Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-527/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-527/2019 23 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli 2(103)4643/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş 2(010)-10638/2017) iddia çı “xxxx” MMC-ninCavabdeh qаrşı borc tələbinə dair iddiası təmin edilərək Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə 3657 manat məbləğində əsas, 1163 manat məbləğində faiz, 987,39 manat məbləğində cərimə borcu olmaqla cəmi 5807,39 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş, cərimə borcu 300 (üç yüz) manat məbləğində müəyyən edilərək qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 132 manatı Cavabdeh, 18 manatı iddiaçı “xxxx” MMC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ********************, X2, kodu ********, VÖEN **********, Müxbir hesab AZ**********, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. İşin halları: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən MMC tərəfindən Cavabdeh 18 ay müddətinə illik istifadə faizi 30 olmaqla 6000 manat məbləğində kredit verilmişdir. 2017-ci ilin oktyabr ayında iddiaçı “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən MMC-yə cəmi 5837,39 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə borcludan həmin pulun MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamələr qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan bax mağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” MMC və Cavabdeh kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MMC, iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə müqavilənin icra müddətinin bitdiyi 24.10.2015-ci il tarixə onun banka 5807,39 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi d edikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə borcun hesablanmasının düzgünlüyünün yoxlanılması məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2018-ci il tarixli rəyi ilə əsas borc və faiz məbləği iddia tələbindən artıq müəyyən edildiyindən məhkəmə AR MPM-nin 218.3-cü maddəsinə əsasən həmin məbləği iddia tələb indəki kimi hesablayaraq birinci instansiya məhkəməsinin qətnaməsini əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlamış, dəbbə pulunun məbləğinin tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək Cavabdeh tutulmalı olan 987,39 manat cərimə məbləğini 300 manat məbləğinə qədər azaltmışdır. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Allahverdiyev İlqar Xələfov Qəhrəman Ənvər Şadiyev
Məhkəmə qərarları › İş №2(102)-527/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-527/2019
23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver