Məhkəmə qərarları › İş №2(102)-527/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-527/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-527/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh X8 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)****/2019 nömrəli qətnaməsindən cavabdeh X15 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2019-cu il tarixli, 2(012)-****/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt “Asan Xidmət” X13 və X11 qarşı “alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Rəhimov, G.Tağızadə, T.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, ünvan1 ünvanında yerləşən ümumi sahəsi 71.6 kv.m, yaşayış sahəsi 38.4 kv.m, yardımçı sahəsi 33.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin X1 dair xx.xx.2014-cü il tar ixli, ****** reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin evin X8 adına 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **** seriyalı, ****** saylı dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh X15 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt “Asan Xidmət” X13, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və X11 qarşı “alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan1 ünvanında yerləşən yaşayış sahəsinin X1 dair Sumqayıt “Asan Xidmət” X9 xüsu si notariusu Ə.İ.Bünyatov tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, ****** reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin yaşayış sahəsinin X8 adına qeydiyyata alınmasına dair AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iclas protokolu ilə Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X15, nümayəndəsi və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Apelyasiya Məhkəməsi baxılan iş müqavilə nin ləğvi və yuxarıda qeyd edilən Çıxarışın ləğvi tələbi ilə əlaqədar olsa da Mülki Məcəllənin 337-354-cü maddələrinə, əqdin etibarsızılığı və müqavilənin ləğvinə dair 421 - 424-cü maddələrin hər hansı bir maddəsinə əsaslana bilməmişdir. Əvəzində isə sədrlik edən hakim müqavilənin ləğvinə heç bir aidiyyatı olmayan Mülki Məcəllənin 572-ci maddəsinə əsaslanmışdır (Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi). Həmin maddənin 572.1-ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, b u şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu maddəni əsas götürərək satıcı tərəfindən daşınmaz əmlakın alqı-satqı müqaviləsini ləğv etmək absurd bir əsasdır. Belə ki, bu maddəyə görə, yəni hüquqlardan azad əşya verilmədiyi təqdirdə müqaviləni ləğv emək hüququ yalnız alıcıya məxsusdur, satıcıya yox. Ev satılarkən alıcı həmin evdə kimin yaşamasından çox gözəl xəbərdar idi və ötən dörd il ərzində də iddiaçının göstərdiyi İman Abbasovun həmin evdə yaşamasına heç bir etiraz etməyib. Ev satılarkən həmin evdə kiminsə yaşaması həmin daşınmaz əmlakın yüklü edilməsi deyil. Bu maddəyə əsaslanaraq tərəflər arasında alqı-satqı müqaviləsinin ləğv edilməsi kobud qanun pozuntusudur. Sumqayıt Apelyasiya Məhkəməsinin qəbul etdiyi qətnamədə digər bir qanun pozuntusu Ceyranbata qəsəbəsi, ev 20 ünvanında yerləşən yaşayış sahəsinin İddiaçı1 X1 dair Sumqayıt “ASAN Xidmət” X9 xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli ******* reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədər olan müqavilənin hüquq sahibi İddiaçı1 tərəfindən verilmiş etibarnamənin səlahiyyətsiz şəxs tərəfindən verilmiş etibarnamə hesab edilməsidir. Apleyasiya Məhkəməsi AR Mülki Məcəllənin 358.1-ci maddəsinə (Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.) əsaslanaraq belə bir fikir irəli sürmüşdür ki, baxmayaraq ki ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı1dır, o bu razılığı qaynı İddiaçı2 almalı idi, çünki faktiki sahib odur (hakim də evin həqiqi sahibinin İddiaçı2 olmasına inamı yalnız iddiaçının dediyinə əsaslanıb və onu da əsas götürüb). Halbuki, AR Mülki Məcəlləsinin və Notariat haqqında qanunlar daşınmaz əmlak üzərində sərəncam vermək səlahiyyətinin yalnız yalnız DƏDRX -də hüquqmüəyyənedici sənəddə adları sadalanan şəxslərə və 18 yaşına çatmış ailə üzvlərinin razılığına əsəsən sata bilər. İddiaçı1 evi satmaq üçün Cavabdeh2 etibarnamə verərkən qanunvericiliyin bütün şərtlərinə əməl etmişdilər. İddiaçı1 həyat yoldaşı X14 notariat kontoruna gələrək ünvan2 ünvanında yerləşən daşınmaz əmlakın satılmasına ərizə ilə öz razılığını bildirmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən pozulan digər maddi hüquq norması isə AR Mülki Məcəlləsinin 424-cü maddəsidir. Həmin maddədə müqaviləni n dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri nəzərdə tutulmuşdur. Müqavilənin etibarsızlığından fərqli olaraq, məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər icra edilmiş müqaviləni ləğv etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsi açıq aşkar nəzərdə tutur ki, məhkəmə qərarı əsasında ləğv edilmiş müqavilənin icra olunmuş nəticələrini tərəflərin dəyişdirilməsi yolverilməzdir. Hazırki iş üzrə tərəflər arasında müqavilə icra olunmuş, alıcı pulunu almış, satıcı isə evi almış və öz adına DƏDRX-dən Çıxarış əldə etmişdir. Belə olan təqdirdə, müqavilənin ləğv edilməsi, Çıxarışın ləğvinə heç bir halda təsir etməməlidir. Apelyasiya instansiya məhkəməsində birinci iclas zamanı nümayəndə tərəfindən verilmiş izahat, məhkəmə baxışının son iclasında etdiyi çıxış Sum qayıt Apelyasiya məhkəməsinin qətnaməsində öz əksini tapmamışdır. Əvəzində isə qətnamədə nümayəndə tərəfindən verilmiş izahat kimi qeyd olunan sözlərin haradan “tapılıb yazılması” qaranlıq qalır. Qətnamədə yazılan heç biri sözlər nə cavabdeh, nə də nümayəndə tərəfindən bildirilməmişdir. xx xxxxxxxx 2019-cu ildə Apelyasiya Məhkəməsinin protokolları ilə tanış oldunan zaman orada dediyi sözlər düzgün formada əks olunsa da, qətnaməyə verdiyi izahatlar və çıxışlar salınmamışdır. Apelyasiya Məhkəməsi baxışı zamanı qətnamədə yazılmış sözlərin deyilmədiyini texniki vasitələrlə səslərinin yazılmasına baxılması da subut edə bilər.İddiaçılar iddia ərizəsində və apelyasiya şikayətində birmənalı olaraq iddianın əsası kimi aldadıldıqlarını, etibarnamə verərkən evi satmaq niyyətinin olmamasını bildirirl ər. İddiaçılar yalnız mübahisəli evi “müvəqqəti olaraq” L1 vermək istədiklərini nəzərdə tuturlar. AR MPM-nin 53-cü maddəsinə görə, iddiaçı məhkəmə qətnaməsi qəbul edilənə qədər iddianın əsasını dəyişə bilər. Həmin Məcəllənin 372.3-cü bəndinə görə, tərəflər birinci instansiya məhkəməsinə təqdim etdikləri iddialarını yalnız hüquqi əsasını dəyişə bilərlər. Yuxarıda qeyd olunan maddələrə görə, iddiaçı iddianın faktiki əsasını yalnız birinci instansiya məhkəməsində dəyişmək hüququ var. Bu da iddianın əsasını dəyişdirmək hüququnun nə birinci instansiya məhkəməsində, nə də apelyasiya heç bir halda hakimin hüququ olmadığını göstərir. AR Konstitusiyasına və Mülki Prosessual Məcəllənin çəkişmə, hüquq brabərliyi və faktlar əsasında ədalət mühakiməsini prinsiplərini kobud formada pozan Sumqayıt Apel yasiya Məhkməsi bütün bu prosessual normalara əməl etməyərək öz təşəbbüsü ilə Apelyasiya İnstansiya Məhkəməsi İclaslarında da yox, müşavirə otağında iddiaçıların tələblərinin əsasınıdəyişir və yeni bir əsas evi Cavabdeh2 tərəfindən anası X11 “satması” və pulun ödənilməməsi kimi bir əsas qeyd etmişdir. Evin alqı-satqısı ilə əlaqədar satıcıya məxsus olan evin mülkiyyət sənədlərinin İddiaçı1 məxus olması, onun həyat yoldaşı B1 tərəfindən evin alqı-satqısına dair Razılıq ərizəsinin olması məhkəmənin diqqətinə çatdırılsa da, nədənsə yalnız iddiaçıların izahatında evin İddiaçı1 yox, qaynı İddiaçı2 məxsus olması əsas götürülmüşdür. Sübutlar qiymətləndirilərkən məhkəmə nədənsə Sumqayıt ASAN Xidmət mərkəzində bağlanmış alqı-satqı müqaviləsini, banka ödənilən 20000 manat pulu, alıcı tərəfindən həmin pulun ödənilməsini və satıcının etibarnamə üzrə nümayəndəsi tərəfindən həmin pulun alınmasına dair qəbzləri əsas götürməmiş, yenə də burada iddiaçı Güqaf Məmmədovanın “mənə pul verilməyib” izahatına əsaslanaraq pulun satıcıya verilmədiyi göstərilmişdir. Digər bir qərəz isə Cavabdeh2 bu prosesdə hüquqi statusudur. Qeyd edilməlidir ki, Cavabdeh2 həqiqətən də Lətifə Məmmədovanın doğmaca qızıdır. Amma bu alqı-satqı zamanı X5 yox, İddiaçı1 nümayəndəsi kimi çıxış edir. İddiaçı1 verdiyi etibarnamə ilə Cavabdeh2 evin alqı-satqısını həyata keçirməyi etibar edir. İddiaçı1 əri B1 da evin alqı satqısını həyata keçirmək üçün Razılıq ərizəsi vermişdir. İddiaçılar bəlkə də X4 olmasını öz izahatlarında ifadə edə bilərlər. Lakin apellyasiya kollegiyasının Cavabdeh2 tərəfindən İddiaçı1 etibarnamə üzrə nüma yəndəsi olmaq statusunun bir kənara qoyulub, qətnamədə “öz doğma anasına “satsa” da ” ifadəsinin işlədilməsi AR MPM-nin 88-ci maddəsinin bütün tələblərinin (obyektivlik, qərəzsizlik, hərtərəflilik və tamlıq prinsiplərinin) kobud formada pozulmasına dəlalət edir. Qətnamədə alqı-satqı müqaviləsinin qanunvericiliyin şərtlərinə cavab vermədiyi iddia olunur. Amma alqı-satqı müqaviləsinin hansı bəndinin mülki qanunvericiliyin tələblərinə cavab vermədiyinə dair bir cümlə belə yoxdur. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi Sumqayıt ASAN Xidmət Mərkəzinin Notariat kontoru tərəfindən hazırlanıb və alqı-satqı müqaviləsidə notaria qaydada imzalanıb. Cavabdeh2 İddiaçı1 tərəfindən verilmiş səlahiyyət əsasında hərəkət edib. Göstərilənlərə əsasən onlar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın xx.xx.2019-cu il tarixli, 2(105)****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh Sumqayıt “Asan Xidmət” X9 notariusu məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün iş in faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verm əyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqısatqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Nəzərə alınmalıdır ki, əmlakın dövriyyəsi zamanı əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya hüquqları həqiqi hüquq əsasında ona verməlidir. Mübahisə edilən vəziyyətdən göründüyü kimi, satıcı evi həqiqi hüquq əsasında verməmişdir. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, mübahisəli evdə İddiaçı1 qaynı X16 ailəsi ilə birlikdə yaşamışdır. 2014-cü ildə evə dair alqı-satqı müqaviləsi bağlanıldığı halda, 2018-ci ilin oktyabr ayında cavabdeh X15 evdə yaşayan İddiaçı1 qaynı(həm də cav abdehin qaynı) X12 ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçıların izahatına görə həmin vaxt onlara məlum olmuşdur ki, Cavabdeh2 xx xxxxxxxx 2011- ci il tarixli etibarnamə ilə Cavabdeh3 vasitəsi ilə öz anası X3, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə həmin evə X8 adına dövlət reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Baxılan işdə evin satılması bu cür etibarlılıq şərtinə cavab vermir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2014-c ü il tarixli,****** reyestrlə notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı1 adından çıxış edən Cavabdeh3 ünvan1 ünvanında yerləşən ümumi sahəsi 71,6 kv metr, yaşayış sahəsi 38,4 kv.metr, yardımçı sahəsi 33,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini X1 dair xx.xx.2014cü il tarixli, ******* reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin evin X8 adına 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Belə ki, iş materialları və tərəflərin izahatından görünür ki, alqı-satqı müqaviləsi mülki qanunvericiliyinin yuxarıda göstərilən normaları, habelə alqı-satqının həyata keçirilməsinin əsas mahiyyətini müəyyən edən Azərbaycan Respublikası MM-nın 567, 646, 648.1-ci maddələrinin tələbi pozulmaqla həyata keçirilmişdir. Yəni mübahisəli evin alqı-satqısını Cavabdeh2 Cavabdeh3 etibarnamə verməklə öz doğma anasına “satsa” da mübahisəli evin sonuncuya təhvil verilməməsi, “alınmış” pulun isə İddiaçı1 ödənilməməsi işin mübahisəsiz halıdır. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, apellyasiya kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə istinad edərək, evin satılmasının etibarlılıq şərtinə cavab vermədiyini qeyd edib, iddianın təmin edilməli olduğunu hesab etsə də, iş materiallarında olan xx.xx.2011-ci il tarixli (səh 41) etibarnamədən görünür ki, İddiaçı1 həmin etibarnamə ilə özünə (etibarnamədə də qeyd edilən söz fərqləndirici qaydada tünd rənglə qeyd edilmişdir) məxsus Abşeron rayonu, **** ************* nömrəli fərdi yaşayış evi üzərində sərəncam verməyi, AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsindən 1 saylı arayış aldıqdan sonra satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi 50 il müddətinə Cavabdeh2 etibar etmiş, Cavabdeh2 xx.xx.2014cü ildə (səh 37) Cavabdeh3 həmin etibarnamə üzrə göstərilmiş səlahiyyətlər və müddət saxlanılmaqla Abşeron rayonu, ****************** küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi barədə etibarnamə vermişdir. AR ƏMDK yanında DƏDRX-nin 4 saylı ünvan6 ünvanlanmış xx.xx.2018-ci il tarixli cavabdan (səh39) da görünür ki, Əzimov X20 rayonu, ********************* küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi barə də Cavabdeh2 etibarnamə aldığı tarixdən qısa müddət sonra, yəni xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X2. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iclas protokolundan görünür ki, (səh 52nin sonuncu abzası və səh 53) cavabdeh L5 izahat verərkən evin onun adına keçirilməsi üçün İddiaçı1 Cavabdeh2 etibarnamə verdiyini qeyd etmiş, həmçinin bildirmişdir ki, maraqlanmışlar və onlara bildirmişlər ki, evə dair etibarnamə gərək başqa bir adamın adına ola. Ona görə də Qızyetər tanışları Cavabdeh3 adına etibarnamə vermişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 məhkəmə iclas protokolunda (səh 59) olan izahatından görünür ki, o, uzun müddət mübahisəli evin yerləşdiyi ərazidə MİS rəisi olmuşdur. Tərəfləri də tanıyır. Mübahisəli evin sənədləşdir ilməsini aparmaq üçün X6 Məmmədova alqı-satqı apara bilmədiyi üçün bu işləri bilən şəxs kimi ondan xahiş etmiş və o da etiraz etməmişdir. Qızyetər ona etibarnamə vermiş, bundan sonra mübahisəli evin alqı-satqısı Lətifə ilə aparılmışdır. Göründüyü kimi, Məmmədova X7 L1 Cavabdeh2 adına mübahisəli evin özgəninkiləşdirilməsi barədə ümumi (50 il müddətinə) etibarnamə vermiş, iddiaçının əri ilə razılıq ərizəsi verərək mübahisəsi evin satılmasına razı olmasını bildirmiş, həmin etibarnamədən istifadə edilməklə, evin alqı-satqısı aparılmışdır. Müqavilə bağlanan anda isə hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilmir. Apellyasiya kollegiyası isə, satıcının evi həqiqi hüquq əsasında vermədiyini mübahisə edilən vəziyyətdən görünməsi kimi qeyd etsə də, evin həqiqi hüquq əsasında verilmədiy ini əsaslandıra bilməmiş, müqavilənin ləğvi ilə əlaqədar Mülki Məcəllədə müəyyən edilmiş maddi hüquq normalarının tələblərini pozaraq, maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməs i”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N1 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bunu nla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsas ən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edil məsi məqsədilə kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X15 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)****/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qayd asında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar