Məhkəmə qərarları › İş №2(102)-5244/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5244/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5244/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)341/2021 nömrəli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Suraxanı rayon İcra hakimiyyəti başçısının 14 noyabr 2000-ci il tarixli 1650 saylı sərəncamı ilə vətəndaş X5 fərdi yaşayış evinin tikilməsi üçün ünvan 1 evin üst tərəfində 1200 kv.m torpaq sahəsi ayrılmış, 30 dekabr 2000-ci il tarixli Aktla həmin torpaq sahəsinin ölçülərinin natura ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. 17 aprel 2007-ci il tarixdə X2 qızı ümumi sahəsi 0,12 hektar olan ünvan 1qəsəbəsində yerləşən torpaq sahəsini İddiaçı satmış və həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 19 iyun 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınmışdır. ünvan 1 qəsəbəsində yerləşən 0,1455 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 23 iyul 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 03 oktyabr 2015-ci il tarixdə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 0,1455 ha olan ünvan 1qəsəbəsində yerləşən torpaq sahəsini Cavabdeh1 satmış və torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 09 oktyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 07 noyabr 2017-ci il tarixdə verilmiş mütəxəssis rəyinə əsasən Cavabdeh1 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə daşınmaz ə mlakın dövlət reyestrindən verilmiş RX seriyalı M ******* saylı Çıxarış və A № 018951 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları üst-üstə düşür. Cavabdeh1 iddia etdiyi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı M ******* saylı Çıxarış və A № 018951 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında mülkiyyətdə olan torpaq sahəsində yarımçıq tikili mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 19 noyabr 2018-ci il tarixdə verilmiş mütəxəssis rəyinə əsasən mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilmiş, torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölç ülmüşdür. Ölçülmüş həyətyanı sahə mişar daşı ilə hasara alınmış, faktiki ölçüsü 0,1421 hektardır. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron kadastr bazasında araşdırılıb sxemlər hazırlanmışdır. Elektron baza məlumatlarına əsasən koordinatları müəyyən edilməklə ölçülmüş əraziyə Cavabdeh1 sahəsi 0,1454 hektar reyestr nömrəsi **********49 olan çıxarış və plan-ölçü sənədi verilmişdir. Tərəflər arasındakı mübahisəli torpaq sahəsi Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışda reyestr nömrəsi **********49 olan torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş ünvan 1qəsəbəsində yerləşən ümumi sahəsi 0,1455 ha olan torpaq sahəsidir. Tərəflər arasındakı mübahisəli torpaq sahəsi İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı № ******* saylı Çıxarışda MH seriyalı № ******* saylı Çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin çıxarışla torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmadı. MH seriyalı № ******* saylı Çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin RX seriyalı № ******* saylı Çıxarışın (reyestr nömrəsi **********49 olan) planı və ölçüsü (koordinatlar) olduğu RX seriyalı № ******* saylı çıxarışla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. ünvan 1qəsəbəsində yerləşən mübahisəli faktiki ölçüsü 0,1421 hektar olan torpaq sahəsinin naturada koordinatları müəyyənləşdirildi (koordinatları göstərilməklə sxem əlavə edilir). İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 dekabr 2018-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 19 noyabr 2018-ci il tarixli **********97 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışda reyestr nömrəsi **********49 olan torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş ünvan 1qəsəbəsində yerləşən, ümumi sahəsi 0,1455 ha təşkil edən torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı № ******* saylı Çıxarışda MH seriyalı № ******* saylı Çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün mütəxəssis tərəfindən həmin çıxarışla torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. MH seriyalı № ******* saylı Çıxarışa əsasən mülkiyyət olan torpaq sahəsinin plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin torpaq sahəsinin RX seriyalı № ******* saylı Çıxarışla (reyestr nömrəsi **********49 olan) mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. ünvan 1qəsəbəsində yerləşən mübahisəli faktiki ölçüsü 0,1421 ha olan torpaq sahəsinin naturada koordinatları müəyyənləşdirilmişdir (koordinatları göstərilməklə sxem əlavə edilir). "xxxx" MMC-nin 19 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1650 saylı 14 noyabr 2000-ci il tarixli sərəncamına əsasən X5 ayrılmış və 30 dekabr 2000-ci il tarixli akt əsasında ünvan 1qəsəbəsində ünvan 2 evin üst tərəfində 1200 kv.m torpaq sahəsinin natura ifadəsi ilə pay bölgüsü aparılmış və sonradan AN-1 ******* saylı 17 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (MH seriyalı ******* №-li çıxarış) mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1qəsəbəsində ünvan 2ndə yerləşən 1200 kv.m torpaq sahəsinin yeri və kodkoordinatları müəyyənləşdirilərkən məlum oldu ki, həmin torpaq sahəsi iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə naturada üst-üstə düşür. İddiaçı məxsus olan ünvan 1qəsəbəsində ünvan 2ndə yerləşən 1200 kv.m torpaq sahəsinin yeri və kod-koordinatları müəyyənləşdirildikdən sonra Cavabdeh1 verilmiş 09 oktyabr 2015-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış və İddiaçı verilmiş MH seriyalı № ******* saylı Çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələ ri naturada üst-üstə düşür. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 28 mart 2019-cu il tarixli rəyinə əsasən "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş 19 mart 2019-cu il tarixli mütəxəssis rəyinin məlumatlarını nəzərə alınaraq, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1650 saylı 14 noyabr 2000-ci il tarixli sərəncamına əsasən X5 ayrılmış və 30 dekabr 2000-ci il tarixli akt əsasında ünvan 1qəsəbəsində ünvan 2 57/4-ci evin üst tərəfində 1200 (min iki yüz) kv.m torpaq sahəsinin natura ifadəsi ilə pay bölgüsü aparılmış və sonradan AN-1 ******* saylı 17 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (MH seriyalı ******* №-li çıxarış) mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1qəsəbəsində ünvan 2ndə yerləşən 1200 (min iki yüz) k v.m torpaq sahəsinin yeri və kod koordinatları müəyyənləşdirilərkən, həmin torpaq sahəsinin iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh1 verilmiş 09 oktyabr 2015-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış və İddiaçı verilmiş MH seriyalı № ******* saylı Çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunur. İş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 19 fevral 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 1qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi üzrə mülki iş materiallarında bir-birinə zidd rəylərin (mütəxəssis rəyləri) olduğunu və eləcə də, mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları ekspertizaya təqdim olunmadığına görə mübahisəli tədqiqat ın aparılması mümkün olmadığından mübahisəli torpaq sahələrinin koordinatlarını və torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə görə İddiaçı məxsus olan MH seriyalı ******* №-li çıxarışın plan-ölçü sənədinin (koordinatlarının), iş materiallarında olan yerquruluşu planının, köməkçi plan-xəritənin koordinatları şərti olduğu üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1650 saylı 14 noyabr 2000-ci il tarixli sərəncamına əsasən X5 ayrılmış və 30 dekabr 2000ci il tarixli akt əsasında ünvan 1qəsəbəsində ünvan 2 57/4-ci evin üst tərəfində natura ifadəsi ilə pay bölgüsü aparı lmış, sonradan AN-1 ******* saylı 17.04.2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan (MH seriyalı ******* №-li çıxarışa əsasən) ünvan 1qəsəbəsində ünvan 2ndə yerləşən 1200 kv.m. torpaq sahəsinin və iş materiallarında olan yerquruluşu planı, köməkçi plan-xəritə (i.v. 13-14) və torpağın mülkiyyətə verilməsinə dair JN-2928H kod 00600066 saylı şəhadətnamədə (i.v. 278- 280) torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü, torpaq sahəsinin yerləşdiyi yerin sxemi əsasında və şəhadətnamələrdə göstərilən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı ********* qeydiyyat nömrəli 23.07.2015-ci il tarixli çıxarışla ona məxsus olmuş, sonradan Cavabdeh1 satılmış 0,1455 ha torpaq sahəsin in iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (i.v. 87) torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü, torpaq sahəsinin yerləşdiyi yerin sxemi əsasında yeri və kodkoordinatlarını yuxarıda qeyd edildiyi kimi müəyyən etmək mümkün olmamışdır, lakin Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********9 nömrəsi, sahəsi 0,1455 ha olan plan-ölçü sənədinin koordinatları ilə mübahisələndirilən torpaq sahəsinin naturada ölçülmüş koordinatları üst-üstə düşür. İddiaçı məxsus olan MH seriyalı ******* nömrəli çıxarışın plan ölçü sənədinin (koordinatlarının) olmaması səbəbindən Cavabdeh1 verilmiş 09.10.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və İddiaçı verilmiş MH seriyalı ******* nömrəli çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin naturada üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dairə rizə ilə məhkəməyə müraciət edərək, ünvan 1qəsəbəsi, ünvan 2ndə yerləşən, MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 0,12 hektar torpaq sahəsinin alqı-satqısına dair 2 saylı ASAN Xidmət Mərkəzində bağlanmış 4Ə-21479 seriyalı 03 oktyabr 2015-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında Cavabdeh1 verilmiş RX seriyalı ******* saylı 09 oktyabr 2015-ci il tarixli çıxarışın, həmçinin Cavabdeh2 adına verilmiş 23 iyul 2015-ci il tarixli, ******* say lı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 17 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 qızından ünvan 1qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini almış və 19 iyun 2007-ci il tarixdə ona MH seriyalı 077484 saylı dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2017-ci ilin avqust ayının ortalarında torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsində qanunsuz olaraq tikinti işləri həyata keçirilir. Sonradan məlum olmuşdur ki, torpağı zəbt edən xxx adlı şəxs həmin torpaq sahəsinə 4Ə-2179 saylı 03 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında RX seriyalı ******* saylı 09 oktyabr 2015- ci il tarixli çıxarış əldə etmişdir. Sorğu əsasında məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsini 051936 saylı 03 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 əldə etmişdir. Lakin Cavabdeh2 torpaq sahəsinə dair 23 iyul 2015-ci il tarixli ******* saylı çıxarışı qanunsuz olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-107/2019 nömrəli, 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.N.Mahmudova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 verilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 579 nömrəli reyestr kitabının 54766 nömrəli vərəqində 09.10.2015-ci il tarixdə qeydiyyata alınmaqla (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********49) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində Çıxarışda 0,1455 ha qeyd edilmiş torpaq sahəsinin alqı-satqısı qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. İddiaçı məxsus MH seriyalı, ******* nömrəli çıxarışda (qeydiyyat nömrəsi: 110746702, reyestr nömrəsi: **********04) torpaq sahəsinin ölçüsü 0,12 ha-dan ibarətdir və həmin torpaq sahəsinin dəqiq ölçüsünü, harada yerləşməsini, kod-koordinatlarını, döngə nöqtələrini, torpaq sahəsinin qonşu sərhədlərini özündə əks etdirən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilməsi nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü mövcud deyildir ki, bu da İddiaçı Cavabdeh1 məxsus 0,1455 ha qeyd edilmiş torpaq sahəsinə dair alqı-satqısı müqavilə sini və bunun əsasında verilmiş çıxarışı mübahisələndirmək üçün subyektiv hüququnun olmasını istisna edir. Birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən 19 mart 2019-cu il tarixdə verilmiş, 28 saylı mütəxəssis rəyinə tənqidi yanaşaraq qeyd etmişdir ki, mütəxəssis qarşısında qoyulmuş sual mübahisəli torpaq sahəsinin kod-koordinatlarının müəyyənləşdirilməsindən ibarət olduğu halda, İddiaçı məxsus olan həmin torpaq sahəsi ilə iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə naturada üst-üstə düşməsi müəyyən olunmuşdur. Mütəxəssis öz rəyində torpağın kod-koordinatlarını göstərə bilməməsi, torpaqların yerləşmə nöqtələrini özündə əks etdirən elektron xəritə məlumat bazasına müvafiq giriş icazəsinin olmasına, araşdırma aparılarkən həqiqətən həmin baza məlumatlarından istifadə etməsinə ciddi şübh ələr yaradır. Bununla yanaşı, "xxxx" MMC tərəfindən 19 mart 2019-cu il tarixdə verilmiş mütəxəssis rəyində “Google Yer” proqramının ortofoto görüntülərinə və iş materiallarının 13-14-cü səhifələrində olan sənədlərlə dəqiqləşmə aparıldığı qeyd edilmişdir. Halbuki rəyə, heç bir ortofoto görüntünü özündə əks etdirən fotoşəkil əlavə edilməmişdir. Eyni zamanda, mütəxəssis rəyində hər iki çıxarışda nəzərdə tutulan torpaq sahələrinin tam olaraq üst-üstə düşdüyü qeyd edilmişdir. Halbuki, torpaq sahələrinin ölçüləri eynilik təşkil etmir. Onlardan biri 0,12 ha olduğu halda, digəri 0,14 ha-dır. Onların naturada tam üst-üstə düşməsi mümkün deyil. Hasarlanmış sahə ümumilikdə 0,142 ha olduğuna görə, mütəxəssis iddiaçıya məxsus çıxarışla müəyyən edilmiş sahənin həmin sahə içərisində hansı hissədə yerləşm əsini, hasarlanmış sahənin qalan 0,02 ha sahənin hansı qütbdə boş qaldığını müəyyən etməli idi. Beləliklə, məhkəmə "xxxx" MMC tərəfindən 19.03.2019-cu il tarixdə verilmiş, 28 saylı mütəxəssis rəyini əsaslandırılmamış rəy kimi qəbul etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh1, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqavilələri üzrə vicdanlı tərəfdir və iddia tələblərinin təmin edilməsi onun vicdanlı olaraq əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla, bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərin ə əməl etmək baxımından ədalətli və qanunidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(010)-107/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(103)-9421/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Q.Nəbiyevdan və A.Ə.Hüseyndən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(010)107/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi olması sübut olunmur. Apellyasiya baxışında iddiaçının vəsatəti əsasında əldə olunmuş X6 adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə də torpaq sahəsinin koordinatları əks olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, iddiaçının təqdim etdiyi sübutlar, o cümlədən 21 aprel 2004-cü il tarixdə Cavabdeh2 ilə bağlanmış alqı-satqı müqaviləsi araşdırılmadan rədd olunmalıdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MMin 140-cı maddəsinə istinad etməklə qeyd etmişdir ki, hətta mübahisəli torpaq sahəsinin məhz iddiaçiya məxsus torpaq sahəsi olduğu müəyyən olunsa belə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbləri təmin edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(103)-9421/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın qəbul edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il t arixli, 2(102)-1205/2020 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbalıyevdən və G.A.Quliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(103)-9421/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, hazırkı işdə sübut edilməli olan əsas məsələ iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlıdır və işə baxan məhkəmələr tərəfindən bu hal müəyyən edilməmişdir. Qeyd edilən məsə lə xüsusi bilik sahəsinə aid olduğundan bu hal müvafiq ekspertizanın keçirilməsi ilə sübut edilə bilərdi. İş materiallarından görünür ki, iddiaçı kassasiya şikayətinin dəlillərində ekspert rəyinə etiraz edərək göstərmişir ki, mübahisəli torpaq sahəsini X1 almış və həmin torpaq sahəsinə aid bütün sənədlər, o cümlədən torpaq sahəsinin xəritəsi, torpaq sahəsinin naturada X5 təhkim aktı və torpaq sahəsinin koordinatları barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsinə münasibətdə ekspertiza tədqiqatının aparılmasının qeyri-mümkünlüyü ilə bağlı ekspertiza idarəsinin dəlili ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin plan-ölçü sənədi yoxdur. Ona görə də, həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyildir. Halbuki işin hallarından göründüyü kimi iddiaçı torpağı ilkin mülkiyyətçi X3 əldə etmişdir. Sonuncuya münasibətdə torpağın plan-xəritəsi, torpağın yerində təhkim aktı tərtib edilmiş və qeyd edilən sənədlər iş materiallarına əlavə edilmişdir. Bununla yanaşı kassasiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2019-cu il tarixli rəyinin Reyestr Xidmətinin məlumat bazasına girilmədən verilməsinə görə sübut kimi qəbul edilməməsi ilə bağlı əsaslandırmanı qanuni saymamışdır. Çünki mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə dair X4 adına səlahiyyətli dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərin mövcudluğu (torpağın plan-xəritəsi, torpağın naturada təhkim aktı) bu sahədə xüsusi biliyə malik olan ekspertin həmin sənədlər əsasında Reyestr Xidmətinin məlumat b azasına girmədən həmin torpaq sahəsinin mübahisəli əraziyə aid olub-olmamasını müəyyən etməsini istisna etməməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)-341/2021 nömrəli qətnaməsi ilə (hakim X.A.Cəmilovanın sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.C. Kazımovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(010)-107/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi işə apellyasiya qaydasında yenidən baxarkən kassasiya məhkəməsinin qərarında irəli sürülmüş göstərişlərə əsasən Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 1650 sa ylı 14 noyabr 2000-ci il tarixli sərəncamına əsasən X5 ayrılmış və 30 dekabr 2000-ci il tarixli akt əsasında ünvan 1qəsəbəsində ünvan 2 57/4-ci evin üst tərəfində natura ifadəsi ilə pay bölgüsü aparılmış, sonradan AN-1 ******* saylı 17.04.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan (MH seriyalı ******* №-li çıxarışa əsasən) ünvan 1qəsəbəsində ünvan 2ndə yerləşən 1200 kv.m. torpaq sahəsinin iş materiallarında olan yerquruluşu planı, köməkçi plan-xəritə (i.v. 13-14) və torpağın mülkiyyətə verilməsinə dair JN-2928H kod 00600066 saylı şəhadətnamədə (i.v. 278-280) torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü, torpaq sahəsinin yerləşdiyi yerin sxemi əsasında yeri və kod-koordinatlarının müəyyənləşdirilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı **** *** saylı ********* qeydiyyat nömrəli 23.07.2015-ci il tarixli çıxarışla ona məxsus olmuş, sonradan Cavabdeh1 satılmış 0,1455 ha torpaq sahəsinin iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (i.v. 87) torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü, torpaq sahəsinin yerləşdiyi yerin sxemi əsasında yerinin və kod-koordinatlarının müəyyənləşdirilməsi, hər iki torpaq sahəsinin yeri və kod-koordinatları müəyyənləşdirildikdən sonra Cavabdeh1 verilmiş 09.10.2015-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış və İddiaçı verilmiş MH seriyalı № ******* saylı Çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin naturada üst-üstə düşüb-düşmədiyi, üst-üstə düşdüyü halda hansı hissədə düşdüyünün müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə tikinti-t exniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda göstərilən 19 fevral 2021-ci il tarixli ekspert rəyi alınmışdır. Həmçinin apellyasiya baxışı zamanı ekspert rəyini tərtib etmiş ekspert X8 izahatında baza məlumatlarının Mərkəzdə olmadığını, həmin məlumatların DƏDRX-də mövcud olduğunu, bu səbəbdən də mübahisəli torpaq sahəsi ilə bağlı araşdırmanın həmin Xidmət tərəfindən aparıldığı və müvafiq mütəxəssis rəyinin verildiyini, həmin mütəxəssis rəyinə uyğun da tərəfindən ekspert rəyinin verildiyini bildirmişdir. Qeyd olunan mütəxəssis rəyinə əsasən iddiaçının torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi olması halı iş m aterialları və ekspert rəyləri ilə öz təsdiqini tapmır. Belə olan halda iddiaçının Cavabdeh1 məxsus 0,1455 ha qeyd edilmiş torpaq sahəsinə dair alqı-satqısı müqaviləsini və bunun əsasında verilmiş çıxarışı mübahisələndirmək üçün subyektiv hüququnun olması istisna edilir. Bundan başqa apellyasiya məhkəməsi qeyd etmişdir ki, hətta mübahisəli torpaq sahəsinin məhz iddiaçıya məxsus torpaq sahəsi olduğu müəyyən olunsa belə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbləri təmin edilə bilməz. Belə ki, daşınmaz əmlakla bağlı vicdanlı əldə etmə məsələləri Mülki Məcəllənin 140-cı maddəsi ilə tənzimlənir. Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş 03 oktyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılan vaxt mübahisəli torpaq sah əsi Cavabdeh2 mülkiyyətində olması daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatla və onun əsasında verilmiş çıxarışla təsdiq olunmuşdur. Cavabdeh1 isə həmin reyestrdəki qeydiyyatın qeyri-dəqiq olmasını bilə də bilməzdi. Çünki o, yalnız həmin qeydiyyat və reyestrdən çıxarış əsasında mübahisəli torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmək iqtidarında olmuş, həmin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın həqiqiliyinə inanmışdır. Bu baxımdan, həmçinin mübahisəli torpaq sahəsi əvəzli olaraq Cavabdeh1 tərəfindən əldə olunduğuna görə kollegiya hesab edir ki, o, vicdanlı əldə edəndir. Ona görə də iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin dəlillər bu qətna mənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)-5692/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbayca n Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən alınmış cavabla müəyyən olmuşdur ki, Cavabdeh2 ilə mübahisələndirilən torpaq sahəsi ilə bağlı 21 aprel 2004-cü il tarixdə hər hansı bir müqavilə və ya qeydiyyat aparılmamışdır. Torpaq sahəsinin ayrılması barədə 2000-ci il tarixdə İcra Hakimiyyətinin aktı vardır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin qanuni olmasını sübut edir. Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt edərək, həmin torpağa dair qanunsuz yolla saxta çıxarış əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahi ş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mül kiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılma sı, əmələ gəlməsi, başqasına keçməsi və xitammı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifad ə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq nor mativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olun muş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar