Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-524/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipotekaya yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh1 prosessual hüquq varisi X11 və Cavabdeh3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-15/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh1 heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikasının X12 (SKMF) müraciət etmiş, onun müraciəti əsasında İddiaçı ASC-dən 03 noyabr 2011-ci il tarixli, 1003/F 12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən SKMF vəsaiti hesabına 84 ay müddətinə, illik 6% olmaqla 255000 manat məbləğində kredit verilmişdir. 18 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi X28 müvafiq qərarı ilə İddiaçıASC- nin lisenziyası ləğv edilmişdir. 03 noyabr 2011-ci il tarixli ipoteka müavilələri əsasında Cavabdeh2 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kvadrat metr ümumi, 31,6 kvadrat metr yaşayış, 18,0 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzilə, Cavabdeh6 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 41-1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 66,10 kvadrat metr ümumi, 42,35 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərt əbəli, 7 otaqlı, 92,85 kvadrat metr yaşayış, 123,56 kvadrat metr köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kvadrat metr yaşayış və 80,69 kvadrat metr köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kvadrat metr ümumi, 463,63 kvadrat metr əsas, 65,7 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (Ticarət mərkəzi və Lavaş sexinə), Cavabdeh5 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,1368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 71,60 kvadrat metr yaşayış və 62,66 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Cava bdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,0988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 260 kvadrat metr fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kvadrat metr yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kvadrat metr yaşayış və 76,95 kvadrat metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövləsinə, həmçinin Cavabdeh2 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,2615 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 260 kvadrat metr yaşayış sahə si ipotekaya qoyulmuşdur. Bankın lisenziyası ləğv edildikdən sonra cavabdeh kredit ödənişləri davam etdirmək üçün X20 müraciət etmiş, hazırki kredit müqaviləsi üzrə borcunun qalan hissəsini yəni 210223,75 manat birbaşa Fondun Azərbaycan Respublikası X23 Muxtar Respublikası İdarəsindəki hesabına ödəmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 03 noyabr 2011-ci il tarixli, 1003/F12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən 29 oktyabr 2018-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə birinci tranş üzrə 153 000 (yüz əlli üç min) manat əsas borcun, 43 139,10 (qırx üç min yüz otuz doqquz manat on qəpik) manat faiz borcunun, 3 368,47 (üç min üç yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat cərimə pulunun, cəmi 199 507,57 (yüz doxsan doqquz min beş yüz yeddi manat əlli yeddi qəpik) manatın, ikinci tranş üzrə 48 155,28 (qırx səkkiz min yüz əlli beş manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 11 021,93 (on bir min iyirmi bir manat doxsan üç qəpik) manat faiz borcunun, 1 025,03 (min iyirmi beş manat üç qəpik) manat cərimə, cəmi 60 202,24 (altmış min iki yüz iki manat iyirmi dörd qəpik) manatın və üçüncü tranş üzrə 9 068,47 (doqquz min altmış səkkiz manat qırx yeddi qəpik) manat əsas borcun, 1 541,79 (min beş yüz qırx bir manat yetmiş doqquz qəpik) manat faiz borcunun, cəmi 10 610,26 (on min altı yüz on manat iyirmi altı qəpik) manat məbləğində pulun, iddia ərizəsi üç ün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiaya etiraz edərək krediti götürdükdən sonra mütəmadi olaraq vaxtında kreditin bir hissəsini 2016-cı ilədək ödəniş cədvəlinə uyğun bankın Naxçıvan filalına ödədiyini, 2016-cı ildə bank bağlandıqdan sonra ləğvedici tərəfindən ona heç bir bildiriş göndərilmədiyini, bankın varisinin olub-olmaması barədə heç bir məl umatı olmadığını, krediti vaxtında ödəmədiyi halda cərimə və faizlərin yığılacağından ehtiyat etdiyindən X29 ilə əlaqə saxladığını və borcunun qalan hissəsini birbaşa Fondun Azərbaycan Respublikası X23 MR Baş İdarəsinin hesabına ödədiyini və götürdüyü kredit üzrə heç bir borcunun qalmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçünçü şəxsin nümayəndəsi, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin X4 İdarə Heyətinin sədri X25 izahatında Naxçıvan Muxtar Respublikası X29 ilə müvəkkil kredit təşkilatı İddiaçı ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqaviləyə əsasən Kəngərli rayon Xok kənd sakini Cavabdeh1 heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə 2011-ci ildə güzəştli ş ərtlərlə 255.000 manat kredit verildiyini, verilmiş kreditdən 18 yanvar 2016-cı il tarixədək sahibkar tərəfindən 44.776,25 manatı İddiaçı ASC-nin 12 saylı Naxçıvan filialı vasitəsilə fondun hesabına ödənildiyini, 18 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi X28 müvafiq qərarı ilə "xxxx" ASC-nin bank lisenziyası ləğv edildiyini, bundan sonra Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qətnaməsi ilə bankın müflis elan edildiyini və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edildiyini, Naxçıvan Muxtar Respublikası X29 ilə İddiaçı ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqavilənin şərtlərinin bank tərəfindən pozulduğunu, 1 saylı Bakı İnzibati-lqtisad i Məhkəməsinin 20 may 2015-ci il tarixli qərarının olmasına baxmayaraq sahibkarlıq subyektləri tərəfindən İddiaçı ASC-yə ödənilən vəsaitlər bu günədək Fondun hesabına geri qaytarılmadığını, bu səbəbdən sahibkar tərəfindən kredit borcunun qalıq hissəsinin - 210.223.75 manatını birbaşa fondun Azərbaycan Respublikası X23 MR İdarəsindəki müvafiq hesabına ödənilməklə vəsaitin geri qaytarılmasının təmin edildiyini, haliyədə borclunun kredit üzrə heç bir borcu olmadığını bildirdi və qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kəngərli rayon məhkəməsinin 2(111)-95/2019 nömrəli 05 iyul 2019-cu il tarixli (hakim Z.Əhmədov) qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin mövqeyinə görə İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanaraq tərəflər arasında öhdəlik münasibətləri yar ansa da, əsl həqiqətdə cavabdehə verilmiş kredit məbləği Naxçıvan MR X17 vəsaiti olmuş və İddiaçı ASC ləğv edildikdən sonra bu təşkilat öz öhdəliklərinə əməl etməyərək verilmiş kreditləri Fondun hesabına geri qaytarmadığından, həmin kreditin üzrə ödəniş borclu tərəfindən birbaşa Fondun hesabına köçürülmüş və ya Fond tərəfindən yığılması həyata keçirilmişdir. Buna görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-nin 385, 389, 433, 739, MPM-nin 217-ci maddələrinə istinad etmişdir. Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanaraq tərəflər arasında öhdəlik münasibətləri yaransa da, əsl həqiqətdə cavabdehə verilmiş kredit məbləği Naxçıvan MR X17 vəsaiti olmuş və İddiaçı ASC ləğv edildikdən sonra bu təşkilat öz öhdəliklərinə əməl etməyərək verilmiş kreditləri Fondun hesabına geri qaytarmadığından həmin kreditin sonuncu ödənişi borclu tərəfindən birbaşa Fondun hesabına köçürülmüş və ya Fond tərəfindən yığılması həyata keçirilmişdir, Məhkəmə bir daha qeyd edir ki, iş üzrə cavabdehə verilmiş kredit məbləği də məhz Naxçıvan MR X17 vəsaiti olmuş, lakin bu kreditlərin sahibkarlara verilməsi İddiaçı ASC vasitəsilə həyata keçirilmişdir. İddiaçı ASC ləğv olunduğundan və Fonda məxsus olan vəsaitlərin sahibkarlardan geri qaytarı lması üçün tədbirlər görülmədiyindən Naxçıvan MR X29 da məhz öz vəsaitlərinin geri qaytarılması üçün tədbirlər görmüşdür. Göründüyü kimi məhkəmə qətnamədə özü təsdiq edir ki, tərəflər arasında kredit müqaviləsi mövcuddur və onlar arasında öhdəlik münasibətləri yaranmışdır. Həqiqətən də iddia ərizəsinə əlavə edilmiş 03.11.2011-ci il tarixli, 1003/F12 nömrəli kredit müqaviləsində də göstərildiyi kimi, borc verən borc alan Cavabdeh1 84 ay müddətinə illik 6 faizlə 155000 (iki yüz əlli beş min) manat kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qeyd olunan kredit müqaviləsində borc verən İddiaçı ASC-dir və borc alan Cavabdeh1 bu müq avilədən irəli gələn bütün öhdəliklərə görə yalnız borc verən Bank of Azerbaijan” ASC qarşısında məsuliyyət daşıyır. Naxçıvan MR SKMF isə kredit müqaviləsinin tərəfi deyil və həmin müqavilə üzrə borc alan Cavabdeh1 heç bir vəsait tələb edə bilməz, çünki borc alan Naxçıvan MR SKMF qarşısında bu müqavilə öz üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər – Yusifəli Qurbanov - sədrlik edən və məruzəçi, Sənan Qarayev, Fərman Abbasov) 22 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Kəngərli rayon məhkəməsinin 05 iyul 2019-cu il tarixli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyas iya məhkəməsinin mövqeyinə görə Cavabdeh1 öhdəliyini tam məbləğdə icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Naxçıvan Muxtar Respublikası X15 cavabdehə İddiaçı ASC vasitəsilə güzəştli şərtlərlə kredit vermiş, “heyvandarlığın inkişaf etdirilməsi” məqsədilə cavabdehə verilən bu məbləğ Fondun vəsaiti olmasına baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə cavabdehlə Bank arasında müvafiq müqavilələr bağlanmaqla verilmişdir. Tərəflərin izahatından və iş m ateriallarından məlum olmuşdur ki, iş üzrə cavabdeh tərəfindən aylıq ödəmələr ödəniş qrafikinə uyğun olaraq vaxtında aparılmışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən MPM-nin 14,77-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 22.11.2019-cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), X18 və X22) 18.06.2020-ci il tarixli 2(102)-2023/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)- 180/2019 nömrəli iş üzrə 22 noyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin cavabdehlərdən faiz və cərimə b orcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmetləri satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılmasının rədd edilməsi hissələrdə ləğv edilməsi, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası X15 Cavabdeh1 İddiaçı ASC vasitəsilə güzəştli şərtlərlə kredit vermiş, “heyvandarlığın inkişaf etdirilməsi” məqsədilə cavabdehə verilən bu məbləğ Fondun vəsaiti olmasına baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə cavabdehlə Bank arasında müvafiq müqavilələr bağlanmaqla verilmişdir. İş üzrə cavabd eh tərəfindən aylıq ödəmələr ödəniş qrafikinə uyğun olaraq vaxtında aparılmış, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən müflis elan edildiyindən və daha sonra lisenziyası ləğv olunduğundan, cavabdeh tərəfindən ödəmələr dayandırılmışdır. Bundan sonra cavabdehin müraciəti əsasında ona ödəmələrinin Naxçıvan MR X4 hesabına köçürülməsi bildirilmiş və Cavabdeh1 tərəfindən ödəmələrin həmin Fonda ödənilməsi davam etdirilmişdir. İşdən görünür ki, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının X4 nümayəndəsi X26 da izahatında hazırki iş üzrə Cavabdeh1 götürdüyü kreditin bir hissəsini İddiaçı AS C- nin hesabına, qalan hissəni isə bank ləğv olduqdan sonra X5 hesabına ödədiyini və hazırda cavabdehin heç bir borcunun mövcud olmadığını bildirmişdir. “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitdən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Cavabdeh1 tərəfindən ödənilən kredit vəsaitləri haqqında məlumatdan aydın olur ki, Cavabdeh3 İddiaçı ASC-nin Naxçıvan Filialına və X10 ümumilikdə 255000 manat vəsait ödəmişdir. Müqavilə üzrə borcun banka deyil, X10 ödənilməsi cav abdeh və eyni zamanda Fondun səlahiyyətli nümayəndəsi tərəfindən onunla izah edilmişdir ki, bank müflis elan edildikdən sonra borclu şəxslər kreditlərin ödənilməsi ilə bağlı 12 saylı Naxçıvan filialına müraciət etsələr də, filial tərəfindən vəsaitlər qəbul olunmamışdır. Bundan sonra borclu vətəndaşlar haqlı olaraq kredit borclarının əsas hissəsini birbaşa olaraq Naxçıvan Muxtar Respublikası X17 hesabına ödəmişlər. Daha öncə də “Bank of Azərbaijan" ASC tərəfindən müqavilə öhdəliklərinin icra olunmamasını, banka qarşı yaranmış etibarsızlığı, 2006-2012-ci illər ərzində verilmiş kreditlərin qaytarılması hesabına Fonda köçürülməli olan 2309316,57 (iki milyon üç yüz doqquz min üç yüz on altı manat əlli yeddi qəpik) manat vəsaitin banka köçürülməsinə baxmayaraq bank tərəfindən mənimsənildiyi və g irov predmetinin qanunsuz satılaraq vəsaitin Fondun hesabına ödənilmədiyini nəzərə alınaraq Fond borcluların birbaşa ödənişlərini qəbul etmişdir. Naxçıvan Muxtar Respublikasının X15 ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən 29 borclu tərəfindən birbaşa ödənilən 6741869,45 manat vəsait Naxçıvan Muxtar Respublikasının X15 tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ləğetməsində olan İddiaçı ASC-nin müvafiq hesabına ödənilməklə ümumi borcların qarşılıqlı əvəzləşdirilməsi həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsindən yayınmamış, yaranmış şəraitlə əlaqədar olaraq öhdəliyini X10 ödəmiş, ödənilmiş məbləğlər isə X15 tərəfindən Azərbaycan Əmanətlərin Sığortal anması Fondunun ləğetməsində olan İddiaçı ASC-nin müvafiq hesabına ödənilməklə ümumi borcların qarşılıqlı əvəzləşdirilməsi həyata keçirilmişdir. Ona görə də, məhkəmə kollegiyası kasasiya şikayətinin bu dəlilini əsassız hesab edərək, əsas borc hissəsində iddianın rədd edilməsini düzgün hesab etmişdir. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi cavadehə illik 6% olmaqla kredit verilməsini, kredit müqaviləsi üzrə cavabdehin banka nə qədər faiz borcu, nə qədər cərimə borcunun olub-olmamasına qiymət verməmiş, bu barədə hər hansı bir araşdırma aparmayaraq iddia tələbini ümumilikdə rədd etməklə düzgün olmayan nəticəyə gəlinmişdir. İşə əlavə edilmiş **********787 nömrəli, 26 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 1003/F12 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin maliyyə arayışı verilən tarixə əsas borc üzrə 48155,28 manat, faiz borcu üzrə 11021,93 manat, cərimə borcu 1025,03 manat olmaqla, cəmi, 60202,24 manat borcu mövcuddur. **********822 nömrəli, 29 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 1003/F12 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin maliyyə arayışı verilən tarixə əsas borc üzrə153000 manat, faiz borcu üzrə 43139,10 manat, cərimə borcu 3368,47 manat olmaqla, cəmi 199507,57 manat borcu mövcuddur. **********786 nömrəli, 26 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 1003/F12 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin maliyyə arayışı verilən tarixə əsas borc üzrə 9068,47 manat, faiz borcu üzrə 1541,79 manat olmaqla (cərimə borcu yoxdur), cəmi 10610,26 manat borcu mövcuddur. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi tələbin bu hissəsində qiymət verməli, zərurət yaranarsa məhkəmə mühasibatlıq ekspertizası təyin etməklə faiz və cərimə borcunun olub-olmamasını müəyyən etməli, faiz və cərimə borcunun olması təsdiq edildiyi halda tələbin digər hissələrinə, yəni borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissələrinə də hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 10.08.2020 -ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası və 11.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizasının keçirilməsi təyin edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2020-ci il tarixli, 159/20 nömrəli ekspert rəyindən də göründüyü kimi, 1003/F12 saylı kredit müqaviləsinə əsasən həmin kredit müqaviləsi üzrə faiz borcu ümumilikdə 4359,26 (dörd min üç yüz əlli doqquz manat iyirmi altı qəpik) manat məbləğində məyyən edilmiş, lakin cərimə borcu isə müəyyən edilməmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xİdmətinin kollegiyaya təqdim etdiyi daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəylərinə əsasən qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji əmlakların bazar qiyməti üçün əsas olan parametrlər və bazar trendi, eyni zamanda əmlak bazarındakı durğunluq nəzərə alınmaqla bu məbləğə 5 faizlik likvidlik tədbiq olunmuş və müvafiq qiymətləndirmə metodu tədbiq edilmişdir. Təqdim olunan rəylərə əsasən Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən, 0.085 ha torpaq sahəsi, yaşayış (əsas) sahəsi 92.85 m2, köməkçi sahəsi 123.56 m2, ümumi sahəsi, 216.41 m2, olan daşınmaz əmlakın 05.05.2021-ci il tarixinə bazar dəyəri 133000 manat; Cavabdeh1 (müqavilə bağlanarkən Cavabdeh2 mülkiyyətində olan) məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi: 49.60 m2, yaşayış (əsas) sahəsi 31.60 m2, köməkçi sahəsi: 18.00 m2 olan daşınmaz əmlakın 05.05.2021-ci il tarixinə bazar dəyəri 55300 manat; Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində yerləşən torpaq sahəs i 0.2815 ha, ümumi sahəsi 246.1 m2, yaşayış (əsas) sahəsi 169.7 m2, köməkçi sahəsi 76.4 m2 olan daşınmaz əmlakın 02,08.2021-ci il tarixinə bazar dəyəri 30700 manat; Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində yerləşən torpaq sahəsi 0.3714 ha, ümumi sahəsi: 143.4 m2, yaşayış (əsas) sahəsi 66.40 m2, köməkçi sahəsi 76.95 m2 olan daşınmaz əmlakın 02.08.2021-ci il tarixinə bazar dəyəri 23500 manat; Cavabdeh2 məxsus olan Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində yerləşən ümumi sahəsi: 1073.00 m2, yaşayış (əsas) sahəsi: 789.40 m2, köməkçi sahəsi: 283.60 m2 olan daşınmaz əmlakın 03.08.2021-ci il tarixinə bazar dəyəri 21600 manat; Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsi: 0.047 ha,ümumi sahəsi: 168.54 m2,yaşayış (əsas) sahəsi: 87.85 m, köməkçi sahəsi: 80.69 m2 ol an daşınmaz əmlakın 08.06.2021-ci il tarixinə bazar dəyəri 106000 manat; X14 məxsus (müqavilə bağlanarkən Cavabdeh2 məxsus olmuş) Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində yerləşən torpaq sahəsi: 0.15 ha, ümumi sahəsi: 529.33 m2, yaşayış (əsas) sahəsi: 463.63 m2, köməkçi sahəsi: 65.70 m2 olan daşınmaz əmlakın 03.08.2021-ci il tarixinə bazar dəyəri 155000 manat; Cavabdeh6 məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi: 66.10 m2, yaşayış (əsas) sahəsi: 42.35 m2, köməkçi sahəsi: 23.75 m2 olan daşınmaz əmlakın 08.06.2021-ci il tarixinə bazar dəyəri 67500 manat təşkil etdiyi müəyyən olunmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən kollegiyaya təqdim edilmiş 02 avqust 2021-ci il tarixli aktdan isə aydın olmuşdur ki, Naxçıvan MR DƏTMDX-nın Kəngərli rayon şöbəsinin müdiri əvəzi X16, Xok Bələdiyyəsinin sədri X27, Kəngərli rayon Xok kənd icra nümayəndəsi X7 iştirakları ilə Xok kənd sakinləri Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 məxsus əmlaklara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, kredit müqaviləsi bağlanarkən ipoteka ilə yüklü edilmiş digər əmlaklar-Cavabdeh5 məxsus **********8310301 reyestr nömrəli 319 inventar nömrəli texniki pasportda göstərilmiş ümumi sahəsi 134 m2 olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin və Cavabdeh2 məxsus **********23-10301 reyestr nömrəli, 307 inventar nömrəli texniki pasportda göstərilmiş ümumi sahəsi 260 m2 olan 2 mərtəbəli 8 otaqlı yaşayış evinin hər ikisi mülkiyyətçilər tərəfindən sökülərək məhv edilmişdir. Buna görə də həmin əmlaklara dair qiymətləndirmə aparılması mümkün olmamışdır. Eyni zam anda həmin akta əsasən Cavabdeh1 məxsus **********22- 10301 reyestr nömrəli, 306 inventar nömrəli, ümumi sahəsi 260m2 olan 2 mərtəbəli 8 otaqlı yaşayış evi isə naturada 220 m2 tövlə kimi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (M.Allahverdiyev, Əli Allahverdiyev və Əhlima Xıdırov) 2(108)-15/2021 nömrəli, 25.08.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsi “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılma sı” hissəsində qismən ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh1 hüquqi varisləri X1, X2, X8, X9 və X3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ümumilikdə 4359,26 (dörd min üç yüz əlli doqquz manat iyirmi altı qəpik) manat faiz borcu və 300 (üç yüz) manat cərimə borcu tutulmuş, tutma ipoteka ilə yüklü olunmuş Cavabdeh2 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzilə, Cavabdeh6 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 41-1 nömrəli, 5 mərtəbəli binanın 2-ci giri şində, 3-cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 nömrəli (hazırda Naxçıvan şəhəri, 4-cü küçə ev 25) fərdi yaşayış evinə, Cavabdeh2 məxsus olmuş (hazırda X14 məxsus) Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (Ticarət mərkəzi və Lavaş sexinə), Cavabdeh1 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus (hazırda Cavabdeh2 məxsus) Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövləsinə yönəldilmiş, ipoteka predmeti olan Naxçıvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,6 kv.m ümumi, 31,6 kv.m yaşayış, 18,0 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 11 nömrəli mənzilin ilkin satış qiyməti 55300 (əlli beş min üç yüz) manat, Naxçıvan MR, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 41-1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 66,10 kv.m ümumi, 42,35 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzilin ilkin satış qiyməti 67500 (altmış yeddi min beş yüz) manat, Naxçıvan şəhəri, 20-ci məhəllə, döngə 4-də 0,085 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 92,85 kv.m yaşayış, 123,56 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 133000 (bir yüz otuz üç min) manat, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində 0,047 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 87,85 kv.m yaşayış və 80,69 kv.m köməkçi sahədən ibarət 25 (hazırda Nax çıvan şəhəri, 4-cü küçə ev 25) nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 106000 (bir yüz altı min) manat, Naxçıvan MR, Xok kəndində 0,1516 ha torpaq sahəsində yerləşən 529,33 kv.m ümumi, 463,63 kv.m əsas, 65,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (Ticarət mərkəzi və Lavaş sexi) ilkin satış qiyməti 155000 (bir yüz əlli beş min) manat, Naxçıvan MR, Kəngərli rayon Xok kəndində olan 0,2815 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 169,73 kv.m yaşayış, 76,39 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 30700(otuz min yeddi yüz) manat, Cavabdeh4 məxsus Naxçıvan MR, Kəngərli rayon Xok kəndində 0,3714 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,40 kv.m yaşayış və 76,95 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 23500(iyirmi üç min beş yüz) manat, Cavabdeh1 məxsus (hazırda Cavabdeh2 məxsus) Naxçıvan MR, Kəngərli rayon Xok kəndində yerləşən tövlənin ilkin satış qiyməti 21600(iyirmi bir min altı yüz) manat müəyyən olunmuş, ipoteka ilə yüklü edilmiş həmin əmlakların açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş həmin əmlakların satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmış, Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-95/2019 nömrəli qətnaməsinin “...cavabdehlərdən faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiymətinin təyin edilməklə açıq hərracdan satılması, ipoteka satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılm ası” na dair qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi həmin rəyi mötəbər sübut növü kimi qəbul edərək, faiz məbləğinin 4359,26 manat hissəsində tutulması cavabdehlərdən tutulması tələb olunan cərimə pulunun tənasübsüz olduğundan azaldılaraq, birinci tranş üzrə 200 (iki yüz) manat, ikinci tranş üzrə isə 100 (bir yüz) manat məbləğində müəyyən olunması qənaətinə gəlmişdir. Həmçinin ipoteka ilə yüklü olunmuş əmlaklardan Cavabdeh5 məxsus **********83-10301 reyestr nömrəli 319 inventar nömrəli texniki pasportda göstərilmiş ümumi sahəsi 134 m2 olan 1 mərtəbəli 4 otaqlı yaşayış evi və Cavabdeh2 məxsus **********23-10301 reyestr nömrəli, 307 inventar nömrəli texniki pasportda göstərilmiş ümu mi sahəsi 260 m2 olan 2 mərtəbəli 8 otaqlı yaşayış evi məhv olduğundan mövcudluğu ortadan qalxdığına görə, eyni zamanda Cavabdeh1 məxsus **********22-10301 reyestr nömrəli, 306 inventar nömrəli, ümumi sahəsi 260m2 olan 2 mərtəbəli 8 otaqlı yaşayış evinin isə təyinatı dəyişdirilərək hazırda tövlə kimi istifadə olunduğuna görə həmin əmlaklar istisna olmaqla, borc məbləği digər ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)15/2021 nömrəli, 25.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kaasator kassasiya şikayətinin onunla əsaslandırmışdır ki, kassasiya instans iyası məhkəməsinin göstərişlərinə əməl olunmamışdır. Müqavilə üzrə göstərilən faiz və cərimə borcu ekspert rəyinə əsasən kəskin surətdə azaldılmış, bu zaman iş üzrə yalnız ekspertin rəyi nəzərə alınmış, bank tərəfindən təqdim edilən əsaslı sübutlara isə heç bir qiymət verilməmişdir. Belə ki, bankla cavabdeh arasında bağlanmış 1003/F12 nömrəli, 03.11.2011-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən cavabdehə 84 (səksən dörd) ay müddətinə kredit verilmişdir. Həmin kredit müqaviləsinin bitmə tarixi 03.11.2018-ci il tarixidir ki, müqavilənin şərtləri nəzərə alınmaqla və bank tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarından və maliyyə arayışlarından da göründüyü kimi müqavilənin bitmə tarixinə: İ tranş üzrə faiz borcu 1560.79 (min beş yüz altmış manat, yetmiş doqquz qəpik, İİ tranş ü zrə faiz borcu 46813.56 (qırx altı min səkkiz yüz on üç manat 56 qəpik), İİİ tranş üzrə faiz borcu isə 12.145.07 (on iki min yüz qırx beş manat, 07 qəpik) təşkil edir Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2020-ci il tarixli, 159/20 nömrəli ekspert rəyinin nəticə hissəsində isə İİ və İİİ tranşlar üzrə cəmi 4369.26 (dörd min üç yüz əlli doqquz manat) borcun olmasını qeyd etsə də, bu borcların hansı tarixə yarandığını qeyd etməmiş, ümumiyyətlə isə İ tranş üzrə faiz borcu məbləği barədə məlumat verməmişdir. Eyni zamanda ekspert öz rəyində ssuda hesabından çıxarışa əsasən 06.03.2016-cı il üzrə 116571.40 manat əsas borcun olması və Naxçıvan SKMF-ə edilmiş ödənişlər əsasında faiz məbləğlərinin hesablandığını qeyd etmişdir ki, ümumiyyətlə həmin tarixə hesabdan ç ıxarış məlumatlarına, eyni zamanda Ali Məhkəmənin qətnaməsində qeyd olunmuş məlumatlara əsasən hər üç tranş üzrə cavabdehlərin banka cəmi 210 223.75 manat məbləğində borcu mövcud olmuşdur. Cavabdeh tərəfindən isə Ali Məhkəmənin qərarı ilə də təsdiq edildiyi kimi bank bağlandıqdan sonra SKMF-ə yalnız 210 223.75 manat məbləğində əsas borc ödənilmişdir. Belə olduğu halda isə ekspert 116 571.40 manat əsas borcun olmasına istinad edilərək faiz borclarını hesablanmasında səhv nəticəyə gəlmişdir. Həmçinin əvvəlki məhkəmə proseslərində də dəfələrlə səsləndirildiyi və əvvəlki məhkəmə qətnamələrində də öz əksini tapdığı kimi, cavabdehlər tərəfindən Naxçıvan MR SKMF-ə yalnız əsas borc məbləği ödənilmişdir və banka ödənilməli olan faiz və cərimə borcları üzrə SKMFə heç bir ödəniş edilməmişdir. Ekspert isə öz rəyində bildirdiyi kimi cavabdehlər tərəfindən Naxçıvan SKMF-inə edilmiş kredit ödənişlərini əsas borcla yanaşı faiz borcuna da silmiş, cavabdehlər tərəfindən banka 2015-ci il tarixindən etibarən heç bir ödəniş edilmədiyi və bu vaxtdan kredit müqaviləsinin bitmə tarixinə kimi 3 il keçməsinə, bu müddət ərzində isə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsinin illik 6 faizlə bağlanmasını nəzərə almaqla bir il ərzində hər üç tranş üzrə (255000*6/100=15 300) illik 15300 manat məbləğində faiz borcu hesablanmalı olmasını və kredit müqaviləsi üzrə əvvəlki illər daxil olmaqla gecikdirilmiş aylar üzrə hesablanan faiz və dəbbə pulu məbləğini də nəzərə almamışdır. Yuxarıda göstərilənlərdən də göründüyü kimi ekspert tərəfindən verilən rəy mübahisəlidir və işdə olan, bank tə rəfindən verilən sübutlar ilə tamamilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin Naxçıvan MR Ali Məhkəməsinin qətnaməsində qeyd edilir ki, “Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən kollegiyaya təqdim edilmiş 02 avqust 2021 -ci il tarixli aktdan isə aydın olmuşdur ki, kredit müqaviləsi bağlanarkən ipoteka ilə yüklü edilmiş digər əmlaklar - Cavabdeh5 məxsus **********83 - 10301 reyestr nömrəli 319 inventar nömrəli ümumi sahəsi 134 kv.m olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin və Cavabdeh2 məxsus **********23-10301 reyestr nömrəli, 307 inv entar nömrəli ümumi sahəsi 260 kv.m olan 2 mərtəbəli, 8 otaqlı yaşayış evinin hər ikisi mülkiyyətçilər tərəfindən sökülərək məhv edildiyindən həmin əmlaklara dair qiymətləndirmə aparılması mümkün olmamışdır. Eyni zamanda həmin akta əsasən Cavabdeh1 məxsus **********22 - 10301 reyestr nömrəli, 306 inventar nömrəli, ümumi sahəsi 260 kv.m olan 2 mərtəbəli, 8 otaqlı yaşayış evi isə naturada 220 kv.m tövlə kimi fəaliyyət göstərir. Məhz bu səbəbdən də kollegiya hesab edir ki, borcun ipoteka ilə yüklü edimiş bu əmlaklara yönəldilməsi hazırki vəziyyətdə qeyri mümkündür.” Buna görə də, məhkəmə bu hissədə də maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamış dır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.X31 Respublikasının Ali Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni baxışa göndərilməsini xahiş etmişdir. Cavabdeh1 prosessual hüquq varisi X19 və Cavabdeh3 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə b axılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya baxışının predmeti olan hissədə iddianın təmin edilməyən hissələri mübahisələndirildiyindən həmin məhkəmə aktı mübahisələndir ilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək hissələrdə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan faiz borcu məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edil mişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Həmçinin dəbbə pulu məbləği azaldılarkən məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddələrinin tələbləri pozulmamışdır. Bankın ləğvi səbəbindən borclunun müqavilə öhdəliklərini icra edə bilməməsi və buna görə də əsas borc məbləğinin X10 ödənilməsi nəzərə alınarsa, məhkəmə tərəfindən dəbbə pulu məbləğinin azaldılması hüq uqauyğun hərəkət olmuşdur. Məhkəmə kollegiyası həmçinin qətnamə ilə tutulan borc məbləğinin müqabilində tutma yönəldilən əmlakların dəyərinin qat-qat artıq olduğunu nəzərə alaraq, artıq mövcud olmayan ipoteka premetlərinə və təyinatı dəyişdirilən və bu səbədən qiymətləndirlməsi mümkün olmayan 1 ipoteka predmetinə tutmanın yönəldilməsindən imtina edilməsi Bankın hüquqlarını pozmamışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Mu xtar Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-15/2021 nömrəli iş üzrə 25.08.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.