Məhkəmə qərarları › İş №2(102)-5265/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5265/2019

29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5265/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlundan, X8 qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, iddiaçının vəkili Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(001)3240/2018 saylı qətnaməsi ilə (hakim A.Süleymanova) ilk iddia rədd, qarşılıqlı iddia q ismən təmin edilərək, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 istifadədə olan 0,03027 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 78,6 kv.m yaşayış, 324,3 kv.m köməkçi sahədən ibarət 847 A saylı bağ evinə dair ipotekaya xitam verilməsi və həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2(103)-3103/2019 saylı qətnaməsi ilə (hakimlər: İ.Kərimli, X.Cəmilova və İ.Xəlilov ) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(001)-3240/2018 qətnaməsi Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2(103)-3103/2019 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin olunmasına, cavabdehin qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Cavabdeh1 qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Mərkəzi Bank qarşısında 11 iyun 2008-ci il tarixli, 1087-180-08 saylı kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 27680,60 manat faiz borcu, 12 avqust 2008-ci tarixli, 1103-180-08 saylı kredit müqaviləsi üzrə 28750,04 manat faiz borcu, 03 sentyabr 2008-ci il tarixli, 1110-180-08 saylı kredit müqaviləsi üzrə 356 25,04 manat faiz borcu və 26 aprel 2010-cu il tarixli, KBQ10-1307 saylı kredit müqaviləsi üzrə 120865 manat əsas, 56346,77 manat faiz borcunun, ümumilikdə 120865 manat əsas, 148402,45 manat faiz borcu olmaqla cəmi 269267,45 manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan X4 mülkiyyət hüququ ilə məxsus, ünvan 1 istifadədə olan 0,03027 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 78.6 kv.m yaşayış, 324.3 kv.m köməkçi sahədən ibarət 847 A saylı bağ evinə tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakın Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Cavabdeh2 ASC-nin qeyd olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərc lərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 isə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2(103)-3103/2019 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin olunmasına, cavabdehin qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçının vəkili Vəkil və nümayəndəsi Nümayəndəkassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini və nümayəndəsi dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə “iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməklə ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi” hissəsində ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd, qarşılıqlı iddianın qismən təmin edilməsinə dair hissədə ləğv edilməklə iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsi əlavə öhdəlik olduğundan kreditor ilk öncə borcluya qarşı tələb irəli sürməlidir. Bundan əlavə, ipoteka predmetinə tutma yönəldilməsi yalnız əsas öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə mümkündür. Hazırkı halda kreditor tələbi birbaşa ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmamışdır. “Banklar haqqında” Qanunun 72.1.2-ci və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanund a nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Qanunvericiliyin tələbləri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.06.2017-ci il tarixli Qərarı nəzərə alınaraq, müflis elan olunmuş Cavabdeh2 ASC yə qarşı borcun ödənilməsi tələbinin irəli sürməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi. ” Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Mübahisələndirilən ipoteka əmlakı Cavabdeh2 ASC-nin Mərkəzi Bank qarşısında olan 1 iyun 2008,12 avqust 2008, 03 sentyabr 2008 və 26 aprel 2010-cu il tari xli kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq müvafiq ipoteka müqavilələrinə əsasən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu kredit öhdəliklərini yerinə yetirmədiyinə görə Mərkəzi Bank qanunvericiliyin tələbinə uyğun olaraq tutmanı ipoteka əmlakına yönəltmişdir. Belə ki, Cavabdeh2 ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2016-cı il tarixli, 2-1(103)-940/2016 saylı Qərarı ilə müflis elan olunmuşdur və Mərkəzi Bank “Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq, kreditor tələblərini Cavabdeh2 ASC-nin ləğvedicisinə 01 sentyabr 2016-cı il tarixli, 0500745-2016 nömrəli məktubla təqdim etmişdir. Bankın ləğvedicisi Mərkəzi Bankın kreditor tələblərini qeydə alsa da, öhdəliklərin icrası üçün bankın vəsaiti olmadığından Mərkəzi Ban k ipoteka qoyana qarşı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təminatlı kreditorun bu hüququnu məhdudlaşdıran hüquqi norma yoxdur, əksinə, bunun üçün kifayət qədər qanuni əsas vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni mövqe “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasında da (hazırki redaksiyada 34-cü maddə) əks olunmuşdur. Qeyd olunan normada göstərilən göstərilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tut ma yönəldilə bilər. Mübahisəli hüquq münasibətinin yarandığı gün qüvvədə olan “İpoteka haqqına” Azərbaycan Respublikası Qanununun 33, 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin bdənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi h üququnun yaranması anıdır. Şərh olunanlardan göründüyü kimi qanunvericilikdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün tələbin ilk növbədə borcluya qarşı yönəldilməsi, borclunun öhdəliyi lazımi qaydada icra etməməsi halının müəyyən edilməsindən sonra ipotekaya tutma yönəldilməli olması barədə iddia qaldırmalı olması kimi istisnalıq nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsinin nəticəsi qanunla müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hansı maddi hüquq normasında nəzərdə tutulmasını göstərməmişdir. Qanunun məzmunundan göründüyü kimi əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anından ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldə bilər. İş materiallarından göründüyü 26 aprel 2010-cu ildə 1.600.000 manat kredit alan “xxxx” müqavilə üzrə müəyyən edilmiş 88 gün müddətində öhdəliyi yerinə yetirməmiş, öhdəliyin icra müddətini pozmuşdur. Bununla da tutmanın ipoteka predmetinə yönəldilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33,34-cü maddələrində nəzərdə tutulmuş əsaslar baş vermişdir. İşdən göründüyü kimi eyni zamanda iddiaçı borcun “xxxx” ASC-dən tutulması üçün də lazımi olan bütün hərəkətləri etmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun 13.06.2017-ci il tarixli Qərarında da göstərilmişdir ki, "... müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir.”. Mərkəzi Bank cavabdehə qarşı sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olaraq iddia irəli sürmüş və ipoteka hüququ aksessor xarakter daşıdığından ilk növbədə tələb müflis bankın ləğvedicisinə yönəldilmiş, öhdəliyin icrası borclunun ödəmə qabiliyyətinin itirilməsi səbəbindən mümkün olmadığından, iddia borcların təminatı qismində çıxış edən ip oteka əmlakının sahibinə qarşı yönəldilmişdir. Ona görə də tələbin borcluya irəli sürmədən birbaşa ipotekaya yönəldilməsi barədə qarşılıqlı iddiada göstrilən dəlil həqiqəti əks etdirmir və Mərkəzi Bankın iddiasının rədd edilməsinə əsas hesab oluna bilməz. Eləcə də “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Həmin normanın məzmunundan göründüyü kimi bankın müflis olmasından asılı olmayaraq, təminatlı kreditlər üzrə təminatın satılması qaydasında tələblər ödənilməlidir. Məhkəmə kolleg iyasının iddia müddətinin tətbiqinə dair gəldiyi nəticə ilə də aşağıdakı səbəblərdən razılaşmaq olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bununla əlaqədar qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış bütün ipoteka müqavilələrində müvafiq kredit müqaviləsi üzrə öhdəlik tam icra olunana kimi qüvvədə qalması müəyyən olunmuşdur. Bundan başqa, nəzərə alınmalıdır ki, ötən dövr ərzində Mərkəzi Bank qarşısında Cavabdeh2 ASC-nin kredit borcu hissə-hissə icra edilmiş və qalıq borc bankın maliyyə hesabatlarında daim öz əksini tapmışdır. Əks halda, Mərkəzi Bankın kreditor tələbləri “Banklar haqqında” Qanuna uyğun olaraq iflas proseduru çərçivəsində ləğvedici tərəfindən qeydə alınmaz və bankın kreditorlarının sırasında həmin tələblər məhkəmənin qərarı ilə təsdiq edilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mübahisələndirilən ipoteka predmeti ilə təmin olunan kredit öhdəlikləri üzrə bank tərəfindən son ödəniş 14.10.2014-cü il tarixdə edilmiş olsa da, məhkəmə kollegiyası bunu borclu şəxs tərəfindən borcun etirafı kimi qiymətləndirməmiş və iddia müddəti keçdikdən sonra hər hansı ödənişin edilməsini iddia müddətinin axımının kəsilməsinə əsas ola bilmədiyini göstərmişdir. Halbuki, işə əlavə olunmuş Mərkəzi Bankın maliyyə arayışından görünür ki, hazırda borclunun təmin edilmiş kredit öhdəlikləri üzrə cəmi 269.267,45 manat qalıq borcu (120.865 manat əsas borc, 148.402,45 manat faiz borcu) vardır. Bundan, əsas borcun tam məbləği və 56 346.77 manat faiz borcu 26.04.2010-cu il tarixli kredit müqaviləsinə aiddir ki, həmin kredit müqaviləsi üzrə ödənişlər 2010-cü. 2012-ci. 2013-cü və sonuncu dəfə 14.10.2014-cü il tarixlərində aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.” Burada “habelə” bağlayıcısı hər iki hadisənin baş verməsi məcburiliyini deyil, onlardan hər hansı birinin olması halında da iddia müddətinin axımının kəsilməsinə səbəb olduğunu bildirir və maddənin ikinci hissəsində müəyyən edilir ki, “Fasilədən sonra iddia müddəti yenidən başlanır. Göründüyü kimi, borcalan bank borcu daim etiraf etdiyindən və borcla bağlı ödənişlər etdiyindən (sonuncu dəfə 14.10.2014-cü il tarixində) iddia müddətinin tətbiqinə dair dəlillər və apellyasiya məhkəməsinin bununla əlaqədar gəldiyi nəticə işin hallarına və qanuna uyğun deyildir. Yuxarıda göstərildiyi kimi, borclu Cavabdeh2 Mərkəzi Bank qarşısında kredit öhdəliklərinin icrasını qismən həyata keçirsə də, etiraf etdiyi borcları tam ödəyə bilməmişdir. Bundan başqa, “Banklar haqqında” Qanunun 76.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır və iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır. Cavabdeh2 ASC 10 may 2016-cı ildə müflis elan olunmuş, iddiaçı bankın ləğvedicisinə 1 sentyabr 2016-cı ildə borc tələbinə dair ərizə təqdim etmişdir. Yəni sonuncu ödəmədən (14.10.2014) 3 il müddət ötməmiş tələb irəli sürmüşdür. İş materiallarından göründüyü kimi iddiaçı 11.06.08-ci ildə 180 gün müddətinə qaytarmaq şərti ilə Cavabdeh2 ASC-yə 50.000 manat, 17.08.08-ci ildə yenə 180 günə qaytarmaq şərti 50.000 manat kredit vermiş və cavabdeh əsas kredit vermiş və cavabdeh əsas kredit məbləğlərini kreditora ödəmiş, lakin 11.06.08-ci il tarixli müqavilə üzrə 27.680,6 manat faiz borcu, 17 avqust 2008-ci il tarixli müqavilə üzrə 28.750,04 manat faiz borcu qalmışdır. Həmin borc məbləğlərinin tələbinə dair kreditorun ərizəsi cavabdeh bankın ləğvedicisi tərəfindən qeydə alınmış, borcun mövcudluğu etiraf olunmuşdur. Əsas borclunun ləğvedicisi borcu qeydə alan zaman iddia müddətinin ötürülməsini mübahisələndirməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilir ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Qanunun məzmunundan göründüyü kimi əsas öhdəliklər mövcuddursa onun təminatı olan ipoteka mövcuddur. Borclu əsas öhdəliyi qəbul edirsə və bunu mübahisələndirmirsə, ipoteka qoyanın borca dair iddia müddətinin ötməsi barədə mübahisə açmasının hüquqi cəhətdən əsaslı olub-olmaması apelyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə mübahisə tərəfi dedikdə borclunun, yaxud ipoteka qoyanın ərizə verməli olmasını araşdırmamış, borclu iddianı qəbul etmişdirsə ipoteka qoyanın iddia müddətinin tətbiqi tələbinə müraciət etməsinin Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə uyğun olub-olmamasına münasibət bildirməmişdir. İşə yenidən baxılarkən göstərilən məsələlər ətraflı müzakirə olunmalıdır. Şərh olunanlardan göründüyü kimi apel yasiya məhkəməsi mübahisəni həll edən zaman maddi hüquq normalarını pozmuş, eləcə də maddi hüquq normalarını işin faktik hallarına münasibətdə düzgün təfsir etməmişdir. Bununla da məhkəmə iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməklə ipotekaya xitam verilməklə əmlakın ipoteka yüklülüyündən azad edilməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi ipotekanın etibarsız hesab olunmasına dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində düzgün nəticəyə gəldiyindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin bütünlüklə ləğvini xahiş edən kassator, qarşılıqlı iddianın rədd olunmasına dair hissədə qətnamənin ləğv olunma əsaslarını göstərməmiş, şikayətin bu hissəsini əsaslandırmamışdır. Şərh olunanları nəzərə alan məhkəmə qərara gə lir ki, qətnamə iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilməsinə dair hissədə ləğv edilməklə iş həmin hissələrdə yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, mübahisəli hüquq münasibətinin baş verdiyi zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34-cü, “Banklar haqqında” Qanunun 81.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsinin tələblərinə uyğun qərar qəbul edilməsi təmin edilməli, ipotekaya tutma yönəldilməsinə və iddia müddətinin tətbiqinə hüquqi əsasların olub-olmaması ətraflı araşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Mərkəz i Bankının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməklə ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi hissəsində ləğv edilməklə, yeni apellyasiya baxışına göndərilsin. Qətnamə ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar