Məhkəmə qərarları › İş №2(102)-525/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-525/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-525/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-525/2023 (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi qaydaları) Bakı şəhəri, 01 mart 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(104)-836/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC (hazırda "xxxx" BOKT ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh1 24 ay müddətinə, illik faiz 24 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60.000 manat məbləğində kredit verilmişdir.

2. Digər Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi 78,8 kv.m sahədən i barət qeyri-yaşayış sahəsini (567 saylı aptek, bundan sonra – ipoteka predmeti olan əmlak) ipoteka ilə yüklü edərək "xxxx" BOKT ASC-nin həmin kredit müqaviləsindən irəli gələn tələb hüququna təminat vermişdir. İpoteka predmeti 96.000 manat məbləğində qiymətləndirilmişdir.

3. Eyni tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 239/15/PB/YF digər kredit razılaşmasına əsasən, Bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik faiz 28 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2858 ABŞ dolları məbləğində kredit verilmişdir. 4. xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli kredit razılaşmasına xx.xx.2016-cı il tarixdə, xx.xx.2015-ci il tarixli, 239/15/PB/YF kredit razılaşmasına xx.xx.2016-cı il tarixdə dəyişikliklər edilmişdir.

5. İddiaçı borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli və xx.xx.2015-ci il tarixli, 239/15/PB/YF nömrəli kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 onun xeyrinə xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli kredit müqaviləsinə edilən 01 nömrəli əlavə üzrə 32013,79 manat əsas, 13503,27 manat faiz, 21928,79 manat dəbbə olmaqla, cəmi 67445,85 manat, xx.xx.2015-ci il tarixli, 239/15/PB/YF nömrəli kredit müqaviləsinə edilən 01 nömrəli əlavə üzrə 2513,38 ABŞ do lları əsas, 1399,74 ABŞ dolları faiz, 1492,95 ABŞ dolları dəbbə olmaqla, cəmi 5406,07 ABŞ dolları borcun, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, digər Cavabdeh2 məxsus ipoteka predmeti olan əmlakın 96.000 manat qiymətləndirilməsi, borcun əvəzinin bu qiymətlə ipoteka predmetinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də, tələbdə göstərilən borc ondan tut ulmalı və ipoteka predmetinə yönəldilməlidir.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2019-cu il tarixli, 20519 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli kredit müqaviləsi üzrə əsas borcu 32.013,79 manat, faiz borcu 11.646,51 manat, xx.xx.2015-ci il tarixli, 239/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə əsas borcu 2513,38 ABŞ dolları, faiz borcu 1267,57 ABŞ dolları təşkil edir.

9. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-1813/2019 nömrəli, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli kredit müqaviləsinin və xx.xx.2015-ci il tarixli, 239/15/PB/YF nömrəli kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli kredit müqaviləsinə edilən 01 nömrəli əlavə üzrə 32013,79 manat əsas, 11646,51 manat faiz, 100 manat dəbbə olmaqla, cəmi 43760,30 manat borcun, xx.xx.2015-ci il tarixli, 239/15/PB/YF nömrəli kredit müqaviləsinə edilən 01 nömrəli əlavə üzrə qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 2513,38 ABŞ dolları əsas, 1267,57 ABŞ dolları faiz, 100 ABŞ dolları dəbbə olmaqla, cəmi 3880,95 ABŞ dolları borcun, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki ipoteka predmeti olan əmlaka yönəldilmə si, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, tutma ipoteka predmeti olan əmlaka yönəldildikdən sonra qeyri-yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin 96.000 manat müəyyən edilməsi, aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh1 200 manat pulun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, Bank qarşısında icra edilməmiş borc öhdəliyi qalmışdır. Ona görə də, iddiaçı həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

11. Məhkəmə öz möv qeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 295, 297, 319.1, 427.3, 442, 443.1, 462.3, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1009/20 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Bayramov (sədrlik edən və məruzəçi), L.Süleymanov və F.Mehtiyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkə məsinin qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3603/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyas ı məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Digər Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 1

9. Şikayət belə əsaslandırılmışdır ki, borcalan Cavabdeh1 xx.xx.22015-ci il tarixdə 2014-cü ilin kredit müqaviləsinə əlavə yeni müqavilə bağlamasından xəbərsiz olmuş, Bank, ipoteka qoyan kimi onu yeni bağlanan müqavilə barəsində məlumatlandırmamışdır. Həmçinin onun obyektinin 2014-cü ildə olan vəziyyəti ilə 2015-ci ildə olan vəziyyətinin (otaq sayı, təmir vəziyyəti kimi hallar) dəyişilməzliyinə, o cümlədən, hazırkı bazar qiymətinə dair yeni qiymətləndirmə aparılmamışdır. Əgər yeni müqavilə bağlanırsa, girov predmetinin hazırkı vəziyyəti, bazar qiyməti mütləq yenidən təhlil edilib əsaslandırılmalıdır. Bank bu halları, o cümlədən, ipoteka predmetinin yerləşdiyi ərazidə daşınmaz əmlak bazarında real qiymətlərin mövcud vəziyyətini öyrənmədən, qiymətləndirmə aparmadan iddia edir ki, qiymətləndi rmə kredit müqaviləsinə edilən əlavələrlə 2014-cü il vəziyyəti ilə davam etmişdir. Məhkəmə iş üzrə həqiqətə nail olunması üçün ekspertiza təyin etməmiş, yalnız Bankın verdiyi sübutlarla kifayətlənmişdir. Həmçinin, birinci instansiya məhkəməsi işə baxarkən MPM-in 134.1.4-cü və 135.1-ci maddələrinin tələblərini pozaraq bildirişi ona rəsmi olaraq çatdırmamış, bununla da prosesdə iştirak imkanını məhdudlaşdırmaqla ədalətli məhkəmə araşdırılması hüququna çatımlılıq prinsipini pozmuşdur.

20. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 30 iyun 2022-ci il tarixli, 295-01 saylı ekspert rəyinə əsasən, ipoteka pr edmeti olan əmlakın bazar dəyəri 275.000 manat, likvid dəyəri 250.000 manat məbləğində müəyyən edilmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-836/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərova (sədrlik edən və məruzəçi), R.Mamedov və Ə.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyər olaraq 250.000 manat məbləğində müəyyən edilmiş, qətnamə Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “ xx.xx.2014-cü il tarixli, 654/14/PB/YF nömrəli ipoteka müqaviləsinə 04 nömrəli əlavə”müqaviləsindən görünür ki, bu müqavilənin predmeti borclu Cavabdeh1lə əvvəl bağlanmış kredit müqaviləsinin təminatı olaraq bu müqavilənin 2-ci bəndində göstərilən ipotekanın predmeti onunla bağlanmış xx.xx.2014-cü il tarixli 654/14/PB/YF kredit müqaviləsinə edilmiş xx.xx.2016-cı il tarixli 01 nömrəli dəyişiklik üzrə: illik 23 faizlə, 60 ay müddətinə 32667 manat kredit borc öhdəliklərinin icrasının təmin edilməsidir. Müqavilə tərəflərin müstəqil iradəsinin əksi olaraq imzalanmış (Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi İ.Quliyeva tərəfindən imzalanmış) və notarial qaydada bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətində olan əmlakın yenidən ipoteka ilə yüklü edilməsindən ipoteka qoyan q ismində Cavabdeh2 məlumatının olmaması halı tam istisna edilir.

23. Bundan başqa, qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilməni müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamış, iş materiallarına əlavə edilmiş poçt göndərişinə dair reyestrlərdən və məhkəmə bildirişinin çatdırılmasına dair qəbzdən məlum olur ki, məhkəmə iclasları barədə məhkəmə bildirişi tərəfə göndərilmiş, digər cavabdehə qaynanası olan Cavabdeh2 çatdırılması üçün təqdim edilmişdir.

24. Kollegiya tərəfindən ipoteka predmetinin ikin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka pre dmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilmişdir. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanan ipoteka müqaviləsində əmlaka 96.000 manat qiymət qoyulmasını və buna tərəflərin qarşılıqlı razılığının olmasını nəzərə almamış, bununla da müqavilə azadlığı prinsipini pozmuşdur. Əmlakın dəyəri ilə bağlı tərəflər və ya təqdim edilən sənədlər ara sında ziddiyyət olduğu halda, məhkəmə bu ziddiyyəti mütləq aradan qaldırmalı idi. Əmlakın qiymətinin 8 il müddətində 3 qat bahalaşması aydın deyil. b)

27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

29. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka sa xlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı

30. Bənd

11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

31. Bənd 21....kredit müqaviləsi üzrə b orcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdı r. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. M addə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kollegiya, kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka redmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin bu sahədə müəyyən etiyi tələblərə (§ 28-31) əməl edilmişdir.

43. Belə ki, tərəflər arasında ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində göstərilmiş dəyəri ilə bağlı mübahisə olduğundan müstəqil qiymətləndirici dəvət olunmuş və alınmış rəylə ipoteka predmetinin həm bazar, həm də likvid dəyəri müəyyənləşdirilməklə, likvid dəyəri əsas götürülmüşdür.

44. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır

45. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-836/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar