Məhkəmə qərarları › İş №2(102)-5261/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5261/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5261/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)1107/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(008)-3609/2014) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı avtomobilin hərracdan satılması və kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh əsas kredit b orcuna, faiz borcuna və dəbbə puluna görə cəmi 23.650 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub ASCyə ödənilməsi, tutmanın kreditin təminatı kimi yüklü edilmiş cavabdehə məxsus “Hyundai Sonata” markalı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunan vəsaitin hesabına Cavabdeh ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: xx xxx 2012-ci il tarixdə “xxxx” ASC-nin Şamax ı filialı ilə Cavabdeh arasında avtomobilin alınması məqsədi ilə kredit müqaviləsi bağlanmış və müqaviləyə görə bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 19 faiz olmaqla 36 ay müddətinə 21.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsində eyni zamanda kreditə dair ödəniş cədvəli yerləşdirilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi bankla Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus kredit puluna alınmış “Hyundai Sonata” minik avtomobili bank qarşısında yüklü edilmişdir. Kredit və ipoteka müqavilələri cavabdeh tərəfindən imzalanmışdır. 2014-cü ilin yanvar ayında bank tərəfindən Cavabdeh kreditin ödənilməsinin təmin olunmaması əsas göstərilməklə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş göndərilmiş və k reditin ödənilməsi üçün Cavabdeh 10 gün vaxt verilmişdir. 2014-cü ilin aprel ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixə banka cəmi 25.450 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448, 317, 319-cu maddələrinə əsasən həmin məbləğin cavabdehdən tutulması və tutmanın ipoteka predmeti olan ona məxsus minik avtomobilinə yönəldilməsi, avtomobilin satılıb əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək kredit və ipoteka müqavilələrinin bilavasitə cavabdehin iştirakı ilə bağlanmaqla onun tərəfindən imzalanmasını, kreditin avtomobilin alınması məqsədi ilə cavabdehə verilməsini və həmin müqavilənin dövlət qeydiyyatına alınmaqla cavabdehin adına qeydiyyat şəhadətnaməsinin verilməsini, cavabdeh tərəfindən bir-neçə dəfə (5 dəfə) ödənişin həyata keçirilməməsini, avtomobilə dair başqasına etibarnamə verməsini, birinci instansiya məhkəməsinə kassa məxaric orderinin bank tərəfindən təsdiq edilmiş surətinin təqdim olunmasını və məhkəmə tərəfindən həmin sənədin cavabdehə kredit verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməsini, işə birinci instansiya məhkəməsində baxılmasından 7 ilə yaxın müddət keçdikdən sonra cavabdehin bankdan kredit götürüb avtomobil almasını inkar etməsini işin yuxarıda göstərilən halları ilə təkzib olunmasını, göstərilən vəziyyətdə bank tərəfindən apelyasiya instansiyası məhkəməsinə kassa məxaric orderinin əslinin təqdim edilə bilməməsinin kreditin ümumiyyətlə verilməməsi qənaətinə gəlmək üçün əsas verməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi məhk əmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi bankın iddia tələbini rədd edərkən bank tərəfindən cavabdehə müqavilədə göstərilən kreditin verilməsinə dair kassa məxaric or derinin əslinin deyil, kserosurətinin təqdim edilməsini, həmin sənədin, eləcə də tərəflər arasında kredit müqaviləsinin bağlanmasının cavabdehə kreditin həqiqətən də verilməsi qənaətinə gəlmək üçün əsas verməməsini, kreditin verilməsinin sübut olunmaması ilə əlaqədar cavabdehin bank qarşısında pulun qaytarılması ilə əlaqədar öhdəliyini icra etməməsi nəticəsinə gəlmək üçün də əsasların olmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə mübahisənin düzgün və obyektiv həlli üçün əhəmiyyəti olan halları nəzərə almadan və sübutlara birtərəfli qiymət verməklə gəldiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin kredit müqaviləsində göstərilən ünvanına işi n baxılma vaxtı və yeri barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxaraq iddianı qismən təmin etmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən yalnız 2019-cu ilin sentyabr ayında-5 ildən artıq müddət keçdikdən sonra apelyasiya şikayəti verilmiş, həmin şikayətində cavabdeh yaşadığı ünvanı göstərməmiş, işə apelyasiya instansiyası məhkəməsində baxıldıqda isə məhkəmə kollegiyası tərəfindən bildiriş onun kredit müqaviləsində göstərilən ünvanına (ünvan 1 mənzil 11) göndərilmişdir. Bundan sonra cavabdeh işin apelyasiya baxışında iştirak etmişdir. Apelyasiya instansiyası məhkəməsi təxminən 6 ildən sonra işə apelyasiya qaydasında baxarkən Cavabdeh apelyasiya şikayətinin məzmununa və mübahisəyə münasibətinə diqqət ye tirməmiş və həmin şikayətdə göstərilənlərin iş materialları ilə inkar olunmasına qiymət verməmişdir. Cavabdehin apelyasiya şikayətindən görünür ki, o, heç zaman bankın Şamaxı filialına müraciət etməmiş və oradan kredit götürməmiş və ipoteka predmeti olan avtomobili almamış, məhkəmə qətnaməsindən 2018-ci ilin dekabr ayında xəbər tutmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehlə bank arasında kredit müqaviləsi bağlanmaqla həmin müqavilədəki imza onun tərəfindən icra olunmuşdur. İşdən görünür ki, cavabdehlə kredit müqaviləsindən başqa eyni zamanda ipoteka müqaviləsi bağlanmışdır. Belə olduqda, ipoteka müqaviləsindəki imzanın da kimin tərəfindən icra edilməsinin yoxlanılması iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəmə si ekspert qarşısında ipoteka müqaviləsindəki “ipoteka qoyan” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmaması barədə sual qoymamış və həmin məsələ üzrə nə ekspert rəyi verilməmiş nə də məhkəmə kollegiyası tərəfindən ona qiymət verilməmişdir. İşdən görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi 7 yerdə, ipoteka müqaviləsi isə 3 yerdə imzalanmışdır. Bundan əlavə, kreditin verilməsi barədə tərtib edilmiş sənədlərə cavabdehin şəxsiyyət vəsiqəsinin və avtomobilin texniki pasportunun surətləri əlavə edilmişdir. Göstərilən vəziyyətdə cavabdehin kredit götürməsi üçün heç zaman bankın Şamaxı filialına müraciət etməməsi barədə göstərdikləri tam əsassız olmuşdur. İşdən görünür ki, tərəflər arasında həm kredit, həm də ipoteka müqaviləsi bilavasitə onların iştirakı ilə bağlanmış və i mzalanmışdır. İşdən görünür ki, cavabdeh tərəfindən kredit minik avtomobilin alınması məqsədi ilə götürülmüş və həmin avtomobil də onun öhdəliklərinin təminatı kimi ipoteka qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmaqla onun adına qeydiyyat şəhadətnaməsi verilmiş və bankın işin 11-ci səhifəsində olan arayışına görə cavabdeh tərəfindən 5 dəfə xx xxxx 2012-ci il, xx xxxxxx 2012-ci il, xx xxxxxxx 2012-ci il, xx xxxxxx 2012-ci il və xx xxxxxx 2013-cü il tarixlərdə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2681,2 ABŞ dolları məbləğində banka ödənişlər edilmişdir. İşin sadalanan halları cavabdehə müqavilədə göstərilən kreditin verilməməsinin deyil, daha çox verilməsi gümanına gəlmək üçün əsas verməsinə baxmayaraq məhkəmə kollegiyası tərəfindən həqiqətə nail olmaq üçün işd ə olan bütün sübutlara qiymət verilməmişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə cavabdehlə bank arasında kredit müqaviləsinin bağlanması istisna olunmur. Apelyasiya instansiyası məhkəməsinin yalnız kassa məxaric orderinin əslinin məhkəməyə təqdim olunmaması səbəbindən cavabdehə kreditin verilməsi barədə sübutun olmaması əsası ilə iddianı rədd etməsi belə bir qənaətə gəlməyə əsas verir ki, cavabdeh onunla kredit müqaviləsinin bağlanmasını bilmişdir. Belə olduqda, cavabdeh ona kreditin verilməsini və bankın bununla bağlı öhdəliyini icra etməsini tələb etməli idi. Lakin işdən görünür ki, cavabdeh bütün bu müddət ərzində nə müqavilənin ləğvini nə də müqavilədə müəyyən olunmuş kreditin ona verilməsini tələb etməmişdir. Göstərilənləri nəzərə almadan, onlara müvafiq qiymət vermədən apelyasiya instansiyası məhkəməsinin yalnız təqdim olunmuş kassa məxaric orderinin sənədin kserosurəti olmasına istinad edib iddianı rədd etməsi əsaslı olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar