Məhkəmə qərarları › İş №2(102)-5247/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5247/2022

05.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5247/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 (maraqlı şəxslər Cavabdeh1 və Maraqlı şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 (maraqlı şəxslər Cavabdeh1 və Maraqlı şəxs) qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3411/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh1 MTK (bundan sonra – MTK) ilə Maraqlı şəxs arasında bağlanmış 7 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Maraqlı şəxs ünvan 1 ünvanda yerləşən binanın 1-ci girişi 16-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv metr olan 4 otaqlı mənzilin (bundan sonra – mübahisəli mənzil) pulunu ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh1 MTK tərəfindən verilmiş 7 sentyabr 2019-cu il tarixli kassa məxaric orderinə və maliyyə arayışına əsasən Maraqlı şəxs 196000 manat məbləğində pulu ödəmiş, MTK-ya borcu olmamışdır. 3. "xxxx" Şirkətində İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2 oktyabr 2019-cu il tarixli beh müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 mənzilin alqı-satqısı üçün 90000 manat məbləğində beh vermi şdir.

4. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş 60 nömrəli 13 mart 2021-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh2 9 mart 2021-ci il tarixdə 18 saylı notariat ofisi tərəfindən onun adına verilmiş 7E-4639 reyestr nömrəli etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək həmin etibarnamədə göstərilmiş MTK-ya məxsus olan Bakı şəhərində yerləşən 196 kv metr olan 4 otaqlı mənzili özəlləşdirməyi, Bakı şəhəri İcra hakimiyyətində, Səbail rayonu İcra hakimiyyətindən vergi orqanlarında və digər aidiyyəti orqanlarda onu təmsil etməyi sənədləri toplamağı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti idarələrinə təqdim edib, çıxarış almağı, sərancam verməyi 1 saylı formada arayış almağı o, cümlədən gələcəkdə əmlakı satmağı, bağışlamağı İpotek aya qoymağı dəyişməyi bu işlə bağlı bank əməliyyatları aparmağı müqavilə bağlamağı, pulu almağı və tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hüququ hərəkətlərin icrasını X3 etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ödədiyi 90000 manat beh məbləğinə 2 qat, yəni 180000 manat, ödədiyi 60000 manat və dəymiş zərərə görə 16000 manat, cəmi 256000 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvan da yerləşən binanın 1-ci girişi 16-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv metr olan 4 otaqlı mənzil üçün cavabdehlə 90000 manatlıq beh müqaviləsi bağlamış, həmin pulu cavabdehə vermişdir. Bir neçə gündən sonra cavabdeh ondan MTK-ya ödəyəcəyini bildirərək ondan daha 60000 edib almış, lakin həmin məbləğlə bağlı yazılı müqavilə bağlanmamışdır. Cavabdeh 13 mart 2022-ci ildə 6 saylı cəzaçəkmə müəssəsinə çağıraraq həmin tarixdə heç bir basqı olmadan ona etibarnamə vermişdir. Etibarnamə onu göstərmişdir ki, könüllü olaraq ondan aldığı 150000 (yüz əlli min) manata görə mübahisəli mənzili kürəkəni və əmisi oğlu X3 ona görə etibar etmişdir ki, çünki o özü-özünə verilmiş etibarnamə ilə həmin mənzili adına keçirə bilməzdi. Cavabdeh, MTK-nın direktoru və Maraqlı şəxs əlbir olaraq ona məxsus ola n mənzili mənimsəməyə çalışmışlar. Mübahisəli mənzil məhkəmə qətnaməsinə əsasən pulunu ödəyərək almış digər şəxsə qaytarılmışdır.

7. Məhkəmənin 17 yanvar 2022-ci il tarixli iclasında MTK cavabdeh sırasından çıxarılaraq maraqlı şəxs kimi cəlb edilmişdir.

8. Maraqlı şəxs göstərmişdir ki, Cavabdeh2 onun obyektini, yəni restoranını almaq istəyirmiş. Bunu müqabilində onun adına iki mənzil və 300000 manat da pul verəcəkdir. Raxılaşmaya əsasən adına iki ədəd mənzil rəsmiləşdirilmiş, lakin ona pul verilməmişdir. O da əgər pul vermirsə evi qaytaracağını ona demişdir. Daha sonra Cavabdeh2la birlikdə MTK-ya getmiş, aralarıda olan razılaşma alınmadığına görə ərizə yazaraq mənzillərdən imtina etmiş, mənzilə dair sənədləri təqdim edərək getmişdir. İmtina ərizəsini onun adından cavabdeh yazmış, o isə i mzalamışdır. Onun heç nədən xəbəri olmamışdır. Üstündən bir neçə il keçdikdən sonra Cavabdeh2 oğlu onunla əlaqə saxlayaraq, onların öz aralarında razılaşdığını bildirmiş, o vaxtı atasının evi onun adına rəsmiləşdirdiyindən etibarnamə verməsi lazım olduğunu ona bildirmişdir. O da etibarnamə vermişdir. Ondan sonra nə baş verdiyindən xəbəri olmamışdır.

9. X1 göstərmişdir ki, iddiaçıya məxsus 3-cü mikrorayonda yerləşən evi o satmışdır. Ona müraciət edərək 3 otaqlı mənzilini 4 otaqlı ilə dəyişmək istədiyini demişdir. “Euromed” binasının arxasında yerləşən binada 3-cü mərtəbədə 4 otaqlı mənzil tapıb onlara göstərmişlər. Axşam saat 8-də “Məkan” restoranında görüş təyin etmişlər ki, evin qiyməti barədə razılaşsınlar. 150000 manata razılaşmışlar. Evin sənədi müqavilə ilə idi. Dedilər ki, adınıza da keçiriləcəkdir.

10. X2 göstərmişdir ki, iddiaçı onun həm qaynanası, həm də, əmisi qızıdır. Əslində evi o almaq istəmişdir, sadəcə iddiaçının adına almaq istəmişdir. Maklerə gəlib demişdir ki, ev almaq istəyir. Sonra makler zəng edib ki, Memar Əcəmi metrosu yaxınlığında, “Euromed” binasının arxasındaki binada ev var. O da gedib baxmaq lazım olduğunu demişdir. Gəlib makleri götürüb, mənzilə baxmağ getmiş, cavabdehin oğlu gəlib, qapını açıb mənzili onlara göstərmişdir. Sonradan “Məkan” restoranında görüşüb qiymət barədə danışıb 150000 manata razılaşmışlar. O qaynanası və yoldaşı ilə gəlib evə baxdıqdan sonra cavabdeh ona beh verməli olduğunu demişdir. 90000 manat beh vermişdir. İmza çəkib müqavilə bağlamışdır. Pulun qalan hissəsini ödədikdən sonra sənədləşmə işlərini başa çatdıracağını demiş dir. Bir neçə gün keçdikdən sonra ona zəng edərək pulun qalan hissəsini ondan istəmişdir. Görüşən zaman, sənədləri tələb etdikdə, pula ehtiyacı olduğunu, axşam isə sənədləri verəcəyini demişdir. Sonra nə qədər əlaqə yaratmağa çalışsa da zənglərə cavabdeh cavab verməmişdir. Daha sonra həmin “Məkan” restoranına çağırmışdır. O həmin yerə getdikdə, ya sənədləri təqdim etməli olduğunu, ya da onun pulunu qaytarmalı olduğunu ona bildirmişdir. Başqa evin sənədlərini gətizdirib ona təqdim etmişdir. O, bu sənədlərin başqa evə aid olduğunu dedikdə, narahat olmamasını, ehtiyac olsa ona etibarnamə verəcəyini demişdir. Sonra yenə bir müddət yubatmışdır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-163/2022 nömrəli iş üzrə 8 fevral 2022-ci il tarixli qətn aməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilərək, cavabdehdən beh məbləğinin əvəzi kimi 180000 manat, 5000 manat dəymiş ziyan və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 300 manatı tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin olunmaması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında beh müqaviləsi bağlanılmaqla, iddiaçının cavabdehə 90000 manat beh verdiyini cavabdeh öz imzası ilə təsdiq etmiş, cavabdeh müqaviləni icra etmədiyi üçün məsuliyyət daşımışdır. Odur ki, cavabdeh müqaviləni icra etmədiyi məsuliyyət daşıdığından iddiaçıya behin iki mislini, yəni 180000 manat ödəməlidir.

13. Məhkəmə 60000 manatın tutulması hissəsində iddianı əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından, iddianın təmin edilməməlildir.

14. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən beh müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya maddi ziyan vurulması təsdiq olunduğundan, həmin hissədə tələb qismən əsaslı hesab edilərək 5000 manat məbləğində müəyyən edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 491 və 492-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3411/2022 nömrəli mülki i ş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin qeyd etmişdir ki, işdə iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 60000 manat pul vəsaitinin verilməsinə dair mötəbər sübut mövcud olmamışdır. Bu hal işdə olan şahid ifadələri ilə də birmənalı təsdiq olunmamışdır.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən görün ür ki, qarşılıqlı iddia üzrə iddiaçı X7 iddia tələbində Cavabdeh2 qaynanası İddiaçı (hazırki iş üzrə iddiaçı) tərəfindən mənzilin alınması üçün 90000 manat beh verilməsini, sonradan isə özü tərəfindən Cavabdeh2 60000 manat pul verilməsini göstərmişdir. İddiaçı apellyasiya şikayətində 60000 manat pulun alınmasının cavabdehin özü tərəfindən də etiraf olunmasını qeyd etsə də, işdə belə bir etiraf mövcud olmamışdır

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı ona zərər vurulmasını sübut etmək yükünü daşımış, lakin yoxlanılan hissədə tələblərinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 386.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi 60000 manatın tutulması hissəsində iddianı əsassız hesab edərək, həmin hissədə iddiaçı tərəfindən sübutlar təqdim olunmadığını əsas gətirmiş və iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki bu hal şahid ifadələri və cavabdehin özü tərəfindən təsdiq olunmuşdur.

24. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 22, 385, 386, 389, 443, 452, 575-ci, Mülki Prosessual Məcəllənin 14 və 53-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə

21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin a di mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı

30. Azərbaycan Respublikası Mülki Məcə lləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çı xarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. İddiaçının apellyasiya şikayəti iddianın təmin olunmayan hissəsinə aid olmuş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş edən iddiaçı iddianın təmin olunmayan hissəs indən narazıdır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissə ilə əlaqədar olmuşdur, ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

42. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və pros essual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3411/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar