Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5259/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, cavabdehlər Cavabdeh8, Cavabdeh4, Cavabdeh1, onların vəkili Vəkil, Cavabdeh5, onun vəkili Səlimova Sevil Mürüd qızının və Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 2(103)-2493/2021 nömrəli iş üzrə 26.05.2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı-nin xeyrinə 23.783,55 ABŞ dolları məbləğində kredit borcu, 3.128,40 ABŞ dolları məbləğində faiz borcu və 4.198,16 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 31.110,11 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8709/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim Cavabdeh7) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 23.783,55 ABŞ dolları məbləğində əsas kredit borcu, 3.128,40 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27.911,95 ABŞ dolları məbləğdə pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayət verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1060/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən, məruzəçi), V.Baxışova və N.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsinin “cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 pulun tutulması, digər cavabdehlərdən əsas və cərimə borcunun tutulması” hissəsində ləğv edilməsi, əsas borc məbləğinin 23.675,74 ABŞ dolları, cərimə borcunun 789,73 ABŞ dolları müəyyən olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 münasibətdə iddianın təmin olunmaması, cavabdeh X1 münasibətdə qalan mü bahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın cavabdeh zaminlərə Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 aid hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1246/2019 saylı, 07.03.2019-cu il tarixli qərarı ilə (hakimlər T.Qoldman (sədrlik edən, məruzəçi), Ə.Mirzəliyev və G.Quliyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən, iddianın Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 qarşı rədd edilmiş hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7207/2019 saylı, 12 iyun 2019-cu il qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli) Cavabdeh3 qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, 23675,74 ABŞ dolları əsas, 789,73 ABŞ dolları cərimə borcunun (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) İddiaçı-nin xeyrinə, cavabdehlər Cavabdeh3 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən, məruzəçi), İ.Xələfov və Ə.Rüstəmov, 2(102)-7214/2019) cavabdeh Həsənova Şərəbanı Bayram qızının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Bundan sonra iş üzrə cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)8709/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmin apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2493/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) qeyri-mümkün hesab edilərək, iş materiallarındakı səhifələmədə uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması və ardıcıllığın düzəldilməsi üçün mülki işin Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı mülki işin cildlənməsi və tikilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəsissələrində kargüzarlığın aparılmasına dair» Təlimat, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli, 3N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair” təlimatın tələbləri kobud şəkildə pozulmuş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin “Məhkəmələrdə kargüzarlığın aparılmasının bəzi məsələlərinə dair” 5d-112/17 saylı icmal məktubun da tövsiyələrinə əməl olunmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərinə əsasən, iş materiallarına istinad edilməklə hazırkı mülki işə mahiyyəti üzrə baxılması mümkünsüzdür. 12.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarındakı səhifələmədə və cildləmədə olan uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması və ardıcıllığın düzəldilməsi ilə bağlı mülki iş materialları rayon məhkəməsinə göndərilməldir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şik ayətinin dəlilləri
13. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. 14.Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki,apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən birtərəfli mövqe tutaraq, işə qeyri-obyektiv yanaşmış və nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Belə ki, iş materiallarını tədqiq edərkən işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün hesab edən hər hansı hal müəyyən olunmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qərardadında göstərmişdir ki, iş materiallarında xronoloji ardıcıllıq pozulmuş, həmçinin materiallarda çatışmazlıq da vardır. Məhkəmə bu əsasla kassatorun apellyasiya şikayətini mümkünsüz hesab etməkdə haqlı olmamışdır. Çünki prosessual əsas olmadan apellyasiyanın qeyrimümkün hesab edilməsi apellyasiya şikayətinə baxılmasının məhdudlaşdırılmasıdır ki, bu da prosessual hüquq normalarının pozulması hesab edilməlidir. Eyni işə iki dəfə apellyasiya məhkəməsində, iki dəfə Ali Məhkəmədə baxılmışdır və hər hansı çatışmazlıq müəyyən edilməmişdir. Əgər həqiqətən belə bir çatışmazlıq varsa, onun aradan qaldırılması məhkəmənin vəzifəsidir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh8, Cavabdeh4, Cavabdeh1, onların vəkili Vəkil, Cavabdeh5 və onun vəkili Səlimova Sevil Mürüd qızı kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilmə sini xahiş etdilər.
16. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
17. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. İş üzrə cavabdehlər olan kassatorlar apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquq i şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə
5. Məhkəmədə mülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qo runan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermə k, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyas iya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materiallarındakı səhifələmədə və cildləmədə olan uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması, ardıcıllığın düzəldilməsi ilə bağlı mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməli olması, buna görə də apellyasiyanın mümkün sayılmaması barədə gəld iyi nəticə əsaslıdır.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi prosessual hallara görə, hazırkı mülki işin cildlənməsi və tikilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəsissələrində kargüzarlığın aparılmasına dair» Təlimat, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair” təlimatın tələbləri kobud şəkildə pozulmuş, həmçinin Bakı Apellyaiya Məhkəməsinin “Məhkəmələrdə kargüzarlığın aparılmasının bəzi məsələlərinə dair” 5d-112/17 saylı icmal məktubun da tövsiyələrinə əməl olunmamışdır.
25. Məhkəmə kollegiyası kassatorların “iş materiallarında olan çatışmazlığın aradan qaldırılması məhkəmənin vəzifəsidir” dəlilləri ilə razılaşır. Sözügedən çatışmazlıqlar apellyasiya şikayəti vermiş şəxslərin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmamalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 366-cı maddəsində nəzərdə tutulan apellyasiyanın mümkünlüyü üçün əsaslar dedikdə, apellyasiya şikayətinin MPM-nin 357-ci maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, apellyasiya şikayətinin MPM-nin 360-cı maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun olması, eyni zamanda MPM-nin 363.1-ci maddəsində müəyyən olunan halların mövcud olmaması başa düşülür.
27. Məhkəmə kollegiyası işin prosessual vəziyyətini MPM-nin 2, 4, 5 və 14.1-ci maddələrində müəyyən olunmuş tələblərin, tərəflərin MPM-nin 47.2-ci maddəsində müəyyən olunmuş hüquqların, habelə apellyasiyanın mümkünlüyü əsaslarlnın işığında təhlil edərək qeyd edir ki, mübahisələndirilən qərardadla, verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyü qəti həll edilməmişdir. Çünki apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında çatışmazlıqlar (sənədlərin tarix üzrə ardıcıllığın pozulması, yazışmalar zamanı məhkəmənin müşayiət məktiblarında işdə olan sənədlərin sayına aid məlumatların iş materiallarına uyğun olmaması və s.) vardır və bu çatışmazlıqlar, apellyasiya şikayətlərinə baxılmasına mane olur. Həqiqətən də iş materiallar ında bu cür nöqsanlar vardır. Lakin apellyasiya instansiyası məhkəməsi hazırki vəziyyətdə apellyasiyanı mümkün saymamaqla yanaşı hesab etmişdir ki, bu çatışmazlıqlar birinci instansiya məhkəməsi tərəfindən düzəldilməlidir. Yəni məhkəmə, kassatorların “işdə olan çatışmazlıqları düzəltmək məhkəmənin vəzifəsidir” dəlilinə uyğun hərəkət etmişdir və birinci instansiyası məhkəməsinin həmin qərardadı icra etməsindən sonra apellyasiyanın mümkünlüyü qəti həllini tapacaqdır.
28. Mövcud vəziyyətdə birinci instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan çatışmazlıqları aradan qaldırmalı və işi apelyasiya şikayətlərinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.
29. Kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh8 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2493/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.