Məhkəmə qərarları › İş №2(102)-525/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-525/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-525/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:borcun qaytarılması) 01.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(105)-1547/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə C avabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqaviləyə əsasən məktəb və valideyn orta təhsil xidmətinin göstərilməsi barədə razılığa gəlmişlər. Cavabdeh1 övladı X1 təhsil alması məqsədilə 2019-2020-ci tədris ili üçün müəyyən edilmiş 5000 manat məbləğində təhsil haqqını İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 2. 2019-2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt edilməsi barədə İddiaçı MMC-nin direktoru Liana Bağırovanın 04.06.2020-ci il tarixli, 20 saylı əmrinə əsasən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq müəyyən məbləğlərdə güzəştlər edilmişdir. 3. 30.07.2020-ci tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 övladı X1 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə İddiaçı MMC-yə 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimə olmaqla, cəmi 7144 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh1 qarşı borcun qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cəriməni - cəmi 7144 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ə vəzi olan 30 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə aralarında bağlanmış 13.09.2019-cu il tarixli,61 saylı təhsil xidməti haqqında müqaviləyə əsasən cavabdeh, övladı X1 təhsil alması məqsədilə 2019-2020-ci tədris ili üçün müəyyən edilmiş 5000 manat məbləğində təhsil haqqını İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürülmüş öhdəliklərin icrasından yayınmışdır. Nəticədə cavabdehin övladı X1 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimə olmaqla, cəmi 7144 manat məbləğində borcu yaranmışdır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrası barədə xəbərdar edilsə də, bir nəticəsi o lmamışdır.

6. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)-3759/2020 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə 4000 manat məbləğində təhsil haqqı borcu, 160 manat cərimə, 20 manat dövlət rüsumuna görə pul olmaqla, cəmi 4180 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqaviləsi üzrə 2019-2020-ci tədris ili üçün Cavabdeh1 övladı X1 təhsil alması məqsədilə İddiaçı MMC-yə ödəməli olan təhsil haqqını 5000 manat məbləğində müəyyən etmiş, Cavabdeh1 5000 manat təhsil haqqından yalnız 1000 manat məbləğində pulu İddiaçı MMC-yə ödəmiş, qala n 4000 manat ödənilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqaviləsi üzrə hesablanmış təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimənin məbləği azaldılmalı və həmin məbləğ 160 manat müəyyən edilməlidir.

9. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə öhdəlikləri icra etmədiyindən, Cavabdeh1 həmin müqavilə üzrə yaranmış 4000 manat məbləğində təhsil haqqı borcu, 160 manat cərimə, 20 manat dövlət rüsumuna görə pul cəmi 4180 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyinə ödənməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 385, 442, 443, 448-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 11.Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsinin 2180 manat pulun tutulması hissəsində qismən ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(105)-1547/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)-3759/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisədən görünür ki, cavabdeh əslində müqavilə üzrə öz öhdəlikərini qəbul edir, lakin ölkədəki pandemiya səbəbindən təhsil müəssisəsinin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyini göstərərək təhsil haqqı borcunun cəmi 2000 manat olduğunu iddia edir. Bununla belə, cavabdeh tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi barədə İddiaçı MMC-yə müraciət etməmişdir, yəni bu barədə işdə heç bir sübut yoxdur. Halbuki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

14. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə respublikada baş verən pandemiya forsmajor hal hesab edilir və bu halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı olmamışdır. Bu baxımdan, iddiaçı tədrisin ənənəvi formadan distant formaya keçirilməsinə və bununla əlaqədar onun tərəfindən müqavilə üzrə bəzi öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsinin mümkün olmamasına görə məsuliyyət daşımır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bu hallarla bağlı təhsil haqlarına müəyyən güzəştlər edilməsi ilə bağlı əmr (04.06.2020-ci il tarixli, 20 saylı) verilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin həmi n halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtinası hüquqi baxımdan yol verilməzdir. Belə ki, təhsil formasının dəyişməsindən sonra da cavabdehin övladı həmin məktəbdə təhsil almaqda davam etməklə iddiaçının xidmətlərindən istifadə etdiyi halda, bunun müqabilində təhsil haqqını ödəməkdən imtina etməsi öhdəliyə ziddir, çünki bu barədə xəbərdar olduqdan sonra cavabdehin müqavilədən birtərəfli qaydada imtina edərək, uşağını başqa məktəbə göndərmək imkanı olmuş, lakin cavabdeh bu hüququndan istifadə etməyərək, övladının iddiaçının təşkil etdiyi onlayn dərslərdə iştirakını təmin etməklə faktiki olaraq, distant təhsil rejimini qəbul etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Cavab deh1 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə 4000 manat məbləğində təhsil haqqı borcu, 160 manat cərimə, 20 manat dövlət rüsumuna görə pul olmaqla, cəmi 4180 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyinə ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən elektron qaydada tədrisin düzgün təşkil edilməməsi, zamanında lazımı proqramın valideynlərə məxsus texniki v asitələrə yüklənməməsi və bu məsələnin təşkilinə qeyri-ciddi yanaşılması nəticəsində tədrisin virtual canlı bağlantı şəklində aparılmaması müqavilə şərtlərinin ilk öncə tədris müəssisəsi tərəfindən pozulmağa başlanıldığını göstərməkdədir. Məhkəmələr işə baxarkən işi tam və hərtərəfli araşdırmamış, apellyasiya şikayətinə səthi yanaşmış və nəticədə ədalətsiz və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı «X2 Orta Məktəb» MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin qanunsuz və əsassız olduğundan rədd edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(105)1547/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki v ə ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəl iyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsul iyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslandırılmış, mübahisəyə hahsı maddi hüququ normasının tətbiq edilməsi göstərilmiş, cavabdeh tərəfin dəlilləri təhlil edilərək cavabblandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına və maddi hüququ normalarının tələbinə uyğundur. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaş ır.

28. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(105)-1547/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar