Məhkəmə qərarları › İş №2(102)-5239/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5239/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5239/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun vərəsədən tutulması, vərəsənin sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4194/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə X2 (bundan sonra – borcalan) arasında bağlanmış 20.07.2018-ci il tarixli, 1148-20.07.2018-002840 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 36 ay müddətinə illik 26 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermişdir. Borcalan 10 dekabr 2018-ci il tarixində vəfat etmişdir. Borcalandan qalan mirası onun arvadı Cavabdeh (bundan sonra – cavabdeh) Salyan rayon 2 saylı Xüsusi Notariatda 11.01.2019-cu il tarixdə açılmış vərəsəlik işi əsasında qəbul etmiş, ona həmin tarixdə bu barədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnaməyə əsasən, cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak borcalana məxsus 2427,86 manat məbləğində kompensasiyasından ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalanın vərəsəsi olan cavabdehdən Bankın xeyrinə 4615.25 manat əsas borc, 62.61 manat faiz borcu olmaqla, cəmi 4677.86 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın Bank qarşısında olan öhdəliklərini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, məsələ öz həllini tapmamışdır. Bank tərəfindən təqdim edilmiş 18.05.2020-ci il tarixli maliyyə arayışına əsasən, borcalanın 4615.25 manat əsas borcu, 62.61 manat faiz borcu olmaqla, cəmi 4677.86 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianın rədd olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, ona yalnız 2427,86 manat məbləğində pul miras qalmışdır. Məhkəmədən qeyd edilən halın nəzərə alınmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-106/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Həşimova) iddia qismən təmin edilmiş, cavabdehdən Bankın xeyrinə 2427,86 manat məbləğində pul, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik bank xidməti haqqının tutulması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdu r. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən, vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Cavabdehə çatmış miras əmlak 2427.86 manat puldan ibarət olmuşdur. Odur ki, iddia tələbi həmin həddə təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 443.1, 448.1, 448.2, 739.2, 1146, 1255, 1306.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti ve rmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank apellyasiya şikayətində iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, 10 dekabr 2018-ci ildə vəfat etmiş mərhum X1 miras qalmış 2427,86 manat kompensasiyaya dair 11 yanvar 2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi verilsə də, mərhumdan miras qalmış digər əmlaklar notarius tərəfindən siyahıya alınmamışdır. Qanunvericiliyin tələbi baxımından cavabdeh mərhumdan miras qalmış kompensasiya məbləğini miras olaraq qəbul etdiyindən mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır. Borcalandan miras qalmış bütün əmlak hazırda notarius tərəfindən siyahıya alınmadığından cavabdeh mərhumdan miras qalm ış əmlakın onun Banka olan 4677,86 manat borcundan az olduğunu sübuta yetirməlidir. Məhkəmə iddianı qismən təmin etsə də, mərhumun mülkiyyətində olan daşınar və daşınmaz əmlakın dairəsi barədə hər hansı araşdırma aparmamış, cavabdehin həmin əmlaklara faktiki olaraq sahiblik və onları idarə edib-etməməsinə hüquqi qiymət verməmiş, cavabdeh mərhumun digər əmlakının olmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, nəticədə obyektiv araşdırma aparılmadan əsassız olaraq iddia mirasın bir hissəsinə təqdim edilmiş vərəsəlik şəhadətnaməsinə münasibətdə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4194/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyantın cavabdeh tərəfindən göstəriləndən daha çox miras əmlak qəbul etməsi və bu istiqamətdə məhkəmənin araşdırma aparmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən işdə olan sübutları təkzib edən, hər hansı başqa sübut təqdim olunmamışdır. Odur ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur, məhkəmə işin faktiki hallarını tam araşdırmamışdır. Birinci instansiya məhkəməsi cavabdehdən Bankın xeyrinə 2427,86 manat məbləğində pul vəsaitinin tutulmasını qət etsə də, tutulmalı olan vəsaitin əsas və ya faiz borcuna aid olmasını öz qətnaməsində göstərməmiş, alınmalı olan əsas və faiz borcunu ayrı-ayrılıqda müəyyən etməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hala hüquqi qiymət vermədən apellyasiya şi kayətini əsassız olaraq təmin etməmişdir. Şikayətin əsası kimi Mülki Məcəllənin 1151.1, 1151.2, 1243.2, 1243.3, 1257.1, 1257.2, 1306.1, 1307, 1325-ci, MPM-in 222.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verə n) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar (maddə 1306.1). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307). “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

59. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır (maddə 59). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tari xli qərarı... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. MPM Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, həqiqətən də Mülki Məcəllənin 1307-ci maddəsi mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini vərəsənin üzərinə qoyur. Baxılan iş üzrə cavabdeh tərəfindən belə bir sübut qismində məhkəməyə miras əmlakın cəmi 2427,86 manat olduğunu təsdiq edən, notariat orqanı tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim olunmuşdur. İşə baxmış məhkəmələr belə qənaətə gəlmişlər ki, cavabdeh həmin sənəd əsasında miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmişdir və ona görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, oxşar işlərdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edildiyi halda vərəsənin üzərinə, həmçinin miras qoyanın digər əmlakının olmadığını təsdiq edən əlavə sübutlar təqdim etmək vəzifəsi qoyula bilməz. Çünki “Notariat haqqında” Qanunun 59-cu maddəsinə müvafiq olaraq notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələ b etmək yolu ilə miras əmlakın tərkibini və olduğu yeri yoxlamağa borcludur. Bu baxımdan qanun üzrə vərəsəlik hüququ haqqında qüvvədə olan şəhadətnamə iddiaçı (miras qoyanın kreditoru) tərəfindən əksi sübut edilməyənədək miras əmlakın tərkibinin və olduğu yerin yoxlanıldığı barədə prezumpsiyanı ehtiva edir. Eyni zamanda Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 418.3-cü maddəsinə əsasən cavabdehə (vərəsəyə) qarşı miras qoyanın öhdəliyinə görə verilmiş iddianı qəbul edilmiş miras həddində təmin edən məhkəmənin qətnaməsində həmin məbləğin əsas və ya faiz borcuna aid edildiyinin göstərməməsi mahiyyətcə düzgün olan məhkəmə aktının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4194/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar