Məhkəmə qərarları › İş №2(102)-5270/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5270/2019

31.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5270/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli 2(103)1572/2019 saylı qətnaməsindən iddiaçı ləğv prossesində olan QSC “Bank Standard” KBnın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Əliyev, iş № 2(009)-23/2018) idd iaçı QSC “Bank Standard” KB-nin cavabdehlər “xxxx” müəssisəsi, Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək “xxxx” müəssisəsindən ləğv prossesində olan QSC “Bank Standard” KBnin xeyrinə cəmi 3.564.376.63 manat tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi, onların ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin sahələrdən çıxarılması və onların boşaldılması, artıq qalan pul vəsaitinin daşınmaz əmlakların mülkiyyətçilərinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) cavabdehlər “xxxx” müəssisəsi, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməmiş, bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilərək ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, U.Ələkbərov küçəsi, 132 saylı fərdi yaşayış evinin 427.500 manat, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,50 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının 144.560 manat, N küçəsində yerləşən fərdi yaşayış evinin 232.000 manat, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yer ləşən fərdi yaşayış evinin 995.000 manat, N küçəsində yerləşən fərdi yaşayış evinin 215.00 manat, N kəndində yerləşən 0,1325 ha torpaq sahəsinin 25.000 manat, Siyəzən rayonunun Məşrif kəndində yerləşən 0,8711 ha torpaq sahəsinin 164.360 manat, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən 03 ha torpaq sahəsinin 85.500 manat, Ağcabədi rayonunda yerləşən əmlak kompleksinin 1,4 ha torpaq sahəsi ilə birlikdə 5.724.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmaları, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 24 may 2011-ci il tarixdə bankla “xxxx” müəssisəsi arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən “xxxx” müəssisəsinə 60 ay müddətinə illik istifadə dərəcəsi 6 faiz olmaqla 3.200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi borcluya və digər şəxslərə (cavabdehlərə) məxsus olan 8 əmlak (torpaq, qeyri-yaşayış sahələri) ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüquqları dövlət qeydiyyatına alınmışdır. 2014-cü ilin oktyabr ayında bank “xxxx” müəssisəsinə və digər cavabdehlərə qarşı iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” müəssisəsinin banka əsas borca, faiz borcuna və cəriməyə görə 3.966.100,48 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmə instansiyalarında baxılan ərəfədə bank məhkəmənin qərarı ilə müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu Bankın Ləğvedicisi təyin olunmuşdur. İşə baxan məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı ləğv prossesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək ipoteka qoyulmuş BN küçəsi, 132 saylı fərdi yaşayış evinin (450.000 manat), N şossesində yerləşən 286 saylı fərdi yaşayış evinin (1.045.000) manat, N küçəsində yerləşən 79 “b” saylı fərdi yaşayış evinin (223.000) manat, Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən əmlak kompleksi və 1,4 ha torpaq sahəsinin (6.022.000) manat ilkin satış qiymətlərinin şişirdilməklə müəyyən olunmasını, əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması barədə vəsatətlərinin əsassız olaraq rədd edilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh “xxxx” müəssisəsinin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassas iya şikayəti qismən təmin olunmalı, qətnamə Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən əmlak kompleksi və torpaq sahəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsinə dair hissədə ləğv edilib həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçının kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, onun məzmunundan görünür ki, iddiaçı qətnamənin qanuniliyini əslində yalnız 4 ipoteka predmeti üzrə ilkin satış qiymətlərinin müəyyən olunmasına dair hissədə mübahisələndirm işdir. İddiaçıya görə həmin əmlakların ilkin satış qiymətləri real bazar dəyərinə uyğun olmamaqla ekspertlər tərəfindən şişirdilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya qətnamənin qanuniliyini yalnız mübahisələndirilən hissədə yoxlayır. Kollegiya yalnız Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən əmlak kompleksi və torpaq sahəsinə münasibətdə kassasiya şikayətinin dəlili ilə qismən razılaşır və hesab edir ki, həmin əmlakın ilkin satış qiymətinə münasibətdə işdə olan sübutlar ziddiyyətli olmaqla əmlakın real bazar dəyəri barədə konkret nəticəyə gəlmək üçün əsas vermir. İş materiallarından görünür ki, bankla “xxxx” müəssisəsinin direktoru arasında bağlanmış 06 fevral 2013-cü il tarixli ipoteka müqaviləsi ilə Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən əmlak kompleksi 1,4 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilərkən tərəflərin razılaşması əsasında əmlakın ilkin satış qiyməti 1.000.000 manat dəyərində müəyyən olunmuşdur. “xxxx” MMC-nin 01 mart 2018-ci il tarixli rəyində isə həmin əmlakın dəyəri 6.022.000 manat məbləğində müəyyən olunmuşdur. “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən hazırlanmış 14 yanvar 2019-cu il tarixli ekspert rəyində həmin əmlakın dəyəri 5.724.000 manat dəyərində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi əmlakın ilkin satış qiymətini 5.724.000 manat məbləğində müəyyən edərkən ipoteka müqaviləsində qiymətlə (1.000.000 manat) ekspert rəyi arasında kəskin qiymət fərqinin səbəblərini araşdırmamış, bu məqsədlə ekspertin dindirilməsini təmin etməmiş, həmin rəyə sübutlardan biri kimi Azərbaycan Respublikası MP M-nin 103.1-ci maddəsinin tələbinə uyğun olaraq qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə həmin hissədə qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. Digər ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətlərinin müəyyən olunmasına dair hissədə kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissələrdə qanunun tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 fevral 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla birlikdə ilkin satış qiymətinin 5.724.000 manat məbləğində müəyyən olunmasına dair hissədə ləğv edilsin. İş həmin hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar