Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5269/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh2 və onun vəkili ***nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli, 2(103)-7215/2019 nömrəli qərardadından Cavabdeh2 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-121/2018 saylı işi üzrə 03.08.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən tə min edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-709/2019 saylı 06.02.2019-cu il tarixdə qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-121/2018 saylı 03 avqust 2018-ci il tarixli qətnaməsi iddia tələbinin “ipoteka predmeti olan *** küçəsində yerləşən ***inə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasının” təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməsi, ipoteka predmeti olan *** küçəsində yerləşən ***inə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, Bakı şəhəri Nizami Ray on Məhkəməsinin 2(007)-121/2018 saylı 03 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə iddia saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7215/2019 saylı 01.05.2019-cu il tarixdə qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, apellyasiya şikayətinə baxılması üçün işin həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edi lməsini xahiş etmişdir. Kassasiya şikayətləri belə əsaslandırılmışdır ki, apellyasiya şikayətində iş və yaşayış yerinin göstərilməməsi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, bunlar formal əsaslardır, bankın təqdim etdiyi sənədlərdə onun ünvanları barədə kifayət qədər məlumatlar vardır. Rəsmi iş yeri isə yoxdur. İş və yaşayış yerinin göstərilməməsi işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar sırasına daxil deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, apellyasiya şikayətinə baxılması üçün işin həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Cavabdeh2 vəkillərinin dediklərinə uyğun izahat verdi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 01.05.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-121/2018 saylı işi üzrə 03.08.2018 ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Müəyyən etmişdir ki, prosessual müddətlər həddində tərəflərin iştirakının (çəkişmənin) təmin edilməsi üçün şikayəti verən şəxsin (Cavabdeh2) iş yeri, yaşayış yeri, yaxud olduğu yer göstərilməyərək apellyasiya şikayətinin məzmununa dair tələblərə riayət edilməmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanına məhkəmə sənədləri göndərilməsinə baxmayaraq onlar sonuncuya çatmamışdır (səh. 7, 84, 90, 97, 104, 136, 144, 168). Qeyd edilməlidir ki, məhkəmənin 03.08.2018-ci il tarixli qətnaməsi Cavabdeh2 rəsmi qaydada göndərilsə də, sonuncuya çatması barədə iş materiallarında məlumat yoxur (səh. 184), Cavabdeh2 16.01.2019-cu il tarixdə ərizə ilə müraciət edərək qətnaməni rəsmi qaydada əldə etmişdir. Cavabdeh2 22.02.2019-cu il tarixdə qətnaməni əldə edərək 18.03.2019-cu il tarixdə apellyasiya şikayətini təqdim etmişdir. Birinci instansiya məhkəməsi bu halda müddətlə bağlı məsələlərə hüquqi qiymət verməmiş, həmçinin Cavabdeh2 tərəfindən müddətin bərpasına dair ərizə verilməmişdir. Diqqətə çatdırılmalıdır ki, iddiaçı “xxxx” KB ASC-nin apellyasiya şikayətinə əsasən hazırkı mülki işə əvvəllər Bakı Apellyasiya Məhkəməsində baxılmış və 06.02.2019-cu il tarixdə mahiyyəti üzrə qətnamə qəbul edilmişdir (səh. 205-212). Artıq apellyasiya instansiya məhkəməsində baxılmış qətnamədən verilmiş apellyasiy anın mümkün hesab edilməsi mülki prosessual qanunvericilikdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir və yalnız kassasiya (əlavə kassasiya və ya qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə) icraatı qaydasında baxıldıqdan sonra (zəruri bilinərsə) yenidən apellyasiya icraatı qaydasında baxılması mümkündür. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Hazırda mövcud qanunvericiliklə tam və ya qismən ləğv edilməmiş apellyasiya instansiya məhkəməsinin qətnaməsi (mövqeyi) mövcud olduğu halda birinci instansiya məhkəməsinin qətnaməsinə yenidən (tam və qismən hissədə) baxılması prosessual qanunvericiliklə nəzərdə tu tulmamışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsi ilə apellyasiya şikayətinin geri qaytarılmasının əsaslarının konkret dairəsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə müddətlə bağlı məsələ istisna olmaqla, dairəsi məhdud olan əsaslardan hər hansı birinə deyil, qanunvericilikdə nəzərdə tutulmamış əsaslara istinad etmişdir. Müddətin ötürülməsi ilə bağlı məsələyə dair isə kassasiya kollegiyası qeyd edir ki, apellyasiya istansiyası məhkəməsi apellyatorun qətnaməni rəsmi qaydada 22.02.2019-cu ildə almasını və apellyasiya şikayətinin 18.03.2019-cu il tarixdə verildiyini qeyd etsə də, qanunla müəyyən edilmiş müddətdə şikayətin verilməsinə rəğmən birinci ins tansiya məhkəməsinin müddətin ötürülməsinə qiymətin verilməməsinə istinad etməklə apellyasiyanı qeyri-mümkün hesab etmişdir. Apellyasiya şikayətinin mümkünlük məsələsi apellyasiya insatsniyası məhkəməsinin səlahiyyətinə aid olan məsələ olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli, 2(103)7215/2019 nömrəli qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5269/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5269/2019
30.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver