Məhkəmə qərarları › İş №2(102)-5264/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5264/2020

17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5264/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4945/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevr al 2020-ci il tarixli, 2(005)483/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.F.Əmirxanova) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı 6.271,40( altı min iki yüz yetmiş bir manat qırx qəpik) AZN məbləğində vəsaitin onun xeyrinə cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4945/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-483/2020 saylı iş üzrə 11 fevral 2020-ci il tarixli tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və İddiaçı “xxxx” MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının t əmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi, sonradan isə ancaq “xxxx” MMC-ni cavabdeh qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən ona dəymiş zərərin əvəzi qismində 6.271,40 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14.10.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2015-ci il tarixli icra vərəqəsinin və Cavabdeh2 29.08.2019-cu il tarixli sifariş məktubunun icrası qaydasında “xxxx” MMC-nin təşkil etdiyi hərracda elektron qaydada iştirak edərək ən yüksək qiyməti (3305 manat) təklif etməklə 117,8 qram qızıl-zinyət əşyalarını (2 sep, 2 klon, 2 komplek t, kolye, qolbağ) almış, hərracın qalibi kimi onunla hərracın təşkilatçısı arasında hərracın yekunları barədə N 67/02 saylı protokol tərtib edilmiş, əmlakın dəyərini “İpoteka Haqqında” Qanunun 42.7-ci maddəsinə əsasən 7 gün ərzində Cavabdeh2 depozit hesabına ödəmişdir. Protokolda hərracın keçirilməsinə dair sifarişi verən Cavabdeh2 icra məmurunun və tələbkar bankın rümayəndəsinin imzası tələb olunsa da, protokol onlar tərəfindən imzalanmamış, sonradan öyrənmişdir ki, icra məmuru hərrac günü heç hərracın keçirilməsində iştirak etməmişdir. Belə olduğu təqdirdə o, hərrac təşkilatçısı ilə arasında tərtib olunan protokolu və Nəsimi Cavabdeh2 depozit hesabına ödədiyi 3.162 manatın qəbzini götürərək Nəsimi Cavabdeh2nə getmiş, lakin orada müxtəlif bəhanələr gətirərək protokolu imzalamaqdan imtin a etmişlər. Sonra isə bildirilmişdir ki, o, bura gəlməli deyil, hərrac özü protokolu onlara göndərməlidir. Hərracların keçirilməsinə dair https://birjanews.az/saytında qızıl-zinyət əşyalarının hərracında qalib olduğu göstərilsə də, udduğu qızıl-zinyət əşyalarını ona verməkdən imtina etmişlər. Bu hüququ pozulmasaydı, satın aldığı 117,8 qram İtaliya qızılı ona adi mülki dövriyyə şəraitində bir xeyli miqdarda qazanc qazandıracaqdı. Bu qazancın miqdarını müəyyən etmək üçün “X4 Kredit Təşkilatı” X1 müraciət edilərsə, 1 qram 750 əyyarlı İtaliya qızılının qramı 48 manat müəyyən olunacaqdı. Belə olduğu təqdirdə 117,8 qram 750 əyyarlı qızılın qiyməti 5.664 manat edir. 750 əyyarlı qızılın bazarda alış-satış qiyməti isə daha çox 55-60 manat arası qiymətləndirilir. “xxxx” MMC ilə arasında bağlanan pro tokolda da qeyd olunub ki, hərracın satışını təşkil edən sifarişçi hərrac protokolunun yekununu təsdiq etdiyi andan hərraca görə tam məsuliyyət daşıyır və istənilən instansiyada cavabdeh qismində çıxış edir. Əgər konkret olaraq bu normaya istinad edilsə, sifarişçi (Nəsimi Cavabdeh2) hərracın yekununu öz imzası ilə təsdiq etməkdən imtina etdiyinə görə, natamam protokola hərrac təşkilatı, yəni “xxxx” MMC məsuliyyət daşımalıdır. Bu qarmaqarışıq vəziyyətdə əmlakın satışını həyata keçirən tərəflər, qanunla öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, biri-birilərinin üzərinə atmışlar. Nəticədə qalibi olduğu hərracdan satın aldığı qızıl-zinyət əşyalarını ala bilməyərək, əldə edə biləcəyi qazancdan məhrum olmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 415.5-ci maddəsin ə istinad edilərsə, ödədiyi beh (144 manat) də ikiqat məbləğdə (288 manat) ona qaytarılmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiy a instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə koll egiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı X5 məxsus ümumi çəkisi 117,8 qram olan qızıl-zinyət əşyaları Cavabdeh2 sifarişi əsasında hərraca çıxarılmış, “xxxx” MMC-nin keçirdiyi hərracda iştirak edən iddiaçı ilkin satış qiyməti 2.875 manat müəyyənləşdirilən həmin əmlakı 3.305 manat təklif edərək satın almış, bununla əlaqədar 14.10.2019-cu il tarixdə “Hərracın yekunları barədə protokol” tərtib olunaraq protokol iddiaçı və hərrac təşkilatçısının direktoru tərəfindən imzalanmış, iddiaçı əmlakın dəyərini, yəni 3.162 manatı (ödədiyi beh məbləği çıxılmaqla) Cavabdeh2 h esabına ödəmiş, lakin protokol sifarişçinin (Cavabdeh2) və tələbkarın (Cavabdeh3 ASC) nümayəndələri tərəfindən imzalanmadığından əmlak ona verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, iddiaçının iddiasını sübuta yetirə bilmədiyini vurğulamaqla qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. “İpoteka haqqında” Qanunun 41-ci maddəsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Az ərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.6-cı maddəsinə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə görə isə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının qalibi olduğu hərracın təşkilatçısı olan “xxxx” MMC-nin direktoru müvafiq protokolu imzalamış, beləliklə də onun iddiaçı qarşısında hər hansı öhdəliyi qalmamışdır. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısının vəzifəsi sifarişçinin sifarişi əsasında hərracın keçirilməsindən ibarətdir və sifarişçinin, yaxud tələbkarın hərrac protokolunu imzalamamış olmalarının məsuliyyətini təşkilatçı daşıya bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən hazırkı icraat çərçivəsində iddianın təmin (tam və ya qismən) olunması mümkün deyildir; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəs na hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya c avabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasib ətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1 03)-4945/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar