Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5245/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı “xxxx” KB ASC-nin vəkili 1 iştirakı ilə, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-388/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim T.C.Xəlilova) 2(060)-175/2017 nömrəli, 15 mart 2017-ci il tarixli qətnaməsi ilə iddi açı “xxxx” KB ASC-nin cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə cavabdeh1 əsas kredit borcu üzrə 4999,50 manat, faiz borcu üzrə 1495,29 manat, cəmi 6494,79 manat pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, tutmanın cavabdeh1 ilə “xxxx” KB ASC arasında bağlanmış 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, cavabdeh1 məxsus 100000 manat məbləğində mal qalığına yönəldilməsi və açıq hərracda satılaraq s atışdan əldə ediləcək pul vəsaitinin hesabına cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış 6494,79 manat məbləğində borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim T.C.Xəlilova) 2(060)-175/2017 nömrəli, 15 mart 2017-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdehl1, cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış 23.09.2013-cü il tarixli 38-1/13SU saylı və 19.08.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi və 23.09.2013-cü il tarixli 38-1/13SU saylı əlavə kredi t müqaviləsi üzrə 227776,78 ABŞ dolları, 19.08.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqaviləsi üzrə 26862,61 manat borcun tutulması, həmin borcların ipoteka predmetlərinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh1 23.09.2013-cü il tarixli 38-1/13SU saylı və 19.08.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqavilələri üzrə borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, ipoteka predmetlərinin boşaldılması hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və F.G.Zeynallı) 2(105)-3489/2017 nömrəli, 06 oktyabr 2017-ci il tarixli qərardadı ilə “xxxx” KB ASC-nin şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(060)175/2017 saylı qərardadının ləğv edilməsi, “xxxx” KB ASC-nin cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq borcun ödənilməsi tələbinə dair mülki iş tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim F.H.Əliyev) 2(060)-1214/2018 nömrəli, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilm əsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı və 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilmiş, cavabdeh1 iddiaçının “xxxx” KB ASC-nin xeyrinə 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, faiz borcu üzrə 34958,25 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 (bir yüz doxsan beş min beş yüz səksən iki dollar doxsan iki sent) ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənəyə uyğun olaraq Azərbaycan manatı ilə, 19.08. 2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 (on bir min yeddi yüz yetmiş manat on qəpik) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binasına, cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri,ünvan 2 yerləşən qeyri-yaşayış binasına və ünvan 3 59 saylı mənzilinə və girov predmeti olan cavabdeh1 məxsus 100000 manat məbləğində mal qalığının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-175/2017 saylı, 15.03.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilmə sindən artıq qalan hissəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əmlakların satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, ünvan 1 qeyriyaşayış binasının ilkin satış qiymətinin 78000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 80000 manat, ünvan 3-də 59 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan ünvan 3-də 59 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdeh2, cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılmaları, Sumqayıt şəhəri, ünvan 1 qeyriyaşayış binasına, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri -yaşayış binasına tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahələrinin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) 2(105)-4027/2018 nömrəli, 01 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” KB ASC cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-175/2017 nömrəli, 15 mart 2017-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” KB ASC və cavabdeh1, eləcə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1214/2018 nömrəli, 19 iyul 2018-ci il tarixli qətna məsindən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması mümkün hesab edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) 2(105)-388/2019 nömrəli, 05 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(060)-175/2017 saylı və 19 iyul 2018-ci il tarixli, 2(060)1214/2018 saylı qətnamələrinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış 23.09.2013-cü il tarixli, 381/13SU saylı və 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqavilələr inə vaxtından əvvəl xitam verilməsi, cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, faiz borcu üzrə 34958,25 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 (bir yüz doxsan beş min beş yüz səksən iki dollar doxsan iki sent) ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 (on bir min yeddi yüz yetmiş manat on qəpik) manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4999,50 manat, faiz borcu üzrə 1495,29 manat, cəmi 6494,79 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, ünvan 1 qeyriyaşayış binasına, cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına və ünvan 3-də 59 saylı mənzilinə və girov predmeti olan cavabdeh1 məxsus 100000 manat məbləğində mal qalığına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əmlakların satışından əldə olunmuş pul vəsaitinin qeyd olunan borc un ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binasının ilkin satış qiymətinin 90000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 122000 manat, ünvan 3ləşən 59 saylı mənzilin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binasına, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahələrinin boşaldılması, ipoteka predmeti olan ünvan 3ləşən 59 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdeh2, cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh5 həmin yaşayış sahəsindən çıxar ılması hissəsində iddianın təmin edilməməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh1 iddiaçının xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədiyi dövlət rüsumunun onların özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 1000 manat pulun 600 manatının cavabdeh1, 400 manat hissəsinin isə iddiaçı «xxxx» KB ASC-dən tutularaq, “xxxx” MMC-nin müvafiq bank hesabına (“xxxx” ASC-də olan VÖEN: **********, cari hesab AZ53PAHA********************) ödənilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası xərcinin dəyəri olan 145 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” KB ASC cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə cavabdeh1 arasında 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SUsaylı əlavə kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, 21.09.2018-ci il tarixədək, illik 19% ödəmək şərtilə 200000 ABŞ dolları, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 19.08.2017-ci il tarixədək, illik 6% ödəmək şərtilə 15000 manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 18.02.2017-ci il tarixədək, illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kreditlər verilmişdir (21.09.2013-cü il tarixli 38/13SU saylı əsas kredit müqaviləsinə edilmiş 17.03.2015-ci il tarixli Sazişə əsasən kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan kredit limiti ******* manat məbləğində müəyyən edilməklə, kreditin bitmə müddəti isə 21.09.2028-ci il tarixədək uzadılmışdır). Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə cavabdeh1 arasında bağlanmış 21.09.2013-cü il tarixli, 38-Sİ1/13SU saylı sonrakı ipoteka müqaviləsinə və həmin müqaviləyə imzalanmı ş 17.03.2015-ci il tarixli əlavə sazişə əsasən cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1 qeyri yaşayış binası, cavabdeh2 arasında bağlanmış 21.09.2013-cü il tarixli, 38Sİ2/13SU saylı sonrakı ipoteka müqaviləsinə və həmin müqaviləyə imzalanmış 17.03.2015-ci il tarixli əlavə sazişə əsasən cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 3ləşən 59 saylı mənzil «xxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan başqa 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə cavabdeh1 arasında bağlanmış 23.09.2 013-cü il tarixli, 38G/13SU saylı girov müqaviləsinə əsasən girov qoyanda saxlanılan və girov kimi çıxış edən 100000 manat məbləğində mal qalığı «xxxx» Kommersiya Bankı ASC-yə girov qoyulmuşdur. Kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Hazırda borclu cavabdeh1 02.03.2017-ci il tarixli maliyə arayışlarına əsasən “xxxx” KB ASC-yə borcu aşağıdakı kimidir: 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borc 159627,67 ABŞ dolları, faiz üzrə borc 34958,25 ABŞ dolları, cərimə üzrə borc 33190,86 ABŞ dolları, cəmi borc 227776,78 ABŞ dolları, 19.08.2014- cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borc 10481,40 manat, faiz üzrə borc 788,70 manat, cərimə üzrə borc 15592,51 manat, cəmi borc 26862,61 manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas məbləğ üzrə borc 4999,50 manat, faiz üzrə borc 1495,29 manat, cəmi borc 6494,79 manat təşkil edir. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin lazımi qaydada aparılmaması kreditdən istifadəyə görə faizlərin çoxalmasına səbəb olmuşdur. Həmçinin, 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SUsaylı əlavə kredit müqaviləsində, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsində və 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti müqaviləsində qeyd olunmuşdur ki, kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binası və cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 3ləşən 59 saylı mənzil «xxxx» KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə 21.09.2013-cü il tarixli 38-Sİ1/13SU saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1 qeyriyaşayış binası banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymətləndirilməsi barədə 03.06.2015-ci il tarixli, 39 saylı ekspert rəyinə tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 78000 manat, 21.09.2013-cü il tarixli, 38-Sİ2/13SU saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binası banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymətləndirilməsi barədə 03.06.2015-ci il tarixli, 38 saylı ekspert rəyinə və tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat və 21.09.2013-cü il tarixli, 38-Sİ2/13SU saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh2 mülkiyyətində olan ünvan 3ləşən 59 saylı mənzili banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymətləndirilməsi barədə 03.06.2015-ci il tarixli, 37 saylı ekspert rəyinə və tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 45000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən əmlaklardan cavabdehlərin və onların ailə üzvlərinin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzillərin mülkiyyətçilərinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakların hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaq. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün id diaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borcludan iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaklara və girov predmetinə tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlaklar boşaldılmalı, həmin əmlaklar və girov predmeti hərracda satılmalı, onların satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı “xxxx” KB ASC, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı və 19.08.2014-cü il tarixli, 382/13SU saylı əlavə kredi t müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, cavabdeh1 və qeyrilərindən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, faiz borcu üzrə 34958,25 ABŞ dolları, cərimə borcu üzrə 33190,86 ABŞ dolları, cəmi 227776,78 ABŞ dolları, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 15592,51 manat, cəmi 26862,61 manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4999,50 manat, faiz borcu üzrə 1495,29 manat, cəmi 6494,79 manat və i ddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binasına, cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına və ünvan 3ləşən 59 saylı mənzilinə və girov predmeti olan cavabdeh1 məxsus 100000 manat məbləğində mal qalığına yönəldilməsi və bu əmlakların hərracda satılması və ipoteka predmeti olan əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh1 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsi üzrə 227776,78 ABŞ dolları, 19.08.2014-cü il tarixli, 382/13SU saylı əlavə kredit müqaviləsi üzrə 26862,61 manat və 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 6494,79 manat borcunun, girov predmeti olan əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh1 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsi 227776,78 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binasının ilkin satış qiymətinin 78000 manat və Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 80000 manat, ünvan 3ləşən 59 saylı mənzilin ilkin satış qiymətinin 45000 manat məbləğ ində müəyyən edilməsi, ipoteka predmetləri olan ünvan 3ləşən 59 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdeh2, cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh5 çıxarılması, Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binasına və Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahələrinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)388/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün S umqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı “xxxx” KB ASC-nin vəkili 1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə ko llegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-388/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: «xxxx» KB ASC ilə cavabdeh1 arasında 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SUsaylı əlavə kredit müqaviləsinə əsasən borcluy a 60 ay müddətinə, 21.09.2018-ci il tarixədək, illik 19% ödəmək şərtilə 200000 ABŞ dolları, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 19.08.2017-ci il tarixədək, illik 6% ödəmək şərtilə 15000 manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 18.02.2017-ci il tarixədək, illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kreditlər verilmişdir (21.09.2013-cü il tarixli 38/13SU saylı əsas kredit müqaviləsinə edilmiş 17.03.2015-ci il tarixli Sazişə əsasən kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan kredit limiti ******* manat məbləğində müəyyən edilməklə, kreditin bitmə müddəti isə 21.09.2028-ci il tarixədək uzadılmışdır). 21.09.2013-cü il tarixli, 38-Sİ1/13SU saylı sonra kı ipoteka müqaviləsinə əsasən cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binası banka ipotekaya qoyulmuşdur. “xxxx” KB ilə Cavabdeh2 arasında bağlanmış 21.09.2013-cü il tarixli, 38-Sİ2/13SU saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 saylı evin 59 saylı mənzili “xxxx” KB-yə ipoteka ilə yüklü edilmişdir. 21.09.2013-cü il tarixli, 38-Sİ2/13SU saylı sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri,ünvan 2 yerləşən qeyri-yaşayış binası banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan S umqayıt şəhəri, 53-cü məhəllə 53-20 ünvanında xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 47,87 kv.mdən ibarət qeyri-yaşayış binası 21.09.2013-cü ildən 60 ay müddətinə “xxxx” KB ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Daşınmaz əmlak üzərindəki hüquq 23.09.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, cavabdeh2 mülkiyyətində olan ünvan 7 21.09.2013-cü ildən 60 ay müddətinə ipotekanın əlavə qeydiyyatına alınmışdır. Daşınmaz əmlak üzərindəki hüquq 23.09.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 111 nömrəl i vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə 53-9 ünvanında yerləşən, ümumi sahəsi 203,87 kv.m-dən ibarət qeyri-yaşayış binasına dair 21.09.2013-cü ildən 60 ay müddətinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Daşınmaz əmlak üzərindəki hüquq 23.09.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, cavabdeh1 mülkiyyətində olan Sumqayıt ş əhəri, 53-cü məhəllə 53-20 ünvanında xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 47,87 kv.mdən ibarət qeyri-yaşayış binasına dair 17.03.2015-21.09.2028-ci ilədək müddətə “xxxx” KB ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Daşınmaz əmlak üzərindəki hüquq 18.03.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, cavabdeh2 mülkiyyətində olan ünvan 7 17.03.2015-21.09.2028-ci ilədək müddətə ipotekanın əlavə qeydiyyatına alınmışdır. Daşınmaz əmlak üzərindəki hüquq 23.09.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə 53-9 ünvanında xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 203,87 kv.mdən ibarət qeyri-yaşayış binası 17.03.2015-21.09.2028-ci ilədək müddətə ipotekanın əlavə qeydiyyatına alınmışdır. Daşınmaz əmlak üzərindəki hüquq 18.03.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 37, 38, 39 saylı, 03.06.2015-ci il tarixli rəylərdən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-20 nömrəli qeyri-yaş ayış sahəsi 78.000 (yetmiş səkkiz min) manat, cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış sahəsi 80.000 (səksən min) manat və Sumqayıt şəhəri, 10-cu mikroraoyn, ev 32, mənzil 59 45.000 (qırx beş min) manata qiymətləndirilmişdir. “xxxx” MMC-nin Ç-262 saylı, 28.02.2018-ci il tarixli məktuba əlavə edilmiş qiymətləndirmə hesabatlarından görünür ki, cavabdeh2 mülkiyyətində olan ünvan 7-un bazar qiyməti 50.000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış sahəsinin bazar qiyməti 65.000 manat, cavabdeh1 mükiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-20 qeyri-yaşayış sahəsinin bazar qiyməti 60.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3351 saylı, 13.06.2018-ci il tarixli rəy inə əsasən 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsi üzrə cavabdeh1 “xxxx” KB ASC-yə borcu 06.09.2016-cı il tarixə (iddia ərizəsinin tarixinə) əsas kredit borcu 168.382,63 ABŞ dolları, faiz borcu 48.522,26 ABŞ dolları, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsi üzrə 06.09.2016-cı il tarixə (iddia ərizəsinin tarixinə) əsas kredit borcu 10.467,22 manat, faiz borcu 431,49 manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə 06.09.2016-cı il tarixə (iddia ərizəsinin tarixinə) əsas kredit borcu 4999,50 manat, faiz borcu 2120,34 manat təşkil edir. “xxxx” MMC-nin A-04-/206 saylı, 05.02.2019-cu il tarixli qiymətləndirmə hesabatlarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 7 yaşayış sahəsinin baz ar qiyməti 52.000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış sahəsinin bazar qiyməti 122.000 manat, cavabdeh1 mükiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-20 qeyri-yaşayış sahəsinin bazar qiyməti 90.000 manat təşkil edir. Təsis sənədlərindən (Nizamnamədən, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan, bank lisenziyasından) görünür ki, “xxxx” KB ASC qanuni əsaslarla təsis edilmişdir və müvafiq qaydada bank fəaliyyəti ilə məşğuldur. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(060)175/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə cavabdeh1 əsas kredit borc u üzrə 4999,50 manat, faiz borcu üzrə 1495,29 manat, cəmi 6494,79 manat pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, tutmanın cavabdeh1 ilə “xxxx” KB ASC arasında bağlanmış 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, cavabdeh1 məxsus 100000 manat məbləğində mal qalığına yönəldilməsi və açıq hərracda satılaraq satışdan əldə ediləcək pul vəsaitinin hesabına cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış 6494,79 manat məbləğində borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kr edit müqaviləsi çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SUsaylı əlavə kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, 21.09.2018-ci il tarixədək, illik 19% ödəmək şərtilə 200000 ABŞ dolları, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 19.08.2017-ci il tarixədək, illik 6% ödəmək şərtilə 15000 manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 18.02.2017-ci il tarixədək, illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kreditlər verilmişdir. Həmin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1 qeyri-yaşayış binası, cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikro rayonda yerləşən 32 saylı evin 59 saylı mənzili, cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri,ünvan 2 yerləşən qeyri-yaşayış binası banka ipotekaya qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən, Cavabdeh1 həmin kredit müqavilələri üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə kredit alanın banka borcu yaranmışdır. Başqa sözlə, cavabdeh borclu olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuş, nəticədə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata ke çirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.2-ci maddəs inə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasənöhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün c avabdehdir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə: 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsi nin çərçivəsində bağlanmış 23.09.2013cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, faiz borcu üzrə 34958,25 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 (bir yüz doxsan beş min beş yüz səksən iki dollar doxsan iki sent) ABŞ dolları, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 (on bir min yeddi yüz yetmiş manat on qəpik) manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4999,50 manat, faiz borcu üzrə 1495,29 manat, cəmi 6494,79 manat borcu vardır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hes abından çıxarışla, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3351 saylı, 13.06.2018-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüquq unun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka ol an tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş cavabdeh2 mülkiyyətində olan ünvan 7-a, Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış sahəsinə və Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı cavabdeh tərəf ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin yenidən müəyyən edilməsi barədə vəsatət vermişdir. Buna səbəb olaraq ipoteka predmetlərində əsaslı təmir aparıldığı və ölçülərində dəyişikliyin edilməsi olmuşdur. Buna dair iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin A-04-/206 saylı, 05.02.2019-cu il tarixli qiymətləndirmə hesabatlarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinin bazar qiyməti 52.000 manat, Sumqayıt şəhə ri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış sahəsinin bazar qiyməti 122.000 manat, Cavabdeh1 mükiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-20 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bazar qiyməti 90.000 manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin rəy qəbul edilməli iş üzrə ipoteka predmetləri olan əmlakların ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan tutduğu y aşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhə miyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyri-müəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)388/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-388/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5245/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5245/2019
23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver