Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-528/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun geri alınması, kredit müqaviləsinin olmaması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun geri alınması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1326/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh 27770 manat borc verməsini, həmin məbləğin 23000 manatını öz saxlancından, 4770 manatını isə "xxxx" ASC-dən kredit götürdüyü hesabına verdiyini bildirir. 2. "xxxx" ASC ilə İddiaçı arasındakı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 19,19 faizlə 4770 manat məbləğində kreditin verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) nağd formada verdiyi 23000 manat, kredit kimi götürərək verdiyi 4770 manat, cəmi 27770 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 174 manat pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin fevral ayının 8-də Qalaqayın kəndində yerləşən evində cavabdehə 23000 manat nağd formada pul vermişdir. Cavabdeh pulu ondan alan zaman cavabdehin anası X7 da yanında olmuşdur. Cavabdehə verilən pulu iddiaçı qızına ev almaq üçün qızı ilə birlikdə yığmışdır. Cavabdeh və anası iddiaçını dilə tutaraq aldadıb pulu ondan almışlar. Həmin pulu razılaşmaya əsasən 3 ay ərzində qaytarmalı idilər. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulun geri qaytarılmasını yubatmışdır.
5. Bundan əlavə iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 4770 manat kredit götürərək cavabdehə vermişdir. 48 ay müddətinə hər ay 143 manat ödəməni banka cavabdeh özü etməli idi. Cavabdeh anası Həqiqət Həsənova vəfat etdikdən sonra, ümumiy yətlə, pulu qaytarmaq istəmir. Cavabdehin pulu qaytarmaq üçün hər cür imkanı – maşını, evi, şəraiti – vardır. Cavabdeh iddiaçıdan pulu almağa gələn zaman iddiaçının əri ağır dializ xəstəsi olduğundan onların evində çoxlu qonaqları olmuş, qonaqlar iddiaçını cavabdehə pul verməsinin şahidi olmuş, həmçinin qonaqlardan pulu verdiyinə görə iddiaçını danlayanlar da olmuşdur.
6. İddiaçının cavabdehə borc verməsini şahidlər də (4 nəfər) təsdiq edə bilər.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1, 739.2 və 740-cı maddələrinə istinad etmişdir.
8. Cavabdeh iddiya yazılı etiraz vermişdir. Etirazın dəlilləri belə olmuşdur: - iddiaçı borcla bağlı hər hansı mötəbər sübut təqdim etməyib. Yazılı əqd və borc müqaviləsi yoxdur; - iddiaçı cavabdehin anasının dayısı qızıdır. Cavabdehin anas ı 4 noyabr 2022-ci ildə vəfat edib. Onların iddiaçı qarşısında hər hansı borc öhdəliyi yoxdur. Buna görə də iddiaçının belə bir iddia qaldırması absurddur; - iddiaçının iddia ərizəsində qeyd etdikləri şahidləri nə cavabdeh tanıyır, nə də həmin şahidlər cavabdehi tanıyır; - bundan əlavə, borc məbləği 3000 manatdan çox olarsa, bu halda kredit müqaviləsi notarial qaydada bağlanmalıdır.
9. Birinci instansiya məhkəməsində cavabdeh yazılı etirazını müdafiə edərək göstərmişdir ki, iddiaçıdan pul almayıb, onların, ümumiyyətlə, pula ehtiyacı olmayıb, nə anası, nə də özü iddiaçıdan borc götürməyib.
10. Birinci instansiya məhkəməsində şahid X5 göstərmişdir ki, iddiaçı onun bacısıdır, cavabdeh isə onların bibisi nəvəsidir. Bacısı Elmira, qızı ilə birlikdə qızına ev almaq üçün pul yığmışdır. 2022-ci il in qış aylarında bacısı Elmira evində onun da iştirakı ilə ilkin olaraq 23000 manat pulu Həqiqətin xahişi ilə Həqiqətin oğlu Əliyə vermişdir. O, həmin vəsaitin borc olaraq Əliyə verməsinə etiraz edərək, bacısına öz iradlarını bildirmişdir. Sonradan eşitmişdir ki, bacısı Elmira "xxxx" ASC-dən 4770 manat kredit götürərək, həmin pulu da əlavə olaraq cavabdehə borc vermişdir.
11. Birinci instansiya məhkəməsində X2 göstərmişdir ki, o, təxminən 2022-ci ilin fevral ayında Elmiragilin evində sistem köçürtdüyü zaman görmüşdür ki, Elmira Əliyə borc pul verir. O, buna etiraz edərək, Əliyə pul verməməsini, Əlinin anası Həqiqətin çoxlu borcunun olmasını bildirsə də, Elmira onun etirazına əhəmiyyət vermədən Əliyə 23000 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Elmira "xxxx" ASC-dən 4770 manat kredi t götürərək Əliyə vermişdir. O, dəfələrlə Əlinin anası Həqiqətdən xahiş etmişdir ki, Elmiranın pulunu qaytarsın.
12. Birinci instansiya məhkəməsində şahid X4 göstərmişdir ki, Elmiranın əri xəstə olduğu üçün o, həmin gün Elmiragilin evlərində olmuşdur. Əli anası Həqiqətlə birlikdə Elmiragilin həyətinə borc pul istəməsi üçün gəlmişdir. Pulun verilməsindən xəbəri olsa da, borcun hansı həcmdə olmasından xəbəri olmamışdır.
13. Sabirabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(056)-509/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqavilələri üzrə yaranmış 27770 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 174 manatın, ümumilikdə isə 27944 (iyirmi yeddi min doqquz yüz qırx dörd) manat məbləğində pul vəsaitinin Ca vabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Nurəddin Bağırov)
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci ilin fevral və iyul aylarında bağlanmış şifahi borc müqavilələrinə əsasən cavabdeh ilkin olaraq iddiaçıdan 23000 manat, sonra isə 4770 manat borc pul almış və həmin borcu qaytaracağını vəd etsə də, borc müqaviləsindən irəli gələn öhdəliyini icra etməmiş və bununla da borc müqavilələrinə əsasən yaranmış ümumilikdə 27770 manat pulun qaytarılmasından yayınmışdır. Cavabdeh iddiaya etiraz edib, etirazının əsası kimi tərəflər arasında borc münasibətlərinin olmamasına istinad etsə də, həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
15. Birinci instansiya məhkəməsi "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx. 2022-ci il tarixli GTKR5986875A144 saylı Kredit Müqaviləsinin mövcudluğunu iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 4770 manat məbləğində borc vəsaitinin verilməsi fikrinə gəlməyə əsas verən sübut kimi qəbul etmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındaki münasibətlər şifahi formada bağlanmış borc müqavilələrindən əmələ gəlmişdir. Tərəflər arasında münasibətlər şifahi formada bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli borc müqavilələrindən yaranmışdır. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış şifahi borc müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı ümumilikdə 27770 manat pul vəsaitini razılaşdırılmış şərtlərlə və müddətdə qaytarmaq öhdəliyini tam yerinə yetirməmiş, cavabdehin hazırda 27770 manat ödənilməmiş borcu mövcuddur.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında şifahi borc müqavilələri bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.
18. Birinci instansiya məhkəməsi işin araşdırılmış hallarını nəzərə alıb və belə nəticəyə gəlmişdir ki, 27770 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Həmçinin hazırkı iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi olan 174 manat pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 740, 442, 430-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apell yasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ümumiyyətlə, onlar ailəlikcə iddiaçıdan heç vaxt borc pul almamışlar və buna görə də iddiaçıya hər hansı verəcəkləri də ola bilməzdi; - iddiaçı tərəfindən məhkəmə iclasında dindirilən şahidlərin heç birini cavabdeh, ümumiyyətlə, tanımır və heç vaxt da görməmişdir. Bütün şahid izahatları hamısı yalandır; - iddiaçının xx.xx.2022-ci il tarixdə, GTKR5986875A144 saylı kredit müqaviləsi əsasında 4770 manat kreditə pul götürməsi işdə olan sənəd lərdən görünsə də, bu, məhz həmin pulun cavabdehə şəxsən verilməsi demək deyil. Məhkəmə işin faktiki halları, iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməyən sübutlara və yalançı şahid izahatlarının hər birinə ayrı-ayrılıqda münasibət bildirməli idi. Bu halların məhz məhkəmə tərəfindən araşdırılmaması və onlara hüquqi qiymətin verilməməsi bir daha onu deməyə əsas verir ki, iş tam, obyektiv və hər tərəfli araşdırılmamışdır; - eyni zamanda məhkəmə qətnaməsindən görünür ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilərkən, iş öhdəliyin icrası və borc müqaviləsinə əsaslandırmışıdr. İşdən görünür ki, iddiaçı ilə cavabdehin arasında hər hansı bir, yəni şifahi və ya yazılı müqavilə bağlanmamışdır. İddiaçının cavabdehdən tələb etdiyi borc puldur. Bu müqavilənin predmeti pul olduğu üçün kredit mü qaviləsi adlandırılır. Göründüyü kimi, iddiaçı guya müstəqil şəkildə pul borca verməklə məşğuldur və əlavə olaraq kreditlər verilməsi haqqında müddəaları gözləməli olduğu təqdirdə, bunu gözləməmişdir; - bundan başqa iddiaçının cavabdehdən tələb etdiyi borc pula dair nə şifahi, nə də ki, yazılı olaraq aralarında müqavilə bağlanmamışdır. Həmin müqavilə şifahi və ya yazılı formada aralarında bağlanmışdırsa, o zaman həmin müqaviləni iş üzrə iddiaçı məhkəməyə təqdim etməyə borclu idi.
22. Apellyasiya baxışında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. Müəllim işləməklə ayda 352 manat əmək haqqı alır. Uzun müddət işləməklə 13000 manat pul yığmışdır. Atasının müalicəsi ilə bağlı həmin pul məbləğini iddiaçı olan anasına vermişdir. Laki n həkimlər atasının yaşlı olmasını və müalicəsinin mümkün olmamasını dedikdən sonra da pul vəsaiti anasında qalmışdır. 2022-ci ilin may ayında anasıgildə olan zaman qohumları Həqiqət onlara gəlmiş və anasından pul istəmişdir. O, anasına ona məxsus pulu Həqiqətə verməməsini bildirmişdir. Lakin anası Həqiqətə pul vermişdir. Həmin vaxt o, evdə otaqda olmuş, Həqiqət və oğlu Əli isə bayırda həyətlərində olmuşdur. Anasının Həqiqətə nə qədər pul verməsini görməmişdir. Lakin sonradan bilmişdir ki, anası Həqiqətə 27770 manat pul vermişdir. Həqiqət onlara dəqiq olaraq 2022-ci ilin may aylarında gəlmişdir.
23. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1326/2023 nömrəli iş üzrə 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsini n qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 87 (səksən yeddi) manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 174 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Pərviz Əhmədov)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məıhkəməsini mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı cavabdehə 27770 manat borc verdiyini və bununla bağlı aralarında şifahi borc müqaviləsi bağlanmasını qeyd etsə də, bunlarla bağlı hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, mülki qanunvericilik borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsinin yazılı formada bağlanılmalı olmasını imperativ qaydada müəyyən etmişdir. Buna baxmayaraq, iddiaçı tələb etdiyi məbləğlə bağlı məhkəməyə hər hansı yazılı qəbz, iltizam və ya notarial razılaşmanı təqdim etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrini mötəbər sübut kimi qiymətləndirməmiş və onların verdikləri ifadələrə tənqidi yanaşaraq vurğulamışdır ki, şahidlərdən X5 iddiaçının bacısıdır və o, ifadəsində iddiaçı tərəfindən 23000 manat pulun cavabdehə verilməsini göstərsə də, 4770 manat pulun cavabdehə verilməsini eşitdiyini göstərmişdir. X2 da eyni məzmunlu ifadə vermişdir. X1 isə cavabdehə pu l verildiyini görsə də, onun hansı miqdarda olmasını bilməmişdir. İddiaçının və digər şahidlərin deməsinə görə iddiaçı pulu cavabdehə 2022-ci ilin fevral ayında vermişdir. Hazırda iddiaçının qızı V.Əzizova isə pulun Həqiqətə 2022-ci ilin may ayında verildiyini bildirir. Göründüyü kimi, V.Əzizovanın ifadəsi digər şahidlərin ifadəsi ilə ziddiyyət təşkil edir. Bütün qeyd edilənlərə əsasən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində ifadəsi alınmış şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 442. 739.1, 739.2, 739.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəki l Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi şahidlərin ifadələrində ziddiyyət olduğunu qeyd edərək bildirmişdir ki, iddiaçının qızı ifadəsində qohumları Həqiqət və Əlinin 2022-ci ilin may ayında anasıgilə gəldiyini və onlardan borc istədiyini qeyd etsə də, digər şahidlərin ifadəsinə görə Həqiqət və Əli iddiaçının evinə 2022-ci ilin fevral ayında gələrək borc istəmişdir. Halbuki iddiaçının qızının ifadəsində ziddiyyət təşkil edən məqamın olması onun ifadə verdiyi zaman hadisələrin hansı tarixdə baş verməsinin unutması ilə əlaqələndirilməlidir və bu normal hal kimi qəbul edilməlidir. Apellyasiya məhkəməsi tərəf indən prosessual qaydalara riayət edilmədiyi üçün iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsi ilə təsbit edilən hüquqları pozulmuşdur. Məlum olduğu kimi işin hərtərəfli və tam araşdırılması əsaslı qətnamə çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalıdır. Lakin məhkəmə qətnaməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən mülki mühakimə icraatının fundamental prinsiplərindən biri olan "çəkişmə prinsipinə" zidd olaraq tərəfi çağırmadığına, onun dəlillərini, izahatlarını nəzərə almadığına görə məhkəmənin qəbul etdiyi qərar qanuni və əsaslı sayla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1. Borc lu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiyada). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı h üquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsi nin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbi 27770 manat borcun qaytarılması barədədir. İddiaçı tələbinin əsas kimi cavabdehə 2022-ci ilin fevral ayında 23000 manat və 2022-ci ilin iyulunda bankdan kredit götürməklə 4770 manat borc verdiyini bildirmişdir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 739 və 740-cı maddələri təşkil edir. İddiaçının istinad etdiyi dövrdə Mülki Məcəllənin 740.2-ci maddəsinin qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
37. İddiaçı cavabdehlə arasındakı borc münasibətlərinə dair yazılı müqavilə təqdim etməmişdir. Cavabdeh də belə münasibətin olmasını inkar etməklə, ən azı başqa əsasla həmin pulun tutulmasına imkan verən halları istisna etmişdir.
38. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı istinad etdiyi halları, yəni cavabdehə iki dəfəyə 27770 manat borc pul verməsini təsdiq edən sübutu – yazılı əqdi təqdim bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
39. İddiaçı tərəfindən dindirilmiş şahid ifadələri ni isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirməklə qəbul etməmişdir.
40. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
41. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
42. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbin in sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
43. Apellyasiya instansiyası məhkəməsində iddiaçı tərəfin iştirakının təmin edilməməsi və nəticədə çəkişmə prinsipinin pozulması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər iş materialları ilə təkzib edilir. Belə ki, işdən görünür ki, iddiaçı apellyasiya baxışında iştirak etmiş, apellyasiya şikayətinə qarşı dəlillərini irəli sürmüş, hətta şahid dindirilməsi ilə bağlı vəsatət də vermişdir. Onun bu vəsatəti təmin edilərək, qızının şahid kimi ifadə verməsinə şərait də yaradılmışdır.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassas iya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1326/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.