Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5260/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil qızının, Cavabdehin vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1219/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı l əğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 21 dekabr 2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh illik 24 faizlə 12 ay müddətinə 3000 ABŞ dolları kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 7008,81 ABŞ doll arı əsas dz 2624,75 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 16.12.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1042,75 ABŞ dolları borcun, ümumilikdə 10676,31 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavabdehin 16.12.2019-cu il tarixə ödənilməmiş 7008,81 ABŞ dolları əsas, m üqavilə müddəti üçün hesablanmış 0 ABŞ dolları faiz, 2624,75 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 16.12.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1042,75 ABŞ dolları borc, ümumilikdə 10676,31 ABŞ dolları məbləğində kredit borcu vardır. Zəngilan Rayon Məhkəməsinin (hakim Gülsarə İmanova) 17 noyabr 2020-ci il tarixli, 2(034)-99/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 21.12.2016-cı il tarixdə başa çatmışdır. Bunun nəticəsi olaraq bank qeyd olunan kredit müqaviləsi üzrə iddia tələbində göstərilən borcun yarandığını iddia edərək məhkəməyə müraciət etmişdir. Lakin cavabdehin 7008,81 ABŞ dolları məbləğində əsas borcun olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə müqavilə onun adına rəsmiləşdirilmiş olmasına baxmayaraq, faktiki olaraq kredit kartını ona verilmədiyini göstərmişdir. Məhkəmə kredit müqaviləsi üzrə balansdan kənar kassa məxaric orderi və ya kartın məxfi pin zərfinin cavabdehə təqdim edilməsi ilə bağlı iddiaçının nümayəndəsindən həmin sənədləri tələb etsə də, iddiaçının nümayəndəsi kredit müqaviləsi üzrə balansdan kənar kassa məxaric orderi və kartın məxfi pin zərfinin cavabdehə verilməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən plastik kartın iddiaçı tərəfindən məhz cavabdehə verilməsi sübuta yetirilməmiş hesab olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsa slandırılmışdır ki, cavabdehlə bağlanmış 21.12.2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsinə əsasən 3000 ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, sonradan bu məbləğ 7000 ABŞ dolları məbləğinə qədər artırılmışdır. Cavabdeh 15.09.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında plastik kredit kartının onun tərəfindən həqiqətən alındığını, lakin ümumi məbləğin yarısını şəxsi istehlak xərcləri üçün, yarısını da banka lazım olan əşyaların alınmasında istifadə etdiyini bildirmişdir. Lakin, məhkəmənin laqeyd yanaşması nəticəsində cavabdehin izahatında banka olan borcunu etiraf etməsi ilə bağlı cümlələr məhkəmə iclas protokolunda öz əksini tapmamışdır. Cavabdehin borcunu etirafı ilə bağlı izahatı məhkəmə tərəfindən təhrif edilmiş və iddiaçının iddiasının həq iqətən əsaslı olması qənaətinə gəlməyə əsas verən bu halı məhkəmə iclas protokoluna qeyd etməmişdir. Cavabdehin mənafeyi baxımından sonradan işə qoşulan bankın keçmiş əməkdaşı olmuş, hazırda vəkillik fəaliyyəti ilə məşğul olanın həmin plastik kredit kartının cavabdeh tərəfindən, ümumiyyətlə, qəbul edilməməsi fonunu iclasda göstərərək hansı vasitə ilə olursa olsun, məhkəmənin mülki işə tam, ətraflı və obyektiv baxaraq qərar qəbul etməsinə dolayı yolla maneçilik törətmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Məəmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Səyyad Qafari) 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərfələr arasında kredit xəttinin açılması özlüyündə həmin kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin yaranması anlamına gəlmir. Belə ki, plastik kart kredit müqaviləsi üzrə öhdəliyin yaranması üçün pulun cavabdehə verilməsini təsdiq edən balansdan kənar kassa məxaric orderi tərtib edilməli və kartın məxfi pin zərfinin cavabdehə təqdim edilməsinə dair sənəd olmalıdır. İddiaçı apellyasiya şikayətini cavabdehlə bağlanmış 21 dekabr 2015-ci il tarixli, 484/15 saylı plastik kart kredit müqaviləsinə əsasən 3000 ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, sonradan bu məbləğin 7000 ABŞ dolları məbləğinə qədər artırılmasını da əsaslandıra bilmə miş, kreditin məbləğinin 7000 ABŞ dollarına artırılmasını təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bank tərəfindən plastik kart kredit müqaviləsi üzrə kreditin verilməsi şahid ifadəsi ilə sübuta yetirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı apellyasiya şikayətində cavabdehin məhkəmə iclasında iddianı etiraf etdiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu dəlillə bağlı qeyd etmişdir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə iclas protokolunda göstərilməm işdir. Həmçinin cavabdeh iddianı etiraf etməsi barədə məhkəməyə yazılı ərizə də təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçı (Vəkil qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelly asiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən v ə dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessu al hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-nin 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Hazırki işdə iddiaçının birinci instansiya məhkəməsinin iclas protokollarına dair qeyd verməsi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1219/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.