Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-526/2019 10.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-526/2019 Bakı şəhəri 10 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-54/2018, hakim F.F.Babayev) İddiaç ı-nin Cavabdeh qarşıiddiası təmin edilmiş, cavabdehdən 23 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.340 manat əsas, 363 manat faiz borcu olmaqla, cəmi 2.704 manat, həmin tarixli kredit xətti müqaviləsi üzrə 199 manat əsas, 493 manat faiz borcu olmaqla, cəmi 692 manat, ümumilikdə 3.397 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7576/2018, hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov, E.E.Nağıyeva) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yasamal Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya mə hkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 23.07.2015-ci il tarixdə illik 23 % olmaqla 36 ay müddətinə 3.000 məbləğində kredit verilmiş, həmin tarixli kredit xətti müqaviləsi əsasında 300 manat məbləğində bərpa edilən kredit xətti açılmışdır. 28.04.2016-cı il tarixdə İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 23 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.340 manat əsas, 363 manat faiz borcu olmaqla, cəmi 2.704 manat, həmin tarixli kredit xətti müqaviləsi üzrə 199 manat əsas, 493 manat faiz borcu olmaqla, cəmi 692 manat, ümumilikdə 3.397 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul ed ilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual normaları pozulmuş, onun xəstəliyi nəzərə alınmamış, borcun məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqavilələri üzrə əsas borc və faiz borcunun borcludan tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borc un faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə borc vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmi ş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Beləliklə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas kredit borcunu müqavilədə razılaşdırdığı kimi faizlərlə birlikdə iddiaçıya ödəməlidir. Cavabdehin borc məbləğinin düzgün müəyyən edilməməsi barədə dəlilinə gəldikdə isə, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə kredit müqavilələri üzrə əsas və faiz borclarının məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-526/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-526/2019
10.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver