Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5281/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5281/21 ((Açar sözlər: prosessual müddətin keçməsi, kassasiya şikayətinin qaytarılması) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1000/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(067)-423/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 4850 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Anar Sadıqov).
2. Cavabdeh apellyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1000/2021 nömrəli, 11.03.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Мəhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(067)-423/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari)
3. Cavabdeh Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1000/2021 nömrəli, 11.03.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
4. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1000/2021 nömrəli, 14.06.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılıb. (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari)
5. Apellyasiya instansiyası poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə istinadən müəyyən edib ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsinin surəti rabitə orqanı vasitəsilə Cavabdeh göndərilmiş və 06 aprel 2021-ci il tarixdə cavabdehin arvadı poçt göndərişinin ver ilməsinə dair xəbərnaməyə imza etməklə qətnamənin surətini almışdır.
6. Apellyasiya instansiyası qeyd edib ki, cavabdehin qətnamədən kassasiya şikayəti verməsi müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi günün sabahı, yəni 07 aprel 2021-ci ildə başlamış və bu müddət 07 iyun 2021-ci ildə bitmişdir. Buna baxmayaraq, cavabdehin kassasiya şikayəti 10 iyun 20121-ci ildə Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuşdur.
7. Cavabdehin hazırkı kassasiya şikayətini müddəti ötürməklə versə də, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət də verməmişdir.
8. Qeyd edilən hallara görə apellyasiya məhkəməsi Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini geri qaytarmışdır.
9. Apellyasi ya məhkəməsi Mülki Prosessual Məcəllənin 128, 130.1, 130.3, 133.1, 133.2, 134.1.5, 135.2, 135.3, 405.0.1, 408.1.4 və 408.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki kassasiya şikayəti 07 iyun 2021ci il tarixdə poçta verilmiş, lakin apellyaisya məhkəməsinə 10 iyun 2021-ci il tariхdə daxil olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılmasının vaxtı və yeri barədə lazım i qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə
128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildi yi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onlar ın razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt i şin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. M addə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
15. Kassasiya şikayə ti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
18. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surətini 06 aprel 2021-ci il tarixdə cavabdehin həyat yoldaşı poçt göndərişinin verilməsinə dair xəbərnaməyə imza etməklə almışdır. Kassasiya şikayəti isə 10 iyun 2021-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət buraхılmışdır. Cavabdeh kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət də verməmişdir.
19. Göründüyü kimi, apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən prosessual hüquq normalarına istinadən kassasiya şikayətini geri qaytarması işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin 07 iyun 2021-ci il tarixdə rabitə orqanına verilməsi barədə kassasiya şikayətinin dəlillərini əsası saymır. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş poçt göndərişi barədə xəbərnamənin üzərindəki təqvim ştempellərindən görünür ki, həmin kassasiya şikayəti rabitə orqanına 10 i yun 2021-ci ildə verilmiş, elə həmin gündə də apellyasiya məhkəməsinə daxil olmuş, 16 iyun 2021-ci ildə isə xəbərnamə cavabdehin özünə qaytarılmışdır. Həmin xəbərnamənin üzərində “07 iyun 2021” yazısı xəbərnamədə olan digər yazılardan adi göz səviyyəsində fərqlənməklə yanaşı, xəbərnamədə 07 iyun 2021-ci ilə aid təqvim ştempeli yoxdur. Halbuki poçt göndərişinin qəbul tarixi təqvim ştempeli ilə təsdiq edilir.
21. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.48-ci bəndinə görə poçt təqvim ştempeli qurğusu – poçt göndərişlərinin, müşayiət və digər poçt sənədlərinin rəsmiləşdirilməsi üçün istifad ə olunan, habelə üzərində ölkənin adı, poçt obyektinin adı, poçt indeksinin və əməliyyatın həyata keçirildiyi tarix və vaxtın qeyd olunduğu qurğudur. Qaydaların 1.33-cü bəndinə görə milli operator poçt göndərişlərinin qəbulu, işlənilməsi, daşınması və çatdırılmasının rəsmiləşdirilməsi üçün poçt təqvim ştempeli qurğularından istifadə edir. Qaydaların 7.9-cu bəndinə görə göndərişlərin qəbulu zamanı göndərici tərəfindən iki nüsxədə standart siyahı blankı doldurulur. Poçt işçisi göndərişin tərkibinin siyahıya uyğunluğunu yoxlamalı, hər iki nüsxədə imza etməklə onu təqvim ştempeli ilə təsdiqləməlidir. Qaydaların 7.28 və 7.29-cu bəndlərinə görə məktub poçtu göndərişləri qəbul edilərkən hər bir poçt göndərişinin ünvan tərəfinə təqvim ştempeli vurulur. Markalayıcı maşının təqvim ştempelinin tari xi poçt göndərişlərinin göndərilmə üçün təqdim edilmə tarixinə uyğun olmalıdır.
23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1000/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.