Məhkəmə qərarları › İş №2(102)-5279/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5279/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5279/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə faizlər, maddi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1493/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı istehlak kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 22 faiz olmaqla 60 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Qusar Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(029)-763/2015 nömrəli qətnaməsinə əsasən, cavabdehdən Bankın xeyrinə göstərilən kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 26.272.84 manat, faiz borcuna görə 6524.92 manat və cərimə borcuna görə 4500 manat olmaqla, cəmi 37.297.76 manat pulun tutulması, tu tmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş X1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və 23 noyabr 2017-ci il tarixində tam icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23 dekabr 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış 5512.66 manat faiz və 1500 manat cərimə borcu, cəmi 7012.66 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın Bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən tutulan məbləği Banka vaxtında ödəməmi şdir. Qətnamə 25 avqust 2015-ci il tarixdə qəbul olunduğundan, qətnamədə həmin tarixə hesablanmış əsas, faiz və cərimə borcları göstərilmişdir. Qətnamə çıxan tarixdən (25 avqust 2015-ci il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (23 noyabr 2017-ci il) əsas məbləğə faiz və cərimə hesablanmışdır. Bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi Banka birbaşa maddi zərər vurmaqla nəticələnmişdir. Belə ki, Bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. İddiaçı tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonr a – Mülki Məcəllə) 5.3, 399, 425.1, 445.7 və 449-cu maddələrinə istinad etmişdir. Bank tərəfindən təqdim edilmiş 18 iyun 2020-ci il tarixli RB-02/PK3542 nömrəli arayışda cavabdehin 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə 16 iyun 2020-ci il tarixinə əsas borcu 0 manat, faiz borcu 5512.66 manat, cərimə borcu 1500 manat olmaqla, ümumilikdə borcu 7012.66 manat göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Bankın iddiası tamamilə əsassızdır. Belə ki, cavabdeh qətnamə üzrə ödəməli olduğu bütün borcunu Banka tam qaytarmış və onun heç bir borcu qalmamışdır. Borcu qalmadığı üçün Bank tərəfindən həmin kredit müqaviləsinə əsasən girov qoyulmuş fərdi yaşayış evi də Bank tərəfindən girovdan azad edilmi şdir. Bütün bu xüsusatlar iddia tələbinin əsassız olduğunu göstərir, ona görə də iddia tələbi rədd edilməlidir. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(029)752/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı özünün kreditor hüquqlarından istifadə etməklə müqavilə üzrə cavabdehin ödəməli olduğu pul vəsaitinin tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Qətnamə 23 noyabr 2017-ci il tarixində icra olunmuşdur. Ona görə də sözügedən kredit müqaviləsi üzrə cavabdehin üzərinə əlavə öhdəlik qoyulması qanunsuz və əsassızdır. Odur ki, hazırki iddia tələbi iddiaçının kreditor hüquql arından sui-istifadəsi kimi qiymətləndirilməli və bu səbəbdən rədd olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, Bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit b orcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq m ünasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi qaydada icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanını vurulduğunu sübut etdikdə, Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qətnamə maddi və prosessual huquq normaları pozulmaqla çıxarılmış, məhkəmə işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qətnamə qəbul etmişdir. Nəticədə Bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərə cədə pozulmuşdur. Odur ki, qətnamə ləğv edilməklə, iddia tələbi təmin olunmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1493/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehdən kredit borcunun tutulması barədə məhkəmə qətnaməsi icraya yönəldilmiş və icra olunmuşdur. İddiaçı sözügedən məhkəmə qətnaməsi icra olunduğu vaxtadək cavabdehə həmin kredit müqaviləsi üzrə davamlı olaraq faiz və cərimə hesablamışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi, borc müqaviləsinin predmeti olan pul məbləğinin borclu tərəfindən kreditora qaytarılması müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olur. Bu zaman öhdəliklərin xitamı borcun qaytarılmasının üsulundan asılı olmayaraq baş verir. Borcun vaxtından əvvəl borclunun təşəbbüsü ilə, kreditorun tələbi və ya məhkəmə qərarına əsasən qaytarılmasının əhəmiyyəti yoxdur. Nə qədər ki, borc müqaviləsinin predmeti hər hansı bir pul məbləğidir və razılaşdırılmış müddət ərzində həmin pul məbləğinin borc alanda qalması borc müq aviləsinin mahiyyətini təşkil edir, borcun qaytarılması (əsaslarından asılı olmayaraq) tərəflər arasında mövcud müqavilənin ləğvini şərtləndirir, müqavilənin ləğvi ilə eyni zamanda müqavilə öhdəliklərinə də xitam verilir. Borc məhkəmə qərarı əsasında tutulduqda da məhkəmə qərarı qüvvəyə mindiyi andan öhdəliklərə xitam verilmiş sayılır (Mülki Məcəllənin 424.2-424.3-cü maddələri). Müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclu, artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıyır (Mülki Məcəllənin 443.2, 449.1-ci maddələri). Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən rədd edilməlidir. Apellyasiya şikayətinin dəl illəri əsassızdır, iddiaçı həmin dəlilləri əsaslandıra bilməmiş, buna dair hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə öz mövqeyini həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyası əldən çıxmış fayda qismində pul tələbini tam rədd etməklə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuş, işi tam və hərtərəfli araşdırmamışdır. Belə ki, sözügedən kredit müqaviləsinin 4.2-ci bəndində qeyd edilmişdir ki, müqavilənin müddəti bitdikdən sonra müştəri kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi əlavə olaraq illik (aylıq) 2 (iki) qat hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı qaydada icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Mülki Məcəllənin 21.2-c i maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bank tərəfindən məhkəməyə 19.08.2015-ci il tarixdən 10.02.2020-ci il tarixə qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən borc arayışı təqdim edilmiş və iddia ərizəsində də göstərilmişdir ki, həmin arayışda qeyd edilən faiz dərəcəsi (28 %) əsas götürülməklə kreditləşmə müddətinin bitdiyi — 19.08.2015-ci il tarixdən əsas borcun tam şəkildə qaytarıldığı — 19.11.2018-ci il tarixə kimi iddiaçıya 1571,83 manat məbləğində əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Bundan başqa, şikayətdə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 4 45 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyə istinadla qeyd olunmuşdur ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hes ablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göstərilənlərə əsasən, iddia tələbi təmin olunmalı və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ödənilməmiş 26.272,84 manat əsas borca qətnamə qanuni qüvvəyə mindiyi tarixdən (25.09.2015-ci il tarixdən) həmin məbləğ ödənildiyi, yəni 31.10.2017-ci il tarixədək gecikmə müddəti 2 il 2 ay (780 gün) illik 5% dərəcəsi ilə əldən çıxmış fayda formasında zərər hesablanaraq (manatın 5%=manat/780 günə= 2237,7 manat) Banka ödənilməlidir. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür (maddə 442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1). Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur (maddə 445.3). Borclu pul məbləğinin ödə nilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddə 445.7). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (maddə 449.4). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarı...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsas lardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid akt iv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə id diaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış əlavə faiz və cərimə tələb edir. İddiaçı hesab edir ki, başqa iş üzrə mübahisəli kredit müqaviləsi əsasında pulun tutulması barədə məhkəmə aktının qəbul edilməsindən həmin qətnamənin icra olunmasınadək olan dövr üçün də kredit müqaviləsi üzrə borclu olan cavabdeh qanunsuz saxladığı pul vəsaitindən faizlər ödəməlidir. İddiaçı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin digər maddələr ilə yanaşı, həmçinin 447.5-ci maddəsinə istinad etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası münasibətlərinə dair Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə edilmiş hüquqi mövqelərdən də göründüyü kimi kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Bu zaman aydınlaşdırılmalı olan əsas məqam iddiaçının faiz qismində tələb etdiyi məbləğin kredit vəsaitindən kredit müqaviləsi üzrə müəyyən edilmiş istifadə haqqı, yaxud zərər olduğu barədə məsələyə aydınlıq gətirilməsidir. Çünki müqavilədən irəli gələn birinci tələb kredit vəsaitindən kredit müqaviləsində müəyyən edilmiş istifadə haqqı olmaqla müqavilə üzrə pulun verilmə müddətinin bitdiyi tarixədək hesablana bilər. İkinci tələb isə müqavilə öhdəliklərinin pozulmasından irəli gələn və mülki qanunve ricilikdə nəzərdə tutulan faiz formasında zərəri təşkil edir. Eyni zamanda nəzərə alınmalıdır ki, mülki qanunvericilik bir qayda olaraq zərərin ödənilməsi tələbinin təmin olunması üçün tələb edən şəxs tərəfindən sübutların təqdim olunması qaydasını müəyyən etsə, başqa sözlə bununla bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Məcəllənin 447.5-ci maddəsi həmin qaydadan istisna nəzərdə tutur. Bu istisnaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir. Baxılan iş üzrə apellyasiya instansiyası məhk əməsi müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclunun artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıdığını təsdiq etsə də, belə qənaətə gəlmişdir ki, iddiaçı tələbini sübuta yetirə bilmədiyindən iddia rədd edilməlidir. Lakin məhkəmə Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 447.5-ci maddəsini tətbiq etməmiş və borclunun pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün birbaşa qanundan irəli gələn illik beş faiz pul öhdəliyinin olduğunu və iddiaçının həmin məbləğin tutulmasını sübut etmək vəzifəsindən azad edildiyini nəzərə almamışdır. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv ed ilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1493/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar