Məhkəmə qərarları › İş №2(102)-5261/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5261/2019

20.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5261/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli, 2(105)-1738/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı rayon məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(028)-51/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.Y.Ruvinov) İddiaçı Cavabdeh qarşı “alimentin miqdarını n artırılaraq hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində müəyyən edilməsi” barədə iddiası qismən təmin edilərək, 16 may 2011-ci il tarixdə doğulmuş Nəsibə və 19 fevral 2013-cü il tarixdə doğulmuş Nazbəyimin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay, hər uşağa görə 140 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli, 2(105)-1738/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qubadlı rayon məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2015ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 16 may 2011-ci il tarixdə doğulmuş Nəsibə və 19 fevral 2013-cü il tarixdə doğulmuş Nazbəyimin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi və iddia ərizəsinin rədd edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı qətnamədən kassasiya şik ayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində müəyyən edilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki,02 iyul 2010-cu il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub və birgə nikahlarından 16 may 2011-ci il tarixdə Nəsibə, 19 fevral 2013-cü il taixdə Nazbəyim adlı iki uşaqları doğulub. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulub və məhkəmə qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi ləğv edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2015-ci il tarixli qətnaməsi ilə azyaşlı Nəsibə və Nazbəyimin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilib. Hazırda o, müəyyən edilmiş aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Buna görə də, alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Fazil Nəhmətov və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətb iq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini alimentin məbləğinə aid hissədə dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, məhkəmənin qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişikliyin olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməməsinə, hazırda iddiaçının müddətli əmək müqaviləsi ilə işləməsinə, alimentin miqdarını artırmaqla birinci in stansiya məhkəməsinin balanslaşdırılmış nəticəyə gəlməməsinə, eləcə də tərəflərin maddi imkanlarına uyğun ədalətli qətnamə qəbul etməməsinə, alimentin miqdarının yuxarıda göstərilən məbləğdə artırılması üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi alimentin məbləğinə aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iddiaçının ailə, maddi vəziyyətini, o cümlədən onun yanında yaşayan iki azyaşlı uşağın diqqətəlayiq mənafelərini nəzərə almayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 02 iyul 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurub və onların birgə nikahından 16 may 2011-ci il tarixdə Nəsibə, 19 fevral 2013-cü il tarixdə Nazbəyim adlı iki uşaqları doğulub. Sumqayıt qeydiyyat şöbəsi tərəfindən verilən 08 aprel 2015-ci il tarixli “nikahın pozulması haqqında” şəhadətnaməyə əsasən ki, tərəflər arasında bağlanan nikah qeydi ləğv edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən qeyd olunan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26 sentyabr 2014-cü il tarixdən başlayaraq hər ay, hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimen tin tutulub iddiaçıya ödənilməsi qət edilib. Hazırda iddiaçı sözügedən məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin iki uşağın təlabatını ödəməməsini, ötən müddət ərzində uşaqların təlabatının artmasını, böyük qızın orta məktəbə getməsini, kiçik qızın isə məktəb yaşına çatmasını, eləcə də 2018-ci ildə ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 154 manat müəyyən edilməsini göstərib, alimentin miqdarının artırılaraq iki uşağın yetikinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə heç bir yerdə işləməməsini, məhkəmənin qətnaməsi ilə müəyyən edilən cəmi 206 manat alimenti hər ay ailə üzvlərinin (qardaş-bacılarının) köməy i ilə ödəyə bilməsini, hər iki valideynin vəfat etməsini, hazırda iddiaçının ondan iddia etdiyi cəmi 308 manat alimenti ödəmək iqtidarında olmamasını, eləcə də hər iki valideynin uşaqları saxlamağa borclu olmalarını, iddiaçının özünün ibtidai sinif müəlliməsi işləməklə hər ay 265 manat əmək haqqı almasını göstərib iddia tələbinə etiraz edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən hər ay, hər uşağa görə tutulan alimentin məbləği 140 manat olmaqla, cəmi 280 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçı bununla razılaşaraq qətnamədən apellyasiya şikayəti verməyib və iddiaçı, kassasiya şikayətində alimentin məbləğinin azaldılmasından şikayətlənir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə et mək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsa it tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 7 saylı protokolunun 5-ci maddəsinə əsasən, ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 2018-ci ildə yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən a limentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarına sonradan o, vaxt dəyişiklik edilə, yəni alimentin miqdarı artırıla, azaldıla və ya aliment ödəməli olan şəxs aliment ödəməkdən tamamilə azad edilə bilər ki, alimentin ödənilməsi, o cümlədən miqdarı barədə tərəflər arasında hər hansı yazılı saziş bağlanmamış olsun, tərəflərdən birinin, yəni ərin və ya arvadın ailə vəziyyətində və ya maddi vəziyyətində sonradan hər hansı dəyişiklik baş vermiş olsun və yalnız bu halda, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən edilmiş miqdarını artıra və ya azalda bilər və ya aliment ödəməli olan şəxsi aliment ödəməkdən tamamilə azad edə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etsə də, eləcə də alimentin məbləğini müəyyən edərkən cavabdehin ailə, maddi vəziyyətini nəzərə alsa da, iddiaçının maddi, ailə vəziyyətini və onun yanında yaşayan iki uşağın diqqətəlayiq mənafelərini nəzərə almayıb. Belə ki, apellyasiya instansiyası məhkəməsi, Sumqayıt A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı cəmi 206 manat müəyyən edildikdən sonra, tərəflərin birgə nikahından doğulmuş Nəsibənin orta məktəbə getməklə maddi təlabatının kifayət qədər artmasına, Nazbəyimin isə məkbətli yaşına çatmasına, həmçinin 2018-ci ildə Azərbaycan Respublikasında yaşayış minimumunun uşaqlar üçün 154 manat müəyyən edilməsinə, ötən müddət ərzində uşaqların böyüməklə onların maddi, mənəvi təlabatlarının kifayət qədər artmasına və sair əhəmiyyət vermədən, yalnız cavabdehin gətirdiyi formal mülahizələrə əsaslanaraq hər ay ondan cəmi tutulacaq 280 manat alimentin məbləğini azaldaraq cəmi 240 manat məbləğində müəyyən edib. Apellyasiya instansiyası məhkəməsi bu nəti cəyə gələrkən yalnız cavabdehin maddi, ailə vəziyyətini nəzərə alıb, iddiaçının ailə, maddi vəziyyətini, eləcə də onun yanında yaşayan iki uşağın diqqətəlayiq mənafelərini nəzərə almayıb. Kassasiya instansiyası məhkəməsi alimentin məbləğinə aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, tərəflərin maddi, ailə vəziyyətini, eləcə də yetkinlik yaşına çatmayan iki azyaşlı uşağın diqqətəlayiq mənafelərini, onların normal qida rasionlarına uyğun şəkildə qidalana bilmələrini, kifayət qədər böyümələrini, əlavə xərclərinin artmasını nəzərə alıb hesab edir ki, iki uşağın saxlanılması üçün hər ay, hər uşağa görə 140 manat olmaqla, cavabdehdən tutulacaq alimentin məbləği cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin məcburi köçkün olmaqla heç bir yerdə işləməməsi, məhkəmənin qətnaməsi ilə müəyyən edilən cəmi 206 manat alimenti hər ay ailə üzvlərinin (qardaş-bacılarının) köməyi ilə ödəməsi və sair, onu yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsindən azad etmir və qanunvericiliyin tələbinə görə cavabdeh uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmək öhdəliyi daşıyır. Bundan başqa işdə, ümumiyyətlə cavabdehin işləməməsini, başqa qazancının olmamasını, eləcə də iddiaçının ibtidai sinif müəlliməsi işləməklə hər ay 265 manat əmək haqqı almasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, alimentin ö dənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində izah edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, ya xud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1ci maddəsi). Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına ə sas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdır lar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi cavabdehdən hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə tutulacaq alimenti cəmi 240 manat məbləğində müəyyən edərkən, tərəflərin maddi və ailə vəziyyətlərini yuxarıda sadalanan maddi hüquq normalarının, həmçinin “Azərbaycan Respublikasında 2018-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müqayisəli şəkildə təhlil edib, alimentin məbləğini onların minimum dolanacaq xərclərinə uyğun olaraq müəyyən etməyib. Halbuki, sözügedən Qanunun mənasına görə 2018-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 1 20 manat deyil, 154 manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmin Məcəllənin 417.1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan apellyasiya şikayəti vermədiyi üçün, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə alimentin məiqdarına aid hissədə dəyişiklik edəlməli, yetkinlik yaşına çatmayan iki uşağın saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli, 2(105)-1738/2019 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin, 16 may 2011-ci il tarixdə doğulmuş X3 və 19 fevral 2013-cü i l tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar