Məhkəmə qərarları › İş №2(102)-5243/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5243/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5243/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 işə cəlb edilməklə Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5243/2022 Açar sözlər: zərərin ödənilməsi, sübutetmə Bakı şəhəri, 25 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 işə cəlb edilməklə Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-534/2022 nömrəli iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 05 yanvar 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X6 idarə etdiyi “DAF FTXF 105.460” YÜK markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtom obillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. 2. 18 noyabr 2020-ci il tarixli etibarnaməyə əsasən X1 Teymur Tofiq oğluna 6 il 25 gün müddətinə mülkiyyətində olan “DAF FTXF 105.460” YÜK markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə dair səlahiyyət vermişdir.

3. «Hyundai Sonata» markalı, 10AR-626 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 10295.00 manat təşkil etmişdir. 4. 26.01.2021-ci il tarixli, 415 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən DSMF SS və FU Üzrə Mərkəzi filialına 2343.5 manat məbləğində ödəniş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində i craat

5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 işə cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh fiziki şəxs Cavabdeh 7951,50 manat məbləğində dəymiş zərərə və 1000 manat məbləğində isə maddi zərərə görə, ümumilikdə 8951,50 manat məbləğində pulun tutularaq Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın (Bundan sonra-Filial) sürücüsü X2 idarə etdiyi Filiala məxsus, “Hyundai Sonata” minik markalı, **-AR-*** (hal-hazırda **-PT-***) dövlət qeydiyyat nişanlı avtomobil ilə X3 idarə etdiyi "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmış “DAF FTXF105.460” yük markalı, 90-TV686 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyaf hadisəsi baş verən tarixdə “DAF FTXF 105.460” yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 işəgötürən fiziki şəxs Cavabdeh ilə 01 dekabr 2020-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında sürücüyükdaşıyan vəzifəsində çalışıb. Nəqliyyat hadisəsi nəticəsində sürücü, yükdaşıyan vəzifəsində çalışan X6 (AZE * *******) barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında 05 yanvar 2021-ci il tarixli ******* nömrəli protokol tərtib edilmiş, protokolda Valeh Şirəliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı qeyd edilmişdir. Tərtib edilmiş protokol əsasında inzibati tənbeh vermə haqqında 05 yanvar 2021-ci il tarixli ******* nömrəli qərara əsasən İnzibati Xətala r Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Valeh Şirəliyev barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən yönləndirilmiş “Avto Box" avtoservisində Filiala məxsus “Hyundai Sonata” minik markalı avtomobilə nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği 10.295,00 manat olaraq dəyərləndirilmişdir. Zərər vuran «DAF FTXF 105.460» yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası üzrə sığortalandığından "xxxx" ASC tərəfindən 27 yanvar 2021-ci il tarixində Filialın Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialındakı hesabına 2.343,50 manat sığorta ödəniş i edilmişdir. İcbari sığorta haqqında qanunvericiliyə əsasən sığortaçının ödəməli olduğu maksimal məbləğ olan 5.000,00 manat yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş 5 tərəf arasında zərərə mütənasib olaraq bölüşdürülmüşdür. Qalan 7951,50 manat Filiala ödənilməli olan məbləğ isə zərərvuran tərəfindən ödənilməlidir. Bildirir ki, hadisə nəticəsində Filala məxsus “Hyundai Sonata” minik markalı, **-AR-*** (hal-hazırda **-PT-***) dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi və avtomobilin yararsız hala düşməsi Filalda işlərin icra edilməsində çətinliklər yaratmış, lazımi sənədlərin ünvana vaxtında çatdırılması, filialın mənafeyi ilə əlaqədar məhkəmələrdə iştirak üçün gediş-gəliş və digər məsələlərlə bağlı əlavə xərclər çəkilmişdir. Bunun nəticəsi olaraq Filialın əmlakdan məhrum olma sı nəticəsində əlavə çəkdiyi xərclərə görə 1000 manat məbləğində maddi zərərin əvəzini tələb etmə hüququ vardır. Mülki Məcəlləyə əsaslanaraq bildirir ki, fiziki şəxs Cavabdeh əmək müqaviləsi ilə işə götürdüyü Valeh Şirəliyev tərəfindən “Hyundai Sonata” minik markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə məsuliyyət daşımalıdır və həmin zərərin əvəzini ödəməlidir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(009)-1151/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, yüksək təhlükə mənbəyi olan “DAF FTXF 105.460” yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 idarə etmişdir. Lakin, iddia tələbi cavabdeh kimi Cavabdeh qarşı yönəlmişdir. Beləliklə, iddiaçı tərəfindən əsli olmayan cavabdehə qarşı iddia irəli sürülmüşdür.

9. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən onun hüquqlarının müdafiəsi imkanları itirilməmişdir. Belə ki, o, sürücü X4 qarşı oxşar iddia ilə məhkəməyə müraciət edə bilər.

10. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1108.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrənə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(103)-534/2022 nömrəli iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.S.Şirinov sədrlik edən və məruzəçi, hakimlər X.Ə.Sarıyev və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh 7.951,50 (yeddi min doqquz yüz əlli bir manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, cavabdehə nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərə görə həmin şəxsə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun olması da izah edilməsi qət edilmişdir.

13. Apellyasiya ins tansiyası məhkəməsi qeyd etmişdir ki, hadisənin törədilməsində təqsirli olan üçüncü şəxs cavabdehin işçisidir və onların arasında əmək münasibətləri var. Həmçinin cavabdeh etirazında iddiaçının qeyd etdiyi yol nəqliyyat hadisəsinin baş verməsi, qəzada ”DAF FTXF 105.406” yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli olması, həmin sürücü ilə aralarında əmək müqaviləsinin olması, eləcə də həmin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləği ilə bağlı məsələləri mübahisələndirməmişdir.

14. Bundan əlavə, iddia tələbinin yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə 7.951,50 manat hissəsi əsaslı olduğundan təmin edilməlidir. Lakin iddiaçı avtomobilin yararsız hala düşməsi nəticəsində filialda işlərin icra edilməsində çətinliklər yara nması, lazımi sənədlərin ünvana vaxtında çatdırılması, filialın mənafeyi ilə əlaqədar məhkəmələrdə iştirak üçün gediş-gəliş və digər məsələlərlə bağlı əlavə xərc kimi 1.000 manat tələbi heç bir sübutla təsdiq olunmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1114.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Cavabdeh münasibətdə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099, 1 108-ci maddələrinə, AR MPM-in 77, 88 və 217-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən zaman baş verməmişdir. Belə olan halda isə yol nəqliyyat hadisəsi ilə əlaqədar bütün məsuliyyəti sürücü Valeh Şirəliyev daşıyır. Məhkəmə kollegiyası ümumiyyətlə bu hallara münasibət bildirməmiş və bu halı araşdıraraq işdə olan digər sübutlarla əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-534/2022 nömrəli iş üzrə 0 9 iyun 2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurul masına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 24. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 26. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 27. 1099.2- ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

28. Maddə 1114.1 Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, hazırkı mübahisənin həlli üzrə maddi hüquqi əsas Mülki Məcəllənin 1099-cu maddəsi çıxış edir. Bu baxımdan hadisənin törədilməsində təqsirli olan sürücü iş üzrə üçüncü şəxs olan V.Şirəliyev cavabdehin işçisidir.

35. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu şərtlər əsasında yoxlamış, həmin şərtlər mövcud olduğuna görə verilmiş tələb üzrə iddianı qismən təmin etmişdir.

36. Kassatorun hadisəni törədən şəxsdən zərərin tutulmalı olmasına istinadla irəli sürdüyü dəlillər də əsassızdır. Çünki göstərildiyi kimi 3- cü şəxs cavabdehlə əmək münasibətlərində olmuş və onun vurduğu zərərə görə məhz işəgötürən cavabdehlik daşıyır, cavabdehin isə zərər vuran sürücüyə qarşı reqress tələbi vardır.

37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Məhk əmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-534/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar