Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5262/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5262/21 (Açar sözlər: borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi, qiymətləndirmə rəy) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı XXX iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X 2 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-30/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh3 arasında 19.10.2011-ci il tarixli 11L000000800 saylı kredit xətti müqaviləsi bağlanıb, cavabdehə 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılıb.
2. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 24.07.2014-cü il tarixli 11R000009083 saylı kredit razılaşmasına əsasən sonuncuya 24 ay müddətinə, aylıq 1.5833 faizlə 90000 (doxsan min) ABŞ Dolları məbləğində kredit verilmişdir.
3. İddiaçı QSC ilə Cavabdeh3 arasında olan 22.04.2015-ci il tarixli 11R000009083S saylı sazişə əsasən 24.07.2014-cü il tarixli 11R000009083 saylı kredit razılaşması üzrə ödəniş planına dəyişiklik edilmiş, son ödəniş tarixi 26 dekabr 2017-ci il müəyyən edilmişdir.
4. İddiaçı QSC ilə Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış Zaminlik müqavilələrinə əsasən həmin şəxslər zamin olaraq öhdəliyin icrası ilə bağlı üzərlərinə məsuliyyət götürmüşlər.
5. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 20.10.2011-ci il tarixli 11M000000123 saylı ipoteka müqaviləsinə əsasən Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 m2 ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayı ş evi öhdəliyin təmini üsulu kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 110180 manat qiymətləndirilmişdir.
6. XXX QSC ilə Cavabdeh4, Cavabdeh1 və X4 arasında bağlanmış 22.11.2011-ci il tarixli 11M000000130 saylı ipoteka müqaviləsinə əsasən Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 m2 ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evi öhdəliyin təmini üsulu kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 137637,50 manat qiymətləndirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC Yasamal Rayon Məhkəməsinə müraciət edər ək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 71846.94 ABŞ dolları əsas, 15432.79 ABŞ dolları faiz borcu və 47914.96 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 135194,69 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə və Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mü lkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 135194,69 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada tutulması, Quba rayonu İki nci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSCyə təhvil verilməsi, Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1 və X1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. Borc 06 aprel 2017-ci il tarixinə hesablanıb.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317,1, 442, 445.2.1, 448.1, 465.2, 467, 472, 501-ci, “İpoteka haqqında” Qanunun 34, 36.2, 39.1, 39.3 və 59-cü maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi 20 iyul 2017-ci il tarixli qərardadla hər iki ipoteka predmetinin qiymətini müəyyən etmək üçün qiymətləndirmə eksperti zası təyin etmişdir. 11. Heba Consulting MMC-nin 14 fevral 2018-ci il tarixli, 0090/18/AB nömrəli hesabatına əsasən Quba rayonu, İkinci Nügədi kəndində 0,15 ha torpaqda yerləşən 2 mərtəbəli, 7 otaqlı, 578.8 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar dəyəri 155.000 manat təşkil edir. 12. "xxxx" MMC-nin 14 fevral 2018-ci il tarixli məktubuna əsasən Quba rayonu, İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə təftiş keçirilməsi üçün lazımı şərait yaradılmadığından əmlakın qiymətləndirilməsi həyata keçirilməyib.
13. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, digər tələblər yerində qalmaqla, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müşt ərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 71846.94 ABŞ dolları əsas, 25443.80 ABŞ dolları faiz borcu və 47914.96 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 145205,70 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, 14.03.2018ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 71846 (yetmiş bir min səkkiz yüz qırx altı) ABŞ dolları 94 (doxsan dörd) sent əsas borc, 25443 (iyirmi beş min dörd yüz qırx üç) ABŞ dolları 80 (səksən) sent faiz borcu və 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata n isbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməsi, tutmanın ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Quba rayonu İkinci Nügədi kəndində olan 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə və Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla ) fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində pulun İddiaçı QSC-yə ödənilməsi, vəsaitin qalan hissəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 qaytarılması, ipoteka predmeti olan Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiymətinin 110180 (yüz on min bir yüz səksən) manat, Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiymətinin 155000 (yüz əlli beş min) manat dəyərində qiymətləndirilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X1 evlərdən çıxarılması və evlərin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. (hakim Azər Tağıyev)
15. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh3 19.10.2011-ci il tarixli 11L000000800 saylı kredit xətti müqaviləsi, razılaşma və saziş üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh3 bu hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə iddiaçıya olan əsas, hesablanmış faiz və cərimə borclarını ödəməlidir.
17. Birinci instansiya məhkəməsi işin hallarını və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlib ki, 47.914,96 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksəkdi r və həmin məbləğ 200 ABŞ dollarınadək azaldılmalıdır
18. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, tələb ipoteka predmetlərinə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalıdr.
19. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətindəki 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 m2 ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiymətini 110.180 (bir yüz on min bir yüz səksən) manat müəyyən edərkən ipoteka müqaviləsindəki şərtləndirilmiş qiymətə, Quba rayonu, İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəb əli, 7 otaqlı, 578.8 m2 ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiymətini 155.000 manat müəyyən edərkən qiymətləndiricinin rəyinə əsaslanmışdır.
20. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 317.1, 385.1, 425.1, 427.3, 441.2, 442, 445.1, 445.2.1, 448,1, 467, 472.1, 472.2, “İpoteka haqqında” Qanunun 33, 34, 36.1, 36.2.4, 59.3.1, Mülki Prosessual Məcəllənin 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh3 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apelyasiya şikayətinin dəlilləri: - kredit borcundan banka təxminən 18153.06 (on səkkiz min yüz əlli üç) ABŞ Dollarına ekvivalent olan manat pul ödənmişdir; - iddiaçı tərəfindən tələb edilən uydurma əsas borcla yanaşı, cavabdehə qarşı tələb kimi irəli sürülmüş faiz və cərimə məbləği, bu günə mövcud olan məhkəmə qətnaməsi ilə cəm halında 97490,74 ABŞ dolları borc əsassız olaraq hesablanmışdır; - həqiqətə nail olunması üçün məhkəmə cavabdehdən ödəniş qəbzlərini tələb etməli, ekspertiza keçirməli, ekspert qarşısında cavabdehin iddiaçıya olan əsas, faiz borcu və cərimə borcunun hansı məbləğdə olması barədə sual qoymalı idi; - lakin məhkəmənin əsassiz tələskənliyi cavabdehin bu istiqamətdə məhkəmədə vəsatət qaldırmasına və həqiqətə nail olunmasına süni əngəl törətmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-30/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmə miş,Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(004)-252/2018 saylı qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Fuad Babayev)
24. Apellyasiya məhkəməsi qeyd edib ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş Cavabdeh3 münasibətdə borcun müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir.
25. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edib ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlil ləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Buna baxmayaraq, apellyasiya məhkəməsi qeyd edib ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
27. Həmin dəlillər üzrə qiymətləndirmə aparan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 19.10.2011-ci il tarixli 11L000000800 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 24.07.2014-cü il tarixli 11R000009083 saylı kredit razılaşmasına əsasən isə Cavabdeh3 bankdan 24 ay müddətinə, aylıq 1.5833 faizlə 90000 (doxsan min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Kreditin verilməsi barədə qəbzlə təsdiq edilir ki, Cavabdeh3 qəbzi imzalayaraq 90000 (doxsan min) ABŞ Dolları məbləğində pulu qəbul etmişdir. « 22.04.2015-ci il tarixli 11R000009083S saylı sazişdən görünür ki, 24.07.2014cü il tarixli 11R000009083 saylı kredit razılaşması üzrə ödəniş planına dəyişiklik edilmişdir. Həmin sazişə əlavə edilmiş ödəniş planına əsasən ödənişlər 24 aprel 2015-ci il tarixdən etibarən hər ay aparılmalıdır. İddiaçı tərəfindən verilmiş 01 mart 2018-ci il tarixli maliyyə arayışına əsasən əsas borc 71. 846,94 ABŞ dolları, faiz borcu 25.443,80 ABŞ dolları, cərimə borcu 47.914,96 ABŞ dolları, cəmi borc 145.205,70 ABŞ dolları təşkil edir. Həmçinin öhdəliklərin icrasını təmin etmək üçün Quba rayonu, İkinci Nügədi kəndində Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 m2 ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evi və Quba rayonu İkinci Nügədi kəndində Cavabdeh4, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh4 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 m2 ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
28. Apellyasiya məhkəməsi qeyd edib k i, tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır.
29. Apellyasiya məhkəməsi iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərərk göstərib ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzl üyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Qeyd olunanlara əsasən, apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehlərdən banka olan borcun məbləği maliyyə arayışına əsasən hesablanmışdır. Maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur.
31. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstəri lməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi cərimə borcunu da ağlabatan və ədalətli məbləğdə müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh Cavabdeh3 oğlu (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayətinin dəlilləri: - cavabdehin banka 45000 ABŞ dolları borcu qalıb, lakin apellyasiya məhkəməsi ekspert rəyi almadan qətnaməni qüvvədə sax lamışdır. Cavabdehdə olan qəbzlər araşdırımamışdır; - əmlaklar ucuz qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kassasiya çikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi.
37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs ( borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
39. Kassasiya şikayətində Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini borcun məbləği hissəsindən Cavabdeh3 apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də yalnız Cavabdeh3 apellyasiya şikayəti üzrə həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
43. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
44. Cavabdeh3 apellyasiya şikayətində borcun məbləğini mübahisələndirmişdir.
45. İşdən görünür ki, apellyasiya məhkəməsi həmin dəlillərlə razılaşmamışdır.
46. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 24-32-ci bəndlərində əks olunan mövqeyi ilə razılaşır və bununla bağlı əlavə şərhə zərurət görmür.
47. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
48. Kassasiya şikayətində cavabdeh banka 45000 ABŞ dolları borcunun qalması, apellyasiya məhkəməsi tərəfindən ekspert rəyi alınmamasını, onda olan qəbzlərin araşdırımamasını göstərmişdir.
49. Həmin dəlillə bağlı kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi borcun hesablanması üçün ekspertiza təyin edilməsi barədə cavabdehin dəlillərini əsassız sayarkən birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcunun maliyyə arayışına əsasən hesablanmasına, cavabdehin isə həmin arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürməməsinə, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim etməməsinə istinad etmişdir.
50. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisə tərəfinin ekspertiza təyin edilməsi barədə vəsatəti özü-özlüyündə ekspertiza təyin edilməsinə əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspertiza təyin edilməsi ilə bağlı vəsatətini əsaslandırmalı, bunun üçün sübutlar təqim etməlidir.
51. Kassasiya şikayətinin əmlakların ucuz qiymətləndirilməsi barədə dəlili də əsassızdır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi əmlakların qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirmiş, əmlakın birinə baxış keçirilməsinə şərait yaradılmadığı üçün həmin əmlak qiymətləndirilməmiş, digəri ilə bağlı isə qiymətləndirmə aparılmışdır. Bu səbəbdən baxış keçirilməsinə şərait yaradılmayan əmlakın hərracda ilkin sayş qiyməti ipotka müqaviləsində göstərilən qiymətlə, digərinin qiyməti isə qiymətləndirmə rəyinə əsasən müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh3 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və Mülk i Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-30/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.