Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5261/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərər üzrə pul tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Həsənova İlhamə Zakir qızının iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4587/2021 nömrəli, 26.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Dilarə İsmayılova (hazırda Akyüz) “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. Avtomobil "xxxx" ASC-də sığortalanmışdır. “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Müvafiq yol nəqliyyat hadisəsi üzrə araşdırılma aparılmış və sığorta şirkəti tərəfindən qanuni sahibə sığorta ödənişinin verilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ YPX-nin baş inspektoru, polis baş leytenantı X1 tərəfindən tərtib olunmuş ******* saylı X2 protokolda Cavabdeh2 müvafiq nəqliyyat vasitəsini etibarnamə olmadan idarə e tdiyi qeyd olunmuşdur. Həmçinin, Cavabdeh2 öz izahatında yol nəqliyyat hadisəsi baş vermədən öncə spirtli içki qəbul etdiyini etiraf etmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq vurulmuş zərəri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən və Cavabdeh2 iddiaçının mülkiyyətində olan minik avtomobilinin yararsız vəziyyətə salınması ilə bağlı ona dəymiş maddi ziyanın əvəzi olaraq 19.480 manat, hüquqi xidmətə görə çəkdiyi xərcin əvəzi olaraq 211 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 19.721 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş et mişdir. 3. 07.09.2020-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh2 iddiaçının mülkiyyətində olan minik avtomobilinin yararsız vəziyyətə salınması ilə bağlı ona dəymiş maddi ziyanın əvəzi olaraq 19480 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 211 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 19721 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMM arasında bağlanmış 13 iyun 2018-ci il tarixli, 37 №-li Daxili Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə, illik 22 %-lə c əmi 25.700 manata onun sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq müqaviləsi üzrə ödənişləri o, tam olaraq ödəmişdir və minik avtomobili onun mülkiyyətinə keçmişdir. “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı 13 iyun 2018-ci il tarixdən, yol nəqliyyat hadisəsi baş verən günə kimi yəni, 20 mart 2020ci il tarixə kimi onun sahibliyində və istifadəsində olmuşdur. O cümlədən, “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitələrinin tam sığortası” üzrə 15.06.2019-cu il tarixindən 14.06.2020-ci tarixinədək Mİ0218/19 saylı şəhadətnamə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. 20 mart 2020-ci il tarixdə oğlu Səlimli Hüseynin dostu Məmmədov Rüfətin əmisi oğlu Cavabdeh2 onların xəbəri və məlumatları olmadan avto mobili içkili vəziyyətdə qaçırtmış, yol hərəkəti qaydalarını kobudcasına pozub idarəetməni itirərək ona məxsus avtomobili yararsız vəziyyətə salmışdır. Hadisə ilə əlaqədar Cavabdeh2 barəsində 20 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə X2 ******* №-li Protokol tərtib olunmuşdur. Cavabdeh2 20 mart 2020-ci il tarixli, TP ******* №-li qərarla təqsiri bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. “EURO STYLE LTD” tərəfindən 16 aprel 2020-ci il tarixdə tərtib olunmuş və iddia ərizəsinə əlavə olunmuş Qüsur Aktından göründüyü kimi, ona məxsus avtomobil yararsız vəziyyətə düşmüş və “VOLKSWAGEN POLO” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 19480 manat məbləği ndə pul tələb olunur. Yol nəqliyyat hadisəsindən sonra iş üzrə Cavabdeh2 dəymiş ziyanı tez bir zamanda aradan qaldıracağını bildirmiş, lakin verdiyi sözə əməl etməmiş və dəymiş maddi ziyanı ödəməmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-100/2021 saylı iş üzrə 25 fevral 2021-cu il tarixli qətnaməsi (hakim. M.Bağırova) ilə Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 17582 manat, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 211 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq, İddiaçı, ekspertiza tədqiqatının dəyəri 100 manatın isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmə iddia tələbini qismən təmin edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1115-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsi MK-nın 26.05.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Z.Şirinov (sərlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)100/2021 saylı iş üzrə 25 fevral 2021-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
10. Apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Onun qeydiyyatı və yaşayış yeri Yevlax rayonu olduğu halda məhkəmə işə Bakı şəhərində baxmaqla səhvə yol vermişdir. Avtomobilə dəymiş zərərin miq darı düzgün müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili Həsənova İlhamə Zakir qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasın a gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
18. Maddə. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağl ı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Maddə. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 418.1. Maddi və prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin oluna bilməz.
27. Aidiyyət qaydalarının pozulması ilə bağlı qeyd olunur ki, hazırkı tələb ilkin olaraq iki cavabdehə qarşı irəli sürülmüşdü və onlardan biri olan sığorta şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayon ərazisində yerləşirdi. Ona görə iddia ərizəsi düzgün olaraq icraata qəbul edilmişdir. Lakin sonradan sığorta şirkətinin cavabdehlərin sırasından çıxması ilə aidiyyətin dəyişməsi əsası ilə işin Yevlax rayonuna göndərilməsinə zərurət olmamışdır. Hazırkı qərarın 22-ci bəndində qeyd olunan normaya görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilmə lidir. İşin həmin məhkəmədə baxılmasına davam etməsi cavabdehi heç bir məhrumiyyətə gətirib çıxarmamışdır. Hər bir halda cavabdeh bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Qeyd olunan dəlil iş üzrə qəbul edilmiş qərarın formal əsaslarla ləğv olunmasına xidmət edir.
28. Zərərin məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlil də keçərli deyil. Beləki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli, 9/4060 saylı rəyə əsasən, “Evro Style” LTD tərəfindən təqdim edilmiş 16.04.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alıqmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” minik markalı, 90PS264 dövlət qeydiyyat nişanlı avtomobili təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməkl ə təxminən 17.582,0 manat müəyyən edilmişdir.
29. Cavabdeh tərəf ekspert rəyini şübhə altına alan hər-hansı sübut təqdim etməmiş, məhkəmə baxışı zamanı zərərin daha az olmasına ehtimal verən hallar aşkar edilməmişdir.
30. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Ona görə şikayətdə işin faktiki hallarının tam araşdırılmaması ilə bağlı qeyd olunanlar əsaslı deyil.
31. İşə baxan Apelyasiya Məhkəməsi sübutetmə vəzifəsini düzgün bölüşdürmüş, haqlı olaraq hesab etmişdir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
32. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4587/2021 nömrəli, 26.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.