarda nəyin olduğundan belə onun məlumatı olmamışdır. Həmin saxlanc yerlərinə görə hər ay 300 manat icarə haqqı ödənilir. Artıq neçə aydır ki, həmin icarə haqqı ödənilmir. Hazırda onun tərəfindən İddiaçı MMC ilə bağlı çəkilən bütün xərclər ödənildiyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etmir. Pretenziyada o, "xxxx" MMC (İddiaçı MMC) ilə bağlı xərclədiyi vəsaiti cəmi 60900 manat məbləğində pulun və mənəvi zərərə görə 50.000 manat məbləğində pulun, əmək kitabçasının, işdən azad olunması barədə əmrin, işdən çıxarılması ilə bağlı son haqqhesabın 3 gün müddətində qaytarılmasını tələb etmişlər. Lakin İddiaçı MMC tərəfindən onun pretenziya məktubuna cavab verilməmişdir. İddiaçı MMC tərəfindən ona qarşı olan qanunsuz hərəkətlər nəticəsində, onu Klin ikadan baş həkim vəzifəsindən zor tətbiq edərək, hədə qorxu gələrək çıxarılması nəticəsində və ona göndərilən əsassız və böhtan xarakterli pretenziya məktubu nəticəsində o, əsəb sarsıntısı keçirmiş, mənəvi əzab və iztirablar yaşamışdır. Hazırda mənəvi zərəri 50.000 manat məbləğində dəyərləndirilir ki, həmin məbləğ də cavabdeh tərəfindən ona ödənilməlidir. X3 ilə Cavabdeh arasında bağlanmış 01.11.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin “XXX” klinikasında həkim-pediatr vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə işçiyə hər ay ştat cədvəli üzrə əmək haqqı ödənilməsi qeyd olunmuşdur. (4.1.1 bəndi) Cavabdeh "xxxx" MMC-nin direktoruna ərizə ünvanlayaraq onu "xxxx" MMC-nin “XXX” klinikasında baş həkim vəzifəsinə keçirilməsini xahiş etmişdir. “XXX” Tibb Mərkəzi nin 23 fevral 2016-cı il tarixli 239-k nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin “XXX” klinikasında 01.03.3016-cı il tarixdən baş həkim vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 10.03.2016-cı il tarixli, 30ZB5H8000103 nömrəli məlumatın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin “XXX” klinikasında baş həkim vəzifəsinə keçirilməsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. “XXX” Tibb Mərkəzi tərəfindən verilmiş işçilərin əmək haqqlarının ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 2016-cı ilin fevral ayından avqust ayına kimi hər ay 121,3 manat məbləğində əmək haqqı almışdır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 31.10.2016-cı il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.11.2013-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğu bildirilmişdir. "xxxx" MMC-nin direktoru X3 ilə üçüncü şəxs arasında bağlanmış 08.06.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru X1 borcunun əvəzinə üçüncü şəxs 420.000 ABŞ dolları məbləğində maliyyə yatırımı etməklə, əvəzində "xxxx" MMC-nin 75,5 faiz payını və ona məxsus avadanlıqları alır və qeyd olunan cəmiyyətin 75,5 faizinin təsisçisi olur. "xxxx" MMC-nin direktoru X3 və üçüncü şəxs tərəfindən tərtib edilərək imzalanmış 21.06.2016-cı il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" MMC-nin Nizamnaməsi, "xxxx" MMC-nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx" MMC-nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, "XXX“ MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “XXX" MMC-nə məxsus ASAN İmza 01 (bir) ((050) XXX 40 41) ədəd, "xxxx" MMC-nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər 20.06.2016-cı il tarixdə üçüncü şəxsyə təhvil verilmişdir. "xxxx" MMC-nin 19 oktyabr 2016-cı il tarixli 279-k nömrəli əmrinin surətindən görünür ki, X15 19.10.2016-cı il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin 11 noyabr 2016-cı il tarixli, 291-k nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh 11 noyabr 2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bən dinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 12.11.2016-cı il tarixli, 30ZB5H80001X0 nömrəli məlumatın surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “11.11.2016” tarixli, “291-k” nömrəli, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 05.07.2012-ci il tarixli, tələbnamədən görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 2000 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 09.07.2012-ci il tarixli, 1509 nömrəli “xəzinədən ödəmə forması”ndan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına gö rə 1092,7 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 10.05.2012-ci il tarixli, 904 nömrəli “xəzinədən ödəmə forması”ndan görünür ki, 12 ədəd kondisionerin alınması görə 8379 manat məbləğində pul ödənilmişdir. “XXX” Ticarət Mərkəzi tərəfindən verilmiş qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 89 manat məbləğində pul ödənilmişdir. “XXX” Ticarət Mərkəzi tərəfindən verilmiş qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 75 manat məbləğində pul ödənilmişdir. 09 iyul 2012-ci il tarixli qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 353,40 manat məbləğində pul ödənilmişdir. “XXX” X23 tərəfindən verilmiş 04 avqust 2016, 19 avqust 2016 və 19 sentyabr 2016cı il tarixli kassa mədaxil orderi ndən görünür ki, Cavabdeh klinikaya 500 manat, 330 manat və 700 olmaqla, cəmi 1530 manat məbləğində borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC – Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə dəyəri olan 30.000 (otuz min) manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (hazırki İddiaçı MMC) klinikasında təmir işləri getdiyi zaman cəmiyyətə məxsus əmlaklar saxlanılması üçün, "166 yük daşıma xidməti” ilə 17 avqust 2016-cı il tarixdə o, zaman Klinikanın baş həkimi vəzifəsində çalışmış Cavabdeh məxsus bağ evinə aparılmışdır. Əmlak daşınmasına nəzarəti İddiaçı MMC-nin təsərrüfat müdiri XXX etmişdir. Daha sonra İddiaçı MMC-nin təsərrüfat müdiri XXX əmlakın təhvil-təslim aktını imzalamaq üçün Cavabdeh müraciət etsə də o, aktı imzalamaqdan imtina etmişdir. Həmin dövrdə "xxxx" MMC-nin (hazırki "XXX” MMC) direktoru vəzifəsində çalışmış üçüncü şəxsyə aktın imzalanması üçün Cavabdeh göstəriş verilməsi xahiş edilsə də o, bundan imtina etmişdir. Daha sonra İddiaçı MMC tərəfindən üçüncü şəxs və Cavabdeh əmlakın könüllü şəkildə qaytarılması ilə bağlı pretenziya məktubu göndərilsə də, onlar "XXX” MMC-yə məxsus əmlakı geri qaytarmamışlar. Hesab edirlər ki, Cavabdeh qanunsuz sahibliyində olan əmlak geri qaytarılmalı və ya əml ak olmadığı təqdirdə dəyəri kimi 30 000 (otuz min) manat pul İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh İddiaçı MMC-yə qarşı "maddi və mənəvi ziyanın tutulması, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılma ilə bağlı son haqq-hesabın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən (X17) 62.400 (altmış iki min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılması ilə bağlı son haqq-hesabın İddiaçı MMC (X17) tərəfindən hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti, 03.04.2018-ci il tarixli ərizə verərək, cavabdeh İddiaçı MMC-dən ona 65400 (altmış beş min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsinin təmin olunması, cavabdeh “XXX' MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin İİ hissəsinə, 68-ci maddənin «ç» bəndinə, 77-ci maddəsinin 7-ci hissəsinə, 83, 84 və 85-ci maddələrinə əsasən dəyişiklik edilməsi, 02 fevral 2016-cı il tarixdən 11 noyabr 2016-cı il tarixinə kimi 23250 manat əmək haqqının, 2016-cı ilin avqust ayından 20 oktyabr 2016-cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 10000 manat, 3 aylıq müavinət üçün 7500 manat, cəmi 40750 manat məbləğində son haqq-hesabının ödənilməsini məcbur edən qətnamə qəbul edilməsini və cavabdeh İddiaçı MMC-nin direktoru X12 əməlində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin əlamətləri olmasını nəzərə alıb, bu barədə xüsusi qərardad çıxarılmaqla ibtidai istintaq araşdırması aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildən 2016-cı ilədək İddiaçı MMC-də həkim vəzifəsində çalışmışdır. 2016-cı ilin fevral ayında İddiaçı MMC-nin, Klinikanın və X1 borcu çox olduğuna görə həmin vəziyyətdən çıxmaq üçün 2016-cı ilin fevral ayında İddiaçı MMC-nin təsisçisi və direktoru X1 göstərişi ilə o, “XXX” Klinikasına baş həkim təyin edilmişdir. O, Klinikaya kömək məqsədilə baş həkim təyin edilməsinə razılıq vermişdir. O, 2016-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayının 20-dək Klinikada baş həkim vəzifəsində çalışmışdır. Onun dövründə Klinika daha rentabelli işləməyə başlamış, onun peşəkarlığı, səriştəsi və işə vicdanla yanaşması nəticəsində Klinikanın borcunun çox hissəsi qaytarılmışdır. O, İddiaçı MMC-nin təsisçisi və rəhbəri X3 ilə hər ay 2500 manat əmək haqqı barədə razılığa gəlmişlər. X3 özünün və MMC-nin külli miqdarda borclarına görə belə zərərə düşmüşdür. Klinikaya fəaliyyət göstərmək üçün qeyri-yaşayış sahəsini icarəyə verən icarəd arlar XXXX, XXX və XXX adlı şəxslər MMC-dən icarə haqqı üzrə yaranmış borclarını tələb edirdilər. İcarədarlardan XXX məhkəməyə müraciət etmiş və Klinikanın icarəyə götürülmüş sahəsinin boşaldılması barədə qətnamə çıxarılmışdır. 2016-cı ilin iyul ayının əvvəlində X3 İddiaçı MMC-yə üçüncü şəxsni direktor təyin etmiş, 2016-cı il iyul-ayının sonu avqustun əvvəlində MMC-nin borclu olduğu şəxslərin, xüsusilə də icarədarların təzyiqi artmışdır. üçüncü şəxs həmin vaxt icarədarlarla dəfələrlə görüşməsinə baxmayaraq onlar icarə haqqının məbləğinin (hər birinə 4000 manat) endirilməsinə razılıq verməmişlər və təcili ərazinin boşaldılmasını tələb etmişlər. MMC-nin direktoru üçüncü şəxs vəziyyətin ağır olduğunu anlayaraq 2016-cı ilin avqustun əvvəlində MMC-nin təsisçisi X2 məsləhətləşib qərara aldılar k i, 15 gün müddət ərzində icarə sahəsinin bir hissəsini boşaltsınlar. Bununla da Klinikanın 1-ci mərtəbədə 3 icarədara məxsus icarə sahəsi boşaldılmışdır. Həmin icarə sahəsində yerləşən şöbələr əvvəllər mətbəx və anbar kimi istifadə olunmuş zirzəmiyə köçürülmüşdür. Bundan sonra 1 ay Klinikada gecə-gündüz təmir işləri aparılmışdır. MMC-nin təsisçisi X3 və direktoru üçüncü şəxs ilə onun arasında həmin təmirə sərf olunan vəsaitlər onun tərəfindən ödənilməsi və sonradan həmin vəsaitin MMC tərəfindən ona qaytarılması barədə razılaşma olmuşdur. Bu barədə Klinikanın və MMC-nin mühasibi XXX də məlumatı olmuşdur. Həmin MMC-nin mətbəxində olan köhnə əşyalar Klinikanın təsərrüfat işləri üzrə direktor müavini XXX, mühasib XXX iştirakı və şahidliyi ilə “166 yük daşıma xidməti” vasitəsilə qablaşdırılar aq saxlanc yerinə daşınmışdır. Həmin əşyaların yığıldığı yeşiklərdə nə qədər və hansı sayda əşyaların olmasından onun heç bir məlumatı olmamışdır. Saxlanc yeri kimi aylıq 300 manat anbar kirayələnmiş və əşyalar həmin yerə daşınmışdır. Bundan sonra o, öz vəsaiti hesabına 2016-cı ilin avqust-sentyabr aylarında Klinikanı təmir etdirmiş, ustaların əmək haqqlarını, tikinti metariallarının dəyərini, həmçinin Klinikanın zəruri gündəlik xərclərini də öz vəsaiti hesabına ödəmişdir. O, işlədiyi müddətdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətləri üzrə Araşdırma İdarəsinin əməkdaşları dəfələrlə Klinikaya gəlmiş, 2015-ci ildən qalıq borclarının ödənilməsini tələb etmişlər. Əks təqdirdə Klinikanın bağlanacağını bildirmişlər və hətta Klinikada bir çox avadanlıqları qadağa lenti ilə l entləmişlər. Vəziyyətin belə olduğunu görən o, öz şəxsi vəsaitindən 11.000 manat vergi borcunu ödəmişdir. O, 2016-cı ilin fevral ayından işdən qanunsuz və əsassız olaraq azad olunduğu vaxtadək, yəni 20 oktyabr 2016-cı ilədək müştərilərə görə həkim bonuslarını İddiaçı MMC-dən dəfələrlə tələb etsə də, əldə edə bilməmişdir. Bu barədə sisoft klinika proqramında qeyd olunmuş və mühasib bundan məlumatlıdır. Ümumilikdə, onun tərəfindən "xxxx" MMC-yə (indiki İddiaçı MMC) məxsus "xxxx" Klinikasına, MMC-yə, MMCnin vergiləri, dövlət sosial sığorta haqqları və digər xərclərə görə ödədiyi pullar, çəkdiyi xərclər, düşdüyü ziyan - klinikada baş həkim işlədiyi müddətdə (2016-cı ilin fevral-oktyabr aylarında) almadığı həkim bonusları - təxminən 10.000 manat, plastik qapı-pəncərə ustasına ödənilən xidmət ha qqı - 1800 manat (təmir üçün), plastik qapı-pəncərə ustasına ödənilən əlavə pul - 300 manat (təmir üçün), klinikanın bayır giriş qapısının dəyişdirilməsi üçün - 200 manat (təmir üçün), klinikada elektrik işlərinin aparılması üçün - 1000 manat (təmir üçün), klinikada təmirlə bağlı kafel ustasına ödənilən pul - 1000 manat (təmir üçün), rəngsaza ödənilən məbləğ 2000 manat (təmir üçün), mebel ustası - 500 manat (təmir üçün), söküntü işinə ödənilən pul - 500 manat (təmir üçün), kərpic, qum, sement alınması üçün - 300 manat (təmir üçün), fəhlələrə ödənilən gündəlik əl haqqının cəmisi - 1000 manat (təmir üçün), “166 daşıma xidməti” və fəhləsinə ödənilən pul - 500 manat, server sisteminin yerdəyişməsi üçün - 1500 manat, kondisionerlərin sökülməsi və yenidən frionlaşdırılması və bərpası üçün - 400 manat (təmir üçün), klinikadan daşınan əşyaların yerləşdiyi ünvanın icarə haqqı (aylıq 300 manat) - 11 ay 3300 manat, vergi borcunun ödənilməsi (öz şəxsi məbləği) - 9700 manat, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün - 1000 manat, həkim bonusu üçün öncədən verilən məbləğ - 3000 ABŞ dolları, həkimlər üçün öncədən ödənilən marketinq - 2000 manat, 8 aylıq həkim əmək haqqı (aylıq 2500 manat) - 20000 manat, cəmisi 62400 manat olmuşdur. Göründüyü kimi, o, işlədiyi müddətdə İddiaçı MMC ilə bağlı MMC-nin təsisçisi X1 və direktoru üçüncü şəxsnin xahişi ilə ödənişlər etmiş, xeyli vəsait xərcləmişdir ki, hazırda həmin xərclərin əvəzini tələb edir. Klinikaya bu qədər xeyir verməsinə, MMC-yə külli miqdarda pul xərcləməsinə baxmayaraq XXX və Klinikanın yerləşdiyi sahənin icarədarı X15 201 6-cı ilin oktyabrın 20-si heç bir xəbərdarlıq etmədən, bir neçə nəfərlə, həmçinin ərazinin polis sahə müvəkkili XXX adlı şəxslə "xxxx" Klinikasına gəlmiş, onu dərhal Klinikanın baş həkimliyini XXXə təhvil verməsini bildirmişlər. O, həmin müddətdə Türkiyədə olan Klinikanın direktoru üçüncü şəxsni gəlişini gözləmələrini və ondan sonra vəziyyətin nə yerdə olduğunun araşdırılması təklifini irəli sürməsinə baxmayaraq sahə müvəkkili XXX və X18 bir daha bu Klinikaya ayağının dəyməsinə yol verməyəcəklərini bildirmişlər. O, vəziyyətin bu məcraya gələcəyini görərək, artıq bu cür qeyri-qanuni direktorla və haqqında saysız-hesabsız cinayət işləri olan XXXin rəhbərliyi ilə işləməkdən imtina etmişdir. İddiaçı MMC Cavabdeh ilə əmək müqaviləsini pozub-pozmaması barədə ona heç bir məlumat verməmişdir, əm ək kitabçasını bugünədək ona qaytarmamışdır. İddiaçı MMC-nin direktoru onu işdən azad edərkən əmri təqdim etməmiş, onun əmək hüquqlarını pozmuşdur. Bundan sonra o, dəfələrlə İddiaçı MMC-dən, XXXdan çəkdiyi xərcləri, ödədiyi pulları, işdən azad olunması barədə əmri, əmək kitabçasını tələb etsə də, onlar bundan imtina etmişlər, əksinə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onu oğurluqda, ağır cinayətdə ittiham etmişlər. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə oğurluq faktı öz təsdiqini tapmamış, şərböhtan olduğu sübut olunmuş, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin icraçı direktoru XXX tərəfindən ona və üçüncü şəxsyə pretenziya məktubu göndərilmişdir. Məktubda bi ldirilmişdir ki, “Cavabdeh və üçüncü şəxs 09.04.2016-cı il tarixdə İddiaçı MMC-yə məxsus əmlakları təhvil-təslim haqqında müqaviləyə əlavəni imzalamışdır. Sonra yuxarıda qeyd olunan əmlaklar “166 yük daşıma xidməti” ilə 17 avqust 2016-cı il tarixdə ona məxsus bağ evinə aparılmışdır. 2016-cı ilin oktyabr ayında İddiaçı MMC-nin direktorunun və baş həkimin dəyişməsi ilə əlaqədar olaraq MMC-nin əmlakı 21 oktyabr 2016-cı il tarixdə MMC reviziya olunmuşdur. Reviziya zamanı bu məktuba əlavə olunmuş siyahılarda göstərilmiş əmlakın bir hissəsi ona məxsus bağ evinə aparıldığı aşkar olunmuş, digər siyahıda göstərilən əmlak isə İddiaçı MMC-nin Klinikasında baş həkim işlədiyi dövrdə "xxxx" saylı xidməti otağında aşkar olunmamışdır. Odur ki, MMC tərəfindən bu məktuba əlavə edilmiş siyahıda göstərilən əm lakları 07 gün ərzində İddiaçı MMC-yə (hazırki İddiaçı MMC) geri qaytarmağı tələb edilmişdir. Onun tərəfindən İddiaçı MMC-yə 01.02.2017-ci il tarixli pretenziya yazılaraq bildirilmişdir ki, saxlanc yerinə aparılan əşyalar hal-hazırda da orada yerləşir. Hətta həmin qablaşdırmalarda nəyin olduğundan belə onun məlumatı olmamışdır. Həmin saxlanc yerlərinə görə hər ay 300 manat icarə haqqı ödənilir. Artıq neçə aydır ki, həmin icarə haqqı ödənilmir. Hazırda onun tərəfindən İddiaçı MMC ilə bağlı çəkilən bütün xərclər ödənildiyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etmir. Pretenziyada o, "xxxx" MMC (İddiaçı MMC) ilə bağlı xərclədiyi vəsaiti cəmi 60900 manat məbləğində pulun və mənəvi zərərə görə 50.000 manat məbləğində pulun, əmək kitabçasının, işdən azad olunması barədə əmrin, işdən çıx arılması ilə bağlı son haqq-hesabın 3 gün müddətində qaytarılmasını tələb etmişlər. Lakin İddiaçı MMC tərəfindən onun pretenziya məktubuna cavab verilməmişdir. İddiaçı MMC tərəfindən ona qarşı olan qanunsuz hərəkətlər nəticəsində, onu Klinikadan baş həkim vəzifəsindən zor tətbiq edərək, hədə qorxu gələrək çıxarılması nəticəsində və ona göndərilən əsassız və böhtan xarakterli pretenziya məktubu nəticəsində o, əsəb sarsıntısı keçirmiş, mənəvi əzab və iztirablar yaşamışdır. Hazırda mənəvi zərəri 50.000 manat məbləğində dəyərələndilir ki, həmin məbləğ də cavabdeh tərəfindən ona ödənilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs cavabdeh İddiaçı MMC-yə qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin Cavabdeh qarşı əmlak tələbi əsassız olduğ undan rədd edilməsini və İddiaçı MMC-nin qanunsuz sahibliyindən ona məxsus əmlakın, əmlak olmadıqda 80.383 (səksən min üç yüz səksən üç) manat məbləğində pulun İddiaçı MMC-dən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını, eləcə də İddiaçı MMC-nin qanunsuz yaradılması və fəaliyyətində yol verilən hərəkətlər haqqında xüsusi qərardad çıxarmaqla aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC qanunsuz olaraq onun direktor olduğu "xxxx" MMC-nin hüquqi varisi kimi onun iştirakı və razılığı olmadan yaradılmışdır. Balansında olan əmlaklar isə onun mülkiyyətindədir. Lakin İddiaçı MMC-nin icraçı direktoru X15 özbaşına olaraq başqa şəxslərlə birlikdə "xxxx" MMC-nin əmlakını və direktor səlahiyyətlərini mənimsəmişdir. X15 heç vaxt "xxxx" MMC-nin direktoru olmamışdır. Çünki "xxxx" MMC-in təsisçisi XXX, o, "xxxx" MMC-də işləyərkən 21 iyun 2016-cı il tarixli təhvil təslim aktı ilə "xxxx" MMC-nin nizamnaməsini, nizamnaməyə edilən dəyişikliyi, "xxxx" MMC-nin dövlət reyestrindən çıxarışını, "xxxx" MMC-nin VÖEN-ni, "xxxx" MMC-nin möhürünü, tibbi fəaliyyət göstərə bilməsi üçün lisenziyanı, "xxxx" MMC-yə məxsus ASAN imzanı (***-***-****), "xxxx" MMC-nin klinikasına olan maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatının aparılmamasını və nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər ona verilmiş və akt hər ikisi tərəfindən imzalanmışdır. Eyni zamanda 08 iyun 2016-cı ildə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən "x xxx" MMC-nin klinikasının direktoru XXX, onun həyat yoldaşı XXX və XXX və onun tərəfindən qarşılıqlı razılaşmaya dair imzaladıqları müqaviləyə əsasən tibbi və qeyri-tibbi avadanlıqlar ona satılmışdır. Rəsmi sənədlərlə o, "xxxx" MMC-nin rəsmi təsisçisi və təmsilçisi olmuşdur. Direktor işləyərkən onun təşəbbüsü ilə klinikada həkim pediatr işləyən Cavabdeh öz ərizəsinə əsasən 23 fevral 2016-ci il tarixli, 239 nömrəli əmrlə "xxxx" MMCnin “XXX” klinikasında 01.03.2016-cı il tarixindən baş həkim vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin direktoru kimi o, müəyyən işlərin görülməsi, təmir işlərinin aparılması, vergi borclarının ödənilməsinin təmin edilməsini, müəssisənin gəlirlə işləməsinə köməklik göstərməsini baş həkim Cavabdeh həvalə edib 2016-cı ilin oktyabrın 15-dən sonra Türkiyə Respublika sına getmişdir. O, Türkiyə Respublikasına getdikdən sonra X15 onun "xxxx" MMC-nin tam pay sahibi olduğuna baxmayaraq qanunsuz olaraq 279 nömrəli, 19.10.2016cı il tarixli əmrlə direktor vəzifəsini ələ keçirmiş və qanunsuz olaraq Cavabdeh 11 noyabr 2016-cı il tarixli, 291-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və onun hüquqlarını qanunsuz mənimsəyərək məhdudlaşdırmışdır. İdarəçilikdə baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə onun məlumatı olmadan və onunla razılaşdırılmadan belə bir hərəkət törətməklə klinikanın normal işini pozmuş, qanunsuz əmrlər vermiş, iddiaçıya ciddi maddi və mənəvi zərər vurmuşdur. X15 bununla kifayətlənməyib, hansı yollarlasa "xxxx" MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar 20 dekabr 2016-cı ildə İddiaçı MMC yaratmış və Vergilər Nazirliyində qeydiyyatdan keçirməyə nail olmuşdur. Eyni zamanda ona məxsus payların 18,5%-ni İran İslam Respublikası vətəndaşı X1 adına, 5%-ni X16 (İran İslam Respublikası vətəndaşı) adına, 8,5%-ni X5 (İran İslam Respublikası vətəndaşı) adına, 2%ni X7 (İran İslam Respublikası vətəndaşı) adına, 3%-ni X9 (İran İslam Respublikası vətəndaşı) adına, 13%-ni X6 (İran İslam Respublikası vətəndaşı) adına, 50%-ni isə öz adına sənədləşdirmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarış almışdır. Habelə, X12 özbaşına olaraq onun əmlakı əsasında qanunsuz yaratdığı və "xxxx" MMC-nin hüquqi varisi olan İddiaçı MMC Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb olunması, əmlak olma dığı təqdirdə 22.346 (iyirmi iki min üç yüz qırx altı) manat pulun alınması” barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Hesab edir ki, İddiaçı MMC-in iddia ərizəsi qanunsuz və əsassızdır və bu iddia ərizəsi onun qanunla qorunan hüquqlarına və mənafelərinə də zərər vurur. Belə ki, İddiaçı MMC həmin iddia ərizəsini verməkdə subyektiv hüquqlara malik olmamışdır. İddiaçı MMC iddia ərizəsində göstərdiyi əmlak və onun balansında olan başqa əmlaklar onun mülkiyyətindədir. Eyni zamanda İddiaçı MMC qanunsuz olaraq onun direktor olduğu "xxxx" MMC-nin hüquqi varisi kimi yaradılmışdır. X15 heç vaxt "xxxx" MMC-in direktoru olmamışdır. O, özbaşına olaraq başqa şəxslərlə birlikdə "xxxx" MMC-in əmlakını və direktor səlahiyyətlərini mənimsəmişdir. İddiaçı MMC qanunsuz yaradılmış və həmin kommersiya qurumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-49, 87, 88, 91-2, 92-ci maddələrinin və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-5-ci maddələrinin tələblərinə zidd olaraq qeydə alınmışdır. Eyni zamanda İlqar Həsənov İddiaçı MMC dövlət qeydiyyatına alınmadan qanunsuz olaraq həmin müəsissənin direktoru kimi səlahiyyəti olmadan Cavabdeh 11 noyabr 2016-cı il tarixli 291-k nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etmişdir. Halbuki İddiaçı MMC 20 dekabr 2016-cı ildə qeydə alınmış və Reyestr Xidmətindən çıxarış verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin və iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına və mənafeyinə mühüm zərər vurmuşdu r. Ona məxsus 08 iyun 2016-cı il tarixli müqavilə ilə təhvil götürdüyü və ona məxsus 58.037 (əlli səkkiz min otuz yeddi) manat dəyərində əmlak (siyahı iddia ərizəsinə əlavə olunur) və Cavabdeh qarşı əsassız qaldırılmış və İddiaçı MMC-də olan 22.346 (iyirmi iki min üç yüz qırx altı) manat dəyərində əmlak, əmlak olmadıqda həmin əmlakların dəyəri cəmi 80.383 (səksən min üç yüz səksən üç) manat məbləğində pul məhkəmə qaydasında alınıb ona verilməlidir. Cavabdeh qarşı İddiaçı MMC tərəfindən “özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə pulun tutulması” tələblərinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-35/2020) ilkin iddia üzrə İd diaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası qismən təmin edilərək 1530 (bir min beş yüz otuz) manat məbləğində maddi ziyan və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 01.09.2016-cı il tarixdən 11.11.2016-cı il tarixə kimi almadığı əmək haqqı və işdən azad edilərkən aldığı əmək haqqına uyğun son haqq-hesab qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən hesablanmaqla qarşıl ıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, Cavabdeh məxsus əmək kitabçasının İddiaçı MMC tərəfindən ona qaytarılması, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxsnin cavabdeh İddiaçı MMC-yə qarşı “əmlak” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı MMC özünü "xxxx" MMC-nin hüquqi varisi olmasını göstərsə də, iddia ərizəsində sadaladığı əmlakların məhz "xxxx" MMC-yə məxsus olmasını sübut edə bilməmişdir. Belə ki, ilk iddia üzrə Cavabdeh həmin əmlakların bağ evində (gah da saxlanc yerində) olmasını göstərsə də, məhkəmə iclasında verdiyi izahatında bu əmlakların harada saxlanmasına baxmayaraq "xxxx" MMC-nin əvvəlki direktoru olmuş üçüncü şəxsyə məxsus olmasını gö stərmişdir. "xxxx" MMC-nin təsisçisi - direktoru X3, həyat yoldaşı XXX və XXX ilə üçüncü şəxs arasında bağlanmış 08.06.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru X1 borcunun əvəzinə üçüncü şəxs 420.000 ABŞ dolları məbləğində maliyyə yatırımı etməklə, əvəzində "xxxx" MMC-nin 75,5 faiz payını və ona məxsus avadanlıqları (avadanlıqların adlı siyahısı müqaviləyə əlavə edilir) alır və qeyd olunan cəmiyyətin 75,5 faizinin təsisçisi olur. Həmin müqaviləyə satılmış tibbi və qeyri tibb avadanlıqları adlı siyahı əlavə edilmişdir. İddiaçı MMC direktorunun timsalında hazırki iddianı qaldırsa da, hazırda həmin MMC-nin 50 faizi XXX və qalan 50 faizi isə İran İslam Respublikası vətəndaşları olan X1, X14, X5, X7, X9, X6 adlarına olmasına baxmayaraq 08.06.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilə bağlanarkən X1, XXX həmin MMC-nin təsisçiləri olaraq müqavilədə, eləcə də 21.06.2016-cı il tarixli təhvil-təslim aktında ("xxxx" MMC-nin Nizamnaməsi, "xxxx" MMC-nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx" MMC-nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, "XXX” MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “XXX" MMC-nə məxsus ASAN İmza 01 (bir) ((050) XXX 40 41) ədəd, "xxxx" MMC-nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər) göstərilənləri üçüncü şəxsyə təhvil vermişlər. İlk iddiaçı tərəf qeyd edilən 08.06.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqav ilə və eləcə də 21.06.2016-cı il tarixli təhvil-təslim aktının ləğv edilməsini və ya bu sənədlərin həqiqətə uyğun olmayaraq reallığı əks etdirməməsini təkzib edən heç bir sübut təqdim etməmişdir. İlk iddianın rədd edilməsi nəticəsinə gəlinməsi ilk iddiada tələb edilən əmlak tələbi ilə eynilik təşkil edən müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxsnin tələbinin əsaslı olması anlamına da gəlməyə əsas vermir. Müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs tələbində İddiaçı MMC-nin icraçı direktoru X12 özbaşına olaraq başqa şəxslərlə birlikdə "xxxx" MMC-nin əmlakını və direktor səlahiyyətlərini mənimsəməsini, hansı yollarlasa "xxxx" MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar 20 dekabr 2016-cı ildə İddiaçı MMC-ni yaradaraq Vergilər Nazirliyində qeydiyyatdan keçirməyə nail olmasını, e yni zamanda ona məxsus payların 18,5%-ni İran İslam Respublikası vətəndaşları olan X1 adına, 5%-ni X14, 8,5%-ni X5, 2%-ni X7, 3%-ni X9, 13%-ni X6 adlarına, 50%-ni isə öz adına sənədləşdirərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarış almasını göstərsə də, bu halların qanuniliyini mübahisələndirməmişdir. İşin bu halı məhkəməyə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 20.12.2016-cı il tarixli çıxarışın qanuni əsaslarla verilməsi qənaətinə gəlməsinə əsas verir və məhkəmə 3-cü şəxsin tələbinin qanuniliyinə sözügedən çıxarışın məzmunu baxımından da hüquqi qiymət verilməsini zəruri sayır. 08.06.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilə bağlanarkən X1, XXX həmin MMC-nin təsisçiləri olaraq müqavilədə, eləcə də 21.06.2016-cı il tarixli təhvil-təslim aktında ("xxxx" MMC-nin Nizamnaməsi, "xxxx" MMC-nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx" MMC-nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, "xxxx" MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “XXX" MMC-nə məxsus ASAN İmza 01 (bir) ((050) XXX 40 41) ədəd, "xxxx" MMC-nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər) göstərilənlərin üçüncü şəxsyə təhvil verilməsi ilk baxışdan iddia olunan əmlakların həqiqətən də 3-cü şəxsə aid olması anlamına gəlməsinə əsas verir. Lakin bu halın mövcudluğuna baxmayaraq məhkə mə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs hazırki tələblə bağlı iddia müddətini buraxmışdır. Üçüncü şəxsin nümayəndəsinin “üçüncü şəxsnin hüquqlarının pozulduğunu bilməsi anının İddiaçı MMC öz nizamnaməsini 20 dekabr 2016-cı il tarixdə qəbul etməsi və Vergilər Nazirliyində qeydiyyatdan keçirməsini həmin vaxt bilməsi, bununla da iddia müddətinin axımının məhz göstərilən tarixdən hesablanması” kimi əsaslandırması ilə razılaşmır. X20 bu faktı təsdiq edən heç bir mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin də yuxarıda qeyd olunduğu kimi, üçüncü şəxs qeyd olunan halların qanuniliyini mübahisələndirməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs cavabdeh İddiaçı MMC-yə qarşı “əmlak” tələbi ilə 08.06.2019-cu il tarix də daxil olmaqla həmin vaxta kimi m üraciət etməli olduğu halda, 30.09.2019-cu il tarixdə Səbail Rayon Məhkəməsinə müstəqil tələblər irəli sürən şəxs kimi tanınması barədə vəsatətlə, daha sonra isə rəsmi olaraq iddia ərizəsini isə 12 noyabr 2019-cu il tarixdə hazırlayıb məhkəməyə təqdim etməklə iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, dörd dəfə iddia tələbinin dəqiqləşdirilməsindən sonra qarşılıqlı iddia üzrə tələb konkret olaraq 65400 (altmış beş min dörd yüz) manat maddi, 50000 (əlli min) manat məbləğində mənəvi ziyan tələbi, cavabdeh İddiaçı MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq dəyişiklik edilməsi, 02 fevral 2016-cı il tarixdən 11 noyabr 2016-cı il tarixinə kimi 2 3250 (iyirmi üç min iki yüz əlli) manat əmək haqqının, 2016-cı ilin avqust ayından 20 oktyabr 2016-cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 10000 (on min) manat, 3 aylıq müavinət üçün 7500 (yeddi min beş yüz) manat, cəmi 40750 (qırx min yeddi yüz əlli) manat məbləğində son haqq-hesabın ödənilməsi olmuşdur. Məhkəmə qarşılıqlı iddianın 65400 (altmış beş min dörd yüz) manat maddi zərərin vurulması hissəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiaçı həmin zərərin 1530 manat hissəsi məhkəmə araşdırması zamanı müvafiq sübutlar (04 avqust 2016, 19 avqust 2016 və 19 sentyabr 2016-cı il tarixli kassa mədaxil orderləri və şahid ifadəsi) ilə öz təsdiqini tapır. 1530 manat hissəsi istisna olmaqla, qarşılıqlı iddiaçı tərəfindən ona digər maddi zərər vurulması ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Qarşılıqlı iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edilmişdir ki, qarşılıqlı iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin 02 fevral 2016-cı il tarixdən 11 noyabr 2016-cı il tarixinə kimi 23250 (iyirmi üç min iki yüz əlli) manat əmək haqqının tələbinə dair hissəsi üzrə hesab etmişdir ki, işin materiallarında qarşılıqlı iddiaçının da adı qeyd edilmiş 2016-cı ilin fevral ayından avqust ayına kimi əmək haqqı cədvəlləri olsa da, digər ayların, yəni sentyabr, oktyabr və noyabr aylarının əmək haqqı cədvəlləri cavabdeh tərəfindən (də fələrlə təklif edilməsinə baxmayaraq) təqdim edilməmişdir. Halbuki, cavabdeh tərəf qarşılıqlı iddiaçının işlədiyi bütün aylar üçün əmək haqqını, hətta son haqq-hesabını da ödəmələrini, hətta əmək kitabçasını da verdiyini bildirmişdir. Cavabdeh tərəf qarşılıqlı iddiaçıya 2016-cı ilin sentyabr, oktyabr və noyabr aylarının əmək haqqını və işdən azad edilərkən son haqq-hesabını da ödəmələrini təsdiq edən sübutların olmasını bildirsələr də, təqdim etmədikləri üçün məhkəmə qarşılıqlı iddiaçının iddiasının göstərilən müddətlər üzrə əmək haqqı və işdən azad edilərkən son haqq-hesabının verilməməsinə dair dəlillərini inandırıcı sayır. Qarşılıqlı iddiaçı pul tələbi ilə bağlı qaldırdığı iddia ilə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməsinə yol verməmişdir. Azərbaycan Respublikasının Əmək Məcə lləsinin - 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdeh İddiaçı MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddənin 2- ci hissəsinə, 68-ci maddənin “ç” bəndinə, 77-ci maddənin 7-ci hissəsinə, 83, 84 və 85-ci maddələrinə əsasən dəyişiklik edilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçı faktiki olaraq bu tələbi ilə barəsində verilmiş 11 noyabr 2016-cı il tarixli, 291-k nömrəli əmrinin qanuniliyini mübahisələndirmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini nəzə rə alıb bu nəticəyə gəlir ki, qarşılıqlı iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbi pozulmuş, barəsində olan əmrdə düzəliş edilməsinə dair iddia qaldırmaqla məhkəməyə müraciət etmə müddətinə riayət etməmiş, müddətin üzrlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisələndirdiyi hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Məhkəmə qarşılıqlı iddianın 02 fevral 2016-cı il tarixdən 11 noyabr 2016-cı il tarixinə kimi 9 ay 9 gün üzrə hər ay 2500 manat olmaqla 23250 manat ödənilməsinə dair tələbini də əsaslı saymamış, qeyd etmişdir ki, qarşılıqlı iddiaçı onun aylıq əmək haqqının məhz 2500 manat olmasını məhkəmədə sübut edə bilməmiş, təqdim e dilmiş əmək haqqı cədvəllərində isə onun hər ay imza edərək aldığı aylıq əmək haqqının 121,3 manat olması müəyyən edilmişdir. Həmçinin qarşılıqlı iddia tələbinin xidmətlər üzrə avqust - 11 noyabr 2016-cı il tarixə kimi faizlər üzrə 10 000 manat, 3 aylıq müavinət üçün orta aylıq əmək haqqının məbləğində 7 500 manatı hesablanmasına dair hissələrinin təmin edilməsini mümkün saymamış və qeyd etmişdir ki, qarşılıqlı iddiaçı xidmətlər üzrə avqust - 11 noyabr 2016-cı il tarixə kimi faizlər üzrə 10000 manatını həkim bonusu kimi qeyd etsə də, bu hesablamanın hansı meyarlar əsasında aparılmasını və onun belə bonusların verilməli olmasının razılaşdırılmasına dair işəgötürənlə aralarında hər hansı bir müqavilə şərtinin olmasını sübut edə bilməmişdir. Məhkəmə bununla bağlı müəssisənin külli miqdarda ve rgi borcu olması, vergi borcundan 12.000-13.000 manat vəsaiti və sosial borclardan isə 1000 manat Cavabdeh ödəməsi, həkim bonuslarının bir hissəsi direktorun göstərişi ilə Cavabdeh ödənilməsinə dair şahid X11 ifadəsinə qiymət verərək hesab etmişdir ki, şahid ifadəsinin bu hissəsi heç bir digər sübut növləri ilə təsdiqini tapmadığından ifadəsinin bu hissəsini sübut növü kimi qiymətləndirmir. Bundan əlavə, işin araşdırılmış hallarından görünür ki, Cavabdeh əvvəlki qarşılıqlı iddia tələblərində (dəqiqləşmə barədə ərizələrində) əmək kitabçasının geri qaytarılmasını tələb etsə də, sonuncu dəqiqləşmə ərizəsinin nəticə hissəsində bu hissə əksini tapmasa da, məzmununda əmək müqaviləsinə xitam edilməsi əsasında dəyişiklik edilməklə əmək kitabçasının ona verilməsi barədə qətnamə qəbul edilməli olmas ını xüsusilə vurğulamışdır. Əmək müqaviləsinə xitam edilməsində dəyişiklik olunmasının mümkünsüzlüyünə məhkəmə artıq hüquqi qiymət verilməsini qeyd etməklə yanaşı həmçinin hesab edir ki, Cavabdeh məxsus əmək kitabçasının ona qaytarılmasını cavabdeh tərəf sübut edə bilmədiyi üçün həmin əmək kitabçasının ona qaytarılması da qət edilməlidir. Məhkəmə bu qənaətə gələrkən məhkəmənin pozitiv öhdəliyindən birinin də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını və məhkəmənin qanunvericiliklə də iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malik olmasını nəzərə alır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Eyvazov və Z.Şirinov, iş № 2(103)-1977/2021) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxsnin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70-ci maddəsinin “c”, 71, 72, 77, 172, 292, 296; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 87-93, 372-388, 1096-1099, 1114-1115; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətləri əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəm ə xərci ödəyən şəxslərə aid edilməlidir. Qeyd edilməlidir ki, tərəflərin münasibətləri məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti və cəmiyyətin fəaliyyəti müstəvisində mövcud ola bilən əmək münasibətləri üzrə hüquqi tənzimlənməsi baxımından təfsir edilməli olmalı olduğu halda tərəflər qarşılıqlı münasibətlərin təməl mahiyyətinə dair sübut etmə vəzifələrinə müvafiq sübutedici dəlillər təqdim etməmişlər. Diqqətə çatdırılmalıdır ki, məhkəmə tərəflərin irəli sürdükləri tələb həddində işə baxmalı və apellyasiya icraatı həddində tələblərin dəyişdirilməsi (dəqiqləşdirilməsi) mümkünlüyü prosessual məhdudiyyətlərlə əhatə edildiyindən məhkəmə kollegiyası tələbin formalaşması üzrə tərəflərin müvafiq hüquqlarının həyata keçirilməsində yardımçı ola bilməmişdir. İddialar üzrə tələblərin əsaslı olmasının müəyyən edilməsi üçün iddiaçı, cavabdeh və üçüncü şəxs arasında vəzifə səlahiyyətləri, maddi məsuliyyət üzrə əmlak və hüquqların verilməsi, təhviltəslimi və cəmiyyətdə pul-əşya dövriyyəsinə dair digər rəsmi sənədlər təqdim edilməli olduğu halda bunlar müzakirəyə təqdim edilməmişdir. Cavabdehin qarşılıqlı iddiası üzrə təmin edilən hissə istisna olmaqla, təmin edilməyən zərər hissədə də qeyd edilən istinadlar sübuta yetirilmir. İşəgötürən tərəfindən verilən əmrin dəyişdirilməsi hissəsində isə qeyd edilməlidir ki, səlahiyyət və dispozitiv imkan daxilində ümumiyyətlə məhkəmə tərəfindən həll edilən məsələ deyildir. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı ekspertiza təyin edilməsinə baxmayaraq sənədlərin təqdim edilməməsi əsasında onun aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin sübutedici və iddia müddətinin ötməsi əsası ilə iddia tələblərinin rədd olunan hissələrinə dair qeyd edilməlidir ki, artıq sübutedici əsasın olmaması müddətin ötməsinə qiymət verilməsini istisna edir. Bu hal qərarın (dəyişdirilməsi üçün əsas deyil) nəticəsinə təsir göstərməsədə mümkün münasibətlərdə preyudisiyal əhəmiyyət daşımamalıdır. Tərəflərə izah edilməlidir ki, hazırki mülki icraat həddində sübuta aid olan tələblərin təmin edilməməsi əsasında iddiaların rədd edilməsi digər əsaslandırılmış tələblər üzrə mülki (kommersiya) icraatı və ya cinayət təqibi həddində araşdırılma aparılmasını istisna etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddi a üzrə cavabdeh İddiaçı MMC (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli 2(103)-1977/2021 nömrəli qətnaməsinin dəyişdirərək, ilkin iddia tələbinin tam həcmdə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən MMC-yə göndərilmiş 01.02.2017-ci il tarixli pretenziya məktubunda tələb edilən əşyaların onda olması və MMC ilə bağlı çəkilən bütün xərclər ona ödəniləcəyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etməyəcəyi göstərilmişdir. Lakin məhkəmə kollegiyası onların dəlillərinə ümumiyyətlə qiymət verməmişdir. Hansı ki, pretenziya məktubunda qeyd olunanlar birbaş a Cavabdeh iddianı qəbul etməsi kimi qəbul olunmalıdır. Cavabdeh sonrakı mövqeyi həmin əşyaların üçüncü şəxsyə məxsus olduğunu bildirir. Bu hərəkəti isə mülki məsuliyyətdən yayınmaq məqsədi daşısa da məhkəmə kollegiyası bu halı düzgün qiymətləndirməyərək əmlakın kimə məxsus olmasının müəyyən olunmadığı qətnaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi əmlakın kimə məxsus olmasının müəyyən olunmadığı qənaətinə gəlməsini üçüncü şəxs ilə "xxxx" MMC (indiki İddiaçı MMC) arasında 08.06.2016-cı il tarixdə «qarşılıqlı razılaşmaya dair» imzalanmış müqavilə ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala da qiymət verməmişdir. Cavabdeh MMC-yə qarşı iddiası əsassız varlanma məqsədi daşıyır. Onların hər ikisi MMC-in iddia tələbində iddia etdiyi əmlakları mənimsəmək məqsədi ilə ortaq hərəkət edərək hazırkı iddia tələbini irəli sürmüşlər. Onların hər ikisinin MMC-yə qarşı iddia tələbləri olsa idi, MMC məhkəməyə müraciət etməzdən əvvəl onlar MMC-yə qarşı iddia irəli sürərdilər. Onların hər ikisinin iddia etdiyi məbləğ MMC-nin iddia tələbindən ən azı iki dəfə çoxdur. üçüncü şəxs iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkil X13) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(103)1977/2021 nömrəli qətnaməsinin Cavabdeh iddia tələbinə aid olan hissəsində ləğv edib, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasının tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin araşdırılması və hüquqa uyğun qiymət verilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, lakin rəy alınmamış, apellyasiya instansiya məhkəməsi də həmin rəyin alınması üçün heç bir təşəbbüs göstərməmişdir. Apellyasiya instansiya məhkəməsi işə baxarkən sübutları obyektiv, hərtərəfli araşdırmamış və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs (vəkil X13) Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(103)-1977/2021 nömrəli qətnaməsinin müstəqil tələblər irəli sürən üçüncü şəxs üçüncü şəxsyə aid olan hissəsini ləğv edib, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında i ddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsinə istinad edərək iddianı rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında ilk iddiaçının kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək digər kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, ilk iddiaçının kassasiya şikayətinin təmin olunması və digər şəxslərin kassasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. Cavabdehin və 3-cü şəxsin vəkili X13 məhkəmə kollegiyasının iclasında cavabdeh və 3-cü şəxsin kass asiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onların təmin olunması, ilk iddiaçının kassasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması əda lətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayəti vermişlər. İlk iddiaçı qətnaməni - iddiasının təmin olunmayan və qarşılıqlı iddiaçının iddiasının təmin olunan hissəsində qarşılıqlı iddiaçı qarşılıqlı iddianın təmin olunmayan hissəsində, 3-cü şəxs isə iddiasının təmin olunmamış hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2–ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakç ılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyi natı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87-ci maddəsinin 3-cü hissəsinə görə, işdən çıxan işçilə rə əmək kitabçası əmək müqaviləsinə xitam verilidiyi gün (sonuncu iş günü) verilir. 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylın məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halları n mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmələr ilk iddianın rədd olunması hissəsində və qarşılıqlı iddianın təmin olunan hissəsində düzgün olmayan nəti cəyə gəlmişlər, lakin qarşılıqlı iddianın rədd olunan hissəsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd olunması hissəsində məhkəmələrin gəlmiş olduğu nəticələri düzgündür. Apellyasiya məhkəməsi qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının rədd olunması hissələri üzrə qeyd etmişdir ki, həmin hissələrdə müvafiq olaraq iddiaçılar mötəbər sübutlara malik olmamışlar və eyni zamanda belə sübutlara malik olmuş olsalar belə iddia müddətinin ötürülməsi iddianın təmin olunmasını mümkün etmir. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə ilk iddiaçı iddia tələbində olan əşyaların ona məxsus olmasını sübut edə bilməmişdir. Lakin iş materillarından aydın olur ki, ilk iddiaçı müvafiq tələb irəli sürməzdən əvvəl ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçıya pretenziya göndər miş, həmin pretenziyaya cavab olaraq qarşılıqlı iddiaçı qarşılıqlı iddianın irəli sürülməsi və ilk iddiaçının pretenziyasına qarşı pretenziyanı ilk iddiaçıya ünvanlamışdır. Həmin pretenziyada ilk iddiaçı aşağıdakıları qeyd etmişdir: «.. Odur ki, MMC tərəfindən bu məktuba əlavə edilmiş siyahıda göstərilən əmlakları 07 gün ərzində İddiaçı MMC-yə (hazırki İddiaçı MMC) geri qaytarmağı tələb edilmişdir. Onun tərəfindən İddiaçı MMC-yə 01.02.2017-ci il tarixli pretenziya yazılaraq bildirilmişdir ki, saxlanc yerinə aparılan əşyalar hal-hazırda da orada yerləşir. Hətta həmin qablaşdırmalarda nəyin olduğundan belə onun məlumatı olmamışdır. Həmin saxlanc yerlərinə görə hər ay 300 manat icarə haqqı ödənilir. Artıq neçə aydır ki, həmin icarə haqqı ödənilmir. Hazırda onun tərəfindən İddiaçı MMC ilə ba ğlı çəkilən bütün xərclər ödənildiyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etmir.» Bundan sonra qarşılıqlı iddiaçı iddia ərizəsi ilə tələb olunan əşyaların ilk iddiaçıya deyil, üçüncü şəxs üçüncü şəxsyə məxsus olmasını qeyd edir və qaytarılmasını mümkünsüz hesab edir. Hər iki halda ilk iddia üzrə cavabdehin mövqeyindən aydın olur ki, iddia ərizəsində göstərilən əmlaklar mövcuddur, tələb olunan sayda və ada məhz onun nəzarətində olan saxlanc yerində saxlanılır. Belə olan halda məhkəmələrin həmin əmlaklarının mövcud olmaması və cavabdehdə olmamasına dair mövqedən çıxış etmələri anlaşılan hesab edilmir. Bundan sonra əmlakların qaytarılmasından imtina edən cavabdeh ona dəymiş zərərin ödənilməsi müqabilində əmlakların geri qaytarıla biləcəyini qeyd edir, bu halda isə məhkəmələr nəzərə almalı idilər ki, qarşılıqlı iddiaçının maddi və mənəvi zərərlə bağlı iddia tələbinin əhəmiyyətli hissəsi əsassız hesab edilmişdir. Bununla yanaşı o da qeyd edilməlidir ki, əmlakların mövcudluğu və faktiki olaraq qarşılıqlı iddiaçının sahibliyində olmasının müəyyən edilməsi halında məhkəmələr sona qədər araşdırmanın aparılmasını təmin etməmiş və mübahisə predmeti olan əmlakların taleyini həll etməmiş, mülkiyyətçini haqqı çatanlardan məhrum edilməsinə şərait yaradan mövqedən çıxış etmişlər. Əmlak faktiki olaraq onlara sahibliyi qanuni əsaslarla etməsi təsdiq olunmayan şəxsdə saxlanmışdır. Bütün bunlar isə ilk iddia tələbinin rədd edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi ilə razılaşmağı mümkün etmir. Məhkəmə qarşılıqlı iddianın təmin olunan hissəsi ilə ba ğlı qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının bir neçə dəfə iddia tələbinin həcmini artırmasını və ya dəqiqləşdirmə aparmasını və sonda onun tələbinin aşağıdaklardan ibarət olmasını qeyd etmişdir: «… dörd dəfə iddia tələbinin dəqiqləşdirilməsindən sonra qarşılıqlı iddia üzrə tələb konkret olaraq 65400 (altmış beş min dörd yüz) manat maddi, 50000 (əlli min) manat məbləğində mənəvi ziyan tələbi, cavabdeh İddiaçı MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq dəyişiklik edilməsi, 02 fevral 2016-cı il tarixdən 11 noyabr 2016-cə il tarixinə kimi 23250 (iyirmi üç min iki yüz əlli) manat əmək haqqının, 2016-cı ilin avqust ayından 20 oktyabr 2016-cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 100 00 (on min) manat, 3 aylıq müavinət üçün 7500 (yeddi min beş yüz) manat, cəmi 40750 (qırx min yeddi yüz əlli) manat məbləğində son haqq-hesabın ödənilməsi olmuşdur.» Bununla bağlı ilkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbində əmək kitabçasının verilməsi ilə bağlı tələbin olmamasını nəzərə almamış, lakin həmin hissədə iddianın təmin olunmalı olması nəticəsinə gəlmişdir. Bu halda apellyasiya instansiya məhkəməsi Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri baxımından bu hala qiymət verməli və iddia tələbindən kənara çıxmanın mövcud olubolmaması aydınlaşdırılmalı idi. İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qismən təmin edilərək 1530 (bir min beş yüz otuz) manat məbləğində maddi ziyan və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 ( on beş) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 01.09.2016-cı il tarixdən 11.11.2016-cı il tarixə kimi almadığı əmək haqqı və işdən azad edilərkən aldığı əmək haqqına uyğun son haqq-hesab qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi ilə bağlı hissələr üzrə nəticəyə gələrkən isə apellyasiya instansiya məhkəməsinin hansı mötəbər sübutlara əsaslanması və faktiki olaraq cavabdeh tərəfindən göstərilən məbləğlərin (əmək haqqı) ödənilməsi ilə bağlı izahatının mövcud olmasına baxmayaraq və iddiaçının cavabdehlə əmək mün asibətlərini davam etdirməsindən imtina etməsini nəzərə almadan, 2016-cı ildə xitam verilmiş əmək münasibətlər üzrə yaranmış əmək haqqı borcunun bundan uzun müddət sonra (halbuki əmək haqqı ilə bağlı tələblər üzrə iddia müddəti 1 il müəyyən olunur) tələb irəli sürməsinə mövcud qanunverciliyin tələbləri baxımından qiymət verməmiş, zərər olaraq tutulmuş məbləğə münasibətdə təqdim olunan ödəniş sənədlərində göstərilən qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olan pul məbləğinin MMC-yə və Cavabdeh aid olmasını müəyyən etməmişdir. Bu halda nəzərə alınmalı olan hal ondan ibarətdir ki, pul məbləğlərinin ödənilməsi zamanı Cavabdeh MMC-də maddi məsul şəxs olmuşdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi dig ər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələrə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı ) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzr ə qəbul etdiyi qətnaməsi ilk iddianın rədd edilən və qarşılıqlı iddianın təmin edilən hissəsində maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə həmin hissələrdə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və oby ektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1977/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ilk iddianın rədd olunan, qarşılıqlı iddianın təmin olunan hissələrində və məhkəmə xərclərinə aid hissələrdə ləğv olunsun, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar