Məhkəmə qərarları › İş №2(102)-5274/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5274/2019

30.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5274/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Məcidov Meybulla Həbi oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Mehdiyev, iş 2(006)-5709/2018) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının11 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinovvə E.Kazımov, iş № 2(103)-4588/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi hesabına İddiaçı xeyrinə 5000 (beş min) manat mənəvi ziyanın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Məcidov Meybulla Həbi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki hallar ın yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Quba rayon xalq məhkəməsinin 29 aprel 1971-ci il tarixli, İ-48 saylı hökmünə görə, həmin hökmlə İddiaçı qəsdən adam öldürməyə görə Azərbaycan SSR Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 10 (on) il müddətinə, X8 isə odlu silahı diqqətsiz saxlamağa görə Azərbaycan SSR Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi şdir. Quba rayon Prokurorluğunun 10 aprel 2013-cü il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin icraatının dayandırılması haqqında qərarına görə, həmin qərarla X2 ölümü ilə bağlı İddiaçı əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin icraatına xitam verilmiş, X2 ölümü ilə bağlı X4 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin icraatına xitam verilmiş, X1 tərəfindən öldürülməsi məlum olmadığına görə cinayət işinin icraatı həmin şəxs məlum olanadək dayandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1, 1100, 1101.1, 1101.2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 28, 68-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlar ının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7, 12, 4, 5-ci maddələrini tətbiq etmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar