Məhkəmə qərarları › İş №2(102)-5277/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5277/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5277/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(105)305/2021saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında 18 iyul 2013-cü il tarixdə bağlanmış və notarius tərəfindən təsdiqlənmiş kredit müqaviləsinə əsasən tərəflər 18 ay müddətinə (18 yanvar 2015-ci il tarixədək) qaytarmaq şərti ilə 52.848 manat məbləğində pulu borc vermək barədə razılığa gəlmişlər.

2. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında 25 oktyabr 2013-cü il tarixdə bağlanmış və notarius tərəfindən təsdiqlənmiş kredit müqaviləsinə əsasən tərəflər 20.000 manat məbləğində pulu 1 həftə müddətinə (01 noyabr 2013-cü il tarixədək) qaytarmaq şərti ilə ilə borc vermək barədə razılığa gəlmişlər.

3. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında 01 noyabr 2013-cü il tarixdə bağlanmış sadə yazılı kredit müqaviləsinə əsasən tərəflər 34 ay müddətinə qaytarmaq şərti ilə 87.976 ABŞ doll arı məbləğində pulu borc vermək barədə razılığa gəlmişlər.

4. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında arasında 08 yanvar 2014-cü il tarixdə bağlanmış sadə yazılı kredit müqaviləsinə əsasən tərəflər 18 ay müddətinə (08 iyul 2015-ci il tarixədək) hər ay 2871 manat ödəməklə qaytarmaq şərti ilə 51678 manat məbləğində pulu borc vermək barədə razılığa gəlmişlər.

5. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında arasında 05 may 2015-ci il tarixdə bağlanmış sadə yazılı kredit müqaviləsinə əsasən tərəflər 11 ay müddətinə (15 fevral 2016-cı il tarixədək) hər ay 957 manat ödəməklə qaytarmaq şərti ilə 8000 manat məbləğində pulu borc vermək barədə razılığa gəlmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə d air iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu ildən dostluq və işgüzar münasibətləri vardır. Cavabdeh 2013-cü ilin iyun ayında ona bir dost kimi müraciət edib, borc pul istəmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olacağını bildirmişdir. O, cavabdehə inanıb, bir dost kimi, 18 iyul 2013-cü il tarixdə notarial qaydada 52.848 manat, 25 oktyabr 2013-cü il tarixdə notarial qaydada 20.000 manat, 01 noyabr 2013-cü il tarixdə 87.976 ABŞ dolları, 08 yanvar 2014-cü il tarixdə 51.678 manat, 05 may 2015-ci il tarixdə 8.000 manat, cəmi 132,526 manat və 87.976 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcdan 24.000 manat qaytarmış, cəmi 108.526 manat və 87.976 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə t ələb etsə də, cavabdeh pulu qaytarmaq istəmir.

8. Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-790/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia təmin edilmiş, 108.526 manat məbləğində pulun və 87.976 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə Cavabdeh alınıb, İddiaçı verilməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 18 iyul 2013-cü il, 25 oktyabr 2013-cü il, 01 noyabr 2013-cü il, 08 yanvar 2014-cü il və 05 may 2015-ci il tarixli kredit müqavilələri əsasında Cavabdeh İddiaçı ümumilikdə 132.526 manat və 87.976 ABŞ dolları məbləğində borc pul almış, tərəflər arasında pulun borc verilməs i ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydasında, eləcə də özləri tərəfindən imzalarla təsdiq edilmiş kredit müqavilələri mövcud olmuşdur. Cavabdeh həmin borcundan cəmi 24.000 manat hissəni iddiaçıya qaytarmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyərək və borcu qaytarmalı olmasına dair vəzifəsinə əməl etməyərək, qalan 108.526 manat və 87.976 ABŞ dolları borcunu isə qaytarmamış, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin kredit müqavilələrini mübahisələndirməsinə dair sübut mövcud deyil, kredit müqavilələri qüvvədədir, habelə cavabdeh məhkəmə iclasında iştirak etmək üçün gəlməmiş, iddia ərizəsinə dair etiraz və mülahizəsi ni təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, təqdim və tədqiq edilmiş sübutlar əsasında iddianın əsaslı hesab olunaraq təmin edilməsinə kifayət qədər əsaslar vardır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 331, 334, 390, 385, 448 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(105)-305/2021saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi a pellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrdir, birinci instansiya məhkəməsi tərəflər arasında mübahisənin həlli üçün tətbiq etməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin apellyasiya qaydasinda ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi bir tərəf kimi cavabdehin prosesdə iştirakını təmin etməmiş, prosessual hüquqlarından cavabdehi məhrum etmiş, yalnız bir tərəfi dinləyərək ədalətsiz və əsassız qətnamə qət etmişdir. Əvvəl verilmiş borcu qaytarmadığı halda iddiaçının ona təkrarən bir neçə dəfə borc verməsi mümkün deyil. Məhkəmə kollegiyasına iddiaçıya olan borcun qaytarılması barədə qəbzləri təqdim etmişdir. Məhkəmə həmin qəbzləri ekspertizaya göndərəcəyini bildirmiş, lakin ekspertiza təyin etməmiş, məhkəmə həmin qəbzlərə heç bir qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Cavabdeh teleqramla müraciət edərək səhhəti ilə əlaqədar özünün və vəkilinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin vəsatətini təmin etməmiş, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPMnin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbə bini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. Cavabdeh qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ar aşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gə lməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiy yət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

529. Öhdəliyin icrasının qəbulu 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borc lu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Cavabdeh kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

26. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı cavabdehə 18 iyul 2013-cü il tarixli müqavilə əsasında 52.848 manat, 25 oktyabr 2013-cü il tarixli müqavilə əsasında 20.000 manat, 01 noyabr 2013-cü il tarixli müqavilə əsasında 87.976 ABŞ dolları, 08 yanvar 2014-cü il tarixli müqavilə əsasında 51.678 manat, 05 may 2015-ci il tarixli müqavilə əsasında 8.000 manat, cəmi 132,526 manat və 87.976 ABŞ dolları məbləğində borc pul vermişdir. İddiaçının bildirməsinə görə cavabdeh həmin borcdan 24.000 manat qaytarmış, cəmi 108.526 manat və 87.976 ABŞ dolları borcu qalmışdır.

27. Birinci inst ansiya məhkəməsində işə baxılanda cavabdehə göndərilən məhkəmə bildirişləri onun ünvanının tam olmaması səbəbindən geri qaytarılmışdır. Cavabdehə məhkəmə bildirişinin çatdırılması yerli icra nümayəndəliyinə tapşırılmış, lakin nümayəndəlik məktubla məhkəməyə məlumat verərək bildirmişdir ki, cavabdehin barəsində məlumatlar dolğun qeyd olunmadığına görə bildirişlərin ona çatdırılması mümkün olmamışdır. Nəticə etibarilə birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yəni birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinə qarşı cavabdehin dəlilləri məlum olmayan şəraitdə çıxarılmışdır.

28. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin iştirakı təmin olunmadan qətnamə çıxarıldığına görə, apellyasiya icraatında onun iddia tələbinə qarş ı dəlilləri hərtərəfli araşdırılmalı idi. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi bu cür araşdırma aparmamışdır. Belə ki, cavabdeh apellyasiya instansiyası məhkəməsində iddiaçıya aldığı pulun müqabilində 160.000 manatdan çox pul ödədiyini bildirmiş (səh. 109) və buna dair sübut kimi 39 ədəd qəbzləri təqdim etmişdir (səh. 114-153). Həmin qəbzlər iddiaçıya müxtəlif vaxtlarda müxtəlif məbləğdə pulun ödənilməsi məzmunundadır və qəbzlərdə əksini tapmış məbləğ iddiaçının qeyd etdiyi kimi 24.000 manat deyil, daha çoxdur.

29. Lakin apellyasiya instansiyası məhkəməsi nəinki bu dəlillərə qiymət verməmiş, ümumiyyətlə cavabdehin bu dəlillərini araşdırmamış, qətnamədə də göstərməmişdir.

30. Halbuki, ədalətli məhkəmə araşdırması prinsipi, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcad an qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı 19 aprel 1993-cü il tarixli qərarı).

31. Mülki prosessual qanunvericiliyin müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməl i, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

33. Cavabdehin iddiaçıya olan borcun qaytarılması barədə təqdim etdiyi sübutların (“mədaxil” qəbzlərinin) araşdırılıb qiymət verilməsi xüsusilə ona görə zəruri idi ki, bu qəbzlərdə iddiaçının pulu qəbul etməsindən bəhs olunur və iddiaçının ad və soyadı qeyd olunmaqla imza edilmişdir. Bu qəbzlərin, öhdəliyin icrasının qəbulu barədə Mülki Məcəllənin 529-cu maddəsində bəhs olunan “icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəd” kimi iddianın düzgün həllinə bilavasitə aidiyyəti vardır. Həmin sübutlara qiymət verilmədən çıxarılan qətnamə, MPM-nin 217-ci maddəsində nəzərdə tutulan əsaslılıq tələbinə cavab verməmiş olacaq.

34. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(105)305/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar