Məhkəmə qərarları › İş №2(102)-5257/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5257/2022

08.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5257/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, cavabdehlər Cavabdeh1 və Zərbaliyev Rüstəm Bəndasil oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Zərbaliyev Rüstəm Bəndasil oğluna qarşı yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-112/202 2 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Zərbaliyev Rüstəm Bəndasil oğlu kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edildi ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) nəzərdə tutulmuş tələblərə cavab vermir. Belə ki, MPM-in 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından göründüyü kimi cavabdehlərin kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin rüsum Ali Məhkəməyə kassasiya şikayəti verilməsi (büdcə səviyyə kodu 142214) üçün deyil, birinci instansiya məhkəməsinə ərizələrin verilməsi üçün (142213 büdcə səviyyə kodu, məhkəmə əmri haqqında ərizələrə görə) ödənilmiş dir. Bu səbəbdən kassasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yaranmış vəziyyət isə işə kassasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq, MPM-in 404-1.2 407 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-112/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Zərbaliyev Rüstəm Bəndasil oğlunun verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar