Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5281/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı-nin vəkili Məmmədov Amid Əbülfəz oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Əliyev Fuad Asif oğlunun iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 2(103)-1931/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(008)265/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.A.Qasımov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29.693,85 ABŞ dolları məbləğində əsas borcun, 1.449 ABŞ dolları məbləğində faiz borcunun, 1400 ABŞ dolları məbləğində cərimənin, cəmi 32.542,85 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küç əsində yerləşən *** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2(103)669/2019 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) Cavabdeh2 apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(008)-265/2018 saylı qətnaməsinin Cavabdeh2 29.693,85 ABŞ dolları məbləğində əsas borcun, 1.449 ABŞ dolları məbləğində faiz borcunun, 1400 ABŞ dolları məbləğində cərimənin, cəmi 32.542,85 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən *** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmaları hissələrində ləğv edilməsi, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(102)-5186/2019 saylı qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və Ə.M.Rüstəmov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1931/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışinski) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini n 27 mart 2018-ci il tarixli, 2(008)265/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(008)- 265/2018 saylı qətnaməsinin qismən, yəni – iddianın Cavabdeh2 aid təmin olunmuş hissələrində (yəni, Cavabdeh2 29.693,85 ABŞ dolları məbləğində əsas borcun, 1.449 ABŞ dolları məbləğində faiz borcunun, 1400 ABŞ dolları məbləğində cərimənin, cəmi 32.542,85 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən *** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin s atış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi və açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmaları) ləğv edilməsi, iddianın qeyd edilən hissələrdə təmin olunmaması qət edilmiş, qətnamə apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29.693,85 ABŞ dolları məbləğində əsas borcun, 1.449 ABŞ dolları məbləğində faiz borcunun, 3.146 ABŞ dolları məbləğində cərimənin, cəmi 34.288,85 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş cəmi 60 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən *** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq kredit borcunun banka ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə, həmin şəxslərin mənzildən məcburi çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X1 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli «Baş kredit razılaşması» na əsasən bank tərəfindən həmin cavabdehə 19 iyun 2013-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək 150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və 11 dekabr 2014-cü il tarixli «Kommersiya krediti müqaviləsi»nə əsasən illik istifadə dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 33.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş və Baş Kredit razılaşmasına əsasən veriləcək kreditin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən 16 saylı evin ümumi sahəsi 52,9 kv.m., yaşayış sahəsi 31,2 kv.m., yardımçı sahəsi 21,7 kv.m. olan 2 mərtəbəli, 2 otaqlı 42 saylı mənzil ipoteka ilə yüklü edilmiş, həmçinin kreditin digər təminatı kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 11 dekabr 2014-cü il tarixli «Kommersiya krediti müqav iləsi»nə əlavə və dəyişikliklər edilməsi barədə 06 aprel 2016-cı il tarixli razılaşmaya əsasən mövcud olan kredit borcu kapitallaşdırılaraq 29.794,59 ABŞ dolları məbləğində, illik faiz 18 faiz müəyyən edilmiş, müqavilənin bir sıra bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Lakin cavabdehlər razılaşmaya əsasən müəyyən edilən kredit öhdəliyini yerinə yetirməmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şik ayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası qüvvədə olan qanunvericilik aktlarına məhəl qoymamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı-nin vəkili Məmmədov Amid Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 v ə onların vəkili Əliyev Fuad Asif oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı-nin vəkili Məmmədov Amid Əbülfəz oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Əliyev Fuad Asif oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılar a əsasən İddiaçı-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və proses sual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdə olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli «Baş kredit razılaşması»na əsasən bank tərəfindən Cavabdeh1 19 iyun 2013-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək 150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 11 dekabr 2014-cü il tarixli «Kommersiya krediti müqaviləsi»nə əsasən isə Cavabdeh1 illik istifadə dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 33.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, həmçinin iddiaçı ilə Cavabdeh2 arasında veriləcək kredit in təminatı kimi 19 iyun 2013-cü il tarixli ipoteka və zaminlik müqavilələri bağlanmışdır (ipoteka müqaviləsinə əsasən – Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən *** saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir). Sonradan, yəni 06 aprel 2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqailəsinə əlavə və dəyişikliklər edilmiş, əldə edilmiş razılaşmaya əsasən mövcud kredit borcu kapitallaşdırılaraq 29.794,59 ABŞ dolları məbləğində müəyyən edilmiş, eləcə də illik faiz dərəcəsi 18 faiz müəyyən edilmiş, müqavilənin bir sıra bəndləri qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, həmçinin Cavabdeh2 zamin və ipoteka qoyan kimi zaminlik və i poteka müqavilələrindən irəli gələn mülki məsuliyyətinin mövcudluğunu müəyyən etmişdir. Cavabdeh2 isə zaminlik və ipoteka müqavilələrinin bağlanmasını təsdiq etsə də, sonradan verilmiş kredit müqaviləsindən, eləcə də həmin kredit müqaviəsinə edilmiş əlavə və dəyişikliklərdən məlumatlı olmamasını, zaminlik və ipoteka müqavilələrinə əlavə və dəyişikliklər olunmamasını, kreditin şərtlərindən tam məlumatlı olmamasını və s. göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 zamin və ipoteka qoyan kimi əlavə və dəyişikliklərlə tanış edilməmiş, onun razılığı alınmamış, zaminlik və ipoteka müqavilələrinə də hər hansı əlavə və ya dəyişikliklər olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik və ipot eka müqavilələrində ümumiyyətlə verilmiş kreditin məbləği, faiz dərəcəsi və s. bu kimi müqavilənin imperativ şərtləri göstərilməmiş, yalnız 19 iyun 2013-cü il tarixli Baş kredit razılaşmasına (kredit xətti) istinad olunmuşdur. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-nin 470477-ci maddələri ilə tənzimlənir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əs as öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ip oteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (Mülki Məcəllənin 269.11-ci maddəsi). İşdə olan sübutlardan (kredit, zaminlik və ipoteka müqavilələri, kredit müqaviləsinə əlavə və dəyişikliklər, ödəniş cədvəlləri və s.) görünür ki, zaminlik və ipoteka müqavilələrində qanunvericiliklə nəzərdə tutulmalı olan imperativ şərtlər (faizlərin məbləği və s.) göstərilməmiş, buna baxmayaran, kreditin real olaraq verilməsi ilə bağlı bağlanmış kredit müqaviləsi üzrə zaminin və ipoteka qoyanın razılığı alınmamış, həmin müqavilələrə hər hansı dəyişiklik və ya əlavələr edilməmiş, eləcə də zamin və ipoteka qoyanın sonradan verilmiş kreditin şərtləri ilə tanış edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, qeyd edilən hissədə tələbini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr el ə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsi nin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Qanunun 1.0.8 və 10.5-ci madd ələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərl i dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında mövqeyini onunla əsaslandırmışdır ki, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Gö ründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün d igər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri ş ərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər «İpoteka haqqında» Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü və «İpoteka haqqında» Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən qərarında hesab etmişdir ki, ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, «İpoteka haqqında» Qanunun 14cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. «Banklar haqqında» Qanunun 1.0.9-cu, «İpoteka haqqında» Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Mülki M əcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Konstitu siya Məhkəməsinin Plenumunu qərarında Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli qərarında əks olunmuş hüquqi mövqelərin tətbiqi zamanı yaranmış fərqli yanaşmaları nəzərə alaraq qeyd etməyi vacib bilmişdir ki, Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndini n Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 2005-ci il 25 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə istinadən bir daha qeyd edir ki, məhkəmələr öz qərarlarını Konstitusiya Məhkəməsi tərəfindən iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olmayan qərar qəbul etməklə Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinin və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozmuş olurlar. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli və «Banklar haqqın da» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşdən görünür ki, hazırki mübahisə Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmənin icraatında olmuşdur, bu səbəbdən də Plenumun qeyd edilən qərarlarındakı hüquqi mövqey ləri hazırki mübahisəyə birbaşa tətbiq olunur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki vaxtda Cavabdeh2 zamin və ipoteka qoyan kimi mülki məsuliyyəti mövcud deyildir. İddiaçı tərəfindən yol verilmiş pozuntular nəticəsində Cavabdeh2 zamin və ipoteka qoyan kimi hüquqları pozulmuş, o, sonradan verilmiş kreditin, eləcə də ona edilmiş əlavə və dəyişikliklərin şərtləri ilə ümumiyyətlə tanış edilməmiş, bu istiqamətdə onun razılığı alınmamış, zaminlik və ipoteka müqavilələrinə müvafiq dəyişikliklər edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal isə istər mülki qanunvericilikdə nəzərdə tutulmuş normaların tələbləri, istərsə də Konstitusiya Məhkəməsinin yuxarıda öz əksini tapmış şərhlərindəki hüquqi mövqeyi baxımından Cavabdeh2 zamin və ipoteka qoyan kimi mülki məsuliyyətinin olmaması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia- tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi hissəsində əsassız olduğundan, qətnamə eyni zamanda – «mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılsın» hissədə də ləğv olunmalı, iddia həmin hissədə də təmin olunmamalı, apelyasiya şikayəti qalan hissədə (kredit borcunun düzgün hesablanmaması ilə bağlı) təmin olunmamalıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan qanunvericilik aktlarına əməl olunmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin fakti ki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, ap elyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1931/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5281/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5281/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver