Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-528/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “21” yanvar 2019-cu il iş № 2(102)-528/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Süleymanova Xuraman Telman qızının katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tаrixli, 2(010)1833/2018 saylı qətnaməsi ilə (hakim İ.G.Kərimovna) iddiа tələbi təmin edilərək, Cavabdeh 05.06.2015-ci il tarixli ************ saylı nağd pul kredit müqaviləsi üzrə 7215 ABŞ dolları əsas, 790.48 ABŞ dolları faiz, 44.79 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8050.27 ABŞ dolları borcun, 05.11.2014-cü il tarixli 136886-1-12668 saylı kredit xətt müqaviləsi üzrə 1971 ABŞ dolları əsas, 328.66 ABŞ dolları faiz, 21.62 ABŞ cərimə borcu olmaqla, cəmi 2321.28 ABŞ dolları borc (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) və 20 manat dövlət rüsumu iddiaçı Bank VTB (Azərbaycan) Aşıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və Cavabdeh 10 manat məbləğində dövət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2018-ci tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sə drlik edən və məruzəçi),M.A.Məmmədov və E.E.Nağıyeva) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tаrixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xeyrinə 05.06.2015-ci il tarixli 136886-1-16557/1 saylı Nağd pul kredit müqaviləsi üzrə 7215 ABŞ dolları əsas, 790.48 ABŞ dolları faiz, 44.79 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8050.27 ABŞ dolları borcun, 05.11.2014-cü il tarixli ************ saylı Kredit xətt müqaviləsi üzrə 1971 ABŞ dolları əsas, 328.66 ABŞ dolları faiz, 21.62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2321.28 ABŞ dolları borcun (əmrin icra olunduğu günə manat məzənənsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əm rinin çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsinə Suraxanı rayon Məhkəməsində 12 oktyabr 2017-cı il tarixdə baxılaraq ərizənin təmin edilməsi barədə 2(010)-10735/2017 saylı məhkəmə əmri çıxarılmış, Cavabdeh etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin yuxarıda göstərilən 19 aprel 2018-ci il tarixli, 2(010)-1833/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 467-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 97.2, 102.2, 88, 217.1, 217.2, 217.3, 220-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən 05.11.2014-cü il tarixli, ********* saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədi ilə illik 22 faiz olmaqla, 36 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.06.2015-ci il tarixli ********** saylı Nağd pul kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə illik 22 faiz olmaqla, 49 ay müddə tinə 7574 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.11.2014-cü il tarixli *********** saylı “Kredit xətti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə illik 32 faiz olmaqla, 06.11.2016-cı il tarixədək 1900 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 05.06.2015-ci il tarixli, 136886-1-16557 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh 05 fevral 2016-cı il tarixinə mövcud olan borcu 7215 ABŞ dolları məbləğində müəyyən edilərək, borcu illik 22% hesablanmaq şərti ilə 60 ay müddətinə 05 fevral 2021-ci ilədək ödəməsi şərti ilə kapitallaşdırmışdır. 06.11.2016-cı il tarixli, 136886-1-12668 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh 08 fevral 2016-cı il tarixinə mövcud olan borcu 1971 ABŞ dolları məbləğində müəyyən edilərək, borcu illik 29% hesablanmaq şərti ilə 60 ay müddətinə 08 fevral 2021-ci ilədək ödəməsi şərti ilə kapitallaşdırmışdır. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin Banka 05.06.2015-ci il tarixli ************* saylı “Nağd pul kredit müqaviləsi” üzrə 7215 ABŞ dolları əsas, 790.48 ABŞ dolları faiz, 44.79 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8050.27 ABŞ dolları borcun, 06.11.2014-cü il tarixli ************ saylı “Kredit xətt müqaviləsi” üzrə 1971 ABŞ dolları əsas, 328.66 ABŞ dolları faiz, 21.62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2321.28 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bi r şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqd аrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. -442-ci mаdəsinə əsasən öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq Suraxanı Rayon Məh kəməsinin 19 aprel 2018-ci il tаrixliqətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının bu iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-528/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-528/2019
21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver