Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5274/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti vermə müddətinin bərpa olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1934/2020 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qından 3000 (üç min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(027)-1149/2019) İddiaçı Cavabdeh qarşı 3000 (üç min) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev, iş № 2(105)-2995/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(027)-1149/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 3000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 12 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və Ə.Nurməmmədov, iş № 2(102)1796/2020) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.09.2019-cu il tarixli, 2(105)2995/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən Apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və Z.Məmmədov, iş № 2(105)-1934/2020) İddiaçı Apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(027)-1149/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2021-ci il t arixli qərardadı ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari, iş № 2(105)-1934/2020) Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1934/2020 saylı qətnaməsindən buraxılmış kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair İddiaçı ərizəsi təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1934/2020 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə İddiaçı göndərilmiş, 07 oktyabr 2020-ci il tarixdə İddiaçı qətnamənin surətini almışdır. Bu halı müddətin bərpasına dair ərizəsində göstərməklə yanaşı, məhkəmə kollegiyasının iclasında İddiaçı özü də etiraf etmişdir. İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1934/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi günün sabahı, yəni 08 oktyabr 2020-ci il tarixdən başlanmışdır. İşdən görünür ki, İddiaçı əvvəlki kassasiya şikayəti 15 mart 2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuş, lakin kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(105)-1934/2020 saylı qərardadı ilə kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı hazırki kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi müddətinin b ərpası barədə ərizəsi 16 may 2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1934/2020 saylı qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra cavabdeh tərəfindən kassasiya şikayəti ilk dəfə 2 ay müddətində deyil, rabitə şöbəsinə 09 mart 2021-ci il tarixdə, yəni 5 aydan sonra verilmiş və qanunla müəyyən edilmiş kassasiya şikayətinin verilməsi müddəti 3 ay buraxılmışdır. Həmçinin əvvəlki kassasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(105)-1934/2020 saylı qərardadını İddiaçı 28 aprel 2021-ci il tarixdə aldıqdan sonra 04 may 2021-ci il tarixdə hazırki k assasiya şikayətini rabitə orqanına vermişdir. İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1934/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsini cərrahiyyə əməliyyatından sonra vəziyyətinin ağır olması və pandemiya ilə əlaqədar olaraq Sumqayıt şəhərinə girişin uzun müddət qadağan olunması ilə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahlıq Xəstəxanası tərəfindən verilmiş 506 saylı xəstənin stasionar tibbi kartasından çıxarışın (epikrizin) surətindən İddiaçı 16 mart 2019-cu il tarixdə həmin xəstəxanaya daxil olmuş, həmin tarixdə əməliyyat olunmuş, 26 mart 2019-cu il tarixdə xəstəxanadan evə yazılmışdır. İşdən görünür ki, İddiaçı hazırki iddia ərizəsi 11 mart 2019-cu il tarixdə Quba Rayon Məhkəməsinə daxil olmuş, İddiaçı 29 mart 2019-cu il tarixdə keçirilən məhkəmə hazırlıq və 19 aprel 2019-cu il tarixdə keçirilən məhkəmə baxışı iclaslarında iştirak etmişdir. Həmçinin İddiaçı 2019-cu ilin iyul, avqust aylarında Sumqayıt Apelyasiya Məhkəməsində, 12 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində və 10 sentyabr 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsində keçirilən iclaslarda iştirak etmişdir. Göründüyü kimi, cərrahiyyə əməliyyatından sonra vəziyyətinin ağır olmasına dair iddiaçının irəli sürdüyü dəlil qeyd edilən hallarla təkzib olunur. Pandemiya ilə əlaqədar olaraq Sumqayıt şəhərinə girişin uzun müddət qadağan olunmasına dair İddiaçı göstərdiyi halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1934/2020 saylı qətnaməsini 07 oktyabr 2020-ci il tarixdə aldıqdan sonra 7 dekabr 2020-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhərinə giriş heç də qadağan olunmamışdır. Digər tərəfdən, İddiaçı həm əvvəlki, həm də hazırki kassasiya şikayəti rabitə orqanı vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuşdur və kassasiya şikayəti verilməsi müddəti ərzində onun kassasiya şikayətini rabitə orqanı vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərməsi imkanı istisna olunmur. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı ərizəsində göstərdiyi dəlillər qətnamədən kassasiya şikayəti verilməsi müddətinin üzürlü sayılması üçün ə sas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2(105)-1934/2020 saylı qərardadını ləğv edib kassasiya şikayəti verilmə müddətinin üzrlü səbəbə buraxdığına görə həmin müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədl əri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmi ş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-ci maddəsinə əsasən Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 408.1.4-cü ma ddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. 408.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 408.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti Apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu pro sessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1934/2020 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5274/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5274/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver