Məhkəmə qərarları › İş №2(102)-5258/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5258/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5258/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)810/2020 saylı qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli, iş № 2(001)-156/2019) ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 51.873,82 manatın bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, qalan hissənin cavabdehə qaytarılması, mənzilin ilkin satış qiymətinin 82.000 manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra cavabdehlərin bir ay ərzində mənzili tərk etmədikləri halda oradan məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə(hakimlər: F.Ş.Talışınski, A.N.İmanov və Z.A.Şirinov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək cavabdehdən tutulmalı olan əsas borc 46.333,74 manat, faiz borcu 39,97 manat məbləğində müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 24 faiz olmaqla 3 ay müddətinə 60.000 manat məbləğində kredit verilmiş, xx xxxxxx 2014-cü il tarixli əlavə müqaviləyə əsasən kredit müqaviləsinin müddəti xx xxxxxxxx 2014-cü il tarixə kimi uzadılmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh1 məxsus mənzil ipoteka ilə yüklü edilmiş, bankın ipoteka h üququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin avqust ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 104.436 manat məbləğində borcunun yaranmasını (58.407 manat məbləğində əsas borc, 46.029 manat məbləğində faiz borcu) əsas göstərməklə həmin məbləğin cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi kassasiya şikayəti verərək qətnamənin əsas və faiz borclarının azaldılmasına dair hissədə qanunsuz olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq nor malarının pozulması ilə çıxarılmasını əsas göstərməklə dəyişdirilərək əsas borcun məbləğinin 58.407 manat, faiz borcunun məbləğinin 46.029 manat məbləğində müəyyən olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin ediməsini, Cavabdeh1 vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən borcun məbləğinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan (xx.xx.2014cü ilə) əsas borcu 59.959,97 manat, faiz borcu 39,97 manat, xx xxxx 2018-ci il tarixə əsas borcu 46.333,74 manat, faiz borcu 7760,90 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyə əsaslanaraq əsas borcun məbləğini 46.333,74 manat, faiz borcunun məbləğini 39,97 manat məbləğində müəyyən etmişdir. İddiaçı apelyasiya instansiyası məhkəməsi tərəfindən qət olunmuş borcun məbləği ilə razılaşma sa da, ekspertin rəyi əsasında müəyyən olunmuş həmin məbləğin düzgün olmaması və yaxud borcun daha artıq məbləğ təşkil etməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin bank qarşısında məhz ekspertin müəyyən etdiyi məbləğdə icra edilməmiş öhdəliyi qalmışdır. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmaqla qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbə r tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar